Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə162/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   158   159   160   161   162   163   164   165   ...   185

 467

yəqin ki, keşməkeşli 30-cu illər, Çobanzadəli günlər yadına düşdü...  

Professorda güclü dil duyumu vardı. Yüksək nəzəri hazırlıqla 

yanaşı, faktların təhlilində böyük ustalıq qazanmışdı. Birdən kafedrada 

mübahisə düşəndə sintaksisin bu və ya digər məsələsi ilə bağlı elə 

mühakimələr yürüdürdü ki, heyrətdə qalırdım. Halbuki professor 

sintaksisdən çoxdan ayrılmışdı və həmin sahələrin tədqiqatçıları artıq 

başqaları idi.  

Professorun ümumi imtahan götürmə metodundan başa 

düşürdüm ki, tələbəni imtahanla imtahana çəkmək lazım deyil, tələbə 

mühazirəni dinləyibsə, məşğələlərdə  iştirak edibsə, ümumi anlayışı 

varsa, deməli, mənbə  və materiallara bələddir, incəlikləri öyrənmək 

üçün imkanları var. Çox zaman sualı özü danışar, tələbəyə axırda 

”yaxşı”  yazardı, soruşanda: ”İmtahanda da öyrənməsi gec deyil” 

deyərdi. Bir dəfə imtahanıma gəlmişdi. Tələbələr yaxşı qiymətlər 

alırdılar. Kəsilən yox idi. Xeyli oturdu, çıxanda hər ehtimala qarşı ye-

nə dedi:  

- Bilirsən də, Sovet hökuməti üçlük buraxır (barmaqları ilə üç 

göstərdi), ikilik buraxmır.  

Mən professoru başa düşürdüm və o tərbiyə ilə indi də 

bilməyəni saxlamaqda çətinlik çəkirəm.  

Professor ömrü boyu heç kimə borclu qalmamış, elmi 

mübahisələr prosesində, elmi yazılarında bilik, istək və iradəsini 

həyata keçirməkdən çəkinməmişdir. ”Azərbaycan dilinin üslubiyyatı” 

əsərinin əlyazması nazirliyin tədris-metodiki şurasında geniş müzakirə 

olunur. ADU-nun dosenti Əbdülhəmid Bağırov özü danışırdı ki, 

yoldaşların göstərişi ilə o, kitabın əleyhinə uzun-uzadı tənqidi məruzə 

edib. Kitabın  əleyhinə danışıb və 40 dəqiqəyə  qədər onu ”tənqid” 

edib, sonra başqaları da düşüb üstünə  və kitabın çapını  məsləhət 

bilməyiblər. Professor durub araxçınını düzəldir: ”Özünüz bilin, mən 

yazmışam” deyib çıxır. Şura üzvləri də çıxırlar. Köhnə Marks bağında 

”Maarif” nəşriyyatının direktoru Hamid Qasımzadə  təsadüfən onlara 

rast gəlir:  

- Sizi təbrik edirəm, dilə dair bir yaxşı kitab da çap etdik, - de-

yib ”Azərbaycan dilinin üslubiyyatı” kitabının ilk nüsxəsini onlara 

göstərir. Beləcə professor çox zaman öz əleyhdarlarını qabaqlayardı. 

Bu hal canlı müzakirə və mübahisələrə də aid idi.  

Son vaxtlar əzgin və tutqun görünürdü. Dərdini heç kimə 

deməzdi. Aprelin 3-də elmi konfransda da (Şəhər Milis Şöbəsinin 

yanındakı binada – Ketsxoveli küçəsində idik) bir qədər əsəbi danışdı. 

Frazeologiyadan rus dilində məruzə edən Yelena Georgiyevna Kovro-



 468

vanı elə rus dilində kəskin tənqid etdi. Çıxanda yoxlamaq üçün dedim:  

- Yaxşı havadır, yəqin gəzə-gəzə gedəcəksiniz? 

Şəki şivəsini andıran bir intonasiya ilə: 

- Bəs sən nəyinən gedirsən? – dedi. 

- Maşınla, - dedim.  

- Onda gedək.  

Oturduq. Əvvəllər etdiyi bir zarafatını təkrar elədi:  

- Hələ yaxşı sürücü olmamısan (”Sürücü” sözünü qəsdən ey-

hamla tələffüz etdi), - qabaq şüşənin altını göstərdi: - Buraları 

şəkillərlə bəzəməmisən.  

Maşından düşüb, söhbət edə-edə mənzilinə - ikinci mərtəbəyə 

qalxdıq. Oturmadım. Xudahafizləşib ayrılanda bir xahiş də elədim:  

- Professor, Yunis müəllimin (Yunis Məmmədovun) bir kitabı 

var, çap eləmək istəyir, utanır sizə deməyə (hərdən yoldaşdar mənə 

ərk eləyirdilər).  

- Redaktə et, burax, - dedi. Ayrıldıq.  

Demə, bu bizim ondan son xahişimiz imiş. Professor, çox 

güman ki, həmin günlərdə mikro infarkt imiş və bunu mədə-bağırsaq 

ağrıları zənn edib ayaq üstə keçirirmiş. 7 apreldə Çin haqqında məktub 

oxunandan sonra onu yola salarkən daha üzgün gördüm. Professor 

”Azərbaycan  ədəbi dilinin tarixi” kitabı üzərində sürətlə  işləmişdi. 

Bərk yorulmuşdu. Belə yorğun günlərində ağır bir hadisə ilə üzləşməli 

olur: üst mərtəbəyə od düşür və alov peçin bacasından professorun 

kitabxanasına soxulmağa başlayır. Professor ”Bəs mənim kitablarım?” 

deyə-deyə  həyəcan içində ora-bura zəng vurur. Yanğını söndürürlər, 

amma yorğunluq və  həyəcan öz işini görür, əbədi zərrənin çıxması 

üçün ürək damarlarını zədələyir, parçalayır...  

 

 

Anadan olmasının 85, vəfatının 15 illiyi günlərində professor 



yenə yüksəkdə görünür. Onun müqəddəs ruhu yenə bizim 

fəaliyyətimizə nəzarət edir...  



1994 

avqust 

 

 




 469

KƏRBƏLAYI İSMAYIL AĞIRLIĞI VƏ  YAXUD FƏRMAN 

KƏRİMZADƏNİ XATIRLARKƏN

*

 

 

Hər dəfə yadıma düşəndə ”FƏRMAH KƏRİMZADƏ” adında 



bir KƏRBƏLAYI  İSMAYIL ağırlığı duyuram. ”Qəmlo, mən haqq-

salamı tapdalaya bilmərəm” - deyən Kərbəlayının müdrik kəlmələri 

Fərmanın öz daxilindən gəlirdi, onun özünün bu dünyanın haqq-

salamına münasibəti idi...  

Bu həyatın anlaşılmaz sirləri var. 80-ci illərin  əvvəllərində 

qəfil bir hadisə ilə XVI yüzilliyin el şairi Qurbani düşüncələrimə ha-

kim kəsildi... Qeyri-ixtiyari daim bu sahədə axtarışdayam. Xüsusən 

QURBANİ - İSMAYIL münasibətlərinə aludəlik bəzən məndə o 

dərəcə güclənir ki, az qala, özümü müridlər arasında hiss edirəm. Dü-

şünürəm ki, Qurbaninin və  İsmayılın ruhu 500 il yatıb, indi oyanıb, 

bizi də oyadıb - Fərmanı da, məni də. Məni Fərmana bağlayan nə ol-

du? Axı ”Xudafərin körpüsü”nü oxuyub haqqında ürək dolusu ya-

zanda mən heç Fərmanla tanış deyildim. Fikirləşirəm ki, Qurbani ilə 

İsmayılın ruhu bizi yaxınlaşdırıb. Yaşıdım kimi, Fərman mənim 

bəxtimə düşən yazıçı imiş (sonralar bildim ki, bizim təvəllüd tariximiz 

də tam eyni imiş – 3 mart 1937). Yaxın duyğu və düşüncələrimiz bizi 

birləşdirməliymiş.  Şah  İsmayıl haqqında romanlarını oxuduqca hiss 

edirəm ki, bunları  Fərman demir, bunlar mənim dilimdən qopur. İs-

mayıl haqqında Fərmanın dediyi hər bir xoş söz mənim ürəyimdən 

qopan sözlərdir.  

Düşünürəm ki, onun romanları haqqında məqalələrim çap ol-

unandan az sonra bir bahar çağı ”Ulduz” jurnalı redaksiyası qarşısında 

(Yazıçılar birliyinin yerləşdiyi binanın birinci mərtəbəsinin önündə)  

köhnə dostlar kimi qucaqlaşıb tanış olanda bu tarix, tarixə baxışımız, 

duyğu və düşüncələrimizin uyğunluğu bizi bağlamış imiş.  

Bizim ədəbiyyat və eləcə də mülki tariximizdə bir çox dövlət 

xadimləri çox vaxt saxtalaşdırılıb: Bu proses 30-cu illərdə daha güclü 

olub, indi də müəyyən dərəcə davam etməkdədir. Başqaları öz ağıllı 

hakimlərinə heykəl qoyur, biz keçmiş  ağıllı  və  cəsur dövlət 

başçılarımızın ağıllı işlərini də bəzən pis qələmə veririk.

**

  

                                                           



*

 Âÿôàòûíûí áåø èëè. 

**

 Áó ïðîñåñ «Ñÿíÿò äöøöíúÿëÿðè»íè éåíèäÿí ÷àïà ùàçûðëàäûüûì èíäèêè âàõòäà 



äà äàâàì åòìÿêäÿäèð âÿ ÷îõ ïèñ úÿùÿò áèð äÿ áóäóð êè, Øàù Èñìàéûëûí âàõòèëÿ 

ýþðäöéö èøëÿðèí ìàùèééÿòèíè áàøà äöøìÿéÿíëÿð ÷îõäóð. Øàù Èñìàéûë ùå÷ êèìÿ 

áèð ãàðûø òîðïàã âåðìÿìèø, ÿêñèíÿ, Àçÿðáàéúàíà íÿ ãÿäÿð ÿðàçè áèðëÿøäèðìèø-



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə