Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/69
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21545
1   ...   53   54   55   56   57   58   59   60   ...   69

 
256 
çox müxtəlif olur və heç də həmişə həmin dövrün dəqiq 
müəyyənləşməsi 
mümkün 
olmur. 
Hüceyrələrə 
avtoradioqrafiya  üsullarını,  mitotik  aktivliyi  öyrənən 
üsulları  və  s.  tətbiq  etməklə  postembrional  dövrdə 
hüceyrə  populyasiyasını  təsnif  etmək  olur.  Daha 
doğrusu hüceyrələrin bölünməsinə sərf olan vaxta görə 
orqanizmdəki hüceyrələr üç qrupda təsnif olunur.  
Çoxillik və ya stabil hüceyrələr populyasiyası. 
Böyüyən hüceyrə populyasiyası 
Yeniləşən hüceyrələr populyasiyası 
Çoxillik  və  ya  stabil  hüceyrə  populyasiyası.  Bu 
qrup  hüceyrələr  populyasiyası  postembrional  inkişafda 
çoxalmırlar,  onların  çoxalması  ancaq  rüşeymin  inkişafı 
dövründə  baş  verir  və  bu  dövr  qurtardıqda  qurtardıqda 
yaşlı  fərddə  olduğu  qədər  hüceyrələr  əmələ  gəlmiş 
olurlar.  Məməlilər  sinfinin  nümayəndələrində,  o 
cümlədən  insanda  rüşeymin  inkişafının  sonunda 
bölünmə 
qabiliyyətini 
itirən 
hüceyrələrə 
sinir 
hüceyrələrini  misal  göstərmək  olar.  Onların  potensial 
ömrü  orqanizmin  ömründən  də  artıq  hesab  edilir.  Belə 
ki,  sinir  hüceyrələrinin  ölməsi  orqanizmin  ölməsinə 
səbəb  olur.  Odur  ki,  bu  cür  hüceyrə  populyasiyasının 
ömrü  illərlə,  bəzi  orqanizmlərdə  on  illərlə  ölçülür.  Bu 
populyasiyadakı  hüceyrələr  eyni  tipli  hüceyrələr  olub, 
mitotik  aktivliyə  malik  olmur,  DNT  miqdarı  həmişə 
daimi  qalır.  Bu  qrupa  eninə  zolaqlı  əzələ  hüceyrələrini 
də  daxil  edirlər.  İndi  isə  məlum  olmuşdur  ki,  əzələ 
hüceyrələri çox nadir hallarda da olsa bəzən bölünürlər. 
Odur  ki,  əzələ  hüceyrələrini  bəzi  alimlər  böyüyən 
hüceyrələr  qrupuna  aid  edirlər.  Çoxillik  və  ya  stabil 


 
257 
hüceyrələr  populyasiyasının  əsas  cəhəti  odur  ki,  onlar 
orqanizm  ölənə  qədər  mövcud  olurlar  və  qocalma  ilə 
əlaqədar  olan  dəyişikliklərə  məruz  qalırlar.  Elə 
orqanizmin qocalması da həmin hüceyrələrin qocalması 
ilə əlaqədar olur.  
Böyüyən  hüceyrə  populyasiyası.  Bu  qrupa  aid 
olan  hüceyrələr  bu  və  ya  digər  dərəcədə  eyni  tipli 
hüceyrələr  olub,  mitozun  miqdarı  DNT-nin  miqdarının 
artmasına uyğun gəlir. Bu hüceyrələr də orqanizm ölənə 
qədər  mövcud  olurlar,  hüceyrənin  bölünməsi  isə 
toxumanın  böyüməsini  təmin  etmək  üçündür.  Bu 
bölünmə  orqanın  yeniləşməsinə  səbəb  olmur.  Bu 
hüceyrə  populyasiyasına  misal,  mədəaltı  vəzi, 
qalxanvari  vəzi,  böyrəküstü  vəzi,  tüpürcək  vəzi 
hüceyrələrini  və s.  göstərmək  olar.  Bu populyasiyanın 
hüceyrələrinin mitotik aktivliyi zəifdir. Orqan müəyyən 
hüduda  qədər  böyüdükdən  sonra  isə  bu  hüceyrələr 
bölünmədən qalır. Görünür orqan böyüdükdən sonra bu 
hüceyrələrdə  müəyyən  inqibitor  maddələr  sintez  olur 
ki,  onlar  hüceyrənin  bölünməsi  qarşısını  alırlar.  Bunu 
bir  də  onunla  isbat  etmək  olar  ki,  müəyyən 
qıcıqlanmadan sonra və ya orqanın cərrahi ya da başqa 
üsulla  müəyyən  hissəsinin  itməsi  həmin  orqanın 
hüceyrələrinin  yenidən  mitoza  daxil  olmasına  səbəb 
olur.  Məsələn:  qaraciyərin  rezeksiyası  zamanı  və  ya 
orqanizmdən  böyrəyin  birinin  çıxarılması  həmin 
orqanların  hüceyrələrinin  yenidən  bölünməsinə  səbəb 
olur.  
Labil və ya yeniləşən hüceyrələr populyasiyası. 
Bu  qrupa  daxil  olan  hüceyrələr  eyni  tipli  olub  çox 


 
258 
yüksək  mitoz  xüsusiyyətin  malikdirlər.  Daha  doğrusu, 
bu hüceyrə populyasiyasındakı hüceyrələr bölünməklə, 
məhv  olan  hüceyrələrin  miqdarının  bərpa  olunmasını 
təmin  edirlər.  Belə  hüceyrələrə  eritrositləri  misal 
göstərmək olar. Onlar cəmi 120 gün yaşayır, qocalır və 
təbii  ölümlə  məhv  olurlar.  Onun  əvəzində  sümük 
iliyindən  hüceyrələrin  bölünməsi  nəticəsində  məhv 
olan  hüceyrələrin  miqdarı  qədər  qan  damarına 
eritrositlər daxil olur.  
Labil  və  ya  yeniləşən  hüceyrələr  populyasiyasına 
daha  maraqlı  bir  misal  göstərmək  olar.  Hesablamışlar 
ki, 90 günlük siçanın mədə-bağırsaq traktında hər gün 3 
milliard hüceyrə məhv olub itir və o qədər miqdarda da 
hüceyrə  yaranır  və  itmiş  hüceyrələri  əvəz  edir.  Əgər 
nəzərə  alsaq  ki,  bu  yaş  dövründə  siçanda  67  milyard 
hüceyrə  olur,  onda  orqanizmin  ümumi  hüceyrələrinin 
1/22 hissəsinin hər gün yeniləşməsini hesablamaq olar. 
Bu  proses  xüsusilə  toxumaların  regenerasiyası  və 
yaraların  sağalması  prosesində  daha  kəskin  meydana 
çıxır.  
Labil  hüceyrə  qrupuna  daxil  olan  hüceyrələrin 
ömrü  ümumiyyətlə  qısa  olsa  da  bir  sıra  faktorların 
təsirindən  də  asılı  olaraq  müəyyənləşir.  Məsələn: 
mexaniki, fiziki faktorların hormonların təsirindən və s. 
asılı  olaraq  bu  dövr  dəyişə  bilər.  Labil  hüceyrə 
populyasiyasının  hüceyrələrinin  çıxış  yeri  olmalıdır. 
Məsələn: qan hüceyrələri sümük iliyində yaranır və qan 
damarına keçirlər. Selikli qışa hüceyrələri xaricə tökülür 
və  s.  Qeyd  etmək  lazımdır  ki,  yuxarıda  adlarını 
çəkdiyimiz  hüceyrə  populyasiyaları  normal  toxumalara 


 
259 
aid  edilməlidir.  Belə  ki,  potoloji  dəyişikliyə  uğramış 
toxumalarda,  qeyd  etdiyimiz  hüceyrə  populyasiyasına 
xas  olan  bölünmələr  və  digər  proseslər  dəyişir.  Bu 
cəhətdən müxtəlif hüceyrə populyasıyalarını bəd xassəli 
xərçəng  şişlərinin  hüceyrələri  ilə  müqayisə  etmək 
maraqlıdır.  Orqanizm  doğulduqdan  sonra  hüceyrə 
populyasiyaları  ya  stabil,  ya  böyüyən  və  ya  da  labil 
(yeniləşən) 
populyasiyaya 
çevrilirlər. 
Stabil 
populyasiyada  mitoz  dayandığı  halda,  böyüyən 
populyasiyada  isə  bölünmə  davam  edir,  lakin  getdikcə 
bölünmənin 
sürəti 
azalır, 
labil 
hüceyrələr 
populyasiyalarında  isə  mitoz  öz  fəallığını  saxlayır  və 
məhv olmuş hüceyrələrin əvəzini təmin edir. Şiş əmələ 
gələn orqanların hüceyrələrində isə mitoz daima davam 
edir və mitozun tezliyi şişin tipindən asılı olur, böyüyən 
hüceyrə  populyasiyasından  fərqli  olaraq  mitoz  mitotik 
yaşdan asılı olaraq azalmır. Məs: böyrək və böyrəküstü 
vəzinin  hüceyrələrində  mitotik  aktivlik  orqanın 
böyüməsi  prosesilə,  yaşla  əlaqədar  olaraq  tədricən 
azalırsa həmin orqanlarda bəd xassəli şiş əmələ gəldikdə 
isə mitoz uzun müddət eyni sürətlə bölünməkdə davam 
edirlər.  
Mitotik  indeksin  ölçüsünə  görə  normal,  yeniləşən 
labil  hüceyrələr  populyasiyası  xərçəng  şişlərinin 
hüceyrələrinə oxşayırlar (yəni daima bölünürlər). Lakin 
fərq ondan ibarətdir ki, normal labil populyasiyalardakı 
hüceyrələr  yenisini  yaradaraq,  sonradan  bölünmə 
qabiliyyətini  itirirlər  və  nəhayət  ölürlər.  Xərçəng  şişi 
hüceyrələri  isə  mütəmadi  bölünürlər.  Digər  fərq  isə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə