Аzərbaycanda iNŞaat və memarliq



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə8/20
tarix26.01.2018
ölçüsü0,71 Mb.
#22495
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

№2. 2017 

АZƏRBAYCANDA   İNŞAAT  və  MEMARLIQ

 

15 



 

UOT 624.04 

SEYSMİK NÖQTEYİ-NƏZƏRDƏN ÇOX MƏRTƏBƏLİ BİNALARIN 

HÜNDÜRLÜYÜNÜN (MƏRTƏBƏLƏRIN SAYININ) TƏYİNİ HAQQINDA 

tex.üzrə f.d L.M.Zeynalov,  tex.üzrə f.d İ.X.Poluxov  dissertant E.Z.Əsədov  

FHN/ Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi/Dövlət Ekspertiza Baş İdarəsi, 

tex.üzrə f.d R.A.Rzayev Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu,  

tex.üzrə f.d S.B.Əsədov "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu,  

tex.üzrə f.d A.T.Əmrahov  S.Ə. Dadaşov adına ET və LK İnşaat Materialları İnstitutu 

ОБ ОПРЕДЕЛЕНИИ ВЫСОТЫ МНОГОЭТАЖНЫХ ЗДАНИЙ  

(КОЛИЧЕСТВО ЭТАЖЕЙ) С ТОЧКИ ЗРЕНИЯ СЕЙСМИЧНОСТИ 

д.ф. по тех. Л.М.Зейналов, д.ф. по тех. И.X.Полухов и диссертант Э.З.Асадов  

МЧС/ Государственное Агентство по Надзору Безопасности в Строительстве/  

Главное Управление Вневедомственной Государственной Экспертизы, 

д.ф. по тех. Р.А.Рзаев Азербайджанский НИИ Строительства и Архитектуры

д.ф. по тех. С.Б.Асадов «Азгоспроект» Государственный Главный  Проектный Институт, 

д.ф. по тех. А.Т. Амрахов НИ и ПК Институт Строительных Материалов им. С.А. Дадашева 

ABOUT THE DEFINITION OF MULTI-STORY BUILDINGS HEIGHT  

(STORY NUMBER) IN TERMS OF SEISMICITY 

phd in tekh. sc. L.M.Zeynalov, phd in tekh. sc. İ.Kh.Polukhov  and dissertator E.Z.Asadov

 

 

MES/State Agency for Control of the Construction Safety/ General Administrative office for State Expertise, 

phd in tekh. sc. R.A.Rzaev  Azerbaijan Scientific-Research Institute of Construction and Architecture

phd in tekh. sc. S.B.Asadov "Azerdovlatlayiha" National Head Designing İnstitute, 

phd in tekh. sc. A.T.Amrahov 

 Research and Design Institute of building materials named after S.A. Dadashov 

Xülasə:  Məqalə  layihələndirmə  zamanı,  AzDTN  2.3-1-də  nəzərdə  tutulan  məhdudiyyətlər 

çərçivəsində  çoxmərtəbəli  binaların  hündurlüyünün  və  mərtəbələrinin  sayının  təyini  ilə  əlaqədar  ortaya 

çıxan sualların həllinə həsr edilmişdir.   

Açar sözlər: AzDTN 2.3-1, hündürlük, mərtəbələrinin sayı, səviyyə, deformasiya tikişi 

Резюме:  Статья  посвящена  решению  вопросов,  возникающих  в  связи  с  определением 

этажности  многоэтажных  зданий  в  пределах  установленных  AzDTN  2.3-1  ограничений  во  время 

проектирования.  

Ключевые слова: AzDTN 2.3-1, высота, количество этажей, уровень, деформационный шов. 

Summary:  The article  is devoted to solving  the  issues  arising  in  connection  with the definition of 

the  number  of  storeys  of  multi-story  buildings  within  the  limits  established  by  AzDTN  2.3-1  during 

design.  

Key words: AzDTN 2.3-1, height, number of storys, level, contraction joint.  

Məlum  olduğu  kimi,  AzDTN  2.3-1  seysmik  rayonlarda  tikinti  noarmalarında  tikinti 

meydançasının  seysmikliyindən  və  binanın  yükdaşıyan  konstruksiyalarından  (konstruktiv 

sxemdən)  asılı  olaraq  onun  hündürlüyü  və  mərtəbələrinin  sayı  məhdudlaşdırılır  [1,  cədvəl  8]. 

Oxşar  məhdudiyyətlər  digər  ölkə  Tikinti  normalarında  da  vardır,  eləcə  də,  keçmiş  SSRİ-də 

istifadə edilmiş СНиП II-7-81

*

-də də olmuşdur [2, таб. 8]. 



Seysmik  baxımdan  layihələndirmə  zamanı  mübahisələrə  səbəb  olan  "binanın  hündürlüyü" 

və  "mərtəbələrinin  sayı"  anlayışlarına  aydınlıq  gətirilməsinə  ehtiyac  duyulur  ki,  burada  məhz 

həmin məsələyə baxılmışdır.  

AzDTN  2.3-1,  "Binanın  hündürlüyü  səki  və  ya  bitişik  torpağın  (əgər  maillik  varsa  aşağı) 

planlaşdırılmış  səthindən  son  mərtəbənin  örtüyünün  alt  səviyyəsinədək  olan  hündürlük  qəbul 

edilir" qeydi vardır [1, dəyişiklik 2, cədvəl 8, qeyd 1].  

СНиП  II-7-81

*

-yə  görə  "binanın  hündürlüyü  olaraq  binaya  bitişik  aşağı  səki  və  ya 



planlaşdırma səviyyəsi ilə xarici divarın üstü arasındakı fərq qəbul edilir" [2, таб. 8, прим. 1].  


16 

АZƏRBAYCANDA   İNŞAAT  və  MEMARLIQ

 

№2. 2017 

 

Diqqətlə yanaşdıqda hər iki normada qeyd olunan "hündürlük" anlayışında yetərincə fərq və 



mübahisə  yaradan  məqamlar  vardır.  СНиП-də  hündürlüyün  xarici  divarla  bağlanması 

ümumiyyətlə  düzgün  deyildir.  Belə  ki,  binaya  seysmik  yüklər  bir  qayda  olaraq  mərtəbəarası 

örtük  səviyyəsində  kütlə  kimi  tətbiq  edildiyindən  bu  hündürlüyü  yükdaşıyan  karkasla 

əlaqələndirmək  daha  düzgün  olardı.  Digər  tərəfdən,  "xarici  divar"  binanın  sonuncu  mərtəbə 

örtüyündən yuxarı qaldırıla bilər, məsələn parapet kimi və yaxud binanın sonuncu bir və ya bir 

neçə mərtəbəsinin divarsız (açıq) karkas kimi qaldırıldığı hallar mümkündür və s.  

Binanın sonuncu mərtəbəsinin böyük aşırımlı zal şəklində layihələndirildiyi və örtüyün çatı 

fermalı  qəbul  edildiyi  hallara  və  yaxud  binanın  üzərində  əhəmiyyətli  ölçülərə  və  kütləyə  malik 

çıxıntıların  (günbəzlər,  liftin  maşın  şöbəsi  və  s.),  müxtəlif  konstruksiyalı  (dəmir-beton,  metal, 

ağac)  mansard  mərtəbələrinin  olduğu  hallara  rast  gəlinir.  Bütün  bu  hallarda  hündürlüyü 

müəyyənləşdirən sonuncu səviyyənin dəqiqləşdirilməsinə ehtiyac yaranır. 

Hündürlüyün  aşağı  səviyyəsinin  qəbulunda  da  müxtəlif  vəziyyətlər  alınır  və  bu  məsələyə 

mütəxəssislərin  yanaşmaları  da  fərqli  ola  bilər.  Mümkün  olan  halları  şərh  etməyə  çalışaq.  Ilk 

növbədə  binanın  yeraltı  və  yerüstü  hissələrini  aydınlaşdıraq.  Binanın  yeraltı  hissəsinin  hər 

tərəfdən  torpaqla  bağlandığı  halda  (şəkil  1)  hündürlük  üçün  binaya  bitişik  aşağı  planlaşdırma 

səviyyəsinin çıxış nöqtəsi kimi qəbul edilməsi məntiqli görünür. Belə ki, bünövrə ətrafı boşluğun 

(zirzəmi divarları arxasının) normal sıxlaşdırılmış əks doldurulmasından sonra bina karkası yerə 

sancılmış  olur  və  bir  sıra  hallarda  karkasın  yeraltı  hissəsinə  perimetr  boyu  yay-dayaqlar 

verilməklə hesablanmasına yol verilir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. 

Lakin bir sıra hallarda baxılan binanın ətrafında onunla deformasiya tikişi ilə ayrılmış yeraltı 

qarajlar olur, bəzi hallarda isə həmin tikililər yerüstü mərtəbələrə də malik olur (şəkil 5).  

Yaxud, 2 binanın bir-birindən deformasiya tikişi ilə ayrıldığı adi hallarda bina karkasının yer 

səthinə  qədər  olan  hündürlükdə  sancılmış  qəbul  edilməsi  düzgün  görünmür.  Deməli,  bu  kimi 

hallarda yerüstü hissələrin hündürlüyünün (yerüstü mərtəbələrin sayının) hesablandığı başlanğıc 

nöqtə kimi planlaşdırma səviyyəsinin qəbul edilməsi məntiqi sayıla bilməz.  



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə