Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə159/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   155   156   157   158   159   160   161   162   ...   185

 458

XATİRƏLƏR İŞIĞINDA 

 

ƏHƏD HÜSEYNOV – 70 

 

Bir vaxtlar başqa ali məktəb və elmi müəssisələrdə olduğu 



kimi, bizdə də narahatlıqlar az idi. O vaxtlar, ”durğunluq” dediyimiz o 

illərdə  nə Qarabağ  dərdi vardı, nə erməni qorxusu, nə  də ölkə 

daxilində bu qədər çaxnaşmalar, parçalanmalar. Qanunlarla qanun-

suzluqların sərhədi bu qədər götürülməmişdi. Böyük-kiçik vardı. 

Dəmirçizadə kimi, Mirzə Feyzulla kimi abır-həya gözlədiyimiz, hər 

gələndə ayağa durduğumuz adamlar vardı. Haqlını haqsızdan seçənlər 

vardı. Hələ onda qanun adına anarxiya baş aparmırdı. Rəzillik halları 

qara pərdəyə bürünmüşdü, gizli-gizli, ehtiyatla addımlayırdı. Baş 

aparsa, onu dərhal susdurmağa, öz nüfuzlu səsi ilə onun səsini batır-

mağa hazır olan cəsarətli, gen sinəli insanlar vardı. Onların qarşısında 

at oynatmaq olmazdı. Belələrindən biri və ən yaxşılarından biri Əhəd 

müəllim idi - unudulmaz müəllim yoldaşımız, çoxlarının müəllimi 

Əhəd Hüseynov.  

Müxtəlif nəsillər 50-60-cı illərin qəzet və jurnallarını  vərəq-

lədikcə ”Əhəd Hüseynov” imzasına tez-tez rast gələcəklər.  

Çoxları kimi, mən də onu kəskin polemik çıxışları, elmi 

məruzələri, dəyərli, həcmli məqalələri, səmimi və mehriban, təbəssüm 

dolu xoş sifəti ilə xatırlayıram. Küçədə, koridorda sakit və fikirli yerişi 

də yadımdadır, bəzən ciddi, tutqun sifəti də. Hətta belə hallarda, üz-

üzə  gəlsək də, qəsdən saxlamadığım hallar da olub. Bəlkə fikrində 

deyəcəyi dərsin, yazacağı məqalənin süjetini qurur, bəlkə evlə, ailə ilə, 

məişətlə bağlı dərdlərini bir yana çıxarmaq istəyir? İnsan fikirləşmək 

üçün vaxt ayırmalıdır.  Əhəd müəllim fikirləşirdi və bu vaxtı onun 

əlindən almaq olmazdı.  

Əhəd Hüseynov həqiqi müəllim idi, gen sinəsi xitabət kürsü-

sünə çox yaraşırdı. Fənnini sevir və sevdirirdi. Mən inanmıram ki, Əhəd 

müəllimin cansıxıcı  dərslərinin  şahidi olanlar olsun. Ürək damarlarını 

ehtizaza gətirmədən, onları beyin damarları ilə  sıx  əlaqələndirmədən 

dinləyənin qəlbinə, beyninə yol tapmaq olmaz. Əhəd müəllim özü ilə 

birlikdə dərs prosesində tələbələri də riqqətə gətirirdi.  

Elmi məruzə saatlarında, adi vaxtlarda koridorun bir küncünə 

çəkilib etdiyimiz mübahisələrdən  əlavə, 70-ci illərin lap əvvəllərində 

İmişlidə - pambıq toplanışında bir aya qədər birlikdə olduğumuz, 

nəfəs-nəfəsə yatıb-durduğumuz, 103 tələbəni birlikdə idarə etdiyimiz 

dövrdə saatlarla söhbətlərimiz böyük sənətkarların ustalığına 



 459

səmtlənərdi. Mən onda onun istək və arzularının, istedad və marağının 

hüdudları ilə daha ətraflı tanış oldum. Ara-sıra Qoqoldan söylədiyim 

epizodlar, elə bil, gözlərinə işıq gətirirdi, sanki fərəhlə demək istəyirdi 

ki, gör mən nələrdən dərs deyirəm, hələ  sən gör bizim Mirzə  Cəlil 

kimdir! 


Əhəd müəllim  ədəbiyyat aləmində seçilən, xüsusi yeri olan 

alim idi. Bir ədəbiyyatşünas, bir tənqidçi kimi xüsusi mövqeyi vardı. 

Ardıcıl olaraq yeni nəsr, poeziya nümunələrinə  mətbuatda öz 

münasibətini bildirər, həm də yalnız öz qənaətindən çıxış edərdi.  

Cəsarətli tənqidçi idi. Gördüyü nöqsanı bağışlamaqdan 

xoşlanmazdı. Ən görkəmli şəxsiyyətlərlə polemikadan çəkinməzdi.  

Əhəd Hüseynov qələminin mühüm bir xüsusiyyət də bu idi ki, 

bu qələmin sahibi orta hədd tanımırdı. Miyanə əsərləri tərifləməkdən 

xoşlanmazdı. Ya qaldırmalı, ya endirməli idi. Təbii ki, buna bədii 

ədəbiyyatın öz materialı imkan yaradırdı.  

Gözəlliyin vurğunu idi. Həm maddi gözəlliyin, həm də mənəvi 

gözəlliyin. Buna görə  də  bədii  ədəbiyyatda eybəcərliyin düşməni idi. 

Gözəlliyin yaşamasını istərdi. ”Dəli Kür”də  Şahnigarın ölümünə acı 

təəssüfü, müəllifinə «ay insafsız!» dediyi indi də yadımdadır.  

Əhəd müəllimin iş dairəsi geniş idi. Mir Cəlaldan namizədlik 

dissertasiyası müdafiə etmişdi. Rus ədəbiyyatından dərs deyirdi. Cəlil 

Məmmədquluzadə satirasından bəhs edən böyük monoqrafiya hazır-

lamışdı və dediyimiz kimi, ardıcıl olaraq ədəbi tənqidlə məşğul idi.  

Məlumdur ki, Mirzə Cəlil sənətini duymaq və mənalandırmaq 

bütövlükdə hünər tələb edir. Əhəd müəllim ona görə belə bir çətin işə 

girişmişdi ki, onda bədii materialı duymaq qabiliyyəti güclü idi. Digər 

tərəfdən, bizim unudulmaz yoldaşımız  İsrayıl Mustafayevin qeyd et-

diyi kimi, uşaqlıqdan bu dünyaya atasının zəngin kitabxanasında, bu 

kitabxanadakı ”Molla Nəsrəddin” nüsxələri arasında göz açmış, Mol-

lanın  şirin yumorunu, acı kinayəsini duya-duya böyümüşdü. Buna 

görə  də  Cəlil Məmmədquluzadə  sənətini heç bir ədəbi konsepsiyaya 

uymadan, özü dərk etdiyi kimi mənalandırmış, ”Sənət yanğısı” adı ilə 

Mirzə Cəlilə özü görmədiyi yanğılı bir kitab bağışlamışdır.  

Bu gün biz Əhəd Hüseynovu xatırlayarkən bu cür alimlərə, bu 

cür müəllimlərə böyük ehtiyacımız olduğunu da nisgilli şəkildə duyu-

ruq. Görünür, zorla yox, həyat özü yetirməlidir.  

 

Dünən qəbrinə gül qoyduq. Bu gün qısa ömrünün xoş 



xatirələri ilə yaşayırıq. Ruhu şad olsun...  

04. 12. 90.  


 460

SURƏTİ GÖZLƏRİMDƏDİR

*

 

 

Onu ilk dəfə nə vaxt və harada gördüyüm yadıma gəlmir. Am-



ma, şübhəsiz, 59-cu ildən sonra görmüşəm. Doğrudur, vəfatından 3-4 

gün  əvvəl fakültəmizin ağsaqqallarından X.Məmmədov, M.Mus-

tafayev, M.Həkimov, Q.Əliyev, A.C.Hacıyev ilə görüşünə getmişdik 

və bu görüş zamanı biz tamamilə başqa bir Məmmədsəlim gördük - 

əvvəlkindən çox az əlamət qalmışdı: xalis ”bir dəri, bir sümük” idi, 

əyri yerişi, ortası bir qədər dik burnu, öz şəklini qorumuş gözləri, ağır 

halda olmasına baxmayaraq, son məqamda yenə zarafatları... Neçə il-

lik dostlarını, iş yoldaşlarını gördükdə üzü gün kimi açıldı, yorğanı bir 

tərəfə atdı, özü bizi qarşıladı, özü yola saldı. Bunun son görüş, bu ay-

rılığın son və əbədi ayrılıq olduğunu duyduğu üçün kövrəldiyini hiss 

edib ayrılarkən əlini xeyli müddət əlimdə saxladım. 

Amma ümumiyyətlə, mənim yaddaşımda olan Məmmədsəlim 

tamam başqadır - təsvir etdiyim görüşdəki Məmmədsəlimi mən Məm-

mədsəlim saymıram. Mənim yaddaşımda  əbədiləşən Məmmədsəlim 

tamam başqadır: gözəl qəhvəyi kostyumlu, seyrək saçlarını geriyə da-

ramış, sol yerişli, iti addımlı, gözlərinin hədəqəsində  dərhal do-

daqlarına endirmək üçün hazır yumor, mehriban simalı, görüşəndə 

qucaqlayıb özümə sıxıb görüşdüyüm, böyük şair nütfəsindən süzülüb 

gələn  ən yaxşı keyfiyyətləri özündə  cəmləşdirmiş gözəl bir insan, 

gözəl bir vücud, isti bir adam, uşaqla uşaq, böyüklə böyük...  

Nə qədər nikbin və sağlam adam idi! Mən onun əsəbiləşdiyini 

görməmişəm. İrsi yumora malik idi və ən gərgin anlarda bir replika ilə 

gərginliyi aradan qaldırmağı bacarırdı.  

Deyərdi ki, mən bu dünyaya düz gəlməmişəm: babam dindar 

bir kişi, atam dahi şair, mən isə adi bir maarif işçisi - nə  qədər iş 

görsəm də, atamla müqayisədə, atamdan sonra gözə görünmür. Gərək 

mən atamla babamın arasında doğulaydım. 

Amma çox iş gördü - 85 illik ömrünün 65 ilini xalqın 

maarifinə, pedaqoji işin təşkilinə sərf etdi.  

Kinsiz, küdurətsiz idi, həsəd bilməz, heç kəsə paxıllıq etməz, 

heç kəsin irəliləyişinə mane olmazdı. Böyük Sabirə layiq oğul idi. İn-

san kimi yaşadı, kişi kimi ömür sürdü. Təmiz, işgüzar, mehriban...  

Çox yaşamasının sirri də bununla bağlı idi. Amma zarafatla 

deyərdi ki, məndən  əvvəlki oğlan uşaqları doğulan kimi ölürdülər, 

mən doğulanda  əvvəlcə adımı  Məmmədkazım qoymuş, bir neçə gün 

                                                           

*

 Äÿôí ìÿðàñèìèíäÿ ÷ûõûø. 




Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə