Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə167/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   163   164   165   166   167   168   169   170   ...   185

 482

hadisə çöküb, həkk olub.  

Professor bütün çətinliklərə baxmayaraq, daim axtarışda idi. 

Qədim arxiv sənədləri, ilk mənbələr ilə maraqlanırdı. Yadımdadır ki, 

Bakıxanovun Puşkinlər ailəsi ilə dostluğu və yaxınlığı barədə nadir 

sənədin foto surətini auditoriyada bir-bir hamımıza göstərdi.  

Nədənsə, professorun təqtilərə bölə-bölə dediyi ”Ey ol vəqti / 

görən məs’ud / unutma biz / ləri yad et!” sözləri Rəfilinin öz gözəl 

ahəngi - başının, üzünün, nəfəsinin bütün birgə ahəngi ilə tələffüz et-

diyi bu sözləri xatırladıqca məndə romantik duyğular yaranır, az qala, 

Məhəmməd Hadi bir heykəl kimi gözümün önünə gəlir.  

Əruz vəznini başlamalı idi. Dedi ki, bu mövzunu mən də keçə 

bilərəm. Amma mənim bir dostum var, o, daha yaxşı keçə bilər. Mən 

də deyəcəyəm, siz də xahiş edin, qoyun gəlsin bu mövzunu o danışsın. 

Soruşduq ki, kimi nəzərdə tutur. Əkrəm Cəfəri nişan verdi. O vaxt 

Əkrəm müəllim bizə ”Qədim türk yazılı abidələri”ndən dərs deyirdi, 

öz  şirin danışığı, gözəl ləhcəsi ilə bizi sehrləmişdi.  Əkrəm müəllim 

Malovdan, Taqordan danışanda biz bu dünyanı bir növ unudurduq. 

Dərsdən çıxan kimi yüyürdük yanına. Gələrəm, - dedi və  gəlib  şirin 

bir mühazirə oxudu.  

Sonralar eşidirdik ki, Rəfili «eqoist» imiş, heç kimi 

bəyənmirmiş. Böyük zövq və istedad sahibi, əlbəttə, hər  şeyi 

bəyənməzdi və bəyənmədikləri ona düşmən olurdu.  

Bir dəfə  mənim tanıdığım professorlardan biri şeir yazan  

oğlunu – orta məktəb şagirdini onun yanına aparıb deyir: 

- Professor, bu uşaq dərs oxumaqdan çox,  şeir yazmaqla 

məşğul olur. Zəhmət olmasa, bir bunu dinləyin. 

Rəfili uşağa deyir: 

-Oxu! 


Uşaq birini oxuyur. 

-Birini də oxu! 

Uşaq birini də oxuyur. 

Sonra deyir: 

-Birini də! 

 Uşaq oxuyur. 

Uşağın valideyni soruşur: 

-Nə düşünürsünüz? Bundan nə olar? 

Rəfili yüksək pafosla deyir: 

-Qoy yazsın. Puşkin olmasa da, Süleyman Rüstəm olar. 

Xalq şairi Süleyman Rüstəm Rəfilini şən və zarafatcıl bir in-

san kimi təsvir edir. Yaşıdlarından eşitdiyimiz lətifəsayaq  əhvalatlar 




 483

da göstərir ki, Rəfili həqiqətən nikbin və zarafatcıl bir şəxs olub, dün-

yanı  və yaşıdlarını sarıya-sarıya ciddi elmi axtarışlarla məşğul olub, 

istedadlı  gəncləri poeziya və  tənqid meydanına çıxarıb. M.Arif 

Rəfilinin onu tənqidə necə  həvəsləndirdiyini etiraf etdiyi kimi, 

S.Rüstəm də istedadlı gənclərin poeziya aləmində ilk şöhrətində onun 

rolunu xüsusi qeyd etmişdir: ”O, çoxumuzun ilk gənclik  şeirlərinə 

məcmuənin (”Maarif və  mədəniyyət” məcmuəsi nəzərdə tutulur - Q. 



K.) səhifələrində az yer verməmişdir. Məmməd Rahimin, Mikayıl 

Müşfiqin,  Əli Nazimin, Əbdülbaqi Fövzinin, mənim və digər gənc 

şairlərin  şerlərini məmnuniyyətlə  dərc etməklə yeni sovet 

ədəbiyyatının gənc nümayəndələrinə məhəbbətini bildirirdi.” 

Bu cür xeyirxah, şən və zarafatcıl bir adamın, dünya ədəbiy-

yatının nadir bilicisinin dünya boyda dərdi vardı. Rəfili tək idi. Yün-

gül yolla gedənlərin qəfil oxları, arxadan soxulan xəncərlər onun dax-

ilini didib-parçalayırdı. Göz yaşları kimi duru, buz kimi soyuq şollar 

suyu onun daxili yanğısını söndürə bilmirdi...  

 

 



Rəfili həqiqəti  sevən insanların qəlbində yaşadı – xeyirxah 

əməlləri, orijinal poeziya və tənqidi ilə əbədiyyətə qovuşdu.  

 

08. 07. 95.  

 

 

 




 484

NƏSR DİLİ MƏSƏLƏLƏRİ

*

 

 

Təkrar da olsa, qeyd etməliyik ki, Nadir Cabbarov çox böyük 



zəhmət çəkmiş, yüksək elmi səviyyəli bir məruzə hazırlamışdır. Lakin 

nəsrimizin bir sıra aparıcı qüvvələri məruzədə  əhatə olunmadı. Bu 

cəhətdən S.Rüstəmxanlının məruzəsi poeziya dilinin inkişaf yolu 

barədə daha sistemli təəssürat yaradırdı. Dram dili məsələlərinə 

gəldikdə qeyd etməliyik ki, məruzəçi, belə demək olarsa, əksərən 

”əyalət” pyeslərini əhatə etdi. Müasir teatr və dramaturgiyanın aparıcı 

qüvvələri, lirik-psixoloji dram dilinin gözəl nümunələrini yaratmış 

İ.Əfəndiyevin və B.Vahabzadə, N.Xəzri kimi dramaturqların bədii dili 

ötəri gözdən keçirildi.  

Famil Mehdinin müasir həyatımızdan bəhs edən ”Göyü 

çiynində saxlayan adam” poema-trilogiyasında  əsərin qəhrəmanı 

Müzəffərin daxili nitqi, monoloqları ilə bir sıra tarixi hadisələr yüksək 

poetik səviyyədə, daha böyük cəsarətlə açılıb oxucuya çatdırılır. Yeni 

yazılmış bir sıra tarixi dramlarda isə tarixi həqiqətin təhrifi nitq detal-

larının qeyri-təbiiliyi ilə nəzəri cəlb edir. Dram sənətinin sirlərinə çox 

gözəl bələd olan  İ.Rəhimli bunları ətraflı qeyd edə bilərdi.  

Xalq dilinə bələdlik, ondan faydalanma qüdrətinə görə son 20-

30 ildə yaranmış bir sıra nəsr əsərlərinin dili misilsiz qiymətə malik-

dir. Bədii fikri yüksək sənətkarlıqla ifadənin gözəl nümunələri olan 

”Böyük dayaq”, ”Dəli Kür” romanlarının, B.Bayramov, H.Abbaszadə, 

İ.Hüseynov, V.Babanlı kimi yazıçılarımızın bir sıra  əsərlərinin dili 

gənc yazıçılar üçün nümunədir.  

Çox fərəhlidir ki, bizim nisbətən gənc hesab oluna bilən Elçin

Anar, F.Kərimzadə, Y.Səmədoğlu,  İ.Məlikzadə, S.Azəri, M.Sü-

leymanlı kimi yazıçılarımızın dili xalq dilinin dərin qatlarına nüfuz 

edə bilmə, bədiilik və obrazlılıq keyfiyyətlərinə görə bugünkü tələbkar 

oxucunun zövqünü təmin edir, onu cəlb edir, dilinin çevikliyi, 

emosionallığı ilə özünü sevdirir.  

Elçin tanıdığı, daha gözəl bildiyi aləmin real mənzərəsini 

yaradır. Elçinin Mirzə  Cəlil zəminində yüksələn təhkiyə üsulu 

tamamilə yeni və orijinaldır. Onun təsvir üsulu, dialoqları, çevik yazı 

maneri, xüsusən bədii dilinin poetik sintaksisi yeni keyfiyyətlərə, 

uğurla tapılmış səciyyəvi əlamətlərə malikdir. Bunlar, bu keyfiyyətlər 

tədqiq və ümumiləşdirmələr üçün, müasir nəsr dilinin quruluşunu 

                                                           

*

 1984-ъц илин майында Натяван клубунда няср, поезийа вя драматурэийа 



мясяляляриня щяср олунмуш конфрансда чыхыш. 


Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə