Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə161/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   157   158   159   160   161   162   163   164   ...   185

 464

Azərbaycan dili” dərsliyi çapdan çıxanda da zorla qüsurlar axtaranlar 

vardı. Tərkib hissələri zəncir kimi bağlı olan, fonetika hissəsi nitq zən-

cirinin həlqəciklərini başa düşməyə geniş imkan verən bu kitab 

haqqında mən də  rəy çap etdirmişdim. Avtobusla yol gedirdik. 

Görkəmli dilçi alim İsmayıl  Əfəndiyevin dəfn günü idi. Professorla 

diz-dizə oturmuşduq. Danışmırdıq. Nə düşündüsə, birdən: ”Sən elə 

başa düşürsən, onlar da elə” dedi. Rəyləri deyirdi, dünyanın xır-

dalıqlarına bələd olan müdriklər kimi xəfif güldü. Amma buna gülüş 

demək olmazdı.  

Vəziyyət yavaş-yavaş  dəyişirdi. Sovet hökuməti zəiflədikcə, 

daxildən çürüdükcə əyri yollarla dirçələnlər çoxalır və ”bu yolda” ən-

gəl olan ağır  şəxsiyyətləri yoldan götürməyə çalışırdılar. Professoru, 

yüz dəfə haqqı ola-ola, akademik olmağa qoymadılar.  İmzasız mək-

tublar yazdılar - özünə yaxın adamlar: müxbir üzv seçiləndə bir neçə 

ay üzvlük haqqını vaxtında verməyib! - yazdılar və bundan da istifadə 

etdilər. Kitablarının çapına mane olurdular. ”Azərbaycan ədəbi dilinin 

tarixi” kitabının nəşrini xeyli gecikdirdilər. O böyüklükdə alim, o 

böyük insan elə acizləşmişdi ki, tez-tez mənə deyirdi: ”İmrana de, o 

kitabı tez çap eləsin.” Elə bil, nə isə duymuşdu. Mən o vaxtlar İmran 

Abbasovla (”Maarif” nəşriyyatında  şöbə müdiri) tez-tez görüşürdüm. 

Hər dəfə  İmrana dedikcə bildirirdi ki, kitabın çapı ondan asılı deyil, 

amma ikinci hissəni versin ki, onu da şöbə çapa hazırlasın. Bu sözləri 

çatdıranda professor deyirdi ki, birinci hissəni görməyincə, ikinci 

hissəni işləyə bilməyəcək. Əslində isə ikinci hissəni işləmək professor 

üçün çətin deyildi - illərdən bəri toplanmış  zəngin yazılarını sistemə 

salıb makinaya verməli idi. Professor aşkar görürdü ki, kitaba mane 

olurlar. Əsəbiliyi hiss olunurdu. Axır ki, heç o kitabı əməlli görmədi, 

əliuzalı getdi...  

Professor son dərəcə namuslu, təmiz, saf bir insan idi. 18 il 

müddətində bir şəxsin əleyhinə onun bir kəlmə yersiz sözünü, qeybəti-

ni eşitmədim.  

Akad. M. Şirəliyevlə tez-tez görüşməli olurdum və o hər dəfə 

Dəmirçizadədən narazılıqla danışırdı. Deyirdim: ”Professor, sizi al-

dadırlar, yaltaqlar sizə düz məlumat gətirmirlər, mən hələ bir dəfə nə 

evdə, nə  də  işdə  Dəmirçizadənin sizin əleyhinizə, Muxtar müəllimin 

əleyhinə bir söz dediyinin şahidi olmamışam. Sizi aldadırlar. 

Dəmirçizadə ümumi yığıncaq və müzakirələrdə  nəyi tənqid edirsə, 

onunla da kifayətlənir.” 

Doğrudan da, belə idi. Professor yalnız elmi müzakirə zamanı 

bu və ya başqa bir alimi tənqid edərdi, bununla da qurtarardı, qeybətlə 



 465

işi yox idi.  

Sonralar M.Şirəliyev Dəmirçizadə haqqında danışmaq 

istədikdə  dərhal üzümə baxar, ”indi sən etiraz edəcəksən”,- deyərdi. 

Və daha sonralar o yerə  gətirdim ki, bir dəfə, nəhayət, həqiqi peş-

manlıqla: ”Biz Dəmirçizadə kimi alimi akademik olmağa qoymadıq,” 

- dedi. 

-Çox sağ olun, professor! – dedim. – Axır ki həqiqəti etiraf et-

diniz.  

Gec idi. Dəmirçizadə akademik olsa da, olmasa da, onu gələ-

cəyə titulları yox, əsərləri aparır və onun əsərləri dövrün dil və 

təfəkkür mənzərəsinin nümunəvi ifadəçiləridir.  

Dəmirçizadə  təbiətən bir qədər utancaq idi. Mən bir dəfə  də 

onun dilindən ədəbdən kənar bir söz eşitmədim. Bərkdən danışmazdı. 

Bərkdən güldüyünü görməmişdim. Ən gülməli hallarda iki dəfə xəfif 

gülüşü eşidilərdi. Yığıncaqlarda danışdıqdan dərhal sonra boğaz 

damarlarına qan gələr, damarlar bir qədər qızarardı. Amma həmişə 

şirin yumor qatardı danışığına. Üzü daim təbəssüm saçardı.  

Professor zəhmətlə böyümüşdü, ağır,  əzablı, lakin fərəhli bir 

yol keçmişdi, övladdan, uşaqdan yarımasa da, kitablarını övlad kimi 

sevir, onlarla fərəhlənirdi; və çox şükür ki, hər şeyin, o cümlədən ki-

tabların da qiymətdən düşdüyü indiki dövrü görmədi. Öz işində son 

dərəcə səliqəli idi. Zəhmətdən yorulmazdı. 70 yaşına aprel-iyul aras-

ındakı üç ay qalırdı, amma professor bir dəfə dərsini başqasına tapşır-

mamış  və ya dərsdən qalmamışdı. Elmi işləri vaxtında və  səbrlə, 

təmkinlə müzakirə edər, birinci öz əsərinin müzakirəsini təşkil edərdi. 

Hər şeyin pozulduğu indiki dövrdə kafedra müdirlərinin dərslərə get-

diyi yadıma gəlmir, amma professor tez-tez açıq dərslər təşkil edər, 

özü təklikdə dərslərə gedərdi.  

Bir dəfə praktik məşğələ  dərsimə  gəldilər. Necə oldusa, az 

sonra mühazirəmə  gəlmişdilər. Müzakirə zamanı yoldaşlardan biri 

qeyd etdi ki, mən praktik məşğələdə oturmuşam, mühazirə zamanı 

axıradək gəzmişəm. Professor dedi ki, ”fel hərəkət deməkdir” – möv-

zum feldən idi. Professor rəsmi açıq dərslərlə kifayətlənmirdi. Yenə 

həmin günlərdə bir gün dərsə gedirdim, dedi: ”- Mən də gedim, qulaq 

asım.” Axıra qədər qulaq asdı. Mövzu ”Xüsusiləşmələr” idi. Mən bir 

az da həvəslənib daha çox məlumat verməyə çalışdım. Çıxanda pro-

fessor dedi ki, çox kənara çıxırsan. Mən bu sözlərlə xeyli müddət razı-

laşmamışam. Amma indi başa düşürəm ki, biz hər  şeyi birdən 

tələbələrin başına yeritmək istəyirik, bildiyimizin hamısını birnəfəsə 

öyrətmək istəyirik.  



 466

Professor elmi seminarlar keçirir, başqa ali məktəb və institut-

ların əməkdaşlarını da dəvət edirdi. Bu müzakirələr adətən mübahisəli 

keçirdi, lakin professor axırda müzakirəni təmkin və ustalıqla ye-

kunlaşdırardı. Özü də başqa şəhərlərə konfranslara gedirdi. Gərək ki, 

62-ci il idi. Leninqrada konfransa getmişdi. Gəldi, kafedrada 

təəssüratını danışdı. Dedi ki, Stalinin ”Marksizm və dilçilik 

məsələləri” kitabını müzakirə edirdilər, tənqidə çalışırdılar (yuxarı-

ların göstərişi ilə), amma elə bir şey tapa bilmədilər, əsas nöqsan onu 

göstərdilər ki, Stalin lüğət tərkibini iki hissəyə bölür, birini ”əsas lüğət 

fondu” adlandırır, o birinə ad tapmayıb.  

Amma bu konfrans professorun özünə təsir etmişdi, o, bundan 

sonrakı yazılarında lüğət tərkibindən danışarkən onu ”lüğət tərkibinin 

əsas hissəsi”, ”lüğət tərkibinin əlavə hissəsi” kimi iki hissəyə ayırırdı.  

Professor bir də Mirəli Seyidovun bu konfransdakı 

məruzəsindən danışır, Mirəlinin erməniləri necə ifşa etdiyini ləzzətlə 

qeyd edirdi. Professorun dediklərindən aydın oldu ki, Mirəli 

məruzəsində hansı məsələdəsə erməniləri ifşa edir. Ermənilər düşürlər 

Mirəlinin üstünə, lakin Mirəli bunu gözləyirmiş, ona görə  də  əsas 

faktları gizləmiş imiş. Axırda yenidən çıxış edir, yeni kəskin faktlarla 

erməniləri susdurur.  

Biz professorla pərdəli dolanırdıq, artıq söz deməz, artıq 

hərəkət eləməzdik. Hər dəfə kafedraya girəndə  şagird kimi ayağa 

durardıq və bu ehtiramı axıra qədər davam etdirmişik. Professor özü 

hazırcavab idi, hazırcavablığı sevirdi. Böyük yığıncaqlarda arabir rep-

likası  eşidilərdi. Arabir mən də kafedrada sərhədi aşardım, lakin 

acığına gəlməzdi. Bir dəfə sentyabrın axırı və ya oktyabrın əvvəli idi - 

elmi işlərin qrafikini hazırladı, kafedrada bir-bir məruzə vaxtımızı elan 

etdi. Tez idi, sözünü qurtaranda dedim: - Professor, onda bizim mövz-

ularımızı da yadımıza salsa idiniz, yaxşı olardı.  

Elə bil, yoldaşlar himə bənd imişlər - bir gurultu, bir şaqqıltı 

qopdu, professor özü də gülümsəyə-gülümsəyə bizə qoşuldu. Amma 

gələn həftə birinci öz əsərini gətirdi.  

Bir dəfə kafedra iclasının sonunda dedim:  

- Professor, bəs deyirdiniz, ”Trafaret Şura qızları” 

(”Ədəbiyyat” qəzeti, 1936) adlı  məqalə sizindir, onun müəllifi ”Zye-

bil” imiş ki? 

 Sualımın bir zarafat olduğunu anlamamış deyildi. Yenə gü-

lümsədi: ”Zyebil” italyanca ”dəmirçi” deməkdir, - dedi.  

Mən arxivdə işləyərkən rast gəldiyim bu məqalənin üzünü çı-

xartdırmışdım. Bir nüsxə professora verdim. Yazısına heyrətlə baxdı: 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə