Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə32/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   28   29   30   31   32   33   34   35   ...   112

65
vuruşmuşam. Mən erməni xalqının qəhrəmanıyam və onun mənafelərinin 
müdafiəçisiyəm. Mən öz cəza dəstəm ilə bura sovet hakimiyyəti tərəfindən 
iki  həftə  əvvəl  burada  öldürülmüş  ermənilərin  qisasını  almaq  üçün 
göndərilmişəm.  Sizin  müsibətiniz  mən  sabah  dağa  qalxdıqda  (bu  zaman 
əlini  topların  durduğu  dağa  tərəf  uzadır)  başlayacaq.  Sabah  mən  dağa 
qalxacağam və şəhəri bombalayaraq bünövrəsinədək yer üzündən siləcəyəm. 
İndi mənim Digah və Alpan kəndlərində döyüşlərim gedir. Sonra, sizlərə od 
vuraraq,  Üçgün  və  Kımıl  kəndlərinə  keçəcəyəm,  Şah  Dağa  çatacağam  və 
siz onda anlayacaqsınız ki, erməniləri öldürmək nə deməkdir. Mən buraya 
qayda-qanun  yaratmağa  və  sovet  hakimiyyəti  qurmağa  yox,  öldürülmüş 
ermənilərə görə sizdən qisas almağa göndərilmişəm”. (186)
Məscidin qarşısındakı bu yığıncaqda iştirak etmiş bütün qubalı şahidlər 
Amazaspın nitqini müxtəlif ifadələrlə şərh etsələr də, məhz bu məzmunda 
olduğunu təsdiq edirlər. Amazaspın bu həyasız açıqlaması bir növ şəhər rəisi 
Ə.b.Əlibəyovun  dinc  əhaliyə  qarşı  erməni  qoşunlarının  azğınlığı  haqqında 
şikayətlərinə və xüsusilə Amazaspın ona uzatdığı əlini rədd edən Quba şiə 
müsəlmanlarının dini lideri Molla Hacı Baba Axundzadənin sözlərinə – “Bu 
hakimiyyət  deyil.  Siz  bolşevik  deyilsiniz,  siz  oğru,  qatil,  vəhşi  və  soyğun-
çusunuz.  Biz  sizə  müqavimət  göstərməmişik.  Nəyə  görə  bu  qədər  insan 
öldürmüşsünüz və öldürməkdə davam edirsiniz?” – cavab idi. (187) 
Amazaspın qubalılar qarşısında söylədiyi nitqində qırmızı xətlə aşağı-
dakı sözlər keçir: “bizə sizlər və türklər tərəfindən öldürülmüş qardaşlarımıza 
– ermənilərə görə dənizin (Xəzər) sahillərindən Şah Dağa qədər olan bütün 
müsəlmanları Şirvanda (Şamaxıda) qırdığımız kimi məhv etmək və evlərinizi 
isə yerlə yeksan etmək əmri verilmişdir”. (188) 
Heç bir əmr olmadan belə, hər bir müsəlmana-türkə vəhşicəsinə di-
van  tutmağa  hazır  olan  Amazaspa  bu  dərəcədə  zalım  və  qaniçən  əmri 
kim  vermişdi?  Aydın  idi  ki,  Amazaspın  bir  neçə  minlik  qoşunu  Qubaya 
S.Şaumyanın  başçılıq  etdiyi  Bakı  Xalq  Komissarları  Soveti  tərəfindən  özü 
də  məhz  cəzalandırmaq  məqsədilə  göndərilmişdi.  Bir  çox  mənbələrdən 
və tarixi sənədlərdən məlum olan bu fakt dəfələrlə həm qubalılar, həm də 
qarşı düşərgənin nümayəndələri tərəfindən də təsdiq edilirdi. S.Şaumyanın 
Quba  hadisələrinə  olan  münasibəti  onun  Quba  şəhər  rəisi  Ə.b.Əlibəyovla 
olan söhbətində də əyani şəkildə üzə çıxırdı. Ermənilər Qubadan getdikdən 
sonra  Ə.b.Əlibəyov  Amazaspın  başçılığı  ilə  cəza  dəstəsinin  Qubaya 
həqiqətən Sovetlər tərəfindən göndərdiyini bolşeviklərin başçıları Şaumyan 
və  Caparidzedən  soruşub  aydınlaşdırmaq  və  onlara  “dəstənin  Qubada 
törətdikləri  əməllər  haqqında  yazılı  məlumat  vermək  üçün”  Bakıya  gedir. 
Bakıda  bolşevik  liderləri  ilə  görüşmüş  Ə.b.Əlibəyov  sonradan  göstərirdi: 
“Şaumyan  məni  sifətində  təbəssümlə  dinlədi  və  dedi  ki,  müsəlmanlar  və 
türklər  yüz  minlərlə  erməni  öldürüblər,  ermənilər  Qubada  iki  müsəlman 
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
66
öldürəndə  isə  müsəlmanlar  şikayət  edir  və  göz  yaşı  axıdırlar.  Caparidze 
mənim xahişimə ciddi yanaşdı və mənə dedi ki, sovetlər Qubaya cəza dəstəsi 
göndərməyib”. (189)
D.Gelovani də cəza dəstəsinin Qubaya göndərilməsinin təşəbbüskarı 
kimi Şaumyanı göstərirdi: “Amazaspın dəstəsində bircə nəfər də olsun rus 
yox idi, yalnız ermənilər idi, hamısı da, sonuncuya qədər, qatı daşnaksakan, 
Amazaspın özü də qatı daşnaksakandır. Hesab edirəm ki, cəza dəstəsi Quba-
ya Şaumyanın arzusu ilə göndərilmişdi, lakin qoşun seçimi hərbi nazir Korqa-
novdan asılıdır”. (190) Burada bir qubalının şahidin ifadəsi də maraq doğurur: 
“bir erməni – Amazaspın Konstantinopoldan olan yoldaşı bizə dedi ki, on-
lar müsəlmanların çoxuna ona görə rəhm ediblər ki, Molla Hacı Baba çoxlu 
erməni qadınını xilas edib və hətta deyirdi ki, Şaumyan bütün müsəlmanları 
aman vermədən qırmağı əmr etmişdi, ancaq Molla Hacı Babanın xətrinə on-
lar bunu etmirlər”. (191) 
Burada daha bir sual ortaya çıxır: Amazasp başda olmaqla ermənilərin 
Qubadakı  azğınlığı  kim  tərəfindən  və  hansı  səbəbdən  dayandırılmışdı? 
Həqiqətdənmi sağ qalmış qubalıları qaçılmaz olan qanlı qisasdan Qubanın 
şiə müsəlmanlarının dini rəhbəri Molla Hacı Baba Axundzadə xilas etmişdi? 
Quba  sakinlərinin  şəhadətinə  görə  guya  Amazasp  Axundzadəyə  hörmət 
nümayiş etdirmiş, və hətta, “müharibə vaxtı belə hadisələr qaçılmazdır” demək-
lə özünə bəraət qazanaraq, “törədilən müsibətə görə üzr istəmişdir”. (192) Bu 
hadisələrdən sonra Qubadan Bakıya çıxıb getmiş Molla Hacı Baba Axundzadə 
özü  qubalıların  onun  adı  ilə  bağladıqları  bütün  ifadələri  –  dediyi  sözləri 
və  hərəkətləri,  o  cümlədən  erməni  qadınlarının  xilas  edilməsi,  ermənilər 
tərəfindən zorlanmış qadın və qızların siyahısının tərtib edilməsini və sairi, – 
təkzib edirdi. (193) 
Lakin  Gelovaninin  şəhadətləri  Quba  qırğınlarının  dayandırılmasına 
həqiqətən səbəb olmuş tamamilə başqa bir adamın adını çəkmək  ehtimalını 
ortaya çıxarır. Bu adamın adı Mir Cəfər Bağırov idi. 
* * *
Azərbaycanın  gələcək  “Sahibi”,  uzun  illər  Azərbaycan  Kommunist 
Partiyası  Mərkəzi  Komitəsinin  birinci  katibi  vəzifəsini  tutmuş  və  şübhəsiz 
ki,  Azərbaycan  tarixinə  daxil  olmuş  tanınmış  qubalılardan  biri  olan  Mir 
Cəfər Bağırov öz iradəsi iləmi, yaxud yaranmış şəraitin hökmü ilə, hər hal-
da 1918-ci il Quba hadisələrinin əsas da olmasa da, kifayət qədər tanınmış 
iştirakçılarından  birinə  çevrilir.  Onun  adı  “bolşevik”,  “qubalı  qatı  bolşevik”, 
“yerli  bolşevik”  kimi  dəfələrlə  həm  qubalılar,  həm  də  Gelovani  tərəfindən 
xatırlanır.  Mir  Cəfər  Bağırov  özü  hələ  1923-cü  ildə,  Az.SSR  DİK  Dövlət 
Siyasət İdarəsinin (DSİ) sədri olduğu zaman yazdığı tərcümeyi-halında Quba 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə