Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/69
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21545
1   ...   50   51   52   53   54   55   56   57   ...   69

 
244 
edirlər.  Məs.  Amöba  o  vaxt  bölünər  ki,  onun  həcmi  iki 
dəfə  böyümüş  olsun.  Əgər  amöbanın  böyüməsinin 
müəyyən  mərhələsində  onun  sitoplazmasından  müəyyən 
qədər  kəssək
,
  onun  bölünməyə  daxil  olmasını  gecikdirə 
bilərik.  Belə  hüceyrə  əvvəlki  həcmindən  iki  dəfə  artıq 
həcmə  çatanda  bölünməyə  başlayır.  Bunu  onunla  izah 
etmək  olar  ki,  sitoplazmada  spesifik  zülalların  müəyyən 
miqdara çatması onların bölünməsinə imkan yaradır. Bəzi 
tədqiqatçılar belə hesab edir ki, presintetik (G
1
) mərhələdə 
hüceyrənin böyüməsi sintez (S) dövründə hüceyrədə DNT 
sintezini müəyyənləşdirir. Belə ki, (G
1
) dövründə RNT və 
bəzi  zülalların  sintezinin  dayandırılması  hüceyrənin  S 
dövrünə daxil olmasını ləngidir. Bu hadisə belə mülahizə 
yürütməyə  imkan  verir  ki,  S  dövründə  DNT-nin  sintezi 
üçün xüsusi təşəbbüskar-zülal mövcud olmalıdır. Güman 
edilir  ki,  həmin  təşəbbüskar  zülal  bütün  G
1
  dövründə 
sintez olunur və onun miqdarı müəyyən hüduda çatdıqda 
hüceyrələr  S  dövrünə  daxil  olurlar.  Eləcə  də  (G
1

dövründə DNT-nin sələfi olan bəzi fermentlər o cümlədən 
nukleotidfosfokinaz  fermenti,  RNT  və  zülalların 
metobolik  fermentləri  sintez  olunur.  Bütün  bu  proseslər 
göstərir  ki,  (G
1
)  dövrü  DNT-nin  sintezi  üçün  hazırlıq 
mərhələsi hesab olunur. 
G
1
  dövrünə  sərf  olunan  vaxt  müxtəlif  hüceyrələrdə 
müxtəlif olur. Bəzi hallarda DNT sintezi presintetik dövrü 
(G
1
)  keçmədən  də  başlaya  bilər.  Məs.  dəniz  kirpisinin 
mayalanmış 
yumurta 
hüceyrəsinin 
bölünməsi 
(paralanması) zamanı bu hala rast gəlmək olur. Bu halda 
DNT-nin  sintezinə  hazırlıq  yəni  (G
1
)  mərhələsində 
keçməli olan proseslər hələ telofaza mərhələsinin sonunda 
baş  verir.  Elə  ona  görədir  ki,  bu  hüceyrələr  bölünmədən 
əvvəl  böyümürlər,  əksinə  bir  müddət  hər  bölünmədən 


 
245 
sonra  onlar  kiçilirlər,  odur  ki,  bir  neçə  ardıcıl  bölünmə 
nəticəsində  onlar  getdikcə  kiçilirlər.  Görünür  bu 
hüceyrələrdə  insiator-zülal  və  RNT  özündən  əvvəlki 
mitotik  tsikldə  sintez  olunur.  Eləcə  də  (G
1
)  dövrü 
fuzarium 
miksomisetlərində, 
bəzi  xərçəng  şişləri 
hüceyrələrində  və  bəzi  ibtidailərin  bölünməsində  rast 
gəlmir. Hüceyrə tsiklində ən çox 
 
 
Şəkil 60. Hüceyrələrin həyat təşkilinin sxemi: 
M – mitoz, G
1
 – pressintetik, S – sintetik, G
2
 – postsintetik dövr. 
 
əhəmiyyət  kəsb  edən  dövr  sintez  dövrüdür  (S).  Sintez 
dövrünün  pozulması  və  ya  dayanması  ümumiyyətlə 
hüceyrə  tsiklinin  dayanmasına  səbəb  olur.  Təkcə 
meyozda  cinsi  hüceyrələrin  yetişməsi  dövründə  iki 
bölünmə  arasında  S  dövrü  olmur.  Hüceyrə  tsiklikdə  S 
dövrünün  müddəti  DNT-nin  peplikasiyası  sürətindən 
asılı  olur.  Məs:  dəniz  kirpisinin  paralanma  dövründə 
olan  hüjeyrələrində  30  dəq.  orqanizmin  rüşeym 
hüceyrələrində isə bir neçə saat davam edir. 15 günlük 
siçan  rüşeyminin  bağırsaq  epitelisi  hüceyrələrində  S 
dövrünə  7  saat,  18  günlük  rüşeym  hüceyrələrində  isə 
415  saat  tələb  olunur.  S  dövrünün  getməsi  üçün 


 
246 
hüceyrədə  hələ  (G
1
)  dövründə  başlamış  RNT  və 
zülalların  sintezi  vacib  şərtlərdəndir.  S  dövründə  DNT 
sintezi  ilə  yanaşı  sitoplazmada  histon  zülallar  sintez 
olunaraq nüvəyə ötürülür və nüvə DNT-si ilə birləşir. S 
dövründə həm də r-RNT-si sintez olunur ki, bu da (G
2

dövründə  mitoza  lazım  olan  zülalların  sitnezində 
istifadə  olunur.  Sintez  dövrü  başa  çatdıqdan  sonra  
postsintetik  dövrü  (G
2
)  başlayır.  Bu  dövr  premitotik 
dövr  də  adlanır.  Çünki,  bu  dövrdən  sonra  xüsusi  mitoz 
başlayır. Postsintetik dövr interfazanın dövrləri içərisində 
az  vaxt  tələb  edir.  Bəzi  müstəsna  hallarda  məs.  bəzi 
zambaqçiçəklilərin 
mikrosporosit 
hüceyrələrində 
sintezdən sonra birbaşa xüsusi mitozun profaza mərhələsi 
başlayır.  Bəzən  isə  əksinə  hüceyrələr  G
2
  dövründə  çox 
qalırlar. 
Məs: 
siçanların 
qulağının 
epidermis 
hüceyrələrində,  cücələrin  qida  borusunun  epiteli 
hüceyrələrində və s. G
2
  dövründə  hüceyrələrdə  RNT  və 
zülal  sintezi  davam  edir  və  əsasən  məlumat  RNT-si 
sintez  olunur  ki,  bu  da  mitozun  gedişinə  sərf  olunur.  r-
RNT  isə  ondan  əvvəl  sintez  olunaraq  hüceyrənin 
bölünməsini  müəyyənləşdirən  zülalların  sintezində 
iştirak edir. G
2
 dövründə mitotik aparatın tərkibinə daxil 
olan  zülallar,  xüsusilə  tubulin  sintez  olunur.  Məlum 
olmuşdur  ki,  bir  mitotik  tsikldə  sintez  olunan  tubulin 
sonrakı  mitozda  da  istifadə  edilə  bilər.  Eləcə  də  G
2
 
dövründə növbəti mitozun G
1
 dövrü üçün müəyyən qədər 
RNT sintez olunur. Beləliklə məlum olur ki, interfazada 
onun  ayrı-ayrı  dövrlərinə  xas  olan  makromolekullar 
sintez  olunmaqla  yanaşı  G
2
  növbəti  G
1
  üçün,  G
1
  də 
növbəti S dövrü üçün, S dövründə isə növbəti G
2
 dövrü 
üçün də makromolekulların sintezinə hazırlıq gedir. 


 
247 
Hüceyrələrin  bölünməsi  və  çoxalmasının  müxtəlif 
toxumalarda  öyrənilməsi  göstərmişdir  ki,  hüceyrələrin 
ixtisaslaşması,  differensiasiyaya  uğraması  prosesi  nə 
qədər  yüksək  olsa  bir  o  qədər  onların  bölünmə 
qabiliyyəti  aşağı  olur.  Belə  çıxır  ki,  hüceyrələr  ya 
differensasiyaya uğramalı və ya da bölünməlidir. Hər iki 
proses birlikdə mövcud olur. Hər bir hüceyrə interfazada 
hazırlıq  dövrlərini  keçdikdən  sonra  xüsusi  mitoza  daxil 
olur. Xüsusi mitoz interfazaya nisbətən az vaxt tələb edir. 
Ümumi  mitotik  tsiklə  sərf  olunan  vaxtın  0,1  hissəsi 
xüsusi mitoza sərf olunur. Məs: meristem hüceyrələrinin 
bölünməsində interfazaya 16-30 saat vaxt tələb olunursa 
xüsusi  mitoza  cəmi  1-3  saat  sərf  olunur.  Yumurta 
hüceyrələrinin  paylanmasında  bütün  hüceyrə  tsiklinə  1 
saatdan  da  az  vaxt  sərf  olunur.  xüsusi  mitoz  bir  neçə 
mərhələdə  keçir:  profaza,  metafaza,  anafaza  və  telofaza 
(şəkil 61). 
Bu 
mərhələlər 
arasındakı 
sərhəddi 
dəqiq 
müəyyənləşdirmək  çətinlik  törədir,  çünki  mitoz  özü 
fasiləsiz  bir  prosesdir  və  mərhələlər  içərisində  anafaza 
mərhələsinə keçid olur, çünki bu mərhələ xromosomların 
qütblərə  hərəkəti  ilə  başlayır.  Odur  ki,  anafazaya  digər 
mərhələlərə nisbətən az vaxt sərf olunur.  
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə