Azərbaycan



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə47/56
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47496
1   ...   43   44   45   46   47   48   49   50   ...   56

122 
 
Diaqram 7-8 Azərbaycan üçün əmək qabiliyyətli yaĢda olan əhali ilə bağlı proqnoz (min) 
 
Qeyd: BMT-nin əhali artımı proqnozunun orta ssenarisinə uyğun olaraq. 
Mənbə: BMT. 
 
 
7.17
 
Hazırkı  hesablamalar  hər  il  təqribən  120000-130000  nəfər  orta,  texniki-peşə,  orta 
ixtisas  və  ali  təhsilə  malik  şəxslərin  əmək  bazarına  daxil  olduğunu  göstərir.  Bunların  da 
təqribən  20%-i  ali,  12%-i  orta  ixtisas,  10%-i  texniki-peĢə,  50%-dən  çox  hissəsi  orta  və  5%-ə 
yaxın hissəsi əsas təhsil səviyyəsinə malikdirlər (Nəzərov və Dayıyev 2008). Əmək bazarını tərk 
edən Ģəxslərin təhlili isə hər il müvafiq rəqəmin təxminən 25000-30000 nəfər olduğunu göstərir. 
Əmək  bazarına  ilk  dəfə  daxil  olan  Ģəxslər  az  iĢ  yerləri  yaradan  lakin,  yüksək  məhsuldarlı  və 
yuxarı əmək haqqına malik neft sektorunda iĢ tapmaqda çətinlik çəkirlər və bu səbəbdən də, ya 
iĢsiz qalır ya da aĢağı məhsuldarlıq səviyyəsinə malik qeyri-neft sektorunda çalıĢmalı olurlar.  Bu 
baxımdan  da,  əhalinin  yaĢ  strukturunu  nəzərə  alaraq  iĢçi  qüvvəsi  təklifində  gözlənilən  artımın 
qarĢılanması  məqsədilə  Azərbaycan  iqtisadiyyatı  əsas  diqqəti  yeni  iĢ  yerlərinin  yaradılması  və 
rəqabət  qabiliyyətinin  artırılması  məsələlərinə  yönəltməklə  daha  böyük  artım  tempi  ilə  və 
diversifikasiyalı Ģəkildə inkiĢaf etməlidir.
 
 
E.
 
Yoxsulluq və əmək bazarında iĢtirak 
 
7.18
 
Kənd  təsərrüfatında  çalışan  işçi  qüvvəsi  sənaye  və  xidmət  sahəsində  çalışanlardan 
daha  yoxsuldur.  Kənd  yerlərində  iĢçi  qüvvəsinin  iĢtirak  və  məĢğulluq  səviyyələri  Ģəhər 
yerlərindən daha əlveriĢli olsa da, bunların orada daha yaxĢı gəlir  əldə edilməsi demək deyildir. 
MəĢğulluq vəziyyətindən asılı olmayaraq, kənd yerlərində yoxsulluq riski daha yüksəkdir. ĠĢsizlər 
arasında  yoxsulluq  səviyyəsi  ən  yüksəkdir  ki,  bu  da  onu  deməyə  əsas  verir  ki,  gəlir  gətirən  iĢ 
yoxsulluqdan xilas olmağın əsas vasitəsidir (Diaqram 7-9). 
 


123 
 
Diaqram 7-9. ĠĢsizlər və kənd təsərrüfatı sahəsində özünüməĢğul əhali yüksək yoxsulluq 
riski ilə üzləĢir 
 
Mənbə: 2008-ci il YSQS məlumatları 
 
 
7.19
 
Azərbaycanda  işsizlik  uzunmüddətli  işsizlikdir  —  işaxtaranların  üçdə-ikisi  on  aydan 
artıq  müddətdə  qeydiyyatdadırlar.
31
  ĠĢsizlərin  cəmi  6  faizi  dövlət  məĢğulluq  xidmətində 
qeydiyyatda  olmuĢlar.  Uzunmüddətli  iĢsizliyin  və  əmək  qabiliyyətli  yaĢ  qruplarının  qeyri-
fəallığının  yüksək  səviyyəsi  durğun  (formal)  əmək  bazarının  əlamətləridir.  Uzunmüddətli 
iĢsizlərin bacarıqları və iĢ vərdiĢləri pisləĢmiĢdir və onların əmək bazarına yenidən inteqrasiyası 
ən azı insan kapitalının yenilənməsi olmadan xeyli dərəcədə çətinləĢmiĢdir. Ümumiyyətlə, iĢsizlik 
səviyyələri  gənclər  arasında,  Ģəhər  yerlərində,  təhsil  səviyyəsi  aĢağı  olanlar  və  yoxsullar  üçün 
qeyri-mütənasib  Ģəkildə  yüksəkdir  (Diaqram  7-10).  Uzunmüddətli  iĢsizlik  sosial  fondlar  və 
bundan əziyyət çəkənlərin ailələri üçün əlavə yükdür.  
 
                                                 
31
 Sorğu  məlumatlarına  əsasən, iĢsizlərin cəmi 15  faizi 12 aydan artıq iĢ axtarmaqda olmuĢlar, bu da onu 
göstərir  ki,  uzun  müddət iĢ axtaranların çoxu iĢçi qüvvəsindən çıxılmıĢ  və  ya  ümidsiz iĢsizə çevrilmiĢdir. 
2007-ci  ildə  qeydiyyatda  olan  50700  iĢsizin  (iqtisadi  fəal  əhalinin  1.2  faizi),  64  faizi  12  aydan  artıq  iĢsiz 
olmuĢdur. (Əlavə məlumat üçün baxın: 
http://www.azstat.org/statinfo/labour/en/033.shtml#s1
.) 
ĠĢsizlər arasında yoxsulluq səviyyəsi 
   Kənd təsərrüfatı      Sənaye         Xidmət 


124 
 
Diaqram 7-10 Müxtəlif amillər üzrə iĢsizlik səviyyələri 
 
Mənbə: 2008-ci il YSQS məlumatları 
 
F.
 
Nəticələr və siyasət üzrə tövsiyələr 
 
7.20
 
Məşğulluğun  artırılmasına  kompleks  yanaşma  bir  çox  sahələrdə  səylər  tələb  edir  ki, 
bunlar  da  davamlı  iqtisadi  və  tənzimləmə  siyasəti,  cəlbedici  investisiya  iqlimi,  səmərəli  əmək 
bazarı tənzimləməsi və institutları, müvafiq yüksək keyfiyyətli bacarıqların inkişaf etdirilməsi 
üçün təhsil və təlim sistemləri və işədüzəlmə imkanını genişləndirən zaman müdafiə təklif edən 
sosial  təhlükəsizlik  şəbəkəsini  əhatə  edir.  Ümumi  makroiqtisadi  və  iĢgüzar  mühitin  idarə 
edilməsindən  əlavə,  dövlətin  üzərinə  götürə  biləcəyi  müxtəlif  əmək  bazarı  tədbirləri  vasitəsilə 
məĢğulluğun artırılması potensialı mövcuddur. Bu tədbirlər son nəticədə məĢğulluq səviyyəsinin 
artırılmasına  gətirib  çıxaran  həm  tələb,  həm  də  təkliflə  əlaqəli  tədbirləri  əhatə  etməlidir.
32
 
AĢağıdakılar təhsil və təlim, eləcə də əmək bazarı institutları sahəsində əsas siyasətlərdir. 
 
7.21
 
İnsan kapitalına investisiya əhalinin məşğulluq perspektivlərinə təsir göstərən mühüm 
faktordur.  Bu,  ən  çox  təhsil  və  təlim  sistemlərinin  islahatı  ilə  bağlıdır.  Ümumiyyətlə,  təhsilin 
əmək bazarının tələbləri ilə əlaqələndirilməsi və məktəbi erkən tərk etmə hallarının azaldılması 
gənclər arasında iĢsizliyin aĢağı salınmasının əsas problemləri kimi qəbul edilmiĢdir. Təhsil, daha 
dəqiq desək, onun çatıĢmazlığı burada həlledici rol oynayır. Ümumi orta və ya ali təhsilli gənclərə 
                                                 
32
  Əmək  bazarı  proqramları  (ƏBP)  mahiyyətcə  əmək  bazarında  xüsusi  qruplara  hədəflənən  dövlətin  əmək  bazarına 
müdaxiləsidir.  Bu  mənada,  onlar  tərtibatına  görə  hər  hansı  xüsusi  qrupa  hədəflənməyən  ümumi  məĢğulluq 
siyasətlərindən fərqlənir. Ona görə də məsələn, vergi və/və ya sosial sığorta ayırmalarının hədəflənməmiĢ azaldılması 
vasitəsilə  əmək  xərclərini  aĢağı  salan  vacib  xüsusi  tədbirlər  ƏBR  hesab  edilmir,  lakin  ―ümumi‖  məĢğulluq  tədbirləri 
kateqoriyasına düĢür. 
Ali 
Ümumi orta 
Orta peĢə 
Orta və ya aĢağı 
Yoxsul 
Qeyri-yoxsul 
Kənd 
ġəhər 
55-64 
25-54 
15-24 
T
əhsil
 
Y
oxsul
-
luq
 
Ə
ra
zi
 
Ya
Ģ 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə