33
Ağac rəsminin interpretasiyası özündə daimi özəyi (köklər, gövdə,
budaqlar) və bəzək elementlərini (yarpaqlar, bəhrə, peyzaj) cəmləĢdirir.
Qeyd etdiyimiz kimi, K.Koxun interpretasiyası əsasən psixiki
inkiĢafın xüsusiyyətlərinin və patoloji əlamətlərinin aĢkarlamasına
yönəldilmiĢdir. Bizim fikrimizcə, bu interpretasiyada bir sıra ziddiyyətlər
var və həm də çətin dəqiqləĢdirilən anlayıĢlardan istifadə olunur.
Məsələn, ―dairəvi ağac çətiri‖, ―enerji çatıĢmazlığı‖, ―mürgüləmə‖ kimi
əlamətlərin interpretasiyasında və eyni zamanda ―müĢahidə qabiliyyəti‖,
―güclü təxəyyül‖, ‖tez-tez düzüb-qoĢan,‖ və ya: ―cəmlənməsinin
çatıĢmazlığı‖, - nəyin?
Bu anlayıĢ arxasında hansı reallıq durur? Bu naməlum qalır. Bundan
əlavə əlamətlərin Ģərhi zamanı adi anlayıĢlardan hədsiz istifadə olunur. Məs.
―boĢluq‖, ―təĢəxxüslülük‖, ―təmtəraqlılıq‖, ―səthi‖, ―bayağı‖, ―alçaq‖,
‖dardüĢüncəli‖, ‖ədəbazlq‖, ―ikiüzlülük‖, ‖rəsmiyyətpərəstlik‖, ―əcaiblik‖,
―saxtalıq‖ və elə burada da ―konstruktivlik qabiliyyətli‖, ―təsnifləĢdirmə
bacarığı‖, ―texniki istedad‖ kimi birləĢmələr; və ya ―Ģəxsi intizam‖,
‖soyuqqanlılıq‖, ‖tərbiyəlilik‖ — təĢəxxüslülük‖, ―lovğalıq‖, ―laqeydlik‖,
―biganəlik‖.
Diqqət çəkmək lazımdır ki, psixoloji məsləhət prosesində normal
insanlarla ünsiyyət zamanı onların ünvanına bu cür epitetlər söyləmək yol
verilməzdir. Bununla əlaqədar biz, müasir ədəbiyyatda iĢıqlandırılmıĢ və
bizim fikrimizcə psixoloji məsləhətlər zamanı gündəlik təcrübədə istifadəsi
məqsədəuyğun saylılan interpretasiya variantını təklif edirik.
Yer vərəqin sağ kənarı istiqamətinə yüksəlir – ruh yüksəkliyi, Ģənlik.
Yer vərəqin sağ kənarı istiqamətinə enir – gücün azalması, ruh düĢkünlüyü.
Köklər
Köklər gövdədən gödəkdir – gizlədilmiĢ, qapalı olanı görmək istəyi.
Köklər gövdəyə bərabərdbir – çox güclü maraq, artıq problem təĢkil edir.
Köklər gövdədən böyükdür – intensiv maraq, həyəcan doğura bilər.
Köklər xətlə işarələnib – gizli saxlanılana qarĢı uĢaq davranıĢı.
İki xətt şəkilli köklər – reallığın qiymətləndirilməsində düĢüncəlilik və seçmə
qabiliyyəti; bu köklərin mütəlif formada olması tanıĢ olmayanların
çevrəsində və ya yaxınların əhatəsində yaĢamaq, bəzi tendensiyaları
boğmaq
və ya ifadə etmək arzusunu ilə bağlı ola bilər.
Simmetriya - ətraf aləmlə uzlaĢma görüntüsü yaratmaq istəyi. Aqressivliyi
cilovlamaq cəhdi. Hisslərə münasibətdə mövqe seçimi zamanı tərəddüd,
daxili konfiliktə gətirib çıxara biləcək dərəcədə abvivalentlik.
TormozlanmıĢ mənəvi problemlər.
Vərəqdə ikili yerləşmə - keçmiĢə, rəsmdə əks olunana, yəni öz hərəkətinə
münasibət. Ġkili istək – ətrafın çərçivəsində müstəqillik və müdafiə. Mərkəzi
34
mövqe - ətrafdakılarla uzlaĢma, tarazlıq tapmaq istəyi. VərdiĢlərə istinad
edən sərt və dəyiĢilməz sistemə ehtiyacı əks etdirir.
Soldan sağa yerləşmə - ətraf aləmə, gələcəyə istiqamətlənmə artır. Ad-sana
istinad etmək tələbatı; ətraf aləmlə uzlaĢma axtarıĢları; Ģöhrətpərəslik, özünü
baĢqalarına zorla qəbul etdirmək cəhdi, tərk edilmə hissi; davranıĢda
tərəddüdlər mümkündür.
Yarpaqların forması
Ağac çətirinin yumru forması – coĢqunluq, emosionallıq.
Yarpaqlarda dairələr – sakitləĢdirici və mükafatlandırıcı hisslərin axarıĢı;
tərk edilmə və peĢmançılıq.
Budaqlar aşağı sallanıb– cəsarətin itirilməsi, səylərdən imtina.
Budaqlar yuxarı uzanıb – entuziazm, hakimiyyətə can atma.
Budaqlar müxtəlif istiqamətlərə uzanıb - özünütəsdiqin, əlaqələrin axtarıĢı;
qərarsızlıq; ətrafdakılara qarĢı həssaslıq ona zidd deyil.
Yarpaqlar – seyrək və ya sıx tordur – problemli vəziyyətlərdən yan
keçməkdə az və ya çox zirəklik.
Yarpaqlar əyri xətlərdən ibarətdir – həssaslıq, ətrafdakıları aĢkar qəbul
etmə.
Bir rəsmdə açıq və örtülü yarpaqlar – obyektivlik axtarıĢı.
Örtülmüş yarpaqlar – öz daxili aləmini uĢaq üsulları ilə qorumaq.
Örtülmüş sıx yarpaqlar – özünü biruzə verməyən aqressivlik.
Rəsmin tamlığı ilə əlaqəsi olmayan yarpaq detalları – xırda əlamətləri
ümumi hadisənin xüsusiyyəti kimi qəbul edən mülahizələr.
Budaqlar gövdənin bir sahəsindən çıxır – uĢaqların müdafiə axtarıĢları,
yeddi yaĢlı uĢaq üçün norma.
Budaqlar bir xətlə çəkilib – xoĢ olmayan reallıqdan uzaqlaĢmaq, onu
transformasiya etmək və bəzəmək cəhdi.
Yoğun budaqlar – həqiqətin düzgün seçilməsi.
Yarpaq - ilmələr – öz cazibəsini istifadə etməyə üstünlük verir.
Yarpaqlarda ziqzaqlar – gizlilik və ehtiyyat.
Tor kimi yarpaqlar – mənfi hisslərdən uzaqlaĢma.
Naxışa bənzəyən yarpaqlar – məlahət, üzügülərlik, cazibədarlıq.
Palma ağacı – yerdəyiĢməyə can atma.
Söyüd ağacı – enerci və ehtiras qıtlığı, möhkəm dayaq və pozitiv əlaqələr
axtarıĢı; keçmiĢə və uĢaqlıq təcrübəsinə qayıdıĢ; qərarlar qəbulunda
çətinliklər.
Qaralama, ştrixləmə – gərginlik, həyəcan.
Gövdə qaralanıb – daxili həyəcan, Ģübhə, tərk olunma qorxusu, gizli
aqressiya.
35
Gövdə - anaya bənzəmək, hər iĢi onun kimi etmək arzusu və ya ataya
bənzəmək, onunla gücünü sınamaq, uğursuzluqları təhlil etmək.
Gövdə çatlamış gümbəz formasında – xaricdən məcburiyyəti kəskin hiss
etmək və ona müqavimət göstərə bilməmək.
Yarpaq çətirində ayırıcı xətt - passivlik, yumĢaqlıq, üzüyola olmaq.
Bir xətdən ibarət gövdə - ətrafa real baxmaqdan imtina.
Gövdə nazik xətlə, ağacın çətiri isə yoğun xəttlə çəkilib– özünütəsdiq etməyi
bacarır və azad hərəkət edə bilir.
Yarpaqlar nazik xətlərlə çəkilib – böyük həssaslıq, təsirlənmə qabiliyyəti.
Gövdə sərt xətlərlə çəkilib - qətiyyət, aktivlik,məhsuldarlıq .
Gövdənin xətləri düzdür – çeviklik, zirəklik, həyəcanlı faktlar üzərində
yubanmamaq.
Gövdənin xətləri əyridir – fəallıq maneələrin keçilməzliyi haqqındakı fikirlər
və həyəcanlar ucbatından tormozlanır.
―
Vermişel‖—sui – istifadə məqsədilə qapalılıq, gözlənilməyən hücumlar,
gizlin qəzəb.
Budaqlar gövdə ilə əlaqəsizdir – istəklərə uyğun olmayan reallıqdan
uzaqlaĢma, ondan arzulara və oyunlara ―qaçmaq‖.
Gövdə açıqdır və yarpaqlarla əlaqəlidir – yaxĢı intellekt, normal inkiĢaf,
daxili aləmini qoruyub saxlamaq istəyi.
Gövdə yerdən aralıdır - ətraf aləmlə əlaqələrin azlığı; gündəlik və mənəvi
həyat az əlaqəlidir.
Gövdə aşağıda məhduddur – bədbəxtlik hissi; dayaq axtarıĢı.
Gövdə aşağıda genəlir – öz dairəsində etibarlı vəziyyət axtarıĢı.
Gövdə aşağıda daralır – arzulanan dəstəyi verməyən
mühitdə təhlükəsizlik
hissi, təcridolunma və özünü narahat dünyaya qarĢı təsdiqləmək istəyi.
Ümumi hündürlük – vərəqin aşağı dörddə biri - asılılıq, özünəinamın azlığı,
hakimiyyət barədə kompensator (əvəzini çıxmaq) arzular.
Vərəqin aşağı yarısı – az biruzə verilən asılılıq və qətiyyətsizlik.
Vərəqin dörddə üçü – mühitə yaxĢı uyğunlaĢmaq.
Vərəq bütövlükdə istifadə olunub – nəzərə çarpmaq, baĢqalarına güvənmək,
özünütəsdiqlənmək istəyi.
Çətirin hündürlüyü – (səhifə səkkiz hissəyə bölünür).
1/8 – müqavimət və nəzarət çatışmazlığı – 4 yaĢında uĢaq üçün norma;
¼ - öz təcrübəsini dərk etmə və hərəkətlərinə nəzarət bacarığı;
¾ - yaxĢı nəzarət və öz təəsüratını təhliletmə.
½ - ümidlər, tarazlayıcı arzular.
5/8 – intensiv mənəvi həyat.
6/8 – çətirin hündürlüyü zehni inkiĢafdan və mənəvi maraqlardan birbaĢa
asılıdır.
7/8 – yarpaqlar demək olar bütü səhifəni tutur – arzulara ―qaçmaq‖.