Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə153/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   149   150   151   152   153   154   155   156   ...   185

 440

ışıqları möcüzə kimi görünürdü. Damımızın üstünə  çıxıb onların 

ardınca həsrətlə baxardım. İndi Həsən Həsənov tarixçi alimdir, müdrik 

el ağsaqqalıdır; Əşrəf Hüseynov məşhur riyaziyyatçıdır, akademikdir; 

əməkdar müəllim Əlif Əhmədov V.İ.Lenin adına APİ-nin dosentidir; 

Əli Hacıyev təqaüdçü, Alışan Mahmudov kolxozçudur. Şirin Allah-

verdiyev məktəbin direktorluğundan cəbhəyə getdi və bir daha geri 

qayıtmadı. Cəbrayıl rayonunda ilk dəfə əməkdar müəllim adına layiq 

görülmüş Hüseyn Əliyev az yaşadı... Vaxt nə tez gəlib keçdi!. .  

Mənalı-mənalı üzümə baxıb sözünə davam elədi: - Yalnız 21-

ci ildə  məktəbə gedə bildim. Sinif yoldaşlarım - Allahverdi, Dadaş, 

Məhəmməd, Rzaqulu yaxşı yadımdadır. Müəllimimiz Lətif 

Əhmədovun şirin dərslərini indi də unuda bilmirəm. Sonralar o, Lenin 

ordeni ilə təltif edildikdə nə qədər sevindim! 

Sözünə bir qədər ara verib pıçıldadı: - Qaryagindəki 2-ci 

dərəcəli pedaqoji təmayüllü məktəb... Burada da yaxşı müəllimlərimiz 

var idi. 1928-ci ildə həmin məktəbi bitirib müəllimliyə başlayanda çox 

gənc idim. Vaxt keçdi. Zəmanə ali təhsil tələb elədi. Otuz üçüncü ildə 

V.İ.Lenin adına APİ-nin tarix fakültəsinə daxil olanda bu bina təzəcə 

istifadəyə verilmiş, üç il sonra - mən institutu bitirən ili orta məktəbə 

çevrilmişdi. Neçə-neçə  nəsillərə xidmət etdi. Bəzən darısqallığından 

şikayətləndiksə  də, onlarca alim və mütəxəssisin beşiyi kimi bizi 

fərəhləndirdi. Qismət belə imiş, şagirdlərlə görüşümün 47-ci ilinə yeni 

binada qədəm qoymalıyam. Amma atalar yaxşı deyib: ”Bir gün duz-

çörək yediyin yerə qırx gün salam ver.” 

Bütün həyatını  gəncliyin tərbiyəsi işinə  həsr etmiş  Fərman 

müəllim, özü barədə deyil, həmişə olduğu kimi, yenə də müəllimləri, 

dostları, sinif yoldaşları, eli, obası barədə düşünürdü.  

1912-ci ildən dörd sinifli rus-tatar (Azərbaycan - red. ) 

məktəbi kimi fəaliyyətə başlamış Soltanlı  kənd məktəbi qonşu Tinli, 

Qovuşutlu, Qumlax, Xələfli, Sirik, Dağtumas,  Şahvəlli, Veysəlli, 

Hovuslu, Kavdar, Əmirvarlı, Məzrə, Sarıcalı, Şıxalıağalı, Şükürbəyli, 

Mərcanlı, Maralyan və sair kəndlərdən gələn gənclərin təhsilində mü-

hüm rol oynamışdır.  İndi bu kəndlərin bir qismində orta məktəb 

açılmış, bir qisminin gəncləri orta təhsilini yenə də burada tamamlayır. 

Keçən dərs ilində  məktəbi 158 nəfər bitirmişdir. 1974-cü ildə  mə-

zunlardan 25 nəfəri ali məktəblərə daxil olmuşdur.  

Bəli, son dərəcə fərəhli hadisədir: Soltanlı kənd orta məktəbi 

yeni üslubda tikilmiş min nəfərlik yaraşıqlı bir binaya köçür. Elə buna 

görə də məktəbə əlavə olaraq ali təhsilini yenicə bitirmiş on nəfər gənc 

müəllim göndərilmişdir.  



 441

İlk zəngə az qalır. Yeni binanın qarşısında böyük bir təntənə 

var. Cərgə ilə düzülmüş oktyabryatların, pioner və komsomolçuların 

üzündə sevinc duyulur. Valideynlər, kəndin ağsaqqalları, məktəbin 60 

nəfərdən çox üzvü olan müəllim kollektivi, qonşu məktəblərin nü-

mayəndələri, rayonun partiya və maarif işçiləri, məktəbin bəzi məzun-

ları buraya toplaşmışdır. Təntənəli nitqlər bir-birini əvəz edir. Arabir 

pioner şeypuru bu təntənəni daha da gücləndirir. Bunlar məktəblilərin, 

xüsusən ilk dəfə  məktəbə    qədəm qoyan birinci sinif şa- girdlərinin 

hafizəsində silinməz izlər buraxır.  

Yavaş-yavaş mikrofona yaxınlaşan yorulmaz maarif xadimi 

Fərman  Əhmədov müəllim və  şagirdləri, Soltanlının zəhmət adam-

larını  partiya və hökumətə böyük minnətdarlıq hissi ilə bir daha təbrik 

edərək deyir:  

- İndi biz ikiqat artıq işləməli, daha çox çalışmalıyıq. Yeni bi-

nada iş yeni tələbat  əsasında qurulmalıdır. Dünya gör-götür dün-

yasıdır. Balalarımız bizdən öyrənirlər. Ağ divara hansı  rəngi çəksən, 

tutar. Onların gələcəyi bizdən asılıdır. Əmək itməz. Zəhmət izsiz yox 

olmaz. Zəhmət çəkməliyik ki, hər il bahar gələndə onun bəhrəsi bizi 

fərəhləndirsin. Zəhmətimizi görməsələr, zəhməti sevməzlər. Şam kimi 

yanmasaq, beyinləri nurlandıra bilmərik. Bir buğda  əkməsək, min 

buğda biçə bilmərik. Günəş öz şüasını heç kəsdən əsirgəməz. Müəllim 

də günəş kimi olmalıdır. Nümunəvi tərbiyə verməsək, nümunəvi 

tərbiyəçi yetişdirə bilmərik. Məktəbimizin məzunları içərisində 

görkəmli alimlər, mühəndislər, həkimlər, tərbiyəçilər çoxdur. Yeni 

bina bizim üçün daha uğurlu olacaqdır. Məsəl güldür, söz çiçək, - 

demişlər. Laçın qalada balalar, od ocaqda yanar, gül güllükdə bitər.  

Sizi bir daha təbrik edirəm! Yeni binada hamınıza uğur arzu-

layıram! 

 

Onun bu sözləri bizim də qəlbimizdəndir...  



 

1974 

 

 



 

 



 442

”GÜNƏŞLİ” TƏƏSSÜRATIMIZ 

 

Sanatoriya da bir dünya kimidir: ”bir yandan boşalır, bir yan-



dan dolur.” Hər gün xidmətçilər onlarca yeni qonağa mehribanlıqla 

yer verir, hər gün onlarca adam əziz dost kimi xudahafizləşib sanatori-

ya kollektivindən ayrılır, yeni ruh, yeni qüvvə ilə işə qayıdır. Az vaxt 

ərzində  tərkib tamamilə  dəyişir - gələnlər gedir, onların  əvəzində 

yeniləri gəlir; lakin bir şey, bir cəhət dəyişmir, istirahətdə olanlara 

qayğılı xoş münasibət, mədəni və tibbi xidmət işi sabit qalır...  

Mərdəkandakı ”Günəşli” sanatoriyasında bir növbədə 500-ə 

qədər adam istirahət edə bilir. Son illərdə sanatoriya xeyli böyümüş və 

genişlənmişdir.  İstirahətə  gələnlər bir-birinə yaxın tikilmiş  səkkiz 

müxtəlif korpusda yerləşdirilir. Hər korpusun xidmətçisi, tibb bacısı 

və  həkimi vardır. Ümumi yeməkxana sanatoriya şəhərciyinin 

mərkəzindədir. Yeməkxananın səliqə-sahmanına xüsusi fikir verilir. 

Bura günün eyni saatlarında üç dəfə - səhər, günorta və axşam dolur

boşalır.  İstirahətdə olanlara mədəni xidmət işi yaxşı qurulmuşdur: 

yeməkxananın üstünə - ikinci mərtəbəyə nə vaxt qalxsan, nərd, dom-

ino oynayanların,  şahmatçıların yarışının  şahidi olarsan. Burada 

televizor işləyir, kitabxana daim açıq olur. Bir mərtəbə yuxarıda isə 

rəqs salonu və böyük klub yerləşir. Burada hər axşam milli və 

beynəlmiləl mahnılar, rəqslər ifa edilir. Müxtəlif millətlərin 

nümayəndələri rəqs saatını  səbirsizliklə gözləyirlər. Klubda, demək 

olar ki, hər axşam yeni film nümayiş etdirilir. Uzaqdan gələnlər 

ekskursiyalara aparılır. Abşeronun qədim abidələri və görməli yerləri 

ilə tanış edilirlər.  

Sanatoriyanın gözəl bağı, həyəti var. Gediş-gəliş yollarının, 

hovuzların  ətrafındakı  təmizlik və  səliqə  Mərdəkanın saf təbiətində, 

təmiz havasında xüsusən səhərlər istirahət və müalicənin təsirini qat-

qat artırır. Bu bağda, bu havada gəzmək təbii bir müalicə vasitəsi 

kimi, burada olanları daha çox razı salır.  

Sanatoriyanın bir üstünlüyü də budur ki, sən burada ölkəmizin 

hər yerindən - Şərqi Sibirdən, Volqaboyundan, Orta Asiyadan, Mər-

kəzi qaratorpaq zonalarından,  Şimali Qafqazdan gəlmiş adamlarla 

tanış ola bilərsən; onların məişəti, təsərrüfatı, adət və  ənənələri səni 

maraqlandırırsa, bilavasitə söhbət edib öyrənə bilərsən. Bunun üçün 

bəzən xüsusi səyə  də ehtiyac olmur: hər gün bir otaqda qaldığın, bir 

stol ətrafında nahar etdiyin adamla ünsiyyətdə olmaq kifayətdir...  

Sanatoriyada əsas məsələ istirahət və müalicədir - əsəb, ürək, 

qan-damar xəstəliklərinin müalicəsi. Məlumdur ki, xüsusən bizim 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə