Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə151/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   147   148   149   150   151   152   153   154   ...   185

 435

bilinmir. Sovet dövründə Azərbaycan dilinin tədqiqi sahəsində 

görülən iş min il ərzində görülmüş işdən müqayisə edilməz dərəcədə 

artıqdır. Əgər biz sovet dövrünün nailiyyətləri üzərinə qələm çəkmək 

istəyiriksə, gərək cild-cild dil kitablarını bir tərəfə ataq. Ata bilərikmi? 

Bəs beynimizi necə, o bilikdən təmizləmək mümkündürmü? Əlbəttə, 

yox. Elə isə, həmin dövrdə seçilmiş, həm də bizim fikrimizcə, çox 

uğurla seçilmiş ”Azərbaycan dili” termininə nə üçün xor baxmalıyıq? 

Gözəl tapılıb.  Əslində, üç min il yol gəlib, tarix sınağından çıxıb, 

özünə haqq qazandırıb. 

İddia edənlər var ki, ”Azərbaycan dili” ərazi adına  əsaslanan 

bir termindir. Biz eyni şəkildə ”çin dili” deyirik (Çinin bir şəhərinin 

əhalisi qədər yoxuq), nə çinlilər, nə  də biz zərər çəkirik. Deyirlər, 

”Azərbaycan türkcəsi” deyək, bu, ciddi, əməlli bir aləti oyuncağa 

dəyişmək kimidir. 

Ölkəmiz Azərbaycan, dilimiz Azərbaycan dilidir. Bu dil türk 

mənşəlidir, ölkəmizin daxilində bütün xalqların sevimli ünsiyyət 

vasitəsidir. 

Sovet dövlətinin yaxşı cəhətlərindən biri də bu idi ki, hər sahə-

də  nəzarət var idi, heç kəs xalqın heysiyyətinə toxuna bilməzdi. 

Amma indi kim necə istəyir, elə danışır, necə istəyir, elə işləyir. Son 

vaxtlar Türkiyəyə gedib-gələn bir sıra ziyalılarımız dilimizi korlamağa 

başlayıblar. Məfhumlar bütün xalqlarda eynidir, amma milli inkişaf 

nəticəsində hər bir xalqın dilində həmin məfhumun milli ifadə vasitəsi 

yaranıb. Uşaqdan böyüyə, qocadan cavana hamının bildiyi, işlətdiyi 

sözləri indi əcnəbiləşdirməyə    başlayıblar.  İncəsənət aləmində 

”musiqi” sözü illərdən bəri işlədilən, hamının vərdiş etdiyi gözəl söz-

dür.  İndi başlayıblar ”musiqi” əvəzinə ”müzik” işlətməyə:  müzik ko-



mediiya, müzik təhsili, müzik verilişi, müzik aləmi, müzik fasiləsi, 

müzik teatr, müzik duyğusu... Bu cür eybəcərlik kimin nəyinə lazım-

dır? Nə üçün özgə qaşığı işlədirlər? Qəzet yazılarında ”kültür” sözünə 

rast gəlirik. Mən hələ Azərbaycan dilinə yaraşmayan ”kültür” sözü 

qədər yersiz işlədilən söz tanımıram. Bu söz hətta rus dilindəki eyni 

köklü ”kultura” sözü ilə müqayisədə  də bizim dil üçün qeyri-mə-

dənidir.  İndi biz mədəni adam, mədəniyyət nazirliyi, maarif-mə-



dəniyyət işləri, mənəvi mədəniyyət əvəzinə, kültür adam, kültür nazir-

liyi, kültür işləri, mənəvi kültür və s. deyək? 

XX  əsrin  əvvəllərində  də belə idi. Demokratik cəbhənin 

görkəmli nümayəndələri - C.Məmmədquluzadə,  Ə.Haqverdiyev və 

başqaları o qaranlıq mühitdə dahiliklə düzgün yol tutaraq, yalnız xalq 

dilinə, xalq ifadə  tərzinə  əsaslanır və  kənar təsirlərə qarşı mübarizə 



 436

aparırdılar.  Əbdürrəhim bəy ”kişi”  əvəzinə, türk dilində olduğu kimi 

”ərkək” işlədənlərə son nəfəsində yazdığı məqalədə başa salmağa çal-

ışırdı ki, Azərbaycan dilinin öz sözü var, ”ərkək” sözü Azərbaycan 

dilində ”heyvaniyyəti bildirən bir sözdür.” Bizim bir sıra yazı-pozu 

sahiblərimiz yenidən o dövrə qayıtmaq istəyirlər. Mirzə Cəlili hər əsr 

yetirmir, indi Mirzə  Cəlili haradan tapaq ki, belələrinə satira zərbəsi 

ilə həddini göstərsin? Hər kəsin özü düşünməlidir. Hər kəs vicdanının 

səsini eşitməlidir. 

Bu günlərdə televiziyada bir elan eşitdik:  böyük öndərimiz 



Məhəmməd Əmin Rəsulzadənin qəbrini ziyarət üçün, özgürlük, arka-

daşlıq üçün ziyalılardan ibarət böyük bir dəstə Türkiyəyə getmək 

istəyir və xahiş edirlər ki, xeyriyyəçilərimiz onlara kömək etsinlər (ola 

bilər tam yadımda qalmayıb, yanlışlıqları üçün üzr istəyirəm). Məram 

yaxşı  məramdır, amma özgürlük, öndərlik, arkadaşlıq kimi sözlər 

adamı  təhqir edir: siz hansı dildə danışırsınız? Bunu Mirzə  Cəlili 

təmsil edən xalq necə başa düşsün? Hələ  mən onu demirəm ki, belə 

müqəddəs yol üçün ianə toplamazlar. İanəni yetim, yesir, şikəst,  əlil 

üçün toplayarlar. Mən bu fikri ha özümdən qovmağa çalışsam da, hər 

dəfə bu elan yadıma düşəndə sıxılıram.  

Dedilər ki, biz Turan dünyası yaradacağıq, nə bilim, bay-

rağımızı haralara aparıb sancacağıq, amma kiçik bir ölkəni qoruya 

bilmədilər. Mən şəxsən türk birliyi, islam birliyi, xristian birliyi kimi 

birliklərin  əleyhinəyəm. Bu cür birliklər Yer kürəsini toqquşmalara, 

müharibələrə aparmaq üçündür. Ölkə ölkəyə söykənməlidir, arxalan-

malıdır, dostluq əlaqələri olmalıdır, amma müxtəlif birliklərlə dünyanı 

üz-üzə qoymaq mənasızdır. Yer kürəsi insan üçündür, təkcə  nə türk, 

nə ingilis, nə rus, nə də ərəb üçündür. İnsan ağıllı olmalı və Yerin ona 

bəxş etdiyi nemətdən zəhmətlə istifadə etməlidir. Lakin, şübhəsiz, 

bəşər ağıllanmır və bu birliklər də bu ağılsızlığın nəticəsidir. Rusiya, 

Amerika Birləşmiş Ştatları kimi iri dövlətlərin hakimləri ağıllı və əda-

lətli olsalar, Yer üzündə  ədaləti bir saata bərpa etmək, hər kəsə öz 

sərhədini tanıtmaq, öz həddini göstərmək olar. Lakin indiki halda 

böyük dövlətlərin başçıları balaca uşaqları bir-birinə döydürən iri 

dələduzlar kimidir. 

İnsan bilməlidir ki, bütün xalqlar irqindən, antropoloji quru-

luşundan, yaşadığı  ərazidən asılı olmayaraq, bir kökdəndir, bütün 

dillərin və bütün dinlərin də kökü birdir. Mən sizə yüzlərlə söz 

göstərərəm ki, bütün dünya dillərində bu və ya digər fonetik 

dəyişikliklə qalmaqdadır və beş min il əvvəlki abidələrdə  də 

işlənmişdir. Bu söz rus dilindən alınıb, bu, ərəb dilindən, bu, fars 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə