Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə160/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   156   157   158   159   160   161   162   163   ...   185

 461

sonra dəyişib Məmmədsəlim etmişlər və  mən  Əzrayılın siyahısına 

Məmmədkazım kimi düşmüşəm,  Əzrayıl Məmmədkazımı axtarır, 

məndən uzaqdır.  

Bir dəfə kim isə tribunadan tənqid edirdi, deyirdi ki, onun 

büründüyü  əbanın - peyğəmbər  əbasının altında çox şey gizlənib, 

bilmirsiniz. Tənqid ciddi və  qərəzli idi, kəskin məcraya yönəlməkdə 

idi. Elə həmin anda Məmmədsəlim müəllim: - Yaxşı, əbanın altındakı-

ları gördün, düş aşağı, - dedi və kəskin gülüş doğuran, yerinə düşən bu 

sözlər çıxışın bitməsinə səbəb oldu.   

Mən inanmıram ki, Məmmədsəlim müəllimin yer üzündə bir 

nəfərə söz borcu ola.  

Mən inanmıram ki, yer üzündə  Məmmədsəlim müəllimdən 

inciyən ola. Olsa da, günah özündə olar. 

İnsan əbədi deyil. İnsan yalnız başqalarının qəlbində əbədiləşə 

bilər. Respublikamızın elə bir guşəsi yoxdur ki, orada Məmmədsəlim 

müəllimin yetirmələri, tələbələri, dostları olmasın. Onların hər birinin 

qəlbində Məmmədsəlim müəllimdən bir zərrə var.  

 

 

Biz var olduqca öz gözəl siması ilə Məmmədsəlim müəllim də 



bizim qəlbimizdə yaşayacaq. 

Ruhu şad olsun!.. 

 

15. 01. 93  

 

 




 462

ÖMRÜN  DAVAMINI RUHLAR YAŞAYIR 

 

Ə. DƏMİRÇİZADƏ  -  85 



 

Sular elə bulanıb, başımız elə qarışdırılıb ki, az qala, var-

lığımızı da unutmuşuq...  

7 aprel - şənbə günü sağ-salamat yola saldıq, 9 aprel - bazar 

ertəsi dəfn olundu.  

Şənbə günü saat 15-də kommunistlərə Çin haqqında MK-nın 

gizli məktubu oxunurdu. Professor ön cərgədə - qapıya yaxın otur-

muşdu. Məktubun oxunuşu çox çəkmədi, çıxdıq. Nə isə bir halsızlıq 

hiss edirdim professorda:  

- Maşınla gedək, - dedim.  

- Yox, hava yaxşıdır, Bilalınan söhbət edə-edə gedəcəyik, - 

dedi.  


Yol boyu durub dincəlir, parkda otururlar, parkdan qalxıb evə 

gəlir, televizora baxa-baxa halı pisləşir, təcili yardım gəlsə də, kömək 

edə bilmirlər: - ”Bax, dayandı... Dayandı...” deyə-deyə, ürəyini tutub 

gözlərini  əbədi yumur.  Qədim Vedalarda günəş  şüalarının 

tərkibindəki zərrələrlə müqayisə edilən can bədəni tərk edənə  qədər 

şüuru özündə olur.  

O vaxtdan professor tez-tez yuxuma girərdi. Bəzən qış papağı 

ilə yalnız sifəti yadımda qalardı. Bəzən külrəngi yarımqol köynəkdə. 

Nədənsə, yuxularımda professoru həmişə bir qədər yüksəkdə görürəm 

- ekranlarda olduğu kimi...  

Elə adamlar var ki, yuxuma girəndə mütləq zərər çəkirəm, 

bilirəm ki, gündüz sözsüz bir qan-qaralıq olacaq. Lakin Dəmirçizadə 

ilə yuxuda görüşlərim ən ümidli, inamlı günlərə çevrilib. Yuxuda ol-

duğum ən rahat və xoş dəqiqələrdə professorla görüşmüşəm. Ayılanda 

da xoş təəssüratla ayılmışam və düşünmüşəm ki, gündüz nə isə fərəhli 

bir hadisə baş verəcək.  

Xeyli vaxt idi, professorla ”görüşmürdüm.” Avqustun ilk ge-

cələrindən biri idi. Səhərə yaxın. Yenə professor bir qədər yuxarıda 

dayanmışdı. Mən onu sinədən yuxarı görürdüm. Çox qəribədir - mən 

onunla heç vaxt danışmadığım kimi danışdım:  

- Çoxdandır görmürəm Sizi. Evdə nə var, nə yox? 

- Suyumuz yaman bulanıb, - dedi. Deyəsən, bu sözləri bir də 

təkrar etdi. Hiss elədim ki, nəsə bir çarə axtarır. Amma yenə  də 

gülümsəyirdi. İstədim deyəm ki, suyu durultmaq üçün təzə cihaz ixtira 

ediblər. Amma könlümdə vuruşdurdum ki, bu cihaz çox bahadır; həm 



 463

də suyu durultmaq üçün tam etibarlıdırmı?. . Bir şey demədim. 

Ayıldım və fikrə getdim: ”Suyumuz yaman bulanıb.” Nəyə 

işarə edirdi professor? İndiki şəraitdə nəyi nəzərdə tutmamaq olar ki? 

Geyinən kimi, professorun biblioqrafiyasına baxdım. Mən onun vəfat 

tarixini bilirdim, doğum tarixini unutmuşdum: halbuki unutmamalıy-

dım, 60 illiyində yalnız Azərbaycan alimlərinə deyil, İttifaqın 

görkəmli türkoloqlarına, bir sıra xarici alimlərə  dəvətnaməni mənim 

xəttim ilə yazdırmışdı. Baxdım: doğum tarixi 7 iyul 1909-cu il. 

Anlamağa başlayırdım: professorun anadan olmasının 85, vəfatının 15 

illiyi idi və apreldə vəfatını qeyd etmədiyimiz kimi, iyulda da 85 illiy-

ini yada salmamışıq. Sular o qədər bulanıb, başımız o qədər qarışıb ki, 

tərbiyə  və  təhsil verənimizi unutmuşuq. Professor bütün iyulu da 

dözüb, səbr edib, avqusta keçəndə  əbədi zərrə  qəlbimizə girib, bizi 

oyadıb.  

Qitada deyilir ki, ”mötəbər şəxslərlə hesablaşmadan görülən iş 

özbaşına fəaliyyətdir” və özbaşına fəaliyyət çox zaman səmərəsiz olur. 

Tələbəlik illərini nəzərə almasaq, 62-ci ildən 79-cu ilədək Əbdüləzəl 

Məmməd oğlu Dəmirçizadənin rəhbərliyi altında, onun qeyd və 

göstərişlərini dinləyərək, bilik və  təcrübəsindən, davranış  tərzindən 

öyrənərək fəaliyyət göstərmişəm, ona görə  də  mən bu mötəbər  şəxsi 

heç vaxt unutmamalıyam, 18 il müddətində, demək olar ki, hər gün 

görüşdüyümüz bu böyük şəxsiyyət haqqında bir neçə məqalə yazsam 

da, yenə bəzi xatirə-detalları yada salmağa borcluyam.  

Ə.Dəmirçizadə qüsursuz şəxsiyyət idi. Həqiqi alim, gözəl 

müəllim, yorulmaz təşkilatçı, təvazökar insan idi.  

Ə.Dəmirçizadə dilçiliyin dialektologiya müstəsna olmaqla, 

bütün sahələrinə dair ilk ən yaxşı tədqiqatların müəllifi idi. Dil tarixi

fonetika, morfologiya, sintaksis, etimologiya, üslubiyyat, ədəbi 

tələffüz məsələlərinə dair geniş tədqiqat aparan şəxs onun tutarlı yazı-

larını nəzərə almadan keçinə bilməz. Bədii dil sahəsində tədqiqləri bir 

məktəb idi. Lakin bizim bu cəhalət dünyasında hər yeni əsəri meydana 

çıxarkən paxıllıq, həsəd və riyakarlığın müqaviməti ilə qarşılaşırdı. 

”Azərbaycan dilinin tarixi” adlı monumental əsəri 48-ci ildə işıq üzü 

görməyə başlamamış, güllələnmişdi. Elə bil, professor belə  şeylərə 

alışmışdı. Türkologiyada yeni hadisə kimi qiymətləndirilən 

”Azərbaycan dilinin üslubiyyatı” kitabı meydana çıxan kimi (1962), 

ilk cümləsindən məntiqsizlik və  qərəz aşkar olan iftira dolu məqalə 

buraxdılar. Professor eşitdi, söhbət zamanı kafedrada dedi: ”Mən 

yazmışam. Kim nə cür başa düşür-düşsün.” Və məlum oldu ki, profes-

sor heç o məqaləni oxumayıb, oxumaq fikrində  də deyil. ”Müasir 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə