AzKİl azərbaycan kənd investiSİya layiHƏSİ ƏMƏLİyyatlar təLİmati 2-ci CİLD: ƏMƏLİyyat qaydalari


Məlumat Yayımı və İcmaların Seçilməsi



Yüklə 250,4 Kb.
səhifə2/9
tarix01.11.2017
ölçüsü250,4 Kb.
#7776
növüQaydalar
1   2   3   4   5   6   7   8   9

Məlumat Yayımı və İcmaların Seçilməsi


Bu mərhələ aşağıdakı fəaliyyətlərdən ibarətdir:


  1. Məlumat Yayımı (Layihə İdarəetmə Qrupu, LİQ)

  1. Məlumat Yayımının Planlaşdırılması (Regional Əməliyyatlar Ofisi, RƏO)

  1. Məlumat Yayımı və Çevik İcma Qiymətləndirməsi (Xidmət Təchizatçıları (XT) və RƏO)

  1. Səfərbər olunacaq İcmalar (RƏO)



Məlumat yayımı

Layihənin İdarəetmə Qrupu layihənin başlanğıcında yerli idarəetmə orqanlarına və icmalara layihə barədə məlumat vermək məqsədilə Regional Əməliyyatlar Ofisi (RƏO) və Xidmət Təchizatçıları üçün broşurlar və plakatlar hazırlayacaq və paylayacaq.


LİQ Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı (YAİİDP) katibliyi ilə əlaqə saxlayacaq. YAİİDP Regional İnkişaf üzrə Dövlət Proqramı ilə əlaqədar keçirdiyi görüşlərə AzKİL barəsində olan məlumatları da daxil edəcək.

Məlumat Kompaniyasının Ümumi Təsviri

Məlumat Kompaniyası İcma Layihə Dövriyyəsinin ilkin mərhələləri ilə əlaqədar iki əsas məqsəddən ibarətdir:




  1. AzKİL barədə məlumatların hədəf regionlarda Tərəfdaşlara, Bələdiyyə Şurasına, Yerli İcra Hakimiyyətinə və icmalara çatdırılması.

  2. Bukletlərin paylanması, Dövlət və Regional Televiziya Kanallarında İctimai Xidmət üzrə Elanların efirə buraxılması və maraqlı olan icma nümayəndələrinin Regional Əməliyyatlar Ofisində AzKİL ilə işləmə yolları mövzusunda müntəzəm məlumat seminarlarının keçirilməsi.



Məlumat Bukletləri

Bunlar, AzKİL layihəsinin icmalarını və eləcədə İcma Layihə Dövriyyəsinin meyarlarını, gözlənilən nailiyyətləri və mərhələləri əks etdirən materiallardır. Əsas mövzuları əks etdirən bukletlər AzKİL ilə iş qurmaq mümkünlüyünü müəyyən etmək və təhlil etmək üçün icmalara paylanacaq.



Məlumat Yayımının Planlaşdırılması

RƏO illik yayım planını hazırlayacaq. Bu plan, məlumat yığımı ərzində müəyyən ediləcək texniki və infrastruktur ehtiyacları əsasında səfərbər olunan icmaları vacibliyinə görə ayırmağa yardım edəcək. Birinci mərhələdə nəqliyyat xərclərini azaltmaq məqsədilə hər il icmaların səfərbər edilməsi üçün iki pilot Rayon seçiləcək. Birinci ildə pilot rayonlar seçildikdən sonra RƏO-ları və Xidmət Təchizatçıları İcma Layihəsinin Dövriyyələri üzrə Əməliyyatlar Təlimatına əsasən LİQ tərəfindən təlimləndiriləcəkdir. Nəqliyyat xərclərini azaltmaq məqsədilə, seçilmiş rayonlar RƏO-nun ofisinə və eləcədə bir-birinə yaxın olmalıdırlar. Sonrakı illərdə, RƏO fəaliyyətləri ilkin seçilmiş pilot rayonlarla birgə digər beş rayonu da əhatə edəcəkdir.


RƏO-nun müvafiq işçi heyəti aidiyyatı Rayonların hər birində İcra Hakimiyyətinin Başçısı və onun əsas heyəti ilə və eləcədə, əgər varsa, Bələdiyyə Əlaqələndirici Şurasının icraçı komitəsi ilə də görüşəcək. Onlar həmçinin yerli QHT-lar, Bələdiyyə Şuraları, Yerli İcra Hakimiyyətləri və başqa qrupların nümayəndələri ilə də görüşlər keçirəcəklər. Görüşlərin məqsədi ən bərbad infrastruktura malik olan icmalar barədə məlumat toplamaqdır (Cild II, Əlavə 1-ə bax). Bu görüşlərdə məlumat yayımı təşviq olunacaq və bu zaman AzKİL layihəsinin imkanları və məhdudiyyətləri aydınlaşdırılacaq. İşçi heyəti həmçinin öz səfərlərinin məqsədini və icmanın vacibliyinə görə seçilmə qaydalarını təsnifatlı şəkildə izah edəcək. Regional Əməliyyatlar Ofisi toplanan məlumatlar əsasında infrastruktur indeksini yaradacaq və icmaları ehtiyac kateqoriyasına görə ardıcıllıqla siyahıya alacaq.


Məlumat toplamaq üçün mənbələr:

  1. İcra Hakimiyyəti şöbələri

  • Səhiyyə

  • Təhsil

  • Su idarəsi

  • Nəqliyyat

  • Enerji (işıq, qaz)

  1. Bələdiyyələrin Əlaqələndirmə Şurası (əgər varsa)

Hansı indikatorlar yığılmalıdır:



  • İşçi heyəti olan səhiyyə məntəqələrinin sayı / icmadan bir adam

  • icmada məktəb varmı: bəli / xeyr

  • icmada asfalt / qravel yol varmı: bəli / xeyr

  • kənddə içməli sudan istifadə etmə imkanı olan evlər neçə faizdir

  • gün ərzində işıq neçə saat verilir

  • kənddə işlək vəziyyətdə olan suvarma sistemi varmı: bəli / xeyr

  • kənddə torpağın şoranlaşması ilə əlaqədar problem varmı: bəli / xeyr

İndikatorların toplanma siyahısı və infrastruktur indeksinin yaradılması Əlavə 1-də göstərilmişdir.




İcmalar ehtiyaclarına əsasən sıralandıqdan sonra 10 icmanın adı daxil edilən siyahı Çevik İcma Qiymətləndirməsinin həyata keçirilməsi üçün RƏO tərəfindən Xidmət Təchizatçısına təqdim ediləcəkdir .


Çevik İcma Qiymətləndirməsi (ÇİQ)

İcmanın çevik qiymətləndirilməsinin məqsədi infrastruktur üzrə məlumatların təsdiq edilməsindən və layihə üzrə yerli maraqların və eləcə də səfərbər olunma istəyinin və İcma Layihəsinin həyata keçirilməsində bacarıqların çevik qiymətləndirməsindən ibarətdir. (Əlavə 2, səh. 47-ə baxın)


Xidmət Təchizatçıları qiymətləndirmənin həyata keçirilməsinə görə məsuliyyət daşıyır. Onlar hər bir kənddə icma liderləri və nümayəndələri, yerli İcra Hakimiyyətləri və bələdiyyələrlə məsləhətləşəcəklər. Onlar layihə haqqında məlumat materiallarını bu icmalara paylayacaqlar.
İcmanın qiymətləndirilməsi eyni zamanda 10 kənd üzərində aparılan davamlı prosesdir. Səfərbər olunma bacarığı və istəyi olan 30 icma müəyyən edilənə qədər XT-lar daha 10 icmaya səfər edəcəklər.
Xidmət Təchizatçısı RƏO tərəfindən adları təqdim edilən 10 icmada aparılan Çevik İcma Qiymətləndirməsinin nəticələri haqda RƏO-a hesabat təqdim edəcəkdir. Bu hesabata mütəxəssis tövsiyəsi daxil ediləcəkdir. Bununla yanaşı, qiymətləndirilmiş icmalar arasından hansılarda səfərbərlik aparılacağı, hansılarda əməkdaşlığın dayandırılacağı haqda qərarı RƏO verəcəkdir.
Əgər icmalar səfərbərlik prosesini tərk edərlərsə Çevik İcma Qiymətləndirməsi 10 və daha çox icma qrupunun müəyyən edilməsi üçün bərpa edilməlidir. Bu prosesə daxil olan yeni icma qrupları çıxan icmaların yerini tutacaq.

Xidmət Təchizatçısının Çevik İcma Qiymətləndirməsi üzrə hesabatı əsasında RƏO səfərbərlik aparılacaq icmaların siyahısını hazırlayıb Xidmət Təchizatçısına təqdim edəcəkdir.

İcmalar İcma Layihəsi təklifini təqdim edə bilər və AzKİL vasitəsilə səfərbər olunmalarından asılı olmayaraq İcma Layihəsinin maliyyələşdirilməsi üçün müraciət edə bilərlər. Bu cür layihələr İllik İnvestisiya Strategiyası Planı (İİSP) ilə İcma Layihələri üçün ayrılan illik məbləğin 10%-dən artığını təşkil edə bilməz. Belə olan halda XT / RƏO təşkilatçıları icmalara səfər edəcək və onların səfərbərlik səviyyəsini qiymətləndirəcəklər. Əgər icma başqa İcma İnkişafı Proqramları (İİP) vasitəsilə səfərbər olunmuşdursa Xidmət Təchizatçısı icmanın İcma Layihəsini AzKİL standartlarına uyğun olaraq həyata keçirmə iqtidarında olduğunu qiymətləndirəcək. Əgər yoxlamalar nəticəsində icmanın AzKİL standartlarını təmin etmə iqtidarında olduğu müəyyənləşdirilərsə onun təqdim etdiyi təklif, AzKİL XT-larının yardımı ilə hazırlanan eyni qiymətləndirmə prosesi əsasında qiymətləndiriləcək. Əgər bu standartlar təmin edilmirsə və ya əgər icma səfərbər edilməmişdirsə və ya yarımçıq səfərbər olunmuşdursa həmin icma, AzKİL-in digər icmaları üzərində aparılan eyni seçim və səfərbərlik proseslərini keçəcək.


Yüklə 250,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə