Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə152/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   148   149   150   151   152   153   154   155   ...   185

 437

dilindən - bu cür söhbətlər nisbi xarakter daşıyır. Rus dilində işlənən 

sözlərin böyük bir qisminin kökü türk dillərində başqa fonetik 

dəyişmə ilə işlənməkdədir. Biz ”bulut” deyirik, ruslar ”oblako” - hər 

ikisində ”BL” elementi eyni kökün qalığıdır. Biz ”de”, ingilislər ”tel”, 

biz getmək, ingilislər ”to go”, ruslar xoditğ deyirlər - kök birdir: Vax-

tınızı almıram, bu, ayrı bir söhbətin mövzusudur. Odur ki dillərə ya-

bançı bir şey kimi baxmağın mənası yoxdur. Hər hansı dildən alın-

masından asılı olmayaraq, gələcəyi varsa, xalq bilir və işlədirsə, o sözə 

toxunmaq düzgün deyil, onu ”yenilik” adına başqa bir sözlə  əvəz 

etmək olmaz və bu cür hallar həm dövlət nəzarətində olmalı, həm də 

ictimaiyyət tərəfindən pislənməlidir. Deyəsən, yordum sizi. 



- Xoşdur. Amma mən də bu fikirdəyəm ki, hələlik 

söhbətimizi burada bitirək. Ürək sözlərinizi gizləmədiyiniz üçün çox 

sağ olun. Qarşıdan gələn bayram münasibətilə Sizi təbrik edirəm... 

- Hansı bayram? 



- Novruz bayramı. 

- Hə, Novruz müqəddəs bayramdır, həqiqi bayramdır. Biz Sovet 

hakimiyyətinin ən güclü illərində də bayram deyəndə novruzu bilirdik. 

Amma indi sizə deyim ki, ”bayram” sözü bizə sevinc yox, çox vaxt 

kədər gətirir. Nə  qədər bayram olar? Bayramlar haqqında Azərbaycan 

respublikası qanununda (27 oktyabr 1992-ci il) on müxtəlif bayram qeyl 

olunmuş (1Yanvar -Yeni il; 8 Mart - Qadınlar günü; Novruz bayramı - 

iki gün; 28 May - Respublika günü; 9 Oktyabr - Silahlı Qüvvələr günü; 

18 Oktyabr - Dövlət müstəqilliyi günü; 17 Noyabr - Milli dirçəliş günü; 

31 Dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü; Qurban bay-

ramı; Ramazan bayramı) və bunların hamısı qeyri-iş günü sayılır. Ac bir 

ölkədə bu qədər bayrama nə ehtiyac var? Bunların bir qismi müqəddəs 

bayramdır, qeyri-iş günü kimi keçirilə bilər. Lakin müharibə odu-alovu 

içərisində olan bir ölkə üçün həmrəylik günü, ramazan bayramı, qurban 

bayramı, milli dirçəliş günü bütün işlək müəssisələrin dayandırılmasının 

kimə xeyri var? Silahlı qüvvələr günü, 8 Mart da daxil olmaqla bunları 

təntənəli qeyd edib işləmək olmazmı? Dini bayram günlərində dindar-

ları işdən azad etmək kifayət etməzmi? İntizam pozulur. Tərbiyə işinə, 

yəni ictimai işə səhlənkar münasibət yaranır. Mən heç bir işgüzar ada-

mın bu qədər bayramı təqdir etdiyini görməmişəm. Belə hallarda idarə 

və müəssisə  rəhbərləri tabeliyində olanları başına yığıb deməlidir ki, 

əzizlərim, doğrudur, bayramdır, amma biz azğın düşmənlə çarpış-

madayıq, silah istehsal etməliyik, məhsul istehsal etməliyik, biz 

dişimizlə-dırnağımızla çalışıb ölkəni çətinlikdən çıxarmalıyıq. Biz hər 

təsadüfdə bayram eləməli yox, 10 saat, 12 saat işləməliyik. Gələcək 



 438

nəsillər üçün, övladlarımızın görə billəcəyi xoş günlər üçün işləməliyik. 

Sizə  və bütün jurnal-qəzet  əməkdaşlarına novruzla gələn bu 

yeni il xoş müjdələr gətirsin! Vətən torpağı düşmənlərdən təmizlənsin! 

Azərbaycan dilində xoş nəğmələr oxuyaq! Azərbaycan musiqisi Şuşa-

dan bütün keçmiş Cavanşir mahalına, Azərbaycana yayılsın! Qəlbimiz 

açılsın, üzümüz gülsün. 

- Sağ olun. Bunlar qəlbində Şah İsmayıl təpərindən bir zərrə 

olan hər bir azərbaycanlının arzusudur. 

1995 

 

 

 

 

 

 

XATİRƏLƏR 

ÇIXIŞLAR 

 

 



 

 

SİZƏ UĞUR ARZULAYIRAM! 

 

Əksəriyyəti ikimərtəbəli evlərdən ibarət olan Soltanlı kəndinin 

cənub-şərq hissəsində, yaşayış evlərindən azca aralıda böyük bir bina 

var. Çölünün suvağı  hələ tamamilə qurumamış,  əlavə korpusda işlər 

qurtarmamışdır.  Ətrafı açıqlıqdır.  İçərisindən təzə tikinti material-

larının qoxusu çəkilməyib.  

Bura məktəbdir - Soltanlı kənd orta məktəbi. Bu ilin sentyabr 

ayından başlayaraq hər gün burada yüzlərcə gənc oğlan və qızın şən, 

şaqraq səsləri zəng səslərinə qarışır. Geniş  və  işıqlı sinif otaqlarında 

dərs keçilir. Gənc leninçilər məktəbin iri foyesindən keçərək siniflərə 

daxil olur, dərs qurtardıqdan sonra dəstə-dəstə kəndə qayıdırlar.  

Kəndin gündoğan tərəfində, köhnə Hajaxundlu yurdlarının 




 439

yaxınlığında, iri yaşıl ağaclar arasında kiçik koridordan və on balaca 

otaqdan ibarət başqa bir bina da var. Divarlarının suvağı çox yerdən 

uçub-töküldüyündən ağ fonda qara ləkələr uzaqdan görünür. İçəridə 

divarlar köpəşiyib, kiçik bir təkan divarın böyük bir hissəsinin uçub 

tökülməsinə  səbəb olar. Saysız-hesabsız nəsillərin ayaq izlərini gör-

müş döşəmə, axır ki, candan düşmüş, nazilmiş, aralanmış, çox yerdən 

uçub dağılmışdır. Düyünləri çıxmış döşəmə taxtaları arasından rütubət 

qalxır.  

Bura da məktəbdir. 40 ildən artıq bir vaxtda kəndin camaatı 

məktəb deyə bura üz tutmuşdur. Lakin indi burada şagird səsləri 

eşidilmir. Müəllimlər yaşıl söyüd ağaclarının altında əyləşib dərsə ba-

şlamaq üçün zəng səslərini gözləmir. Qolunda qırmızı olan növbətçi 

görünmür. Xidmətçi qadın içəriyə girib-çıxmır. Bina, adi dərs 

vaxtlarında yaranan sükutdan fərqi olaraq, əbədi sükut içərisindədir. 

Məktəb yeni binaya köçmüş, köhnə bina sanki zamanın 

vəfasızlığından məyus olmuşdur.  

... Koridorda ayaq səsləri eşidilir. Köhnə bina ilə 

xudahafizləşmə  mərasimi başa çatır.  Əksəriyyəti vaxtilə bu məktəbi 

bitirmiş  gənclərdən ibarət olan müəllimlər həyətə  çıxaraq bir anlıq 

ayaq saxlayıb ətrafı nəzərdən keçirir və yavaş-yavaş uzaqlaşırlar. Bir 

nəfərin hamıdan arxada, aramla, dərin düşüncələr içərisində, qeyri-

ixtiyari könülsüz addımları  nəzəri daha çox cəlb edir. O, məktəbin 

qocaman müəllimlərindən Fərman  Əhmədovdur. Ömrünün çoxu bu 

məktəblə bağlıdır. Yeni bina onun nəzərində əvəzsiz mükafat olsa da, 

ali məktəb auditoriyaları kimi geniş  və  işıqlı sinif otaqları, fənn 

kabinetləri, təzə avadanlıq onda gənclik eşqi ilə işləmək arzusu oyatsa 

da, hiss olunur ki, köhnə ”dostdan” ayrılmaq onun üçün asan deyil. 

Hansı qüvvə isə onu geriyə çəkir, bu yerlərdən aralanmağa qoymur.  

- Nə düşünürsünüz? Bəlkə 46 illik pedaqoji fəaliyyətinizin 

böyük bir dövründə öz eviniz kimi hər gün girib-çıxdığınız bu kori-

dordan, bu sinif otaqlarından ayrılmaq sizin üçün çətindir? Bəlkə şəxsi 

həyatınızla bağlı olan yığın-yığın xatirələr sizi buradan ayrılmağa 

qoymur? 


Əvvəlcə mənə elə gəldi ki, o bu sözləri eşitmir. Dərin düşün-

cələr fikrini uzaqlara aparmışdı. Başını qaldırıb, ağır-ağır sözə başladı:  

- 1916-cı ilin söhbətidir, - dedi. - Onda mənim 5-6 yaşım 

olardı. Hələ o vaxt bu bina yox idi. ”Aşağı oba” deyilən yerdə, kiçik 

bir damda dərs keçirdilər. Həsən, Əşrəf, Əlif, Şirin, Əli, Hüseyn, Alı-

şan hər gün bizim evin yanından keçib dərsə gedirdilər. 3-4 il idi ki

oxuyurdular. Hərdən ayaq saxlayıb məni hirsləndirirdilər. Rusca dan-



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə