Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə158/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   154   155   156   157   158   159   160   161   ...   185

 455

ərəb əlifbası ilə bir yazı görüb dedilər:  

- Lətif müəllim, nə yaxşı xəttin var! 

Lətif mənim böyük qardaşım idi. Cəbrayılda ilk Lenin ordenli 

müəllim idi.  

- Yaxşı yadımdadır  Lətif müəllim. 

- Hə, Lətif məni göstərib dedi ki, Əlifin yazısıdır.  

Onlar mənimlə maraqlandılar, maarif şöbəsində imtahan 

elədilər və  Zəngilan rayonunun Ağalı  kəndinə müəllim göndərdilər. 

1934-cü ilə qədər Kürd Mahmudlu, Molla Məhərrəmli, Horovlu, Araz 

Maşanlı, Aşağı  Şıxalıağalı  kəndlərində  məktəb müdiri, Soltanlı yed-

diillik nümunə  məktəbində direktor vəzifələrində  işləməklə yanaşı, 

ardıcıl olaraq təhsilimi də artırmışam. 1923-cü ilin yayından 1928-ci 

ilədək hər il Şuşada yay kurslarında olmuşam. Burada respublikamızın 

qabaqcıl müəllimləri - Bəhram Yusifzadə, Maqsud Cavadov, Məhiş 

Hüseynov və b. dərs deyirdilər. Bizim hörmətli yazıçılarımızdan 

Süleyman Rəhimov, Əli Vəliyev də bizimlə birgə oxuyurdular. 1928-

ci ildə bu kurslar qiyabi pedaqoji texnikuma çevrildi və bizə texnikum 

diplomu verildi.  

Bundan sonrakı dövr haqqında  Əlif müəllimin qovluqlarda 

saxladığı sənədlər məlumat verir. O, 1934-cü ildə zərbəçi müəllim ki-

mi rayon xalq maarif şöbəsinin zəmanəti ilə S.M.Kirov adına ADU-

nun fizika-riyaziyyat fakültəsinə daxil olur. 1939-cu ildə  həmin 

fakültəni fizika ixtisası üzrə müvəffəqiyyətlə bitirir. Ona elmi işçi, ali 

və orta məktəb müəllimi vəzifələrində işləmək ixtiyarı verilir. Həmin 

ildə  Gəncə (Kirovabad) İkiillik Müəllimlər  İnstitutuna baş müəllim 

göndərilir. Az keçmədən institutda yerli komitənin sədri və fizika 

kafedrasının müdiri olur. Böyük Vətən müharibəsinin başlandığı 

günlərdə Klara Setkin adına Kirovabad Beynəlmiləl Pedaqoji Texni-

kumuna direktor təyin edilir. Müəllimlərin və  gənclərin cəbhəyə 

getməsi ilə  əlaqədar texnikum kollektivi daha çox işləyir. Orta 

məktəbin yuxarı siniflərini bitirmiş  gəncləri toplayıb  əyani və qiyabi 

yolla müəllim hazırlayır, kəndləri, kolxozları hamiliyə götürür. Bir 

müddətdən sonra Əlif  Əhmədov Ağdam Müəllimlər  İnstitutunda baş 

müəllim və kafedra müdiri, 1948-ci ildən sonra direktor vəzifələrində 

işləyir. O, ictimai işlərlə yanaşı, elmi işlə  də maraqlanır, namizədlik 

mövzusu götürür, minimumları verməyə başlayır. Elmi iş onu V.İ.Le-

nin adına APİ-yə çəkib gətirir. 1953-cü ildə müsabiqə yolu ilə həmin 

institutun fizika tədrisi metodikası kafedrasının əməkdaşı olur.  

Əlif müəllim xeyli müddət ”Orta məktəbin fizika kursunda 

texnika elementlərinin tədrisi metodikası” adlı mövzu üzərində 



 456

işləmiş, 1963-cü ildə  həmin mövzunu müdafiə edərək fizika metodi-

kası üzrə pedaqoji elmlər namizədi  alimlik dərəcəsi almışdır. Üç il 

sonra kafedranın dosenti vəzifəsinə seçilmişdir. 20-dən artıq elmi-

metodiki məqalənin müəllifidir. Hamı bilirdi ki, pedaqoji iş  Əlif 

müəllimin canıdır. Yaxşı pedaqoq və həqiqi metodistdən söz düşəndə 

həmişə  Əlif müəllimin adı birinci çəkilir. O, ömrü boyu nümunəvi 

müəllim, yaxşı ictimaiyyətçi olmuşdur. Respublikamızın elə bir guşəsi 

yoxdur ki, orada Əlif müəllimin tələbəsi olmasın, orada onu fərəhlə 

qarşılamasınlar.  

Partiya və hökumətimiz onun əməyini yüksək 

qiymətləndirmiş, ”Qafqazın müdafiəsinə görə”, ”1941-1945-ci illərdə 

əməkdə fərqlənməyə görə”, Lenin yubileyi medalları ilə təltif edilmiş-

dir. Pedaqoji kadrların hazırlanmasında, pedaqogika elminin inkişaf 

etdirilməsində xidmətlərini nəzərə alaraq ona 1973-cü ildə 

Azərbaycan SSR-in Əməkdar müəllimi fəxri adı verilmişdir.  

Fizika və lirika... Bunların həmahəngliyini duymaq qabiliy-

yəti... Əlif müəllim sanki fikrimdən keçənləri duydu və eynəyini gö-

zündən götürüb dedi:  

- Hə... Bir az da poeziyadan danışaq. Kimdən deyim? Niza-

midən, Seyid Əzimdən, Sabirdən, Cabbarlıdan, Vurğundan, yoxsa 

Xəyyamdan, Camidən, Dəhləvidən? Bəlkə rus şairlərindən deyim? 

Yaxşısı budur, elə özümdən deyim... Heç Göy-göldə olmusan? 

 

Baxırsan, hər tərəf yaşıl dağ-dərə,  



Təbiət yaratmış gözəl mənzərə.  

Şöhrətin yayılıb bütün ellərə,  

Tərifin düşübdür dillərə, Göy-göl! 

 

Əlif müəllimin sinəsi söz xəzinəsidir.  İndinin özündə  də 



hikmətli bir sözə, ürəyə yatan bir şerə rast gəldimi, gənclik adəti ilə 

əzbərləməli olur. Böyük bir qovluq açıb göstərdi. Azərbaycanın və 

bütün Şərqin ən görkəmli şairlərinin poeziyasından seçmə nümunələr 

toplusu idi.  

- Bunları bu yay ərəb  əlifbasından bu yeni əlifbaya 

keçirmişəm ki, tanış-biliş də, cavanlar da oxuya bilsinlər, - dedi.  

Biz bunları xatırladığımız müddətdə yavaş-yavaş ev adamla 

dolurdu. Hər gələn onu hərarətli qəlb və təzə güllər, çiçəklərlə təbrik 

edirdi. Bunlar Əlif müəllimin öz uşaqları, nəvə-nəticələri idi. Əlif 

müəllim onlara baxıb fəxrlə deyirdi:  

- Mən təqaüddə olsam da, müəllimlikdən uzaqlaşmamışam. 



 457

Övladlarımdan üçü müəllimdir. Güldəstə dil-ədəbiyyat müəllimidir. 

Tamilla mənim ixtisasımı davam etdirir. Fikrət isə kimyaçıdır. Firidun 

Politexnik  İnstitutunu, Tofiq isə Politexnikumu bitirmişdir. Bu 

gördüyün uşaqlar (evdə böyüklü-kiçikli iyirmiyə qədər uşaq var idi və 

Əlif müəllim ali təhsilli nəvələrini də ”uşaq” adlandırırdı) nəvə-

nəticələrimdir. Bunlar hələ hamısı deyil. Bir neçəsi dərsdədir.  

 

 



Əlif müəllim həqiqi xalq müəllimi, müdrik el ağsaqqalıdır. 

Onun  ən böyük məziyyətlərindən biri qəlb saflığıdır. Mən deyərdim 

ki, onu sağlam, gümrah yaşadan da elə saf və mehriban ürəyidir. 

Soruşdum:  

- Əlif müəllim, cavanlara nə arzulayırsınız? 

- Sağlam ürək, sağlam bədən, sağlam fikir, - dedi. Sonra 

gülümsəyib əlavə etdi:  

-  Şair demişkən, hər kəs yüz il yaşamasa, günah onun 

özündədir.

*

 



 

29. 12. 82.  

 

 



 

 

                                                           



*

 88 éàøûíäà äåéÿ-ýöëÿ ãÿôëÿòÿí âÿôàò åòäè. 




Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə