Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə163/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   159   160   161   162   163   164   165   166   ...   185

 470

Lakin Fərman hay-küyü sevmirdi. Onun tarixə aydın baxışı 

vardı. Tarixi hadisələri bədii yolla düzgün mənalandırmağı bacarırdı. 

Tarixi duyğusu güclü və aydın idi: insan hansı zamanın övladı olur-

olsun, yaxşı və pis cəhətləri ilə insandır. Kərbəlayı İsmayıl da belədir

Şah İsmayıl da. Kərbəlayı ona görə sevilir ki, yazıçı təxəyyülü ilə sax-

talaşdırılmayıb, təbii və orijinal obrazdır. Romanın yazıldığı dövrdə 

”İndi də bu qolxoz oyununu atıblar ortalığa” kimi sözlər işlətmək 

cəsarət tələb edirdi.  

Biz tarixdən, ədəbiyyatdan solğun şəkildə bilirdik ki, İsmayıl 

böyük çətinliklərlə hakimiyyətə gəlib. Lakin Fərman son dərəcə zən-

gin tarixi-bədii faktlar əsasında bizə göstərdi ki, İsmayılın çətinlikləri 

biz düşünən kimi olmayıb, daha çətin olub və yeganə pöhrəni zəmanə 

hakimlərindən ZAMAH özü xilas edib, saxlayıb. Yetişdirdiyi tarixi 

vəzifəni onun öhdəsinə buraxmaq üçün. İsmayıl bu ideyanı  şərəflə 

həyata keçirirdi. Və babaların vahid batin əqidəsini - Azərbaycan tor-

paqlarının, Azərbaycan mədəniyyəti və dilinin birliyi ideyasını böyük 

cəsarət və  qəhrəmanlıqla həyata keçirdi. Fərman öz qiymətli romanı 

ilə XVI yüzilliyin erkən çağında ölkəmizin  ərazisində  hər sahədə 

özünü göstərən bu yüksəlişi böyük sənətkarlıqla canlandıra bildi.  

İnsan təbiət etibarilə düzlüyə, doğruluğa, möhkəm qaydalara, 

intizama meyillidir. Fərman Şah İsmayıl obrazını yaratdı və biz İsma-

yılın şəxsində gördük ki, mənəvi saflıq, qətilik, ədalət, vətən  sevgisi, 

vətən və xalq qayğısı, sənət eşqi ictimai quruluşdan, onun hansı 

pilləsində olmaqdan asılı deyil. Çox şairlərimiz olub, lakin Nizami 

zirvəsi hələ heç kəsə  nəsib olmayıb. Çox dövlət başçılarımız olub, 

lakin ölkəni içəridən didib-parçalayan, məhv edən yaramaz qüvvələrə 

amansız münasibət heç kəsdə İsmayıl qədər olmayıb. ”Vətəni qoruyar-

lar vətən olar” deyə rüşvətxoru aldığı rüşvətlə birgə dar ağacından as-

dırıb.  Şahlıq taxtında rahat oturmayıb ki, düşmən onun ölkəsinin 

sərhədlərində at oynadar. İndi bizə  İsmayıl  əqidəsi,  İsmayıl cəsarəti

İsmayıl saflığı gərəkdir. Vətən bunlardan ötrü ölür. Eşq olsun Fərmana 

ki, belə bir obrazla özünü əbədiləşdirdi! 

Az vaxt ərzindəki tanışlığımız əsasında mən hiss etmişdim ki, 

Fərman hər deyilənə məhəl qoymur, bilavasitə özü axtarır, öyrənir, öz 

duyğu və düşüncələrini qələmə alır. ”Xudafərin körpüsü” haqqında 

yazılarımdan sonra bir gün oturub ikilikdə romanı müzakirə edirdik. 

Hiss etmişdim ki, Fərman  ərəb  əlifbası ilə fars və Azərbaycan 

                                                                                                                             

äèð. Áó èøëÿðèí ìöãàáèëèíäÿ îíà ãîéóëàí ùåéêÿëÿ, ÿëåéùèíÿ äàíûøûëàí ñþùáÿò-

ëÿðÿ  áàõ! (Ìöÿëëèô) 



 471

dillərində yazılmış bir çox materialları oxuyub, istifadə edib. 

İzafətlərdə  və xüsusi adlarda qüsurlar müşahidə edilirdi. Bunları 

söylədikcə, Fərman  şirin-şirin, dupduru gülüşləri ilə ”düzdür”, 

”düzəlməlidir” deyirdi. ”Çaldıran döyüşü”nü də əlyazmasında redaktə 

etdim, iradlarla razılaşdı, amma sonra baxdım ki, öz üslubuna məxsus 

heç nəyi düzəltməyib və düşündüm ki, düz eləyib. Amma bir məsələ 

barəsində söhbət salanda dikəldi və ciddiləşdi: ”Nə cür olur ki, aləmə 

möcüzə kimi səs salan, hər tərəfdən dəstəsinə axın-axın müridlər yığı-

lan İsmayıl Xudafərindən keçib 13-14 yaşlarında öz dəstəsi ilə Şirvana 

üz tutur, burada, bu körpünün – Xudafərinin düz ağzında yerləşən Diri 

kəndinin camaatı, İsmayılı ”pirim”, ”mürşüdüm”deyə daim əzizləyən 

Qurbani öz sazı, sözü ilə onun qarşısını  çıxmır?” Mən bu sözləri 

deyəndə dikəldi, papirosunu eşə-eşə  əlini başına apardı. ”Əsərin 

ardında, toy məclisində bunları xatırlatmaq lazımdır”, - dedim.  

Fərman razılaşdı  və bu vədinə  əməl etdi. ”Çaldıran döyü-

şü”ndə Qurbaninin ilk bədii obrazı yarandı. Onu da deyim ki, Qurbani 

ilə bağlı bir çox epizodlar yazıçı istedadının məhsulu kimi, son dərəcə 

təbii və təsirlidir.  

İlk məqalələrimdən birində onun məcazlar sisteminə xüsusi 

fikir vermişdim. Simvollar, rəmzlər Fərmanda çox güclüdür. Körpə 

İsmayıl anasına deyəndə ki, ”Sən məni Savalana kimi apar, ətəyinə 

çatdır, zirvəsinə özüm qalxacam”, - gənc ana ilə yanaşı, oxucunu da 

qəhər boğur. Fərman döyüşqabağı buludların qarşılaşması ilə az qala 

həqiqi döyüş mənzərəsi yaradırdı. Balaca İsmayıl qızıl güllər arasında 

elə təsvir edilir ki, az qala bu güllərin ətrini duyursan.  

Fərmanın şirin yumoru vardı.  ”Murad görürdü ki, bu, çox ən-

drabadi  şeydir” kimi cümlələrə rast gələndə  sətirlər arasında 

Fərmanın özünün də  ləzzətlə gülümsədiyini hiss edirsən. Qalanın 

ətrafına dolanan yolu nəhəng pəhlivanın atdığı kəməndə bənzətməklə 

yaddan çıxmaz mənzərə yaradırdı.  

Fərman söz oyunu ilə vaxt keçirən sənətkar deyildi. Kəlmə-

ləri, cümlələri dolu idi. Etnik və etnoqrafik xüsusiyyətlərin təsviri, 

xalq ifadə tərzindən istifadə ustalığı əsərlərinə bir müdriklik gətirirdi. 

Bir sözlə, öz qələmi ilə  rəng fırçasının işini görürdü. ”Sənətkarın 

qüdrəti” məqaləmdən xoşu gəlirdi. Burada mən hələ  ətraflı  tədqiqat 

aparmadan ”Xudafərin körpüsü”nün dilindəki 

ən qabarıq 

xüsusiyyətləri qeyd etməyə çalışmışdım. Hər görüşəndə deyirdi ki, bu 

yazını tez-tez oxuyuram və ləzzət alıram. Mənə elə gəlirdi ki, mənim 

yazımdan çox, bu məqalədə toplanmış öz qüvvətli ifadələrindən ləzzət 

alırdı.  



 472

Həm də layiq olduğu, yaxşı hekayə  və povestləri olduğu 

halda, Fərman haqqında az yazılmışdı. Tanışsız-bilişsiz, xahişsiz-min-

nətsiz meydana çıxan bu yazılar ona qol-qanad verirdi.  

Fərmanın romanları hadisələr romanıdır. Romanları oxuduqca 

tarixi keçmişimizin zəngin qəhrəmanlıq səhnələri, at üstündə  qılınc 

vuran, nəhəng düşmənə sinə  gərən pəhlivanlar gözümüz önündə 

canlanır. Ona görə də bu əsərlər kino sənəti üçün zəngin və hazır ma-

terialdır. Xalq öz misilsiz qəhrəmanını, şair oğlünü ekranlarda görmək 

istəyir. Fərmanın bu dilogiyası  əsasında çoxseriyalı filmlər çəkmək 

olar. Təkcə ”Nənə Sara xatun, baba Uzun Həsən, ata Şeyx Heydər” 

parçası ayrıca bir filmin mövzusudur.  

 

Bu Fərmansız günlərdə Fərman yadıma düşdükcə düşünürəm 



ki, Şah İsmayıldan sonrakı neçə yüzillik ətalətdən sonra xalqımızın ən 

qanlı-qadalı günlərinin birində, 37-ci ildə, bu ilin qurbanları olan 

böyük yazıçılarımızdan birinin əvəzi kimi Fərman doğulmalıymış, 

çətin və mürəkkəb bir zamanda Şah İsmayıl kimi ölməz obrazları ilə 

milli özünüdərkin parlaq nümunəsini yaratmalıymış, xalqımızın 

ümumi ayılma və dirçəlişinə, müstəqillik və xoşbəxt həyat uğrunda 

mübarizəsinə kömək etməliymiş  və bu yolda öz canını qurban 

verməliymiş...  

Bu xalq yaşadıqca  onun qəhrəmanlıqlarla dolu tarixi də 

yaşayacaq, İsmayılı da, Kərbəlayısı da, Fərmanı da! 

 

1994 

mart 

 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə