Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə166/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   162   163   164   165   166   167   168   169   ...   185

 479

”Xaqani də düz eləmədi” - bu sözlər indi də qulağımdadır - Rəfili bizi 

tərbiyə edirdi - böyüyə hörmət lazımdır.  

Rəfili bizə iki fəndən dərs dedi. ”Ədəbiyyatşünaslığa giriş”i 

dedi, imtahan götürdü. ”Qədim Azərbaycan ədəbiyyatı”nı başa çatdıra 

bilmədi. Nəzəriyyə ona coşub-daşmağa imkan vermirdi. Onun natiqlik 

məharəti ”Qədim Azərbaycan  ədəbiyyatı”nda üzə  çıxırdı, lakin söz 

deməli olduğu yerdə - Nizamidə  cəmiyyət təbiətin əli ilə onun dilini 

bağladı.  

Biz başa düşmürdük. Görünür, şəkər çox əziyyət verirdi. O 

vaxt üçüncü mərtəbədə - indi filologiya fakültəsinin dərs keçdiyi audi-

toriyaların qarşısındakı böyük dəhlizdə, pəncərələrin altında su 

kranları vardı, yay, qış buz kimi şollar suyu axırdı. Təəccüb edirdik: 

qışın soyuğunda,  şaxtasında  qrafini buz kimi su ilə doldurub 

kafedraya qoyurdular və professor dəhşətli bir yanğı ilə stəkan-stəkan 

su içirdi. Nə yemişdi, nə yandırırdı?. .  

Sonralar başa düşdük ki, o yox, şəkər onu yeyirmiş.  

H.Araslının 8-ci sinif üçün ”Ədəbiyyat” dərsliyinin 

müzakirəsini təşkil etmişdi. Stol arxasında Həmid müəllim sakit-sakit 

oturmuşdu. Sağ tərəfdə Mikayıl Rəfili. Dosent İmran Babayev məruzə 

edirdi. İmran müəllim Xaqanidən danışarkən: ”Xaqanini tədris planın-

dan çıxarmaq istəyirlər” dedikdə, Rəfili yerindən qalxa-qalxa:  

- Qələt eləyirlər, - dedi, stolun başına hərlənib (qrafin stolun o 

biri başında idi), bir stəkan su töküb içdi, keçib yerində oturdu.  

İndi Mikayıl Rəfilini xatırlayanda mən bir pedaqoq kimi 

özümüzdə böyük çatışmazlıqlar olduğunu görürəm. Biz yaxşı halda 

bütün 90 dəqiqə müddətində yalnız mövzu ilə  məşğul oluruq. Rəfili 

xüsusən seminar məşğələlərində epizodik şəkildə, yeri gəldikcə elə 

sözlər danışır, elə misallar çəkirdi ki, onları xatırladıqca Rəfili odunun 

şərarələrini, cəhalətlə təkbətək vuruşan bu böyük alimin can yanğısını 

xatırlamış oluruq.  

Rəfili bir od idi, bir atəş idi. Hara düşürdü, oranı yandırırdı. 

Paxıllarını, əleyhdarlarını daha çox yandırırdı. Böyük təfəkkür sahibi 

kimi,  şübhəsiz, heç kəs onunla üzbəüz dura bilməzdi. Akademik 

Məmməd Arif istedadlı  gənclərin bir çoxunu ədəbiyyat aləminə 

Rəfilinin necə gətirdiyini böyük səmimiyyətlə etiraf edir və onun iste-

dadı barədə yazırdı: ”Ondakı qavrayış, mənimsəmə qabiliyyəti dağ 

seli kimi güclü idi. O qədər güclü idi ki, onun qarşısında bəzən obyek-

tiv tənqidi münasibət sarsılırdı.” 

1936-cı ilin aprelində ”Pravda” qəzetində ”Naturalizm və for-

malizm əleyhinə” adlı məqalə dərc olunur. S.Vurğunun giriş nitqi ilə 



 480

məqalə üç gün müzakirə edilir. Qantəmiri naturalizmdə, H.Cavidi 

daha çox formalizmdə  təqsirləndirirlər. Yığıncaqda  Ə.Nazim, 

Ə.Hidayət, H.Mehdi, T.Şahbazi, S.Hüseyn, C.Xəndan, A.Faruq, 

M.Ənvər, O.Sarıvəlli, Mir Cəlal, S.Rəhman və başqaları çıxış edirlər. 

Axıra yaxın çıxış edən M.Rəfilinin nitqindən aydın olur ki, əksəriyyət 

naturalizmin mahiyyətini anlamamışdır: ”... bizim ədəbi  əsərlərdə 

ədəbdən xaric, əxlaqdan xaric bir təsvir, bir söz, bir söyüş işlədilirsə, 

bəzi yoldaşlar bunu naturalizm adlandırırlar. Halbuki bu naturalizm 

üçün heç də xarakterik bir xassə deyildir. Bu, naturalizmi başa 

düşməmək, onu son dərəcə sadələşdirmək, onu təhrif etmək 

deməkdir.” 

Rəfilinin istedadı vardı  və o, böyük zəka sahibi idi. Lakin 

Rəfilini Rəfili edən onun zəhməti, elmə, sənətə, poeziyaya sonsuz 

marağı idi. Moskva həyatını yüksək qiymətləndirirdi. Hələ Moskvaya 

getməmiş,  şeir, tənqid, tərcümə sahəsində çox gənc ikən geniş 

fəaliyyət göstərən Rəfili böyük teatr salonlarına, böyük auditoriyalara 

düşənə qədər bu dünyadan ”xəbərsizliyini” qeyd edirdi:  

 

”O vaxta qədər nə bilirdik? Bildiyimiz:  



Ay Dadaş,  

Atma daş,  

Mən yaralıyam,  

Şəkinin, Şirvanın 

Mən maralıyam - 

 

kimi misralar idi”, - deyər, gülümsərdi.  



Yüksək məntiqi, natiqlik məharəti, hədsiz qavrama imkanları, 

böyük hafizə  Rəfili kimi adamları böyük qürur sahibi etməli idi. 

Həqiqətən də qürurlu idi. Bu cəhətdən onu heç kimə  bənzədə 

bilmirəm. Dünya ədəbiyyatı xəzinəsinə bələd olma səviyyəsi onun iç 

dünyasında mənəvi yüksəklik yaradırdı. Niyə deyirdi, nə üçün deyirdi 

bilmirəm, amma deyirdi: ”Bu saat da küçədən keçəndə ehtiyat edirəm 

ki, filankəsin adamları xəncəri soxar böyrünə.” 

İndi o dövrdən yaddaşımda qalan bir sıra faktları 

ümumiləşdirdikdə az qalıram deyəm ki, Rəfili bütün aləmlə təkbətək 

mübarizədə imiş. Cəmiyyət bu hərtərəfli istedad sahibinin 

ərköyünlüyünə yumorla yanaşmaq, ona kömək etmək  əvəzinə, kin-

küdurətlə yanaşırmış. Buna görə də Rəfili tək imiş - pələng kimi bütün 

cəngəlliyi yarıb keçmək istəyirmiş. İnsan sinəsi buna dözməzdi.  

Rəfili həqiqi  şair idi, qəlbindən keçənləri yazırdı, kino-po-




 481

emalar, mənzum romanlar başlamışdı. Yeniliyə meyli, marağı göz qa-

bağında idi, Məmməd Arifin qeyd etdiyi kimi, səhv etməkdən qorx-

murdu. Lakin, görünür, ölçülü-biçili adamlar bu coşqunluğu qəbul edə 

bilmirdilər.  

Poeziyasında yeniliyin pafosu aydın duyulmaqdadır. Ayrı-ayrı 

şeirlərində axıcılıq və gözəllik də var, yeni fikir, orijinal quruluş da.  

Bir dəfə dedi ki, bütün gecəni yatmayıb bir şeir yazmışdım. 

Səhəri həmin şeri dostum və adaşım Mikayıla oxudum (Mikayıl Müş-

fiqi deyirdi). Mikayıl dinləyib ciddiləşdi və gözlərini üzümə zilləyərək 

dedi:  

- Mikayıl, bir də oxu! 



Oxudum. Mikayıl sərtləşdi, dedi ki, bu şeir mənimdir, mən bu 

şeri çoxdan yazmışam.  İnanmırsan, qulaq as, - deyib şeri  əzbər 

söylədi. Mən çox pərt oldum. Necə ola bilər ki, bütün gecəni yatmayıb 

şeir yazasan, başqasınınkı ola?  

Bərk tutulduğumu görüb güldü və dedi:  

- Zarafat edirəm, Mikayıl.  Şeir sənindir, gözəl  şeir olduğu 

üçün ilk oxunuşdan əzbərləyə bildim.  

Şair ola bilərdi, həm də yaxşı şair ola bilərdi. Lakin Rəfili mə-

dəniyyət tariximizdə ədəbiyyatşünas alim, tənqidçi və tərcüməçi kimi 

əbədi iz qoydu.  

Ömrünün sonuna qədər çarpışmada olub. Bir gün kafedrasının 

önündən keçirdim, laborantların bərk həyəcan içərisində olduğunu 

gördüm. Soruşdum, dedilər ki, Rəfilinin qəzetdə məqaləsi çıxıb.  

- Lap yaxşı, bəs nə üçün belə həyəcan içərisindəsiniz? 

Dedilər:  

-  İndi mətbuatda hər tərəfdən düşəcəklər üstünə, kişini 

əsəbiləşdirəcəklər. Xəstədir.  

Rəfili gərək ki, N.Vəzirovun ”Müsibəti-Fəxrəddin” faciəsi 

haqqında məqalə yazmışdı,  ədəbiyyatımızda faciə janrının ilk 

nümunəsi kimi qeyd edilən bu əsərin faciə janrının tələbləri baxımın-

dan zəif olduğunu söyləyirdi. Bir gün dərsdə dedi ki, faciə ”Tiran 

Edip” dir. Əsərin qəhrəmanı  bəlalardan qaçmaq istəyir, lakin fəlakət 

ondan  əl çəkmir, daim onu izləyir və  əsərin qəhrəmanı o faciələri 

yaşamalı olur. Lakin Fəxrəddin düşməni olduğunu bilə-bilə, gedib 

bağçada oturur, Rüstəm bəyin nökərləri də onu asanlıqla güllə ilə vu-

rurlar. Fəxrəddin ölməyə də bilərdi, vəziyyət çıxılmaz deyildi.  

Düşünürəm ki, bu da təbiətin bir sirridir ki, mən, adi bir 

tələbə, bu söhbətləri eşitməli olmuşam, həyatımızın Rəfili ilə, 

Rəfilinin həyatı ilə  kəsişdiyi bu üç ilin müddətində yaddaşıma xeyli 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə