Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə169/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   165   166   167   168   169   170   171   172   ...   185

 488

MƏTBUATLA GÖRÜŞ 

 

”KOMMUNİST” - 70 

 

İndi biz elə bir dövrdə yaşayırıq ki, təsəvvür edilməz dərəcədə 

nəhəng informasiya axını okeanı ilə əhatə olunmuşuq. Buna müvafiq 

olaraq, informasiya vasitələri də  hədsiz çoxalmışdır.  Əgər gündəlik 

mətbuatla tam məşğul olmaq, gündəlik mətbuatı diqqətlə  nəzərdən 

keçirmək istəsək, başqa zəruri işlərə deyil, yemək və yatmağa da vaxt 

qalmaz. Xüsusən indiki aşkarlıq son dərəcə  rəngarəng qəzet, jurnal 

ünvanlarından xəbər verir.  

Lakin bütün bunlarla yanaşı,  əlimizdə elə bir mətbuat orqanı  

var ki, hamı ilk növbədə ona üz tutur, erkən onu vərəqləmək istəyir. 

Bu, 70 yaşlı ”KOMMUNİST” qəzetidir və bu meyli yaradan həmin 

qəzetin ümumi sanballı, siqləti, inamlı keçmişi və mübariz indisidir.  

Ən böyük uğurlarımızı ilk növbədə ”Kommunist” qəzeti ya-

yıb. Ən böyük çətinliklərimizi, ən ciddi qüsurlarımızı çəkinmədən, cə-

sarətlə ”Kommunist” qəzeti, onun əməkdaşları ortaya çıxarıb.  

9 may 1920-ci ildə - Azərbaycanda Sovet hakimiyyəti qurul-

ması münasibətilə Azərbaycan zəhmətkeşlərinə Leninin təbriki çap 

olunduğu gündən ”Kommunist” qəzeti görkəmli partiya və dövlət xa-

dimlərinin məruzə və çıxışlarını, müsahibə və məktublarını xalqa çat-

dırır, kommunist ideologiyasının yayılmasında birinciliyi, MK-nın 

orqanı kimi, daim əlində saxlayır. Buna görə mühüm dövlət xəbər-

lərini, partiyanın gələcəyə baxışını kütlə daim bu qəzetdən gözləyir.  

Azərbaycan xalqının görkəmli oğulları, partiya, dövlət, 

ədəbiyyat və incəsənət xadimləri xalqla bu 70 ilin müddətində daha 

çox bu qəzetin vasitəsilə əlaqə saxlamışlar.  

Qəzet hazırda yenidənqurmanın  ən fəal köməkçisidir. 

Doğrudur, uzun illər kök salmış, bir çox idarə və təşkilatların, dövlət 

orqanlarının canına hopmuş, qanına yerimiş ətaləti, yaramaz ənənələri 

vurub dağıtmaq o qədər də asan deyil, lakin qəzet bu sahədə xüsusən 

son bir ildə çox böyük cəsarət və fədakarlıq göstərir. Buna görə də qə-

zet 20-ci illərdə olduğu kimi, indi də öz oxucularını son dərəcə ar-

tırmışdır. Açığını deyək ki, qəzet çox ciddi ictimai-siyasi və iqtisadi 

problemlər, ölkənin sosial-iqtisadi problemlərini  ətalətdə saxlayan 

böyük laylar qaldırır, həm də cəsarətlə qaldırır. Bu, vətən, millət, mə-

dəniyyət, kamillik, ana dili kimi mühüm məsələlər barədə daha şüurlu 

düşüncələrə meydan açır.  

Dəyirmi stol arxasında söhbətlər, partiya həyatı, incəsənət ye-



 489

nilikləri, elmi-texniki tərəqqi ilə bağlı materiallar, siyasət, dövlət qu-

ruculuğu məsələləri, kəndin,  şəhərin nöqsanları,  əliəyrilik, xəyanət 

halları, keçmişin yaramaz qanunları, elm, texnika yenilikləri, eko-

logiya məsələləri və s. kimi həyatın çox müxtəlif sahələrinə  məxsus 

olan ən tutarlı yazıları biz bu qəzetin səhifələrində oxuyuruq.  

Qəzet doğulduğu gündən dilimizin, ədəbiyyatımızın və 

ümumən mədəniyyətimizin keşiyində durub. Ana dili və onun 

təmizliyi, saflığı məsələləri, onun yazı və tələffüz mədəniyyətinin ink-

işafı, dilə elmi və dövlət nəzarəti qəzetin kollektivini daim 

düşündürüb. Görkəmli partiya və dövlət qərarları, başqa xalqların  ən 

yüksək sənət nümunələri ilk növbədə bu qəzetin vasitəsilə ana dilində 

xalqa çatdırıldığından dilimizin yeni terminologiya ilə 

zənginləşməsində misilsiz xidməti olmuşdur. Azərbaycan xalqının ən 

görkəmli sənət adamları daim bu qəzetlə bağlı olmuşdur.  

Ali məktəb həyatı, dilin, ədəbiyyatın, müxtəlif elmlərin tədrisi 

ilə bağlı arzu və istək, təklif və məramlar nüfuzlu bir orqan kimi daim 

bu qəzetin köməyinə arxalanmışdır.  

”Kommunist” daim ağıla, soyuq, ciddi  və sərrast mühakimə-

yə əsaslanmış, heç vaxt emosiyalara uymamışdır.  

Ümumən qəzetin dəsti-xətti partiya və hökumətin tələblərinə 

uyğundur, daim öz xəlqi və partiyalı mövqeyini qoruyub saxlamışdır. 

Son bir ildəki cəsarətli, açıq mövqeyi qəzeti xalqa daha çox yaxınlaş-

dırmışdır.  

Qəzetin bizə məhdud görünən cəhətlərindən də danışmaq olar. 

Sovet hakimiyyətinin ilk illərində - 23-cü ildə yazıçıların ilk birliyinin 

- ”Türk ədib və  şairlər ittifaqı  dərnəyi”nin yaranmasında bu qəzetin 

böyük rolu olmuş, daim bu qəzet görkəmli yazıçıları, gənc qələm 

sahiblərini öz ətrafına toplamış, bir sıra məcmuələr çap etdirmişdir. 

Lakin indi görkəmli yazıçı və şairlərimizin az-az görünməsi bir yana, 

gənc qələm sahiblərinin bu qəzetə yaxın düşməsi çox çətindir. Hər 

adam bu qəzetə yaxın düşməyə cəsarət etməz. Elmə, sənətə yer verilsə 

də, çox qısqanclıqla yer verilir. Bir suçu haqqında suçunun adından 

məqalə yazılıb dərc olunur, lakin illərlə iynə ilə gor qazan alimin 

dövlət mükafatına layiq görülmüş  əsəri barədə bu qəzetdə  rəy çap 

etdirmək böyük problemdir. Mən özüm şəxsən bunu təcrübədən 

keçirmişəm, Dövlət mükafatına layiq görülmüş dörd cildlik «Müasir 

Azərbaycan dili» kitabı haqqında yazımı, xeyli çalışsam da, bu 

qəzetdə çap etdirə bilməmişəm. 

Ali məktəb həyatı, tələbə  həyatı, professor-müəllim  əməyi 

barədə  qəzetdə yazıya təsadüf etmək inci tapmaq kimi bir şeydir. 



 490

Qəzet bütün başqa qəzetlərdə doldurulan eyni informasiyalarla çox 

yüklənir, bədiilik, incəsənət,  ədəbiyyat, dil məsələlərinə çox məhdud 

yer verilir və az-çox görünənlər də əksərən qəzetin öz əməkdaşlarının 

yazılarıdır. Qəzet bu cəhətdən əksəriyyətin üzünə qapalıdır.  

Qəzetin mühüm nöqsanlarından biri də üslub məsələsidir. Elə 

bil, qəzet yalnız bir adamın əlindən çıxır, hətta bədii yazılar da az qala 

publisist qələminin məhsuluna çevrilir, rəngli, emosional yazılara 

təsadüf edilmir. Və ya çox az təsadüf edilir.  

Qəzet açıq elmi polemikalardan, mübahisələrdən, bir-birinə 

zidd fikirlərin ifadəsindən çəkinir, ”ağrımaz başım” mövqeyi ilə bir 

çox çətinliklərin üstünü örtməyə çalışır, daha doğrusu, qəzetin ümumi 

xətti bunu göstərir.  Əslində, bu, intriqa deyil, mədəniyyətin inkişaf 

yoludur.  

Redaksiyanın ümumi işi ilə bağlı bu cür qüsurları  ləğv 

etməklə ”Kommunist” qəzetini ümumxalq işinə, xalqımızın  ədəbi, 

elmi, mədəni uğurlarının işıqlandırılması  işinə daha səmərəli 

yönəltmək olar.  

 

18. 11. 89  

 

 



 


Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə