Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə157/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   153   154   155   156   157   158   159   160   ...   185

 452

yenidir, bəzi budaq cümlələr isə ilk dəfə  dərinləşdirilmiş  və 

genişləndirilmişdir.  

 

* * * 



 

Professorun şəxsiyyətinə və əsərlərinə nəzər saldıqda belə bir 

təsəvvür yaranır ki, elə bil, Azərbaycan dili onun şəxsində öz böyük 

tədqiqatçısını gözləyirmiş  və elə bil, professor Dəmirçizadə bunu 

duymuş, bu duyğu ilə hər tərəfə qol-qanad açmış, onun ilkin ehtiyac-

larını öz zəhmət və istedadı, yuxusuz gecələri hesabına ödəməyi özünə 

borc bilmişdir.  

İndi o yoxdur, lakin qiymətli  əsərləri  əlimizdə, məhəbbəti 

qəlbimizdədir.  

Kafedrası ilə  əbədi vidalaşmazdan üç gün əvvəl yanaşı otur-

muşduq. Elmi işlərin müzakirəsi idi. Stolunun siyirməsini azacıq geri 

çəkib onun qələmini götürdüm. Lakin qələm yazmadı, yerinə qoydum. 

Bir qədər sonra yana çevrildikdə heyrətləndim: o həmin qələmlə bütöv 

bir səhifəni doldurmaq üzrə idi. İclasın gedişi, məruzələrin keyfiyyəti 

barədə qeydlər edirdi. Mən bir anlıq diqqətlə baxdım: onun qələmi ağ 

vərəq üzərində yerin tərkinə işləyən kotan kimi dərin şırımlar açmışdı. 

Bu yazını heç cür pozmaq olmazdı. Onun yazısı  sənətkar dəmirçi 

əməyinin məhsulu olan əbədi abidələr kimi idi, pozulmazdı...  

- Professor, - dedim, mən nə qədər çalışdımsa bu qələmlə heç 

nə yaza bilmədim. Siz necə yazdınız? 

Bir an üzümə baxıb gülümsədi və təbəssümlə dedi:  

- Baxır kimin əlindədir...  

Düşündüm ki, doğru deyir. Bu qələmlə hər kəs yaza bilməzdi. 

Bu qələmin öz sahibi vardı. Onun sahibi bizim əziz professor idi –     



D Ə M İ R Ç İ Z A D Ə  !  

 

1981 



 

 



 453

MAARİF VƏ  ZƏHMƏT YOLÇUSU 

 

Sübhün sərin mehinin havanı tərpətməyə başladığı vaxt onun 



necə qalxıb geyindiyini, qapını necə açıb çıxdığını bilməzdik. Bir də 

görərdik ki, o, dağlardan qayıdır, - qucağı bal qoxulu çiçəklərlə dolu...  

İstisuyun uca dağlarına qalxmaqda onunla ayaqlaşa bilməzdik. 

Bu dağlarda bir dəfə töyşüdüyünü görmədik. Turşsuda kabab yedik. 

Sonra o soyunub buz kimi çayda üzməyə başlayanda az qala bizi 

titrətmə tutdu. Geyinib gülə-gülə yenidən süfrəyə yaxınlaşdı:  

- Həkim deyir ki, gözlərimdə  təzyiq var, ona görə  də çox 

yemək olmaz. - Zərif yumorla sözünə davam etdi: - Xüsusən isti ha-

vada. Cavan oğlan, neçə ki hava istiləşməyib, o kababdan beş-on şiş 

də qoyun...  

 Onunla  yenidən görüşəndə on beş il əvvəlki bu hadisə niyə 

birdən-birə yadıma düşdü? 

Əlif müəllim heç dəyişməmişdi. Səs həmin səs idi, - şaqraq, 

gur və mehriban! Həmin cəldlik, həmin sağlamlıq, həmin mehriban 

sima! İştah da ki, göz dəyməsin... Fərq yalnız bunda idi ki, Kəlbəcər 

dağlarında yox, Bakının  ən hündür yeri sayılan Yasamalda – 

Musabəyov qəsəbəsindəki evində görüşürdük.  

Yemək bir qədər seyrələn kimi soruşdum:  

- Əlif müəllim, ən çox nəyi sevirsiniz? 

-  Şeri, - deyə bu sualı çoxdan gözləyirmiş kimi cəld cavab 

verdi.  

- Bəs fizika? 

- O mənim ixtisasımdır.  

- Özünüzü necə hiss edirsiniz? 

- Pis deyiləm. Elə bil, dünən-srağa gün idi 75-i sizinlə birlikdə 

qeyd etdiyimiz. İndi də səksəni yola salıram. Yavaş-yavaş yaşım ya-

rıdan keçir.  

Əlif müəllim anadan olanda əsrimiz iki yaşında olub. Lakin 

səmimiyyət və mehribanlıq timsalı olan bu adamda hələ gəncliyindən 

davam edib gələn  şirin bir yumor vardı. Onun yuxarıdakı sözləri də 

yumorsuz deyildi. Bununla yanaşı, o sözlərdə bir həqiqət də vardı: 

Əlif müəllim çox sağlamdır, hələ mən onun xəstəlikdən şikayətləndi-

yini eşitməmişəm.  

- Deyirlər, sağlamlığın mühüm bir səbəbi fiziki əməkdir...  

- Düz deyirlər və buna heç kəs şübhə etməməlidir. Lap kiçik 

yaşlarımdan maldarlıqla,  əkinçiliklə  məşğul olmuşam, xışın 

dəstəyindən yapışmışam, çobanlıq eləmişəm. Müəllim işlədiyim 55 



 454

ilin ərzində beli, yabanı, dəhrəni, baltanı, orağı, dəryazı əlimdən yerə 

qoymamışam. Onu da deyim ki, müəllim olmağıma baxmayaraq, 

fiziki işdə heç kəs mənimlə bacarmazdı. Müharibə illəri idi. 

Gəncədəki Klara Setkin adına Beynəlmiləl Pedaqoji Texnikumun di-

rektoru olduğum zaman bizə bir kolxoz təhkim edilmişdi. Kolxozun 

zəmisini bir-iki il bizim kollektiv biçib-döydü. O zaman biçinçilikdə 

heç kəs mənimlə yarışa bilmirdi. Hətta bir gün raykom katibi və bir 

staxanovçu mənimlə yarışa girdi, amma uduzdular. Raykom katibi 

gördüklərini kino-jurnala çəkdirdi. Jurnala tamaşa edən cəbhədəki 

tələbələrimdən neçə-neçə təbrik məktubu aldım. Mən indinin özündə 

də bağda işləməkdən ləzzət alıram.  

O, kitab rəfindəki qovluqlardan birini açıb ”Kommunist” 

qəzetinin 1944-cü il 5 avqust tarixli nömrəsində bir yeri göstərdi. Bu, 

Ali Baş Komandanın – Stalinin təşəkkür məktubu idi:  

”Əlif Əhmədov yoldaşa.  

”Azərbaycan müəllimi” tank dəstəsi yaradılması üçün 12 

min manat nəqd pul və 41530 manatlıq dövlət istiqraz vərəqəsi top-

lamış Klara Setkin adına Kirovabad Pedaqoji Məktəbi 

müəllimlərinə, tələbələrinə qardaşlıq salamı  və  Qızıl Ordunun 

təşəkkürünü yetirmənizi rica edirəm.” 

- Əlif müəllim, birinci dəfə məktəbə ayaq basdığınız vaxtdan 

neçə il keçir? 

- 70. 1912-ci ildə Soltanlıda rus-tatar məktəbi açılanda mən 9-

10 yaşlarında idim. Həmin ildən məktəbə getmişəm. Dörd il oxu-

muşam. Yaxşı oxuduğum üçün iki il sinifdən-sinfə imtahansız 

keçirildim.  

- İlk məktəb günlərindən yadınızda nə qalıb? 

-  Əsas dərslərimiz rus dilində idi. Çarın  şərəfinə dualar 

öyrənirdik,  şəriət dərsi keçirdik, qur’an oxuyurduq. Amma hesab və 

rəsm dərsləri məni daha çox maraqlandırırdı. Bir dəfə  şəkil 

çəkmişdim, adama oxşayırdı. Heç yadımdan çıxmır, kəndimizin ağ-

saqqalları baxıb deyirdilər: ”Kərəminə  şükür, ay allah, bircə canı 

yoxdur”. Camaat məktəblə çox maraqlanırdı. Biz də həvəslə oxuyur-

duq. Cahan müharibəsi getdikcə  vəziyyəti pisləşdirirdi. Dörd il oxu-

muşdum ki, məktəb bağlandı. Biz bir də 1920-ci ildə kitab üzü 

gördük.  

- Əlif müəllim, bəs müəllimliyə nə vaxt başlamısınız? 

- SSRİ-nin təşkil olunduğu il. Məktəbdə xidmətçi işləyirdim. 

Bir gün Cəbrayıl qəza maarif şöbəsinin müdiri Bəhram Yeqanlı və baş 

inspektoru Abdulla bəy Məlik-Aslanov bizə gəlmişdi. Stolun üstündə 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə