Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə165/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   161   162   163   164   165   166   167   168   ...   185

 476

rürsünüz ki, 59 yaşlı bu adam ali təhsil diplomu alıb ölmək istəyir” 

dedi, üzə durdular, razı olmadılar. Yadımdadır ki, bu zaman 

Dəmirçizadə getmişdi, imtahanda yox idi. Şıxəli müəllim tək qaldı, 59 

yaşlı qiyabiçi qiymət ala bilmədi.  

Şirin yumoru və  təqlid qabiliyyəti vardı. Sonrakı gün 

qarderobda komissiyanın bəzi üzvlərini çox ustalıqla yamsıladığının 

şahidi oldum.  

O zamanlar qiyabiçi tələbələr dövlət imtahanlarından ikisini 

yanvarda verir, iki fəndən imtahan mart ayına qalırdı. Yanvar üçün 

nəzərdə tutulan imtahanlar başa çatdı, komissiya öz işini qurtardı.  

Mart ayı yaxınlaşırdı. Bu arada - yanvar və mart ayları aras-

ında (1966) Şıxəli Qurbanov Azərbaycan KP MK-nın katibi seçildi. 

Danışırdılar ki, o daha imtahana gəlməz.  

Lakin Şıxəli müəllimin pedaqoji işə sonsuz marağı bu fikirdə 

olanların yanıldığını göstərdi.  

İmtahan günü düz səhər saat 9-da Şıxəli Qurbanov qapını açıb 

imtahan otağına daxil oldu (imtahanlar əvvəldən Akt zalının yax-

ınlığında indiki siyasi tarix kabinetində aparılırdı).  

Tələbələr ayağa qalxdı. Mən qiyabiçilər tərəfdə  pəncərənin 

önündə dayanıb həyətə baxırdım. Səs eşidib çevrildim. Komissiya 

üzvləri ilə görüşdü, sonra mənə tərəf gəlməyə başladı. Düşündüm ki

yaxşı deyil, mən də irəli gedim. Elə gəldik ki, aramızda bir stol qaldı. 

O, stolun bir tərəfindən yapışdı, mən o biri tərəfindən, qaldırıb komis-

siya stollarının qarşısına qoyduq. Beləliklə, tələbələrin arxasında otu-

rub imtahan verə bilmələri üçün də şərait yarandı və imtahan başlandı.  

Şıxəli müəllim özünü son dərəcə sadə  və  şən aparırdı. MK 

katibi belə olmazdı. Təəccüb doğururdu. Ə.Dəmirçizadə bir vərəq gö-

türüb nəsə yazdı, Kamal müəllimə ötürdü. Kamal müəllim ikinci sətiri 

yazdı - şerə oxşayırdı - Şıxəli müəllimə ötürdü. Şıxəli müəllim ikinci 

misranın altında, sağ tərəfdə bir söz yazıb nida işarəsi qoydu və vərəqi 

mənə ötürdülər.  İki misralıq bir şeir yazılmışdı - zarafatla qiyabinin 

dekanı  İmran müəllimə (dosent İmran Babayevə) sataşırdılar. Birinci 

misra «Dekan pişiyi  ətli olar» sözlərindən ibarət idi.  İkinci misra 

«Həm  ətli, həm…» sözləri ilə başlayırdı.  Şıxəli müəllimin yazdığı 

nida işarəli tək söz ”Leylam!” sözü idi. Mahnı alınmışdı. Bu zarafat o 

zamanlar onun bütün dövlət işlərinə baxmayaraq, beyninin, 

düşüncəsinin musiqili komediya ilə bir vərdiş halında nə  qədər 

möhkəm bağlı olduğunu göstərirdi.  

Partiya aparatının böyük vəzifə sahibi cəsarətlə açıq danışırdı. 

Tələbələrdən biri S.Vurğunun ”Zamanın bayraqdarı” poemasından 



 477

”Partiyamızdır”  şerini  əzbər söylədi.  Şıxəli müəllim: ”Hər sadə, 

mürəkkəb cümləmizin də Əzəl mübtədası partiyamızdır” - misralarını 

xatırladıb dedi: ”Səməd Vurğunun da qəribə misraları var. Sadə  və 

mürəkkəb cümlələrimizin hamısının mübtədası partiyamız olsa, onda 

elə bütün pis işlərin başında partiya durur...” 

Mən də bir qədər sıxıla-sıxıla qeyd etdim ki, ”əzəl mübtədası” 

sözləri də ikimənalıdır. Soruşdu ki, nə deyirsən? Dedim ki, belə çıxır 

ki, hər cümlənin bir neçə mübtədası olar, birincisi, ilkini ”partiya-

mız”dır. 

Rus  ədəbiyyatı ilə sıx bağlı olsa da, milli ədəbiyyatın zəngin 

tarixi onun vüqar mənbəyi idi. Tələbələrdən biri ”Ölülər”dən danı-

şanda bəzi ədəbiyyatşünasların yanlış traktovkasına etiraz edərək dedi: 

”İddia edirlər ki, C.Məmmədquluzadə ”diri ölülər” ideyasını ruslardan 

öyrənib. Nəzərə almırlar ki, bu ideya hələ keçən  əsrin sonlarında 

Əbdürrəhim bəy Haqverdiyevdə var”.   

O zaman institutun rektoru Şövqi Ağayev idi. Şövqi müəllim 

birinci gün Şıxəli Qurbanovun instituta gəlib-getməsindən vaxtında 

xəbər tuta bilməmişdi.  

İkinci gün Ü.Hacıbəyov tərəf qapıdan ikinci mərtəbə ilə Akt 

zalına qədər müxtəlif xalılar və ayaqaltılar döşənmişdi.  İmtahan ota-

ğına samovar gətirilmiş, güllər qoyulmuşdu.  Şıxəli müəllim gələndə 

bunların hamısı hazır idi. O, gözəl görkəmi ilə xalı və ayaqaltıların üs-

tü ilə  gəlib imtahan otağına daxil oldu və narazılıq ifadə edən bir 

səslə:  

- Nəyə lazımdır bunlar? Mən kənardan gəlməmişəm. Axı mən 

də bu institutun yetirməsiyəm... - deyə gileyləndi.  

”Kənardan gəlməmişəm!” O özünü həmişə bu instituta doğma 

saymış, heç bir vəzifə, heç bir sənət duyğusu onu buradan, pedaqoji 

işdən ayıra bilməmişdir.  

Sonra mən onun Akt zalının qarşısındakı geniş foyedə özü 

kimi gözəl, tarixçi alim Sərxan Verdiyevlə xeyli müddət qol-qola var-

gəl etdiyinin, şirin-şirin danışdıqlarının şahidi oldum. Şübhə etmirdim 

ki, Şıxəli müəllim öz tələbəlik dostu ilə respublikanın gələcəyi barədə 

planlarından danışır...  

 

Planlar isə çox idi. Ədəbi-bədii, elmi sahədə olduğu kimi, ic-



timai-siyasi sahədə  də çox iş görə bilərdi. Lakin taleyin amansız 

zərbəsi onun gözəl cismini gözəl ruhundan qəflətən ayırdı və bu xəbər 

hamını sarsıtdı...  

Mən onu bir də ardı-arası kəsilməyən kütlənin qolları üzərində 




 478

fəxri xiyabana aparılan gördüm...  

 

23. 10. 95.  

ÖMRÜN KƏSİŞƏN ÜÇ İLİ 

 

MİKAYIL RƏFİLİ - 90 

 

Biz üçüncü kursda olanda Rəfili vəfat etdi. Akt zalından gö-



türdülər. Fəxri qarovulda durdum. Deyəsən, vaxt qurtarmışdı, mitinq 

başlamalı idi. Borsunludan son kurs tələbələrindən biri özünü yetirdi. 

Gecikmişdi. ”Mən qarovulda durmalıyam” - dedi, üç dəfə meyitin 

ətrafında fırlandı, ağ yağış tək axan göz yaşları ilə özünü yerə çırpdı, 

əl çəkmədi. Yenidən qollara qırmızı bağlamalı oldular...  

Çoxları danışdı  Rəfili haqqında. Çox qəribədir, Rəfilinin 

həmişə  şikayətləndiyi, ”belimə  xəncər soxmağa hazırdır” dediyi 

adamlar - alimlər də. Mən başa düşürdüm: Rəfili artıq ölmüşdü...  

Bəlkə də başqalarına çox acı və qorxulu görünən sifəti tələbə-

lər üçün sevimli idi. Xüsusən Rəfili mühazirə prosesində coşanda, 

nitqi təfəkküründən geri qalıb dili topuq çalanda sifətinə baxmaqdan 

doymazdıq - qələmi unudardıq.  

Mühazirə oxuyanda auditoriyanı görürdümü - bilmirəm. Mənə 

elə gəlir ki, belə anlarda Rəfili bu aləmdə olmazdı. Çünki Rəfili dərs 

demir, öz aləmində  məhkəmə qururdu. 40 ilə yaxın bir vaxt keçir, 

amma elə bil, çənəsini bir qədər əsəbiliklə sağa-sola hərəkət etdirərək, 

bir qədər üzünü göyə tutaraq, bir qədər ucadan və  qəzəblə dediyi: 

”Dedi, ey Qarpaq, məgər sənindəmi bu işdə  əlin var?” sözlərini 

Rəfilidən indicə  eşitmişəm. Daha doğrusu, bu səs o vaxtdan mənim 

qulağımdadır və tək olanda Rəfili ahəngi ilə bu sözləri dəfələrlə təkrar 

etmişəm: ”Dedi, ey Qarpaq, məgər sənindəmi bu işdə əlin var?” ”Ey 

məlun Qarpaq, sən məndən intiqam alırdın, məni başqa bir midiyalı ilə 

əvəz edə bilməzdinmi? Nə üçün midiyalıları iranlıların köləsinə 

çevirdin?” 

Əslində, Rəfili bizə  xəyanətin tarixini öyrədirdi. 2500 il 

əvvəlki Qarpaq 2500 il sonra müstəqillik yolunda qol-qanadımızı bal-

taladı, neçə şəhərimiz xəyanətin qurbanı oldu, milləti mənəvi cəhətdən 

sarsıtdı.  

Rəfilinin Xaqanidən danışanda yenə ”məhkəmə” qurduğu ya-

dımdadır: Əbül Ülanın Xaqani ilə bağlı səhvlərini qeyd edib, ağsaqqal 

şairi təhqir etdiyi üçün ”üzü göylərə” tərəf Xaqaninin üstünə düşürdü: 

”Xaqani də düz eləmədi. Ağsaqqal kişiydi, ağsaqqalı təhqir etməzlər.” 




Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə