Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə156/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   152   153   154   155   156   157   158   159   ...   185

 449

qrafiyaya aid verdiyi qeydləri təkmilləşdirərək bu dərsliyin xüsusi 

fəslinə çevirmişdir.  

”Sifət” bəhsinə dair ilk orijinal əsəri o yazmış (1947), sonralar 

təkmilləşdirmişdir (1961).  

Hələ 1940-cı ildə ”Qrammatikada formalizm qalıqları 

əleyhinə”, ”Sintaksisi elmi əsaslar üzərində qurmalı” məqalələri ilə 

çıxış edən Dəmirçizadə 40-cı illərin sonlarında dalbadal ”Qovuşuq 

cümlələr” (1947), ”Mürəkkəb cümlələr” (I məqalə 1947, II -1948), ”... 

sadə cümlələr” (1950), ”Kratkaə qrammatika sovremennoqo azer-



baydjanskoqo  əzıka”  (1950) məqalələrini, ”Müasir Azərbaycan dili 

(cümlə üzvləri)” (1947) kitabını yazıb çap etdirmişdir.  

Unutmaq olmaz ki, bunlar onun yaradıcılığının bir sahəsidir; 

ən böyük əsərini həmin illərdə dil tarixinə həsr etmişdir.  

Bu illərdə onun yaradıcılığında dərin tədqiqatçılıqla yanaşı, 

böyük cəsarət duyulur. Professor çox böyük enerji ilə Azərbaycan 

dilinə  məxsus qanunauyğunluqların kəşfinə başlayır. Həm də aydın 

duyulan cəhət budur ki, o, başqa dillərin qaydalarına əsaslanmır, dilin 

öz xüsusiyyətlərindən çıxış edir, yalnız dil faktlarına əsaslanmağa çal-

ışır. Tədqiqlərindən aydın görünən bu cəhətə özü də arabir işarələr 

etmişdir. Cümlə üzvləri haqqında kitabında yazır:  

”... biz imkan daxilində cümlə quruluşuna tarixilik əsasında 

yanaşdıq. Dilimizin bugünkü inkişaf pilləsinin və bu pillədəki 

xüsusiyyətlərini azəri dilinin özünməxsus bir qanuniyyət  əsasında 

tədqiq etdik. Buna görə də bizim tədqiqatımız nəticəsində bəzi dillərin 

nəhvindən fərqlənən məxsusi qayda və xüsusiyyətlər meydana çıxdı. 

Bu fərqli cəhətlər oxucuları  şübhəyə salmamalıdır. Çünki bunların 

hamısı dilin öz daxili xüsusiyyətləridir.” 

Onun yazılarında: ”... bu üzvlərə ”çevrilmiş üzv” adı verməyi 

daha münasib bildik” (19); ”Biz belə üzvləri xüsusiləşmiş üzv ad-

landırırıq”  və s. tipli qeydlər çoxdur. Bu illərdə onun üslubu bu cür 

formalaşır. Məsələnin ümumi həllində tutduğu mövqeyi demirik.  

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonrakı dövrdə, 

xüsusən son 30 il müddətində dilimizin fonetik sistemi, lüğət tərkibi 

və qrammatik quruluşunun hərtərəfli tədqiqi  əsasında qiymətli elmi 

əsərlər, namizədlik və doktorluq dissertasiyaları, dəyərli monoqrafiya-

lar yaranmışdır. O özü Azərbaycan dilçiliyini ”inqilab meyvəsi” ad-

landırırdı. Qısa müddətdə  əldə edilmiş nailiyyətləri  ədəbi dilimizin 

minillik tarixinin heç bir dövrü ilə müqayisə etmək olmaz. Dilimizin 

tarixinin, müasir dilin quruluşunun, dialekt və  şivələrimizin 

öyrənilməsi, ali məktəblər üçün ilk dərsliklərin yaradılması, həcmli 



 450

qiymətli tədqiqat 

əsərləri bizim dövrün nailiyyətləridir. 

Ə.Dəmirçizadənin ”Müasir Azərbaycan dilinin fonetikası” kitabı bu 

nailiyyətlərin önündə gedən, dilçiliyimizin qızıl fonduna daxil olan 

əsərlərdəndir.  İlk variantını 1947-ci ildə yazdığı bu əsəri müəllif 

eksperiment əsasında genişləndirərək ayrıca kitab halında çap etdirmiş 

və sonralar daha da təkmilləşdirərək dərsliyə çevirmişdir.  

Bu əsərdə məntiqi mühakimə çox güclüdür. Mövzular məntiqi 

olaraq bir-birindən doğur. Ona görə  də  əsərin bölmələri böyük bir 

zəncirin həlqəciklərini xatırladır, bu zəncirin həlqəcikləri kimi bir-biri 

ilə möhkəm bağlıdır. Bəzən professorun ifadə  tərzinin çətinliyindən 

danışılır. Bunlar ifadə  tərzində  çətinlik deyil, mühakimə  və  təfəkkür 

zənginliyidir. Bu xüsusiyyət onun əsərlərinin çoxunda özünü göstərir.  

Prof.Ə.Dəmirçizadə fonetika, orfoepiya, orfoqrafiya sahəsində 

əsərlərini yenidən işləyərək 1972-ci ildə dərslik şəklinə salmış və dörd 

cildlik”Müasir Azərbaycan dili” dərsliyinin birinci cildi kimi nəşr et-

dirmişdir.  

Onun 1969-cu ildə çap etdirdiyi ”Azərbaycan dili orfoepiyası-

nın  əsasları” kitabından orfoepik normalar haqqında kifayət qədər 

məlumat almaq mümkündür. Ümumiyyətlə  tələffüz və xüsusən orfo-

epik tələffüz,  ədəbi tələffüzün mənbələri və pozulma səbəbləri

tələffüz üslubları, lüğəvi, qrammatik və qrafik şəraitdə  tələffüz və s. 

haqqında professorun qeydləri yeni və orijinaldır. Vahid tələffüz qay-

dalarına əməl etməyin zəruriliyi hələ hamıya eyni dərəcədə aydın ol-

madığından bu əsər yalnız dar ixtisas sahibləri üçün deyil, hər bir 

mədəni  şəxs üçün faydalıdır.  Ədəbi və  mədəni tələffüz vərdişlərinin 

yayılma və inkişafında, düzgün tələffüz normalarının təlim və 

tədrisində bu əsərin mühüm rolu vardır.  

Ə. Dəmirçizadə yaradıcılığı boyu Azərbaycan dili lüğət 

tərkibinin sağlam bir yolla inkişafı, zənginləşməsi yolunda imkan və 

bacarığını əsirgəməmişdir. Onun bu sahədə qayğısı təkcə elmi-nəzəri 

məqalə və kitabları ilə məhdudlaşmır. O, geniş auditoriyalarda da, yığ-

cam fərdi söhbətlər zamanı da yersiz işlədilən  əcnəbi sözə etirazını 

bildirmədən keçməzdi. Biz ”həştad” dedikcə o bizi ”səksən”ə öyrət-

mişdir. O, milli dilə münasibətdə bizim cəmiyyətin, bizim quruluşun 

verdiyi imkanlardan səmərəli istifadəni təbliğ edərdi.  Ə.Dəmirçizadə 

həm tarixi leksikologiya, həm də müasir dilimizin lüğət tərkibinin 

tədqiqi məsələləri ilə məşğul olmuşdur. ”Dilin lüğət tərkibi haqqında... 

”(1952), ”Müasir Azərbaycan dilinin əsas lüğət tərkibi və qrammatik 

quruluşu” (1965), ”Azərbaycan dilinin üslubiyyatı” adlı kitablarının 

müəyyən bölmələrini Azərbaycan dili lüğət tərkibinin tədqiqinə  həsr 




 451

etmişdir. O bu əsərlərində söz və  məna, sözün lüğəvi və qrammatik 

mənası, lüğət tərkibi, lüğət tərkibinin  əsas və  əlavə hissələri, onların 

hər birinin ümumi zəruri və xususi xarakter əlamətləri barədə 

fikirlərini diqqətlə ümumiləşdirməyə çalışmışdır. Lüğət tərkibinin ink-

işaf və zənginləşmə qaydalarını öyrənmək üçün bu əsərlərdən kifayət 

qədər məlumat almaq mümkündür.  

O, dilin qrammatik quruluşu - morfologiya və xüsusən 

sintaksislə bağlı problemlərin ilkin tədqiqi sahəsində böyük iş gör-

müşdür. Digər sahələrdə olduğu kimi, burada da fikir və mülahizələri 

orijinaldır. Dilimizin sintaktik quruluşunun tədqiqinə aid yazılarında 

onun orijinal dəsti-xətti daha aydın görünür. O, qrammatik quruluşun 

ümumi məsələləri ilə ayrıca məşğul olmuş, dilin qrammatik quru-

luşunun təşəkkülü, morfem - morfologiya, sözün tərkibi və quruluşu 

kimi məsələləri  ətraflı  şərh etmiş, dilin milli orijinallığının qorunub 

saxlanmasında qrammatik quruluşun böyük rolunu xüsusi nəzərdən 

keçirərək onu dilin əsəb sistemi kimi qiymətləndirmişdir.  

Ə.Dəmirçizadənin sifət haqqında qeyd və mülahizələri öz ori-

jinallığı ilə diqqəti cəlb edir. Onun bu barədə fikri prinsip etibarilə 

dilçiliyimizdə sifət haqqında yazılmış bütün əsərlərdən, demək olar ki, 

fərqlənir. Leksik-qrammatik mənanı və morfoloji əlaməti birinci, sin-

taktik vəzifəni ikinci plana çəkməklə, o, sifətə, bir nitq hissəsi kimi, 

daha sabit mövqedən yanaşmışdır.  İndi onun mövqeyi çoxları  tərə-

findən təqdir edilməkdədir. Bu hal sifət dərəcələrinin bölgüsünə 

münasibətdə də özünü göstərir.  

Onun müasir Azərbaycan dili sintaktik quruluşunun müxtəlif 

sahələrinə dair əsərlərini bir yerə yığsaq, böyük bir kitab alınar: ”Mü-

asir Azərbaycan dilində sadə cümlələr. ” (1950), ”Qovuşuq cümlələr” 

(1947), ”Azərbaycan dilində uzlaşma” (1950), ”Mübtədanın sualları 

haqqında”(1955), ”Mürəkkəb cümlələr” (1947), (1948) və s. 

məqalələrinin hər biri kiçik bir monoqrafiyanı andırır. ”Müasir 

Azərbaycan dili (cümlə üzvləri)” (1947) kitabını da bura əlavə etsək, 

ümumi mənzərə tamamlanmış olur. Bu əsərlərdə sintaksisin, demək 

olar ki, bütün əsas məsələləri əhatə edilmişdir. O, cümlənin məqsəd və 

intonasiyaya görə növlərini ilk dəfə geniş şəkildə işləyərək, prinsip ki-

mi məqsədlə avazlanmanı birgə götürməyi məsləhət görmüşdür. ”Qo-

vuşuq cümlələr” adı altında həmcins üzvlü cümlələri tədqiq etmişdir.  

Ə.Dəmirçizadə ilk dəfə tabesiz və tabeli mürəkkəb cümlələrin 

oxşar və  fərqli cəhətlərini nəzərdən keçirərək, budaq cümlələri 

çevrilmiş və müstəqil cümlələr adı altında iki növə ayırmışdır. Burada 

bəzi budaq cümlələr (nəticə b. c. və s.) haqqında məlumat tamamilə 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə