Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə154/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   150   151   152   153   154   155   156   157   ...   185

 443

əsrdə bu məsələ birnömrəli məsələlərdəndir.  Əsəb, ürək, qan-damar 

xəstəliklərinin müalicəsi üçün sanatoriyanın xeyli imkanı  və  şəraiti 

var: narzan, yod-brom vannaları, dörd kameralı vannalar əsəblərin 

müalicəsi, qan təzyiqinin normal hala salınması, ürəyin fəaliyyətinin 

qaydaya düşməsi üçün ilkin müalicə üsullarından sayılır. Müəyyən 

vaxt ərzində həkim məsləhəti ilə hər kəs lazımi vanna qəbul edə bilir. 

Əsəb sisteminin, ətraf - periferik sinirlərin, ürək və qan-damar 

xəstəliklərinin elektriklə müalicəsindən burada ustalıqla istifadə edilir. 

Fizioterapiya üsulları ilə müalicə sanatoriyada əsas müalicə üsulların-

dandır. Geniş  və  səliqəli müalicə korpusunun bir tərəfində  xəstələrin 

qollarına, qıçlarına, kürək və sinə-qarın nahiyəsinə isti parafin və ya 

müalicə mastikası  çəkilir.  İlk günlər təzə  xəstələrə bu müalicə üsulu 

bir qədər çirkli və  çətin görünür, lakin əzələ, bel-oma sümüyü, qara 

ciyər, mədə-bağırsaq ağrılarının, oynaq xəstəliklərinin müalicəsində, 

yüngülləşməsində böyük köməyini başa düşən xəstələr sonrakı 

günlərdə birinci növbədə bura can atırlar. Bu sahədə buradakı tibb 

işçilərinin, xüsusən Xalidə Musayevanın xəstələrə münasibətinin

diqqət və qayğıkeşliyinin rolu çox böyükdür. Tibb bacısı X.Musayeva 

xəstələrə elə  həssaslıq və  səmimiyyətlə xidmət edir ki, sanatoriya 

haqqında rəy və  təkliflər kitabında yazıldığı kimi, həqiqətən belə 

işçilərdən ”ayrılmaq istəmirsən, onlarla mədəni söhbət etmək və ağıllı 

məsləhətlər almaq istəyirsən.” Bu sözləri elektriklə müalicə 

şöbəsindəki Zəkiyyə Zeynalova, Səkinə Zöhrabova, qeydiyyatçı 

Mahirə  Əliyeva, 7-8-ci korpusların tibb bacısı Pirayə Hüseynova 

haqqında da eyni səmimiyyətlə, eyni ürəklə demək olar. 24 gün 

ərzində sanatoriyada istirahət edən ruslar, tatarlar, qazaxlar, özbəklər

ermənilər, gürcülər, azərbaycanlılar və başqa millətlərin 

nümayəndələri onların səmimiyyətindən, işgüzarlığından son dərəcə 

razı qalırlar. Ümumiyyətlə, bu sözləri sanatoriyanın əksər tibb işçiləri 

haqqında demək olar. Lakin bu da gizli deyildir ki, sanatoriyaya 

təsadüfi düşmüş xidmətçilər və tibb işçiləri də vardır...  

Baş  həkim Q.Həsənov nisbətən yenidir və az vaxt ərzində 

xeyli iş görmüşdür. Onu hər gün səhərdən axşama qədər sanatoriyanın 

inzibati və  təsərrüfat işləri ilə  məşğul olan görərsən. Abadlıq işləri 

aparılır. 

Pəhriz həkimi,  əməkdar həkim Minaxanım Babayeva imkan 

daxilində xörəklərin daha keyfiyyətli olmasına, yeməkxanada ümumi 

intizama ciddi nəzarət edir. Xörəkpaylayanlar qonaqları səmimiyyətlə 

yola salırlar.  

Sanatoriyanın həkimlərindən G.Kərimov, 

İ.Əhmədov, 




 444

İ.Abdullayev, M.Məmmədov və başqaları öz işlərində çox 

məsuliyyətlidur. Onların çoxu həqiqi tibbi vasitələrlə yanaşı, xəstələri 

həkim üçün zəruri olan inamlı tədbirlər və şirin dil ilə müalicə edirlər.  

Həkim Hüseyn Mirzəyev isə ”Günəşli”nin günəşi kimi, 

xəstələrin qəlbinə nur saçır. Təkcə ”Günəşli”də deyil, qonşu ”Abşe-

ron” sanatoriyasında istirahət edənlər də onu yaxşı tanıyırlar. O, 

”Günəşli”də bir nömrəli korpusun həkimi olmaqla yanaşı, ”Günəşli”, 

”Abşeron” sanatoriyaları  və onların nəzdindəki pansionatın, ”Bakılı” 

sanatoriyasının əsəb xəstəlikləri üzrə baş məsləhətçisidir.  

Kapitan H.Mirzəyev uzun illərdir ki, bu sanatoriyada xidmət 

edir. 1941-ci ildə tibb institutunu bitirən kimi ordu sıralarına getmiş, 

cəbhədən qayıtdıqdan sonra - 1946-cı ildən, yəni ”Günəşli” sanatorii-

yası  təşkil olunduğu vaxtdan burada fəaliyyətə başlamışdır. Onun 

qəlbi, həyatı uzun müddətdir ki, bu sanatoriya ilə bağlıdır, onunla 

birlikdə döyünür, yaşayır. İki il burada ordinator vəzifəsində işləmiş, 

1946-cı ildən 1972-ci ilə  qədər sanatoriyanın iki şöbəsindən birinə 

rəhbərlik etmişdir. Bir müddət baş həkimin müalicə işləri üzrə müav-

ini olmuşdur. Lakin onu həmişə öz sənəti düşündürmüş, həkimlik sə-

nəti özünə  çəkmiş, o öz praktik işindən - bilavasitə insanlara şəfa 

vermək, öz əlləri ilə yoxlamaq, müayinə və müalicə etmək, ağır xəstə-

ləri sevindirmək, güldürmək və özü də sevinmək işindən ləzzət al-

mışdır. Tanıyanlar bilir ki, həkim yalnız bu işlə nəfəs alır, bu sənət ona 

ruh və qida verir. Bəzən heyrət edirsən: həkim yorulmaq bilmir, is-

tirahət yadına düşmür; sanki onun istirahəti də  xəstələrlə söhbətdə 

təmin olunur...  

Budur, bu gün Hüseyn müəllim növbətçidir, gecə  də  iş 

növbəsində olmalıdır.  İş vaxtı qurtarır. Həkimlər istirahətə gedirlər. 

Yəqin ki, indi o da istirahət otağındadır, dincəlir. Lakin ağır xəstə var, 

həkimi narahat etmək lazımdır. Tibb bacısı istər-istəməz qapını döyür. 

Səs yoxdur, yorğun həkim nə ağır yatır!? .. 

Bir də nə görürsən? İstirahət nədir? Həkim o biri tərəfdə, ciddi 

müalicəyə ehtiyacı olan xəstələrlə söhbətdə imiş, onlarla daha ətraflı 

məşğul olmaq üçün fürsətdən istifadə edirmiş. İllərdən bəri onu tanı-

yan tibb bacıları da bu cür yanılırlar, onu istirahət otağına göndərib 

sonra xəstələrlə söhbətdə görürlər.  

Hüseyn Mirzəyevin səbrinə, təmkininə heyrət edirsən.  İnsan 

nə  qədər zəhmətkeş olarmış! Bir nömrəli korpusa - həkim Hüseyn 

Mirzəyevin qəbuluna nə vaxt girmək istəsən, növbə görərsən. Hətta 

bəzən növbədəkilər xeyli vaxt itirməli olurlar. Lakin heç kəs darıxmır, 

heç kəs gileylənmir. Köhnələr tanıyır, yeni gələnlər isə öyrənmiş olur-



 445

lar ki, bu növbə onların xeyrinədir; həkim heç kəsi başdan eləmək 

istəmir, o hər kəsin xəstəlik tarixini, şikayətlərini böyük səbr və 

təmkinlə dinləyir, mülayim və mehriban suallarla onu danışdırır və 

yalnız bundan sonra bilavasitə müayinə başlanır, dəqiq təəssüratdan 

sonra həkim diaqnoz üzrə müalicələr təyin edir. Şübhəsiz, iş bununla 

da qurtarmır. Analizlər və sonrakı müşahidələr həkimin qənaətini 

dəqiqləşdirir, xəstəni inandırır, xəstəliyin müalicəsi uğurla nəticələnir. 

Sanatoriyanın rəy və təkliflər kitabının son bir neçə ilə dair material-

larını  nəzərdən keçirdikdə, müxtəlif millətlərin nümayəndələrinin

uzaq və yaxın adamların həkim Hüseyn haqqında aramsız 

minnətdarlıq yazılarından qəlbin iftixarla döyünür. Tbilisidən  əmək 

əlili Qalina Nikolayevnanın qeydlərindən bir parça təəssürat üçün da-

ha səciyyəvidir: ”Məni son dərəcə arxayın və diqqətlə müayinə etdiyi, 

çox nəzakətlə  hər  şeyi soruşub öyrəndikdən sonra müalicələr təyin 

etdiyi üçün həkim Hüseyn Salman oğlu Mirzəyevə  hədsiz minnətdar 

olduğumu bildirirəm.” Qeydlər içərisində sanki onları ikinci dəfə dün-

yaya gətirdiyi üçün həkimə minnətdarlıq edənlər çoxdur; bütün 

həkimləri onun kimi tələbkar, təmkinli və sevimli görmək istəyənlər 

çoxdur. Həkim həqiqətən həssas bir qəlbə malikdir, son dərəcə 

diqqətli və nəzakətlidir. Onun sakit və mülayim təbiəti, inamlı danışığı 

ən ağır xəstələrin qəlbini ümid nuru ilə doldurur. Gözəl ürəyi onun 

mehriban simasını daha da gözəlləşdirir. Belə bir insanla həmişə 

ünsiyyətdə olmaq istəyirsən, az sonra ondan ayrılacağına təəssüf-

lənirsən...  

Kapitan Hüseyn Mirzəyev partiya və hökumətimizin ona ver-

diyi qiyməti bütün varlığı ilə doğruldur. O, 1963-cü ildən respub-

likamızın  əməkdar həkimidir. 1964-cü ildə Azərbaycan SSR Ali 

Sovetinin fəxri fərmanı ilə  təltif edilmişdir. 1961-ci ildə aldığı  Şərəf 

nişanı ordeni onun şərəfli həyatını  təmsil edir. Həkimin insanlara 

məhəbbətlə döyünən odlu sinəsini bəzəyən medallar çoxdur...  

”Günəşli” bir dünyaya bənzəyir: bir tərəfdən boşalır, bir 

tərəfdən dolur; hər gün sanatoriyada istirahət və müalicədə olanların 

bir qismi gedir, başqaları  gəlir. Lakin həkimlərin mehriban siması, 

şəfalı əlləri, sanatoriya kollektivinin işgüzarlığı və qonaqpərvərliyi bu 

dünyanın, bu aləmin daimi yaddaşı kimi, onu həmişə müşayiət edir.  

”Günəşli”nin mühüm üstünlüklərindən biri də onun ”Abşe-

ron” sanatoriyası ilə əlbir işləməsidir. Bir çox hallarda mədə-bağırsaq 

xəstəlikləri əsəb pozğunluğu, əsəb pozğunluğu isə mədə-bağırsaq xəs-

təlikləri ilə bağlı olur. Ona görə  də sanatoriyaların  əlbir işləməsinə 

həqiqətən böyük ehtiyac var və bu ehtiyac müəyyən dərəcədə ödənilir. 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə