Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə195/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   191   192   193   194   195   196   197   198   ...   208

445 

 

Torpağın  köksündən  bahar  cücərtiləri  çırtdayır.  Beləliklə,  yazın  şux  və  qaynar  çağı, 



torpağın dirilən və oyanan çağı başlayır. 

Yazın ətirli nəfəsini duyan babalarımız əməli işlər görür, torpağın qəlbinə yol 

tapır,  nəfəsiylə  onu  isidir.  Bərəkətə-ruzi  çeşnəsi  torpaq  da  ürəyini  min  bir  nemətli 

süfrə kimi açır. 

İlin bu vədəsində  ellərimizdə  havaların  soyuq, tutqun  keçdiyini görən  uşaqlar 

ildə  bir  dəfə  "Günəş  çağırma"  mərasimi  icra  edərdilər.  Novruzdan  doğulan  həmin 

mərasimdə  Günəş  canlı  kimi  təsvir  edilir,  insaniləşdirilir.  Günəş  həyatdır,  işıqlı 

sabahdır,  şər  qüvvələrin  məhvi  deməkdir.  Bu  münasibətlə  cürbəcür  oyunlar  keçirir, 

şənlik edir, günəşin çıxmasını arzulayır, ondan kömək gözləyirlər. 

Baharın,  yazın  tezləşdirilməsi  üçün  ulu  babalarımızın  balaları  qırmızı  don 

geyərək, əl-ələ tutaraq hərlənə-hərlənə günəşi haraylayarlar: 

Gün çıx, çıx, çıx! 

 Kəhər atı min, çıx!  

Oğlun qayadan uçdu, 

 Qızın təndirə düşdü,  

Keçəl qızı qoy evdə,  

Saçlı qızı götür, çıx!  

Gün getdi su içməyə

 Qırmızı don biçməyə,  

Gün çıxıbdı; yetirəcək,  

Qarı yerdən götürəcək, 

 Keçəl qızı ötürəcək,  

Saçlı qızı gətirəcək 

Gün getdi dağ başına,  

Örtüb duvaq başına.  

Könlü şamama istəyən  

Dolansın tağ başına. 

"Günəşi  çağırma"  mərasimində  qədim  azərbaycanlılar,  göründüyü  kimi, 

Günəşin özünə müraciət edir, onu "oğlunun qayadan uçması", qızının təndirə düşməsi 

ilə  qorxudaraq  tez  "kəhər  ata  minib  gəlməyə"  çağırırdılar.  Bu  nəğmədə  "keçəl  qız" 

qışdır,  "saçlı  qız"  yazın,  baharın  başlanğıcıdır.  Elə  buna  görə  də  əkinçiliklə, 

maldarlıqla bağlı olan azərbaycanlı yazın gəlməsini istəyir və Günəşdən keçəl qızını - 

qışı evdə qoymasını, saçlı qızını - yazı gətirməsini diləyir. 

Axır ki, qarla-çovğunla çarpışa-çarpışa qış qurtarır, yaz qapının ağzını kəsdirir. 

Hər  tərəfdən  baharın  ətri,  baharın  isti  nəfəsi  duyulur.  Həmişə,  hər  zaman,  ta  qədim 

çağlardan belə olub. Azərbaycanlılar uzun qışdan sonra səbirsizliklə gözlədikləri yazı 

- ilin əziz günlərini, öz doğma milli bayramlarını - Novruz bayramını böyük sevinc və 

fərəh hissi ilə qarşılayır... 

Beləliklə,  qədim  azərbaycanlılar  əzəli-əbədi  dünyanın  sirli-sehrli  məqamlarını 

uzun müddət müşahidə edib keçirdiyi təcrübələr əsasında xalq təqvimini yaratmışlar. 




446 

 

Onlar ilin dörd fəsli və aylarının hər biri ilə bağlı saysız-hesabsız inamlar, sınamalar, 



ayinlər,  deyimlər,  rəvayətlər  yaratmış,  mərasimlər,  şənlik  və  bayramlar,  oyun  və 

əyləncələr, tamaşalar keçirmişlər. Zaman ötdükcə ulularımızın bu mənəvi mədəniyyəti 

folklorlaşmış,  zəmanəmizədək  gəlib  çatmış,  xalqımızın  mifoloji  təfəkküründə,  şifahi 

xalq  yaradıcılığında  əksini  tapmışdır. Dəyərini  heç vaxt itirməyən  bu  mənəvi xəzinə 

xalqımızın həyat tərzi, məişəti, güzəranı, arzu və istəyi, dünyagörüşü, inamı və digər 

zəruri  məsələləri  haqqında  neçə-neçə  böyük  məna  və  mətləblər  aşılayır.  Bu  misilsiz 

incilər  insan  taleyi,  cəmiyyət  həyatı  ilə  bağlılıqdan,  əməyə,  torpağa,  zəruri  həyat 

nemətlərinə  qayğı  və  məhəbbətdən,  insanı  şər  işlərdən  uzaqlaşdırmaq,  halallığa, 

xeyirxahlığa, ədəb-ərkanlı davranışa səsləmək arzusundan doğub. 

Hikmətli  söz  xəzinəmizin  həmin  müdrik  inciləri  bir  çox  hallarda  gündəlik 

həyatımızın nəbzi ilə vurmuş, ümumi və konkret işlərimizə istiqamət vermiş, təbiətin, 

torpağın, onun nemətlərinin qədrini bilməyə, onlardan səmərəli şəkildə bəhrələnməyə, 

gələcək nəsillər üçün qoruyub saxlamağa, daha da barlı-bərəkətli etməyə çağırmışlar. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


447 

 

ĠSTĠFADƏ OLUNMUġ ƏDƏBĠYYAT VƏ QEYDLƏR 

 

NOVRUZ, QURBAN, ORUCLUQ BAYRAMLARI 



 

1.

 



Y.V.Çəmənzəminli. Əsərləri, III c, Bakı, "Elm", 1977. 

2.

 



N.Gəncəvi. İskəndərnamə (Şərəfnamə). Bakı, "Lider" nəşriyyatı, 2004. 

3.

 



В.В.Радлов. Опыт словаря тюркских наречий, т. II, СПб, 1989. 

4.

 



M.H.Təhmasib. Yeni ruhlu el bayramı. "Bakı" qəzeti, 20 mart 1969. 

5.

 



M.H.Təhmasib. Xalq ədəbiyyatımızda mərasim və mövsüm nəğmələri (namizədlik 

dissertasiyası). Bakı, BDU kitabxanası, 1945. 

6.

 

B.Abdulla. Azərbaycan mərasim folkloru. Bakı, "Qismət", 2005. 



7.

 

"Kitabi-Dədə Qorqud" Ensiklopediyası, I c, Bakı, YNE, 2000. 



8.

 

İ.Nəsimi. Seçilmiş əsərləri. Bakı, "Azərnəşr", 1973. 



9.

 

Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, I c, Bakı, Azərbaycan EA nəşriyyatı, 1960. 



10.

 

M.Arif.  Azərbaycan  xalq  teatrı.  "Ədəbiyyat  məcmuəsi",  Azərbaycan  EA  Nizami 



adına Ədəbiyyat İnstitutunun əsərləri, I c, Bakı, 1946. 

11.


 

T.Ə.Bünyadov. Azərbaycanda əkinçiliyin inkişafı tarixinə dair. Bakı, 1964. 

12.

 

M.Dadaşzadə.  Azərbaycan  xalqının  orta  əsr  mənəvi  mədəniyyəti.  Bakı,  "Elm", 



1985. 

13.


 

B.Ogəl. Türk mifolojisi. Ankara, 1989. 

14.

 

А.Мец. Мусульманский ренессанс. М., "Наука", 1966. 



15.

 

İ.S.Braginski. Bahar bayramı haqqında. "Ədəbiyyat və incəsənət" qəzeti, 29 mart 



1967. 

16.


 

M.H.Təhmasib.  Adət,  ənənə,  mərasim,  bayram.  "Ədəbiyyat  və  incəsənət"  qəzeti, 

12 mart 1966. 

17.


 

A.Şaiq. Əsərləri, 5 cilddə. Xatirələr, məktublar. Bakı, "Yazıçı", 1978. 

18.

 

M.S.Ordubadi. Bahar bayramı. "Ədəbiyyat və incəsənət" qəzeti, 25 mart 1967. 



19.

 

S.Vurğun. Seçilmiş əsərləri. Bakı, "Çaşıoğlu", 2004. 



20.

 

T.Ə.Bünyadov.  Atçılıq.  Azərbaycan  etnoqrafiyası,  3  cilddə,  I  c,  Bakı,  "Elm", 



1988. 

21.


 

M.Şəhriyar. Aman, ayrılıq. Bakı, 'Yazıçı", 1981. 

22.

 

N.Gəncəvi. İskəndərnamə ("İqbalnamə'''). Bakı, "Lider" nəşr., 2004. 



23.

 

M.Şəhriyar. Aman, ayrılıq. Bakı, "Yazıçı", 1981. 



24.

 

Y.V.Çəmənzəminli. Əsərləri, II c, Bakı, "Elm", 1976. 



25.

 

Ə.Nizamülmülk. Siyasətnamə. Bakı, "Elm", 1987. 



26.

 

M.Ə.Rəsulzadə. Novruz bayramı. 'Yeni fikir" qəzeti, 9 yanvar 1991. 



27.

 

H.A.Məmmədov. Sevinc bayramı. "İslam" qəzeti, 13 iyun 1991. 



28.

 

С.А.Токарев. Ранние формы религии и их развитие. М., 1964. 



29.

 

C.Rüstəmov. Qobustan dünyası. Bakı, 1994. 



30.

 

K.Əliyev, F.Əliyeva. Azərbaycan antik dövrdə. Bakı, "Azərnəşr", 1997, səh.55-56. 



31.

 

Страбон.  География  (в  17  книгах).  Пер.  Т.Т.Страгановского.  М.,  1964  (XI, 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə