Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə155/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   151   152   153   154   155   156   157   158   ...   185

 446

”Abşeron”dan gələn xəstələrə ”Günəşli”də diqqətlə qulluq edildiyi 

kimi, mədə-bağırsaq, qaraciyər, öd yolları  xəstəliklərinin müalicəsi 

işində ”Günəşli”də istirahət edənlər qonşu sanatoriyanın tibb 

işçilərinin, xüsusilə də Minayə Tağıyeva, Şövkət Məmmədova, Kimya 

Qarayeva və başqalarının xidmətini, yəqin ki, unutmayacaqlar.  

”Günəşli” nöqsansız da deyildir. Burada günəşin isti şüalarla 

yeri qızdırmadığı günlərdə klubun və bəzi korpusların soyuqluğundan 

şikayətlər də eşidilir. Boğaz, burun, qulaq və göz həkimləri yoxdur və 

ya bu sahələrlə bağlı kabinetlərdə avadanlıq, dərman və preparatlar 

çatışmır. Buna görə də bəzən həkim tapşırıqları kağız üzərində qalır. 

Bəzən döşək ağları vaxtında dəyişdirilmir. Güman edirik ki, sanatori-

yanın öz kollektivinə  də aydın olan bu cür çatışmazlıqları aradan 

qaldırmaq çətin olmayacaqdır.  

 

Təəssüratımız sanatoriyanın adı kimi işıqlıdır. Biz sanatoriya-



nın yeni texnika və müalicə üsulları ilə daha çox təmin edilməsini 

arzulayır və bu sahədə sanatoriya kollektivinə uğurlar diləyirik.  

 

18. 11. 78.  

 

 



 


 447

Ə. DƏMİRÇİZADƏ VƏ MÜASİR ƏDƏBİ  DİLİMİZ

*

 

 

Ə. DƏMİRÇİZADƏ — 70  

 

Biz onu beləcə görmüşdük. Asta-asta daxil olar, sakit-sakit sö-



zə başlardı... Gəlişi ilə ayağa durardıq. Bu ehtiramı özü qazanmışdı; 

geniş qəlbi, təmkin və iradəsi, hüdudsuz biliyi ilə...  

Böyük auditoriyada hər kəs öz qəlbindən keçənlərə cavab al-

sın deyə, tapşırardı ki, sualları yazıb xitabət kürsüsünün üstünə qoyaq. 

Gənc qəlblərdən qopan suallara bir-bir cavab verməmiş, mühazirəni 

davam etdirməzdi. Dəlillərinin tutarı və məntiqi güclü idi, ona görə də 

mübahisəni davam etdirməyə ehtiyac olmazdı.  

25 il əvvəl bizim nəsil onun auditoriyasına daxil olanda əlli 

yaşına 3-4 il qalırdı. Lakin gümüşü saçlar, təbəssüm dolu xırda gözlər, 

nurlu və mehriban çöhrə, geniş alın, mil-mil araqçın, asta yeriş o 

vaxtdan beynimizə həkk olub. Düz əlli il Pedaqoji İnstitutun koridor-

ları ilə addımlamış, auditoriyalarda nəsil-nəsil tələbələrə ana dilinin 

sirlərindən söhbət açmışdır.  İllərlə ayaq döydüyü pillələr onun ömür 

pillələri ilə qovuşmuşdu. Söhbətləri bəzən dilin müasir sərhədləri ilə 

məhdudlaşar, bəzən üç min il keçmişə yol açardı.  

O söhbətlər, o geyim, o yeriş, o mehriban sifət hamıya tanış 

idi. Min adamın arasında seçilərdi professor Dəmirçizadə! 

Bəzən üzündə bir utancaqlıq sezilərdi. Lakin sözə başlayanda, 

elə bil, ilhama gələrdi ustad.  

Bu ilham onda gənclikdən vardı, gənclik illərinin yadigarı idi. 

Amma bizə elə gələrdi ki, o heç gənc olmayıb. Dünyaya elə bu cür, bu 

müdrik görkəmdə, sənətinin kamil bilicisi, həqiqi professor kimi gəlib. 

Lakin ömür kitabını vərəqlədikcə, uşaqlıq illərindən başlayaraq, onun 

şöhrətinin mayasını  şərəfli  əməkdə, zəhmətlə istedadın vəhdətində 

görürük.  

70 yaşına iki aydan az qalmışdı, lakin zəhmətdən yorulduğunu 

görməmişdik. Nəslən də  zəhmətkeş idi - dəmirçi ailəsində doğul-

muşdu. Əsl familiyası Rəsulov idi, atasının sənət adını özünə familiya 

götürmüşdü - müəllimi məşhur Çobanzadə kimi.  

O,  əslən dil tarixçisi idi. Qədim və  çətin yazıları onun qədər 

sürətlə oxuyub təhlil etmək, dəqiq nəticələr çıxarmaq cəmiyyətdə na-

dir hallarda özünü göstərən xoşbəxt təsadüflərdəndir.  Əgər diqqətini 

təkcə dil tarixinə versə idi, onun gördüyü işi bir kollektiv uzun müddət 

                                                           

*

 Éóáèëåéèíäÿ ìÿðóçÿ. 




 448

görə bilməzdi. Lakin o, çoxşaxəli, çoxbudaqlı bir yaradıcılıq yolu 

keçmişdir.  Şeirlər, hekayələr, tənqidi məqalələr və  bədii oçerklər 

müəllifi kimi yaradıcılığa başlamış, görkəmli dilçi alim kimi 

Azərbaycan mədəniyyəti tarixində özünü əbədiləşdirmişdir.  

Əsl çoxşaxəlilik onun dilşünaslıq yaradıcılığına məxsusdur. O, 

Azərbaycan dilçiliyinin yalnız bir sahəsi ilə deyil, əksər sahələri ilə 

məşğul olmuşdur. Həm də xoşbəxt taleyi bununla şərtlənir ki, bu sa-

hələrin sadəcə tədqiqatçısı olmamış, bünövrə daşını, möhkəm özülünü 

öz  əlilə qoymuşdur.  Ədəbi dil tarixi, tarixi qrammatika, etimologiya, 

orfoepiya, fonetika, sintaksis və s. sahələrə dair ilk sanballı və tutarlı 

əsərlər onun qələmindən çıxmışdır.  

Müasir Azərbaycan ədəbi dilinin tədqiqi sahəsində xidmətləri 

böyükdür. 1929-cu ildə yazdığı ”Hamınız yeni əlifba ilə savadlanınız” 

adlı  məqaləsindən başlayaraq, ömrünün sonuna qədər müasir ədəbi 

dilimizin müxtəlif problemləri ardıcıl olaraq onun düşüncəsinə hakim 

olmuşdur. Əlifba, orfoqrafiya, ədəbi tələffüz, leksikologiya, fonetika, 

morfologiya, sintaksis məsələlərinin elmi müzakirələrində  mərkəzi 

mövqe tutmuşdur.  

Son 20-30 ildə ”Müasir Azərbaycan dili” fənnindən dərs 

deməsə də, çətin, mürəkkəb və mübahisəli dil faktlarını elə həssaslıqla 

izah edərdi ki, bu sahənin incə  məsələlərinə necə  dərindən bələd 

olduğuna heyran qalmamaq olmazdı.  

Professorun 40-cı illər yaradıcılığı son dərəcə  zəngin və 

əhatəli olmuşdur.  

Bu illərdə o elə  məqalələr yazmışdır ki, bunlar onun gələcək 

işinin proqramını  təşkil etmişdir; elə  əsərlər yaratmışdır ki, sonrakı 

dövrlərdə onları yalnız təkmilləşdirməli olmuşdur; elə  əsərlər çap et-

dirmişdir ki, bunlar onun əsas qənaətini bildirmiş, həmin sahələrin 

sonrakı inkişafını başqalarının ixtiyarına buraxmışdır.  

Faktlara diqqət yetirək.  

”Azərbaycan  ədəbi tələffüzünün  əsasları” adlı ilk məqaləni o 

yazmış (1944), 60-cı illərdə bu sahədəki tədqiqatını  dərinləşdirərək 

”Azərbaycan dili orfoepiyasının  əsasları” (1969) kitabını çap etdir-

mişdir.  

Azərbaycan dili fonetik sisteminin tədqiqinə həsr olunmuş ilk 

böyük məqaləni o yazmış (1947) və sonralar təkmilləşdirmək və zən-

ginləşdirmək yolu ilə onu qiymətli bir monoqrafiyaya çevirmişdir: 

”Müasir Azərbaycan dilinin fonetikası” (1960). Məlumdur ki, bu əsər 

Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüş dörd cildlik ”Mü-

asir Azərbaycan dili” dərsliyinin birinci cildidir. ”Tədqiqlər”də orfo-



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə