AzKİl azərbaycan kənd investiSİya layiHƏSİ ƏMƏLİyyatlar təLİmati 2-ci CİLD: ƏMƏLİyyat qaydalari


Səfərbərliyin Qiymətləndirilməsi və Hesabatlar



Yüklə 250,4 Kb.
səhifə5/9
tarix01.11.2017
ölçüsü250,4 Kb.
#7776
növüQaydalar
1   2   3   4   5   6   7   8   9

Səfərbərliyin Qiymətləndirilməsi və Hesabatlar

İcmanın Səfərbər olunma istəyi səfərbərlik prosesinin sonuna qədər Xidmət Təchizatçıları (XT), İcma Layihəsi Komitəsi (İLK) və Regional Əməliyyatlar Ofisi (RƏO) tərəfindən qiymətləndiriləcək.


Bu prosesin üç ünsürü var:

A. İcmanın Səfərbər olunma Hesabatı

Xidmət Təchizatçısı səfərbər etdiyi hər icma üzrə Səfərbərlik Hesabatını hazırlayır və bu hesabatı Regional Əməliyyatlar Ofisinə göndərir. Bu hesabat iştirak səviyyəsi, İLK-nın təşkili, İştiraklı Monitorinq və Qiymətləndirmə Qrupu və İKQ-nin nəticələri barədə məlumatlardan ibarət olacaq.


B. İcmanın Özünüqiymətləndirmə Hesabatı
İcma Layihəsi Komitəsi (İLK) səfərbərliyin nəticələri barədə İcmanın Özünüqiymətləndirmə Hesabatını və Xidmət Təchizatçısının qiymətləndirmə zamanı gördüyü işin nəticələrini hazırlayır və onu Regional Əməliyyatlar Ofisinə təqdim edir.
C. Səfərbərliyin Qiymətləndirilməsi Hesabatı
Regional Əməliyyatlar Ofisi səfərbərliyin qiymətləndirilməsini aparmaq üçün səfərbər edilən icmaların təxminən 20 %-ni seçəcək. Sahə səfərindən sonra Regional Əməliyyatlar Ofisi Səfərbərliyin Qiymətləndirilməsi Hesabatını hazırlayacaq.
Xidmət Təchizatçısı ən vacib icma ehtiyaclarının açıq və şəffaf tərzdə seçilməsi, bütün təbəqələrin iştirak etməsi və İcma Layihəsi Komitəsinin icmanın həqiqi təmsilçisi olması barədə məlumatların verilməsinə görə məsuliyyət daşıyır. Nəhayət XT, növbəti mərhələnin yəni İcma-Layihəsi üzrə Təlim və Hazırlıq fəaliyyətinin həyata keçirilib keçirilməyəcəyi barədə məsləhət verməlidir. Əgər verilən məsləhət bu mərhələnin başlanmasının əleyhinədirsə Xidmət Təchizatçısı yazılı şəkildə Regional Əməliyyatlar Ofisinə bildiriş təqdim etməlidir.

Mərhələ 3

İcma Layihəsi Təklifləri üzrə Təlim və Hazırlıq

Bu mərhələ aşağıdakı fəaliyyətlərdən ibarətdir:



1

İcma Layihəsi Komitəsi və QA-nın Təlimi

2

İcma Layihəsi Təkliflərinin Hazırlanması


İcma Layihəsi Komitəsi və QA-nın Təlimi

Xidmət təchizatçıları (XT) İcma Layihəsi Komitəsinə (İLK), bələdiyyəyə və QA-ya (əgər QA adıçəkilən iki qurumdan biri deyilsə) İcma Layihəsi təkliflərinin hazırlanması və həyata keçirilməsi üzrə təlim keçəcək. Xidmət Təchizatçısı bu qrupla təxminən 5 gün işləyəcək.


Xidmət Təchizatçıları Yuxarıda adıçəkilən qurumlara təşkilati bacarıqların artırılması üzrə təlim keçəcək. Aşağıda sadalananlar təşkilati bacarıqlar üzrə təlimlərin siyahısıdır:


  • Şəffaflıq və dayanıqlıq da daxil olmaqla təşkilati idarəetmə və planlaşdırma

  • Maliyyə idarəetməsi və büdcənin tərtibatı

  • Qeydlərin aparılması

  • İcma Layihəsinin düşünülməsi və hazırlanması

  • Təklifin yazılması

  • Müqavilələrin bağlanması

  • Tədarük

  • Ətraf mühit üzrə Maarifləndirmə

  • İcma Layihəsində istismar və texniki xidmət

  • İştiraklı Monitorinq və Qiymətləndirmə (BMvəQ)

Təlim başa çatdıqda Xidmət Təchizatçısı təlimin gedişatı və nəticələri barədə İcma Layihəsi Komitəsinə və QA-ya hesabat verir sonra isə bu hesabatı Regional Əməliyyatlar Ofisinə göndərir. Əlavə 3, Cild II. Bu hesabatın bir hissəsinə iştirakçıların müxtəlif təlim tədbirlərinin qiymətləndirilməsi daxil ediləcək.


İcma Layihəsinin Təklifinə Hazırlıq

Xidmət Təchizatçılarının keçəcəyi seminara aşağıdakı mövzular daxil ediləcək:




  1. Plan və spesifikasiyaların hazırlanması

  2. İcma Layihəsi təklifinin hazırlanması (İcma Layihəsi Komitəsi)

  3. İcazələrin alınması və sahibkarlıq statusunun Rayon icra hakimiyyətindən araşdıraraq müəyyənləşdirilməsi

  4. İcma Layihəsi təklifinin İcma tərəfindən təsdiq olunması (1 günülük görüş)

  5. İcma Layihəsi təklifinin imzalanması və təqdim olunması



A. Plan və spesifikasiyaların hazırlanması

İcma Mühəndisi Xidmət Təchizatçısının köməkliyi ilə planı və İcma Layihəsinin texniki spesifikasiyalarını hazırlayacaq. Bu mühəndislər, AzKİL-in texniki tələbatlarına (İstinad üçün Təlimatlar, Cild III, Bölmə 8) aydınlıq gətirmək üçün Regional Əməliyyatlar Ofisinin mühəndisi ilə məsləhətləşə bilər, habelə xüsusi və ya yüksək texniki bacarıqlar və tədbirlər tələb edən başqa layihələrə görə müraciət edə bilər. Bildirildiyi kimi əgər icma, tikinti işinin icrasını podratçıya həvalə etmədən özü yerinə yetirərsə İcma Mühəndisi tikinti müddətində, həm İcma Layihəsi Komitəsini, həm də bələdiyyəni sahə mühəndisi və nəzarətçisi kimi təmsil edə bilər. Bu ancaq icma layihəsinin dəyəri ümumilikdə 10 000 ABŞ Dollarını keçmədiyi hallarda mümkündür.


B. İcma Layihəsi təklifinin hazırlanması

İcma Layihəsi Komitəsi və Bələdiyyə AzKİL Əməliyyatlar Təlimatında (55-ci səhifədə İcma Layihəsi Təklifləri Formaları, Əlavə 5) göstərilmiş qaydada İcma Layihəsi təklifini yekunlaşdıracaq. Tam doldurulmamış təkliflər sona qədər nəzərdən keçirilmədən geri qaytarılacaq.

İşlərin təklif olunmuş büdcəsi, eləcədə İcmanın Yardım və İstismar tələbatları üzrə məlumatlar icmanın ictimai yerlərində yerləşdiriləcək.



C. İcazələrin alınması və mülkiyyət üzərindəki sahibkarlığın Rayon icra hakimiyyətindən araşdırılaraq müəyyən olunması

İLK, hazırlanmış planları nazirliklərin müvafiq Rayon şöbələrinə və idarələrə təsdiq olunmaq üçün təqdim edəcək (məsələn, məktəblər üçün Təhsil Nazirliyinin rayon şöbəsinə, xəstəxanalar üçün Səhiyyə Nazirliyinin rayon şöbəsinə və içməli su üçün Su İdarəsinə). İLK, tikintinin aparılmasına icazə verən yazılı təsdiq cavabını müvafiq orqandan alacaq. Bu zaman onlar əmlakın sahibkarlığı üzrə təsdiq cavabını da əldə edə bilərlər belə ki, əmlakın sahibkarlığı adətən yuxarıda adıçəkilən nazirliklərə və nazirliklərin şöbələrinə aiddir. İLK, əmlakın sahibkarlığını təsdiq edən yazılı sənədi sahibkardan almalıdır. Bu sənəddə həmçinin İcma Layihəsi əsasında həyata keçiriləcək işlərin səlahiyyətləndirilməsi də təsdiq edilməlidir.



D. İcma Layihəsi təklifinin İcma tərəfindən təsdiq edilməsi
İcma Layihəsini təqdim etməmişdən əvvəl İcma Layihəsi Komitəsi və Bələdiyyə Xidmət Təchizatçılarının köməkliyi ilə icma yığıncağını keçirəcək. İcma Məhəllələrinin və başqa qrupların bütün rəhbərlərinin yığıncaq barədə qabaqcadan xəbərdar edilmələri son dərəcə vacibdir. İcma məhəllələrinin bütün liderləri və başqa qrupların iştirakı, habelə təklif edilmiş büdcənin, icma töhfəsi və İstismar və Texniki Xidmət tələbatları üzrə məlumatların ictimai yerlərdən asılması vacibdir. Cəmiyyətin bütün təbəqələrinin lazımi səviyyədə təmsil edilməsi və icmanın tam iştirakı çox vacibdir.
İcma yığıncağının məqsədi aşağıdakılardır:


  • Təklif diqqətlə nəzərdən keçiriləcək

  • Təkliflər qəbul edildikdə icra mərhələləri izah ediləcək; (tikinti icma tərəfindən həyata keçirilərsə fəaliyyət planı təklifə daxil edilməlidir)

  • Büdcə təfərrüatı ilə nəzərdən keçiriləcək

  • Tədarük və tender əməliyyatları diqqətlə nəzərdən keçiriləcək

  • İcma töhfəsi və onun istismar və texniki xidmətlə əlaqədar olan gələcək öhdəlikləri bir daha izah ediləcək

  • Əmtəə şəklində olan icma töhfəsinin necə dəyərləndiriləcəyi və təşkil ediləcəyi, habelə nəğd pul töhfəsinin toplanma yolları müəyyən ediləcək

  • İcma layihəsi təklifi üzrə son icma səsinin kimə aid olacağı müəyyən ediləcək.




    1. İcma Layihəsi təklifinin imzalanması və təqdim olunması

İcma təsdiqindən sonra növbəti addımlar atılacaq:




    1. İcma Layihəsi Komitəsi İcma Layihəsinin təklif forması üzrə keçirilən səsvermənin nəticələrini qeyd edir.

    2. İcma Layihəsi Komitəsi və QA (əgər İcma Layihəsi Komitəsindən ayrı qurumdursa) təklifi imzalayır. Bələdiyyə icma layihəsinin müəyyən edilməsində və hazırlanmasında iştirak etdiyini təsdiq etmək üçün həmçinin imza atır.

    3. İcma Layihəsi Komitəsi və bələdiyyə plan və spesifikasiyaları təsdiq olunmaq üçün Rayonun İcra Hakimiyyətinin müvafiq idarəsinə təqdim edir.

    4. İcma Layihəsi Komitəsi layihə təklifini müvafiq nazirliklərin Rayon İcra Hakimiyyətindəki nümayəndələrinin təsdiqi, büdcə, planlar və texniki spesifikasiyalar da daxil olamqla Regional Əməliyyatlar Ofisinə təqdim edir.

Layihənin təklif formasının və büdcənin təqdim olunmamışdan əvvəl icma tərəfindən tam doldurulması Xidmət Təchizatçıları tərəfindən nəzarətdə saxlanmalıdır. İcma Layihəsinə daxil olan planlar və spesifikasiyalar AzKİL-in texniki-mühəndis standartlarının bütün tələblərinə uyğun gəlməlidir. Qeyri-ənənəvi texniki məsələlər və ya ətraf mühit problemləri üzrə istənilən suallar Regional Əməliyyatlar Ofisinin mühəndisləri və məsləhətçiləri ilə qabaqcadan müzakirə edilərək həll olunacaq.



Mərhələ 4

Yüklə 250,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə