AzKİl azərbaycan kənd investiSİya layiHƏSİ ƏMƏLİyyatlar təLİmati 2-ci CİLD: ƏMƏLİyyat qaydalari



Yüklə 250,4 Kb.
səhifə4/9
tarix01.11.2017
ölçüsü250,4 Kb.
#7776
növüQaydalar
1   2   3   4   5   6   7   8   9

Növbəti Səfər (1 Gün)

Növbəti səfər zamanı Regional Əməliyyatlar Ofisindən İcma yönümlü İnkişaf üzrə İşçinin rəhbərlik etdiyi İcma Səfərbərlik Qrupu layihə barədə ətraflı məlumat verəcək və bu görüşdə sual-cavab və müzakirələrin aparılması üçün vaxt ayrılacaq. Layihənin həyata keçirilməsi şərtləri icma töhfəsinə və istismar planına xüsusi diqqət yetirməklə aydın izah ediləcək. Əgər icma əməliyyatların davam etdirilməsi üçün səmimi marağın və ümumi razılığın olduğunu nümayiş etdirə biləcəksə İcmaların Səfərbərlik prosesinə başlama tarixi müəyyən ediləcək.


Növbəti səfərə aşağıdakılar daxildir:


  • İcmanın bütün təbəqələrinə aid olan nümayəndələrin iştirakı – qadınların, cavanların və həssas qrupların iştirakına xüsusi diqqət yetirmək

  • AzKİL məqsədlərinin və əsas prinsiplərinin nəzərdən keçirilməsi

  • Əməliyyat mərhələlərinin qısa təsviri

  • İcma Layihəsinin seçim üçün yararlığı, tələb olunan meyarlar və qiymətləndirmə qaydaları üzrə qısa məlumat

  • İcma Səfərbərliyinin növbəti mərhələsi üzrə qısa məlumat

  • “İcma Layihəsi təklifinin hazırlanma yolları” və AzKİL icma layihəsinin qiymətləndirmə meyarları da daxil olmaqla daha təsnifatlı məlumatların verilməsi

  • İcma töhfəsinin təmin olunması üçün maraq və öhdəlik səviyyəsinin yoxlanması

  • Növbəti səfərin sonunda Xidmət Təchizatçıları icma səfərbərliyinin davam etdiriləcəyini və ya dayandırılacağını qərarlaşdıracaq. Əgər səfərbərliyin davam etdirilməsi təsdiq olunarsa Xidmət Təchizatçıları və İcma dörd günlük Səfərbərlik Seminarının tarixini razılaşdıracaq. Bu seminarda Kəndin İştiraklı Qiymətləndirməsi və İcma Layihəsi Komissiyasının yaradılması müəyyən ediləcək.

Səfərbərlik Seminarı

Xidmət Təchizatçıları, dörd günlük seminar keçirəcəklər. Buraya aşağıdakı mövzular daxildir:




  1. İştiraklı Kənd Qiymətləndirməsi

  2. İcma Layihəsi Komitəsinin yaradılması

  3. QA-nın Seçilməsi


A. İştiraklı Kənd Qiymətləndirməsi (İKQ)
İştiraklı Kənd Qiymətləndirməsi fokus qrup müzakirələrindən istifadə etməklə dörd günlük iştiraklı seminar şəklində həyata keçiriləcək. Bu seminarlarda müzakirə olunacaq məsələlər aşağıdakılardır:


  • Əhəmiyyət kəsb edən hadisələr, nailiyyətlər və həyata keçirilmiş layihələr də daxil olmaqla kəndin keçmiş fəaliyyətlərinin tarixçəsini danışmaq

  • Kəndin xəritəsini hazırlamaq

  • Kənddə mövcud olan resursların qiymətləndirilməsini yekunlaşdırmaq

  • Fokus-qruplar; burada qadınlar, kişilər, Məcburi Köçkünlər və cavanlar öz problemlərini müzakirə edəcək və öz fikirlərini icma ilə bölüşəcək

  • Hadisələrin təqvim üzrə icmalı

  • İcmanın Fəaliyyət Planının Hazırlanması: Problemlər ağacını hazırlamaq, problemlərə ehtiyaclar və çıxış yolları gözü ilə baxmaq, müvafiq tədbirlərə əl atmaq və layihələrə başlamaq

  • Ən vacib ehtiyacların müəyyən edilməsi üçün fəaliyyət planının hazırlanması

  • Layihələr vacibliyinə görə qiymətləndirilir və məqsədlərin ardıcıl siyahısı müəyyən edilir

  • İcma Layihəsi ən vacib ehtiyacları əks etdirən siyahıdan seçilir (infrastrukturun hansı texniki üsullu təmir və ya bərpa ediləcəyi buraya daxildir).




  1. Bu öhdəlikləri yerinə yetirmək üçün Xidmət Təchizatçısı İştiraklı Kənd Qiymətləndirməsinin 11 alətindən istifadə edəcəkdir.

  2. Təqdimat görüşü

  3. İcma Xəritələşməsi

  4. İcma Tarixi

  5. Fokus qrup müzakirələri

  6. Problemlərin sıralanması

  7. Dəyişkən Xətlər

  8. Kənd Təşkilati Diaqramı

  9. İLK Yaradılması

  10. Problemlərin təhlili

  11. Strateji Planlaşdırma

(Əməliyyatlar Təlimatı, Cild 3, Bacarıqların Artırılması, Əlavə 2, səhifə 18)

İcmaların Səfərbər edilməsi və təlimləndirilməsi ilə yanaşı, Xidmət Təchizatçıları AzKİL tərəfindən maliyyələşən icma layihələrinin istismar müddəti ərzində İLK-i məsləhət xidməti ilə təmin edəcəkdir. Xidmət Təchizatçısının əsas öhdəlikləri arasında yer alır:



  • İcra zamanı AzKİL-i işə cəlb etmədən bütün prioritetlər üzrə texniki həll yolları və xərcləri müəyyənləşdirmək üçün icmalara yaxından köməklik göstərmək,

  • Təklif edilən icma layihəsinin digər prioritetlərlə funksional inteqrasiyası olduğunu təmin etmək və bunu İcma Fəaliyyət Planında üslubuna uyğun şəkildə təqdim etmək,

  • İnkişaf planında yer alan digər icma layihələrinin həyata keçirilməsi üçün vəsait axtarışı istiqamətindəki icma səylərini daim nəzarətdə saxlamaq,

  • Potensial donorlarla əlaqə qurmaqda icmalara yaxından köməklik göstərmək.


B. İcma Layihəsi Komitəsinin Yaradılması

İcma Layihəsi Komitəsi seminarın axırıncı günündə iştirakçılar qrupunun tərkibindən seçiləcək. Bu komitə təxminən 7 nəfərdən ibarət olacaq və bu 7 nəfər Komitə sədrini seçəcəklər. Komitəyə qadınlar və imkan daxilində bir mühəndis və mühasib daxil ediləcək. Yerli bələdiyyə nümayəndəsinin komitə üzvlüyünə götürülməsi mümkün olsa da onun sədr seçilmə mümkünlüyü istisna edilir. İcma Layihəsi Komitəsi və Bələdiyyə icma layihəsinin hazırlanması istiqamətində birgə işləyəcəklər.



C. İcma Mühəndisi / İxtisaslaşmış Mühəndis

İcma Mühəndisi icmanın özü tərəfindən seçiləcək və İcmanın texniki plan və spesifikasiyalarını hazırlayacaq. O, İcma Layihəsi Komitəsinin üzvü olacaq. İcma mühəndisi öz əmək haqqını yalnız İcma Layihəsinin həyata keçirilməsi dövründə alacaq. Onun əmək haqqının 75%-i İcma Layihəsi büdcəsindən 25% isə icma töhfəsi hesabına ödəniləcək. İcma mühəndisi öhdəsinə düşən işləri XT mühəndisi və LİQ tərəfindən hər zona üçün seçilmiş və işə cəlb edilmiş Dizayn Şirkətinin mütəxəssisləri ilə sıx əməkdaşlıq nəticəsində həyata keçirəcək. İcma Mühəndisi icmanın nümayəndəsi kimi icma layihələrinin dizayn edilməsində, icra planının, Əməliyyat və İstismar planının hazırlanmasında Dizayn şirkəti ilə birgə əməkdaşlıq edəcək və Dizayn şirkəti mütəxəssislərinin köməyi ilə texniki monitorinq aparmaqla yanaşı podratçı işlərinə nəzarət edəcəkdir. İcma Mühəndisi həmçinin əməliyyat fazasında, inşa edilmiş infrastrukturdan məsuldur.

İcma Mühəndisinin görəcəyi işlər aşağıdakılardır:




  • İcma Mühəndisi XT ilə əməkdaşlıq edərək İcma Layihəsinin texniki dizaynı və hazırlanması ilə məşğul olacaq. İnfrastrukturun ətraf mühitlə əlaqəsi də həmçinin buraya daxildir.

  • İcma Mühəndisi İLK-ya satınalma məsələlərinə dair məsləhətlər verəcək.

  • Əgər tikinti icmanın özü tərəfindən həyata keçirəcəksə İcma Mühəndisi tikintiyə nəzarət edəcək.

  • Tikinti podratçı ilə müqavilə əsasında həyata keçiriləcəksə icma mühəndisi podratçının işinə nəzarət edəcək.

  • İcma Mühəndisi İLK-nın material təchizatının və həmin materialların keyfiyyətinin, eləcə də işlərin texniki inkişafının gündəlik yoxlanılmasında İLK-ya yardım edəcək.

  • İcma Mühəndisi layihənin texniki tərəflərini əhatə edən hesabatların RƏO-yə təqdim olunmasında İLK-ya yardım edəcək.

  • İcma Mühəndisi İcma Layihəsinin İstismarı və Texniki Xidməti Komissiyasının yaradılmasında icmaya yardım edəcək və İcma Layihəsi başa çatdıqdan sonra onun davamlığını təmin etməkdən ötrü İstismar və Texniki Xidmət Komissiyasının öhdəlikləri barədə icmaya məlumat verəcək.

  • Tikinti işi başa çatdıqdan sonra İcma Mühəndisi infrastrukturun texniki vəziyyətinin monitorinqini və qiymətləndirməsini həyata keçirəcək.

Əgər icmada müvafiq bacarıqları olan mühəndis tapılmazsa lazımi təcrübəyə malik olan mühəndis başqa yerdən işə götürülə bilər. İcma Layihəsinin təsdiq olunmasından əvvəlki layihələndirmə mərhələsində ixtisaslı mühəndisin xidmətlərinə ehtiyac duyularsa RƏO müvafiq bacarıqlara malik olan mühəndisi məsləhətçi kimi işə götürəcək və onun əmək haqqını öz vəsaiti hesabına maliyyələşdirəcək. İL-nın icra mərhələsində ixtisaslaşmış mühəndisə ehtiyac duyularsa onun əmək haqqı təklif olunan İL büdcəsi hesabına ödəniləcək və bu mühəndis QA tərəfindən işə götürüləcək. Bu halda, onun əmək haqqının 25%-i ödənməyəcək və bu əmək töhfəsi kimi nəzərə alınacaqdır.





D. Qrant Alanın (QA) Seçilməsi

QA, layihəni həyata keçirən hüquqi şəxsdir. Seçilmə hüququna malik olan QA – Bələdiyyələr, hüquqi şəxs kimi qeydiyyatdan keçmiş İcma Əsaslı Təşkilatlar (QHT-lar da daxil olmaqla) və ya Dünya Bankının və Borcalanın razılaşdığı istənilən başqa assosiasiya və ya təşkilat ola bilər.


İcma Layihəsi Komitəsi əməkdaşlıq sazişini Layihənin İdarəetmə Qrupu ilə imzalayan Qrant Alanın seçilməsinə görə məsuliyyət daşıyır.
İcmanın aşağıdakı üç seçim variantı vardır:


AzKİL-in Maliyyələşdirdiyi QA (Qrant Alan) üçün üç Seçim variantı

Hər üç variant səfərbərlik prosesinin bir hissəsi kimi təqdim olunmaq üçün icma tərəfindən təsdiq edilməlidir:

1. İcma Layihəsi Komitəsi AzKİL ilə İcma Layihəsi sazişini imzalaya biləcək hüquqi şəxsdir və ya olacaq. Əgər İcma Layihəsi Komitəsi hüquqi şəxs kimi qeydiyyatdan keçməmişdirsə, qeydiyyatdan keçənə qədər ayrı hüquqi status qəbul olunandır. Bununla əlaqədar olan müəyyən üstünlüklər və çatışmayan cəhətlər Əməliyyatlar Təlimatının Hüquqi Çərçivə adlı Bölməsində təsnifatlı şəkildə səciyyələndirilmişdir (Hissə III, Bölmə VI).

2. Hüquqi müəssisə olan Bələdiyyə öz ərazisində və ya müvafiq icmanın ərazisində İcma layihəsinin icraçı həmkarı kimi fəaliyyət göstərə bilər.

3. İcma Layihəsi Komitəsi hüquqi şəxs olan QHT-nı Qrant Alanın funksiyalarını yerinə yetirmək üçün seçə bilər.


Əgər QA İcma Layihəsi Komitəsinin özü olmayacaqsa (2 və 3-cü bəndlərdə olduğu kimi) İcma Layihəsi təklifinə İLK ilə birlikdə imza atmalı olacaq. Bələdiyyə hazırlıq prosesində iştirak etdiyini təsdiq etməkdən ötrü istənilən halda İcma Layihəsi təklifinə imza atır.


İcma layihə təklifinin hazırlanması və icrası üçün tələb olunan təlim xidmətlərinin keçirilib keçirilməyəcəyi icmanın səfərbərlik istəyi qiymətləndirildikdən sonra müəyyən ediləcək.
Xidmət Təchizatçıları layihənin ətraf mühitə göstərəcəyi təsiri İcmanın və Regional Əməliyyatlar Ofisinin dəstəyi ilə müəyyən etməlidir (əgər lazımdırsa). Seçilmiş icma layihəsinin ətraf mühitə ciddi mənfi təsir göstərə biləcəyi müəyyən edilərsə və ya tikinti zamanı ətraf mühitin təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi vacib bilinərsə (məsələn asbestos tavanların çıxarılması və kənarlaşdırılması) ətraf mühitin rəsmi olaraq qiymətləndirilməsi və onun ardınca fəaliyyət planının hazırlanması zəruri hesab edilə bilər (Cild III, İstinad Təlimatı, Bölmə 6, Zəmanətlər hissəsinə bax).

Yüklə 250,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə