Azərbayjan respublikasinin torpaq məJƏLLƏSİ


TORPAQ QANUNVERİCİLİYİNİN POZULMASINA



Yüklə 0,71 Mb.
səhifə15/17
tarix18.04.2018
ölçüsü0,71 Mb.
#39312
1   ...   9   10   11   12   13   14   15   16   17

TORPAQ QANUNVERİCİLİYİNİN POZULMASINA

GÖRƏ MƏSULİYYƏT


Maddə 109. Torpağa dair əqdlərin etibarsızlığı

Torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir.

Maddə 110. Torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət

Aşağıdakı hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar:

bu Məcəllənin 109-cu maddəsində göstərilən əqdlərin bağlanılması;

torpaq sahələrinin özbaşına tutulması;

torpaq sahələrində qanunsuz tikinti aparılması;

torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi;

torpaqların zibilləndirilməsi, istehsalat və məişət tullantıları ilə, kimyəvi və radioaktiv maddələrlə, habelə çirkab suları ilə çirkləndirilməsi, bakterial-parazitik və zərərli karantin orqanizmlərlə yoluxdurulması;

torpaqları yaxşılaşdırmaq və onları külək, su eroziyasından və torpaqların münbitliyini pisləşdirən digər proseslərdən mühafizə etmək üçün məcburi tədbirlərin görülməməsi;

torpaqların (o cümlədən meşə torpaqlarının) münbit qatının korlanması;

torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələşdirilməsi, tikilməsi və istismara verilməsi;

müvəqqəti istifadəyə və icarəyə verilən torpaqların vaxtında qaytarılmaması və ya onları təyinatı üzrə istifadə etmək üçün yararlı hala salmaq barədəki öhdəliklərin yerinə yetirilməməsi, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinin qanunsuz hasara alınması yolu ilə və ya digər üsullarla bağlanılması və ya dənizin sahilinə gediş-gəlişin məhdudlaşdırılması; 86

mülkiyyətdə və istifadədə olan torpaqların hüdudlarının, mərz nişanlarının məhv edilməsi;

torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsi, kəmiyyət və keyfiyyətinə dair məlumatların təhrif edilməsi;

torpaq sahələrində meteoroloji şəbəkələrin və ölçü vasitələrinin geodeziya-istinad məntəqələrinin və yerüstü nişanların, habelə meliorasiya və irriqasiya sistemlərinin sıradan çıxarılması.

Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. 87

Maddə 112. Torpaq qanunvericiliyini pozmaqla vurulan zərərin ödənilməsi

Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar.

XXIII fəsil

BEYNƏLXALQ MÜQAVİLƏLƏR


Maddə 113. Beynəlxalq müqavilələr

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə bu Məcəllədən fərqli qaydalar nəzərdə tutulmuşdursa, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

25 iyun 1999-cu il tarixli, 695-IQ nömrəli “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasinin Qanunu ilə təsdiq edilmişdir. (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 8, maddə 478)



Məcəlləyə əlavə və dəyişikliklər etmiş qanunlar

  1. 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 736)

  2. 19 aprel 2002-ci il tarixli 306-IIQD nömrəli “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi ilə əlaqədar ”Azərbaycan SSR-in inzibati ərazi quruluşu məsələlərinin həlli qaydası haqqında” Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Fərmanının qüvvədən düşmüş hesab edilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 237)

  3. 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 241)

  4. 3 dekabr 2002-ci il tarixli 393-IIQD nömrəli “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-ci il, № 1, maddə 11)

  5. 25 mart 2003-cü il tarixli 426-IIQD nömrəli “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-ci il, № 6, maddə 256 )

  6. 20 iyun 2003-ci il tarixli 483-IIQD nömrəli “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-ci il, № 8, maddə 423) ilə 46-cı maddənin 1-ci bəndinə 7-ci abzas əlavə edilmişdir.

  7. 13 yanvar 2004-cü il tarixli 587-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-ci il, № 2, maddə 59)

  8. 1 iyun 2004-cü il tarixli 677-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-ci il, № 6, maddə 415)

  9. 7 sentyabr 2004-cü il 731-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-ci il, № 10, maddə 761)

  10. 23 dekabr 23 dekabr 2005-ci il tarixli 36-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 67)

  11. 21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478)

  12. 30 may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 657)

  13. 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 932)

  14. 26 dekabr 2006-cı il tarixli 219-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 3)

  15. 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745)

  16. 1 aprel 2008-ci il tarixli 588-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 348)

  17. 2 iyun 2008-ci il tarixli 615-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 460)

  18. 4 iyul 2008-ci il tarixli 666-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avgust 2008-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 707)

  19. 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048)

  20. 2 dekabr 2008-ci il tarixli 728-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 fevral 2009-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 36)

  21. 20 aprel 2012-ci il tarixli 331-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №06, maddə 497)

Konstitusiya Məhkəməsinin Qərarları

KM1 27 iyul 2000-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Qərarı (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı №1/2001) ilə 1. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinin, 71-ci maddəsinin II və VII hissələrinin, 147-ci maddəsinin I hissəsinin, 149-cu maddəsinin III hissəsinin müddəaları baxımından Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müddəa şəxsin torpaq mübahisələrini həll etmək üçün bilavasitə məhkəməyə müraciət etmək hüququnu istisna etmir.

2. Torpaq mübahisələri ilə bağlı hüquqlarının pozulduğunu hesab edən şəxs onun bərpa edilməsi üçün öz iradəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanına, bələdiyyəyə və ya bilavasitə məhkəməyə müraciət edə bilər.


1MƏCƏLLƏYƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
 25 iyun 1999-cu il tarixli, 695-IQ nömrəli “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin təsdiq edilməsi haqqında”Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 8, maddə 478) ilə təsdiq edilmişdir.


2 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 6-cı maddənin beşinci abzasında "və ictimai ehtiyacların" sözləri "ehtiyaclarının" sözləri ilə əvəz edilmişdir.
20 aprel 2012-ci il tarixli 331-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №06, maddə 497) ilə 6-cı maddənin birinci hissəsinin dördüncü bəndində “ehtiyaclarının təmin edilməsi məqsədilə geri alınması” sözləri “ehtiyacları üçün alınması” sözləri ilə əvəz edilmişdir.


3 30 may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 657) ilə 6-cı maddəsinin altıncı abzasında “satın və ya məcburi satın alınması” sözləri “özgəninkiləşdirilməsi” sözü ilə əvəz edilmişdir.


4 30 may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 657) ilə 6-cı maddəsinin onuncu abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



torpaqlardan səmərəli istifadəyə, torpaqların münbitliyinin artırılmasına, torpaq ehtiyatlarının qorunmasına dair və digər təbiəti mühafizə tədbirlərinin dövlət proqramlarının hazırlanması və yerinə yetirilməsi;


5 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 8-ci maddənin doqquzuncu abzasında ", istifadəsinə" sözü, 32-ci maddənin 3-cü bəndində "istifadəsinə və" sözləri, 56-cı maddənin 3-cü bəndində "istifadəyə və" sözləri və 8-ci bəndində ", istifadəyə" sözü çıxarılmışdır.



6 30 may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 657) ilə 8-ci maddəsinin altıncı abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



bələdiyyə ehtiyacları üçün torpaq sahəsinin bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərdən geri alınması;


7 21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) 10-cu maddənin 5-ci bəndindən "torpaq üzərində hüquqları təsdiq edən dövlət aktlarında, şəhadətnamələrdə," sözləri çıxarılmışdır.


8 4 iyul 2008-ci il tarixli 666-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avgust 2008-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 707) ilə 12-ci maddəsinin 4-cü bəndin ikinci cümləsindən “və ya bələdiyyənin” sözləri çıxarılmışdır.


9 4 iyul 2008-ci il tarixli 666-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avgust 2008-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 707) ilə 12-ci maddəyə 5-ci bənd əlavə edilmişdir.


10 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 14-cü maddənin 1-ci bəndinin dördüncü abzası yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə torpaq sahəsi götürülməsi.


11 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 15-ci maddənin 1-ci bəndinin ikinci abzasında "torpaqlarından" sözündən sonra "qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri əlavə edilmişdir.



12 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 3-cü bənddə "biçənək sahələri isə" sözlərindən sonra "qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri əlavə edilmişdir.



13 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 4-cü bəndin ikinci abzasının ikinci cümləsində "yenidən uzadılır" sözləri "keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər" sözləri ilə əvəz edilmişdir.



14 2 iyun 2008-ci il tarixli 615-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 460) ilə 18-ci maddənin 2-ci bəndinin altıncı abzasında “turizm və” sözləri “turizm və rekreasiya, habelə” sözləri ilə əvəz edilmişdir, “, istirahət (rekreasiya)” sözləri çıxarılmışdır.


15 19 aprel 2002-ci il tarixli 306-IIQD nömrəli “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi ilə əlaqədar ”Azərbaycan SSR-in inzibati ərazi quruluşu məsələlərinin həlli qaydası haqqında” Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Fərmanının qüvvədən düşmüş hesab edilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 237) ilə 18-ci maddənin 3-cü bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

3. İnzibati ərazi bölgüsü və yaşayış məntəqələrinin hüdudları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən edilir və dəyişdirilir.


16 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 932) ilə 22-ci maddəsinin 2-ci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edimişdir.



17 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 23-cü maddənin 6-cı bəndində "və yerli özünüidarə" sözləri çıxarılmışdır.



18 2 iyun 2008-ci il tarixli 615-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 460) ilə 24-cü maddənin 1-ci bəndində “istirahət (rekreasiya)” sözləri “turizm və rekreasiya” sözləri ilə əvəz edilmişdir.


19 2 iyun 2008-ci il tarixli 615-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 460) ilə 24-cü maddənin 2-ci bəndinin beşinci abzasında “istirahət (rekreasiya)” sözləri “turizm və rekreasiya” sözləri ilə əvəz edilmişdir.


20 2 iyun 2008-ci il tarixli 615-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 460) ilə 28-ci maddənin adında, 1-ci və 4-cü bəndlərində “istirahət (rekreasiya)” sözləri “turizm və rekreasiya” sözləri ilə əvəz edilmişdir.


21 30 may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 657) ilə 32-ci maddəsinin 2-ci bəndində “, bələdiyyə və” sözləri “ehtiyaclarının və ya” sözləri ilə əvəz edilmişdir.

17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 32-ci maddənin 2-ci bəndindən "və ya ictimai ehtiyacların" sözləri çıxarılmışdır.





DÜZƏLİŞ Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, vərəq № 2120 ilə düzəliş, “Toplu”nun 1999-cu il avqust tarixli 8-ci nömrəsində dərc olunmuş “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi”nin 33-cü maddəsinin 2-ci bəndində “Dövlət ehtiyat fondu torpaqlarına bələdiyyələrin, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilmiş dövlət torpaqları daxildir.” Cümləsi “Dövlət ehtiyat fondu torpaqlarına bələdiyyələrin, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilməmiş dövlət torpaqları daxildir.” Kimi düzəliş edilmişdir.


22 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 38-ci maddənin beşinci abzasından "və ictimai-ehtiyaclar" sözləri çıxarılsın.
20 aprel 2012-ci il tarixli 331-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №06, maddə 497) ilə 38-ci maddənin beşinci abzasında “bu Məcəllədə” sözləri “qanunla” sözü ilə əvəz edilmişdir və həmin abzasdan “geri” sözü çıxarılmışdır.



23 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277 Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 38-ci maddənin altıncı abzasında

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə