Азярбайъанын илк


DİLİ  BİR, QANI BİR QAQAUZ  QARDAŞLARIMIZ



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə170/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   166   167   168   169   170   171   172   173   ...   185

 491

DİLİ  BİR, QANI BİR QAQAUZ  QARDAŞLARIMIZ

*

 

 

Hələ 60-cı illərin məlumatına əsasən, yer üzündə müxtəlif türk 



xalqlarını  əhatə edən 70 milyondan çox əhali yaşayır. Türklər Yer 

kürəsinin, demək olar ki, bütün ərazilərinə yayılmışdır. SSRİ-də, 

Çində,  Əfqanıstanda,  İranda,  ərəb ölkələrində, Rumıniyada, Anado-

luda, Bolqarıstanda, Almaniyada, Fransada, Amerikada türk dilli 

xalqlara rast gəlmək mümkündür. Lakin türklər daha çox ekvator 

boyunca - Mancuriyadan Aralıq dənizinə qədər böyük bir ərazidə daha 

sıx yerləşmişlər. Türk xalqları min illər boyu Qərbdən Şərqə,  Şərqdən 

Qərbə  hərəkət etməklə, müxtəlif xalqlar, etnik qruplar və tayfalarla 

qarışmış,   çarpazlaşmış, lakin əslini, kökünü qoruyub saxlamışdır.  

Belə xalqların biri də qaqauzlardır. Qaqauzlar da bizim kimi, 

oğuz nəslindən olub, həm dilcə, həm də ruhən bizə çox yaxındırlar. 

”Qaqauz” - sözünü bəzən ”göy oğuz”, bəzən də ”haqq oğuz” kimi izah 

edirlər və  hər iki halda bu xalqın formalaşmasında oğuz tayfalarının 

rolu göz önündədir.  

Qaqauzlar indi daha çox Maldova respublikasında, Ukray-

nada, Rumıniyada, Yunanıstan və Yuqoslaviya ərazilərində yaşayırlar. 

Yaşadıqları dairələrə görə onlara bəzən  qərbi  Dunay qaqauzları, 

yunan qaqauzları, Makedon qaqauzları, Bessarabiya qaqauzları da 

de- yilir.  

Qaqauzların bu yerlərə çox qədim dövrlərdən, hələ tam dəqiq 

olmayan məlumata əsasən, VII əsrdə, sonralar isə XI, XII əsrlərdə gəl-

diyi göstərilir. Məlumdur ki, oğuz tayfalarının bir qismi Xəzərin cənub 

sahili ilə  hərəkət edərək Azərbaycanda, Anadoluda məskunlaşmışlar 

(XI-XIII  əsrlərdəki son gəlişləri). Lakin qaqauzların Xəzərin  şimalı 

ilə, Volqa çayını keçərək indiki cənubi Rusiya çöllərinə yayıldığı, bu-

radan Maldova, Rumıniya, Bolqarıstan və s. ölkələrə  sıxlaşdığı da 

göstərilir.  

Qaqauzlar böyük məhrumiyyətlərə dözmüş xalqdır. Avtono-

miyaları olmadığından daim bu və ya digər xalq tərəfindən əzilmişlər. 

Əvvəlcə atəşpərəst, sonralar müsəlman olan bu xalq bolqarların 

təzyiqi ilə xristianlığı  qəbul etməli olmuşlar, provoslavdırlar. Lakin 

yenə də atəşpərəstliklə, islam dini ilə bağlı bir çox ayinləri saxlamış-

lar.  


Bolqarıstan türk imperiyasının tərkibinə daxil edildikdə 

qaqauzlara daha çox zülm edilmişdir. Türklər qaqauzları  az  qala  as-

                                                           

*

 Бакы Дювлят Университетиндя охуйан гагауз тялябялярля эюрцш. 




 492

similyasiyaya uğratmışlar. Buna görə  də qaqauz dili türk (osmanlı) 

dilinə daha yaxındır. Hətta bəzilərinin fikrincə, qaqauzlar 

türkləşdirilmiş bolqarlardır. Şübhəsiz, bu fikirlər yanlışdır və artıq elm 

aləminə məlumdur ki, onlar Orta Asiyanın Dəşti oğuzlarındandır.  

Qaqauzlar bir çox xalqların  əhatəsində olduqlarından dilləri 

yad dillərin təsirinə daha çox məruz qalmışdır. Rumın, bolqar, yunan, 

türk, rus, ərəb, fars dil elementləri bu dildə daha çox müşahidə olunur. 

Hətta dilin ən mühafizəkar hissəsi olan sintaksis də  təsirə  məruz 

qalmış, qaqauz dilinin sintaksisində bir sərbəstlik yaranmışdır.  

1940-cı ildə Moldaviya SSR yarandıqdan sonra qaqauzların 

vəziyyəti bir qədər yaxşılaşmışdır. 1957-ci ildən əlifbaları var.  

Qaqauzların zəngin folkloru - nağılları, maniləri, dastanları 

vardır. Qaqauz dili, ədəbiyyatı, folkloru, qaqauzların tarixi tədqiq 

edilir. Hələ XIX əsrdə V.A.Maşkov qaqauzlar haqqında silsilə 

məqalələr yazmışdır. Sonralar N.K.Dmitriyev, D.A.Pokrovskaya, 

N.A.Baskakov, F.R.Zeynalov qaqauzlar və onların etnik, dil 

xüsusiyyətləri barədə  tədqiqatlar aparmışlar. Qaqauzların Tanasolu, 

Qurboğlu, Arabaçı kimi tanınmış alim, şair və yazıçıları var.  

60-cı illərdən qaqauzların vəziyyəti yenə  də pisləşməyə ba-

şlamış, məktəbləri bağlanmışdır. Lakin son dövrün hadisələri bu xalqa 

imkan verdi ki, öz hüquqlarını bərpa edə bilsin. Axır ki, bu günlərdə 

qaqauzların muxtariyyət alması barədə şad xəbər eşitdik və ağır müba-

rizə yolu keçmiş bu xalqın qələbəsinə sevindik.  

Bir neçə il əvvələ qədər təkcə xarici ölkələrlə deyil, ittifaq da-

xilində də əlaqələr məhdud idi. Lakin indi xeyli əlverişli şərait yaran-

mışdır. Qazaxıstan SSR-dən, Dərbənddən bizim filologiya fakültəsinə 

gəlib oxuyan tələbələr bizi sevindirir. Cənubi Azərbaycanla, Türkiyə 

ilə də belə əlaqələr yaratmaq fikrindəyik.  

İndi qaqauzlar üçün də belə bir yol açılmışdır. Onlar 

ölkəmizin müxtəlif ali məktəblərində təhsil ala bilirlər. Bu gün qaqauz 

tələbələrinin, qaqauz gənclərinin ali təhsil almaq üçün Azərbaycana 

gəlməsi, Bakı Dövlət Universitetinin şərqşünaslıq, hüquq, tarix 

fakültələrində oxuması bizi çox sevindirir.  

Həmin tələbələr pedaqoji universitetin 70 illiyi günlərində, 

xalqımızın böyük təntənə ilə hazırlaşdığı Novruz bayramı  ərəfəsində 

bizimlə, tələbələrimizlə görüşə gəlmişlər! 

Qaqauz xalqının gələcəyi olan bu gənclərə  əlimizdən gələn 

köməyi  əsirgəməməliyik. Bunlar bir xalqın zərrələridir və biz o 

zərrələri işıqlandırıb mayaklara çevirməliyik.  

İndi səsinizi eşidək, dilinizi və diləyinizi dinləyək. Xoş 



 493

gəlmisiniz!    



1991 


 494

SUMQAYITDA NİZAMİNİN YUBİLEYİ 

 

Bu il Nizami ilidir və hər yerdə  şairin anadan olmasının 850 



illiyi yüksək təntənə ilə qeyd edilir.  

Biz də, yəni V. İ. Lenin adına APDU-nun filologiya fakültəsi 

xeyli vaxtdır, Nizami poeziyası  işığına üz tutmuşuq və bu böyük 

yubileyə hazırlıq görürük. Nizami adına ədəbi lektoriya yenidən quru-

lur. Böyük konfrans keçirməyi (mayda) planlaşdırmışıq, respublikanın 

müxtəlif yerlərindən 100-ə yaxın məruzə tezisi göndərilmişdir. Sizin 

bu yığıncağınızı salamlayırıq və öz növbəmizdə sizi də konfransımıza 

dəvət edirik.  

Mən  ədəbiyyatçı deyiləm. Amma Nizami elə yüksək  şəxsiy-

yətdir ki, bir kəs tapılmaz ki, onda Nizamidən bir damla olmasın.  

Mən şairin öz şeirləri əsasında onun bir neçə şəxsi keyfiyyəti 

barədə bir-iki söz demək istəyirəm.  

Nizami istedadı adi şair istedadı deyil, ilahi vergi imiş. Bəlkə 

də boyca balaca olmuşdur. Lakin yerlərə uca göylərdən baxmış, təbi-

əti, insanı bütün keyfiyyətləri ilə görə bilmişdir.  

Əsrimiz, xüsusən onun bu son günləri çox dəhşətlidir. Dün-

yanın hansı nöqtəsinə baxırsan, üsyan və nümayişlər, illərlə uzanan ali 

məclislər görürsən. Heç kəs işləmək istəmir, lakin hamı yüksək  şə-

kildə yaşayış tələb edir.  

Amma Nizami ilahi istedadının ümidinə yaşamamışdır. Öz 

əməyi ilə daşdan ləl çıxarmış, daim özünü əməyə təhrik etmişdir:  

 

Durma, ey Nizami, iş zamanıdır,  



Fələk etibarsız, dünya fanidir.  

 

Mövzular aramış, o zamana qədər işlənməmiş mövzular tap-



mış və həmin mövzular üzərində işləyərkən, özünün dediyi kimi, aya-

ğı bir tük qədər büdrəməmişdir. Tarixə  şair kimi yox, həqiqi tarixçi 

kimi baxmış, lakin onu böyük və misilsiz şair qüdrəti ilə 

poetikləşdirməklə ortaya çıxarmışdır. ”Yeddi gözəl”də mövzu axtarış-

ını belə izah edir:  

 

O zaman aradım, tarixə keçdim,  



İncə, ürəkaçan dastanlar seçdim.  

Şahların çox böyük tarixi varmış,  

Birindən bir dastan yazmaq olarmış.  

Bir dərin fikirli varmış ki, o, tək 




Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə