Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə33/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   29   30   31   32   33   34   35   36   ...   112

67
qırğınları ərəfəsində və həmin günlərdə baş verən hadisələrə toxunmuş, o 
cümlədən onu talançıların düşərgəsinə gətirib çıxaran səbəbləri açıqlamışdı. 
Sözsüz ki, Mir Cəfər Bağırovun özü tərəfindən təsvir edilən bir çox məqamlar 
həqiqətə,  və  ya  digər  sənədlərdən  məlum  olan  hadisələrə  uyğun  gəlmir, 
yaxud onlarla ziddiyyət təşkil edirdi. Quba səhifələri Bağırovun tərcümeyi-
halının,  demək  olar  ki,  ən  dolaşıq,  bir  çox  hallarda  onun  özü  tərəfindən 
dolaşdırılmış  hissəsi  olmaqla  bu  tarixi  şəxsiyyətin  həyatında  heç  də  işıqlı, 
yaxud şərəfli hesab edilə bilməz. Lakin, onun bolşevik kimi siyasi karyerasının 
özü tərəfindən parlaq boyalarla təsvir edilən və çox zaman həqiqətə uyğun 
olmayan ilk dövrünün detallarına varmadan, qeyd etmək lazımdır ki, Quba 
hadisələrinin  əvvəllərində  Mir  Cəfər  Bağırov  artıq  bolşeviklərlə  birgə  idi. 
Əgər  həmin  sənəddən,  yəni  Bağırovun  özü  tərəfindən  yazılan  tərcümeyi-
halından  çıxış  edilərsə,  Qubada  hakimiyyətin,  Gelovani  başda  olmaqla, 
ələ  keçirilməsi  cəhdinin  təşəbbüskarı  az  qala  Bağırov  olmuşdur:  “Mənim 
qarşımda  nə  olursa  olsun  Bakıya  çatmaq,  Quba  qəzasında  olan  vəziyyəti 
təfsilatı  ilə  təsvir  etmək  və  hakimiyyəti  ələ  keçirmək  üçün  sanksiya  tələb 
etmək vəzifəsi dururdu, lakin bu vəzifə çox çətin idi və az qalmışdı ki, mən, 
bunun üçün həyatımla cavab verim. Onda mən, geriyə, Qubaya qayıtmaq 
və  mərkəzin  heç  bir  xəbəri  olmadan,  hakimiyyəti  ələ  keçirmək  qərarına 
gəldim.  Fikirləşdim  ki,  sonradan  öz  yoldaşlarım  qarşısında  məsuliyyət 
daşımaq Zizikskiyə və Qosinskiyə Bakıdan geri qayıdarkən Quba qəzasında 
öz mövqelərini möhkəmlətməyə imkan verməkdən daha yaxşıdır. Mən belə 
də etdim. Amma, elə həmin gün Bakıya teleqram vurdum və bu hadisə Bakı 
quberniyasında vətəndaş müharibəsinin ümumi gedişatına kömək etdi. Belə 
ki, Zizikski Quba qəzasında nəinki möhkəmlənə, hətta orada burnunu belə 
göstərə bilmədi və Qosinski ilə birlikdə Dağıstana qaçdı, orada yeni qüvvələr 
toplayaraq Qubaya may hücumuna hazırlaşmağa başladı. Bakı və Qızıl Bu-
run arasında yol açılan kimi mən dərhal mən Georgiy Sturua, Artak (Stam-
bulyants) və Barski yoldaşların şəxsində Bakı Qızıl qvardiyasının avanqardı 
ilə əlaqə saxladım və onlara hər şeyi olduğu kimi geniş təsvir etdim, və onlar 
mənə məsləhət gördülər ki, mərkəzin nümayəndəsi kimi Gelovani adlı bir 
nəfəri Quba qəzasına aparım”. (194)
Yeri gəlmişkən, Mir Cəfər Bağırov elə buradaca qeyd edir ki, Gelovani 
“sonradan təxribatçı çıxdı”, lakin, bu son dərəcə ciddi ittihamın səbəblərini 
açıqlamır. (195) 
Çox maraqlıdır ki, Gelovaninin özü FTK-ya verdiyi ifadələrdə Bağırovla 
– Qubada az-çox tanınan və sonradan onun müavini olacaq bir şəxslə ilk 
görüşündən  ümumiyyətlə  danışmır  və  yalnız  bir  dəfə  onun  adını  çəkir: 
“Caparidze mənim keçmiş müavinim qubalı Mir Cəfər Bağırovun imzası ilə 
teleqram almışdı”. (196) 
Hər halda, qubalıların şahidliyinə görə, onlara Qubada Sovet hakimiy-
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
68
yətinin tanınması tələbi ilə ultimatum elan edildiyi zaman, “Quba müsəlmanı, 
qatı  bolşevik”  Mir  Cəfər  Bağırov  da  Gelovani  və  “iki  yəhudi”  ilə  birlikdə 
öz  həmyerlilərinin  qarşısında  dayanmışdı.  (197)  Sonralar  Quba  camaatı 
dəfələrlə  Bağırovu  Gelovaninin  dəstəsindən  olan  bolşeviklərin  arasında 
görür:  gah  onun  mənzilində  yerli  müsəlmanlar  evlərinin  yandırılmaması 
üçün yerli erməni qoçularına haqq verirlər, (198) gah da “doqquzuncu gün 
müsəlmanlardan  qarət  edilmiş  bütün  əmlak  Bağırovun  evindən  arabalara 
yüklənərək Ayrapetovun nəzarəti altında şəhərdən çıxarılır” və s. (199) Yeri 
gəlmişkən, sonuncu epizodu Mir Cəfər Bağırov özü də, lakin başqa yozumda 
təsdiq edir: “Amazaspın dəstələri bir həftə bütün Quba qəzasında azğınlıq 
etdikdən  sonra  qarət  etdikləri  bütün  qiymətli  əşyaları  götürərək  Bakıya 
tərəf hərəkə etdilər. Mən az qala diz üstə çökərək ondan yandırılmış evlərin 
sahibləri üçün ev əşyalarından nə isə qoparmağa nail oldum. Alınan şeylər 
paylanmaq üçün anbara yığıldı”. (200)
Lakin, hələ Amazaspın hücumuna qədər, Mir Cəfər Bağırov Gelovani 
ilə birlikdə Quba şəhərində və yaxın kəndlərdə inqilab komitələri – revkom-
lar  təşkil  edir,  “normal  qayda  qanun  yaradır”,  qəza  idarələrini  ələ  keçirir, 
yerli Qızıl Qvardiya yaratmağa başlayır, Oqanesovun başçılıq etdiyi dəstələri 
çağırtdırır. (201) 
Lakin  ləzgi  döyüşçülərinin  hücumu  Quba  qəzasında  Sovet  hakimiy-
yətinin qurulması tədbirlərinə son qoyur. Burada xüsusi qeyd etmək lazımdır 
ki,  yekdilliklə  şəhərə  “qonşu  kəndlərdən  olan  ləzgilərin”  girdiyini  göstərən 
qubalılardan  fərqli  olaraq,  M.C.Bağırov  “Qubaya  hücumun”  təşkilatçısı  kimi 
konkret şəxsin – məhz Əli bəy Zizikskinin adını çəkir. O, həm də 3 günlük döyüş 
ərzində həlak olanların sayı haqqında məlumat verir: “200-ə yaxın öldürülmüş 
döyüşçü və təxminən 1500-ə qədər doğranmış və çapılmış tamamilə günahsız 
dinc müsəlman əhalisi (rus, erməni, yəhudi və sair)”. (202) Göründüyü kimi, bu 
rəqəmlər şəhər başçısı Əli Abbas bəy Əlibəyovun göstərdiyi rəqəmlərdən çox 
fərqlənir: 200 nəfər ləzgi, 70 nəfər dinc əhali. (203)
Şübhəsiz ki, M.C.Bağırov bundan sonra daha şəhərdə qala bilməzdi. 
Əgər onun tərcümeyi-halına əsaslansaq, 1917-ci ildən başlayaraq, ruhanilər 
də  daxil  olmaqla,  Qubanın  yerli  elitası,  guya  ki,  inqilabi  fəaliyyətinə  və 
bolşeviklərlə əlaqəsinə görə, ona elə də “hörmət etmirdilər”: “Məni kəndlilərin 
qarşısında Bakı ermənilərinin casusu, din və millət satqını kimi təsvir edərək, 
mənə qarşı vicdansızcasına təbliğat aparılırdı. İş o yerə çatmışdı ki, Qubanın 
ən nüfuzlu iki dini lideri ... Əbdül Rəhim Əfəndi və Hacı Molla Baba Axundov 
məni güllələmək əmri vermişdilər”. (204)
Əgər bu sözlər həqiqətə uyğun idisə, Quba qəzasının dini rəhbərləri 
Bağırovu yalnız “cəbhədən qayıtmış yəhudilərdən, qismən ruslardan..., və bir 
neçə cinayətkar müsəlman ünsürlərdən” ibarət quldur dəstəsinin başında ol-
maqla, törətdiyi əməllərə görə “lənətləyə” bilərdilər. Bu dəstə ən əvvəl “keçmiş 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə