Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/69
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21545
1   ...   54   55   56   57   58   59   60   61   ...   69

 
260 
ondan  ibarətdir  ki,  labil  hüceyrə  populyasiyasının 
hüceyrələrinin  çıxışı  olduğu  halda,  xərçəng  şişləri 
hüceyrələrində  isə  belə  çıxış  olmur.  Nəhayət  xərçəng 
şişi  hüceyrələri  invaziv  boy  qabiliyyətinə  malik 
olduqları  halda,  normal  populyasiyanın  hüceyrələri  bu 
xüsusiyyətə malik deyillər.  


 
261 
ENDOMİTOZ 
 
Bəzi  hüceyrələrdə bölünmə dövründə elə hadisələr 
baş  verir  ki,  bunun  nəticəsi  olaraq  xromosomlar 
reduplikasiyaya uğradıqdan sonra, mitozda olduğu kimi 
nüvə  qılafı  ərimir.  Odur  ki,  ikiləşmiş  xromosomlar  bir 
nüvə  daxilində qalırlar. Bu hadisəyə Teylor tərəfindən 
endomitoz adı verilməsi təklif olundu. 
Endomitozun  müxtəlif  cür  formaları  mövcüddur. 
Məs: politeniya hadisəsi özü endomitoz nəticəsində baş 
verir.  Bu  hadisə  əsasən  iki  qanadlıların  tüpürcək  vəzi 
hüceyrələrində  rast  gəlinir,  drozofilin  sürfəsinin  3-cü 
yaş 
dövründə 
tüpürcək 
vəzi 
hüceyrələrindəki 
xromosomları 
təşkil 
edən 
xrononem 
saplar 
reduplikasiyaya  uğrayaraq  ikiləşirlər,  lakin  ikiləşmiş 
xromonemlər bir-birindən ayrılmır. Bu hadisə təxminən 
on  dəfəyə  qədər  təkrar  olunur.  Bunun  nəticəsində 
tüpürcək vəzi hüceyrələrində xromonemlərin sayı 1024 
n (haploid saydan 1024 dəfə çox) olur. Buna görə həmin 
xromosomlar  çox  iri  görünür.  Odur  ki,  onlara  nəhəng 
xromosomlar  deyilir.  Xromosomlar  müəyyən  həddə 
çatdıqdan  sonra  normal  ayrılır  və  qız  hüceyrələrinə 
paylanırlar.  Nəhəng  xromosomlar  reduplikasiya  (S 
dövründə)  prosesində  spiralları  açılmış  halda  qalırlar. 
Yalnız  mitozun  digər  mərhələlərinə  keçdikdə  onlarda 
spirallaşma, qütblərə hərəkət və s. kimi bölünməyə xas 
olan  digər  əlamətlər  müşahidə  edilir.  Xromosomların 
ploidiyinə uyğun olaraq onda DNT materialı da müvafiq 
miqdarda  artır.  Politeniya  hadisəsi  bəzən  bitkilərdə  də 


 
262 
rast  gəlir. İnfuzorların makronukleusunda, heyvanlarda 
malpigi 
boruları,  qida  boruları,  piy  toxuması 
hüceyrələrində  də  politeniya  hadisəsinə  rast  gəlinir. 
Politeniya  hadisəsi  zamanı  xromosomlar  iriləşdiyindən, 
onların daxil olduğları nüvə də çox iri olur.  
Nüvə 
sitoplazma 
münasibətləri 
qanunauyğunluqlarına əsasən (V
n
/V
s
-V
n
=const) hüceyrə 
həcmi  də  böyüyür.  Beləliklə  nəhəng  xromosomların 
daşıyıcısı  olan  nüvə  digər  nüvə  və  hüceyrələrə  nisbətən 
çox iri olur. 
Endomitozun digər təzahürü poliploidlik hadisəsidir 
ki, bu da təbiətdə çox geniş yayılmasa da, lakin müəyyən 
toxumaların  hüceyrələrində  rast  gəlinir.  Bu  cür 
endomitoz  zamanı  xromosomların  reduplikasiyası, 
mitoza  xas  olan  bütün  mərhələlər  normada  gedir.  Lakin 
hər  hansı  bir  səbəb  nəticəsində  nüvə  qlafının 
nazikləşməsi  və  itməsi  hadisəsi  ləngiyir.  Odur  ki, 
profaza, metafaza, anafaza və telofaza mərhələlərinə xas 
olan  proseslər  nüvə  daxilində  gedir  və  müvafiq  olaraq 
endoprofaza,  endometafaza  və  s  adlanır.  Bu  prosesin 
nəticəsi olaraq hüceyrədə xromosom dəsti  bir və ya bir 
neçə dəfə artır. Poliploidlik dərəcəsi haploid sayına görə 
hesablanır və hadisənin neçə dəfə təkrar olmasından asılı 
olur.  
Xromosomların  miqdarı  haploid  sayından  iki  dəfə 
artıq  olduqda  2  n  (diploid),  3  dəfə  artıq  olduqda  3  n 
(triploid),  4  dəfə  artıq  olduqda  4  n  (tetraploid)  və  s. 
adlanır.  Bu  cür  poliploidlik  hadisəsi  təbiətdə,  bitkilərdə 
çox  geniş  yayılmışdır.  Heyvanlar  içərisində  poliploidik 


 
263 
nadir  rast  gələn  hadisədir.  Afrika  qurbağalarında, 
tarakanlarda və hermofrodit qurdlarda poliploidlik olması 
müşahidə  edilmişdir.  Görünür  poliploidliyin  yaranması 
orqanizmlərin  bir  cinsli  və  ya  müxtəlif  cinsli  olması  ilə 
əlaqədardır.  Bitkilərdə  əksəriyyətlə  erkək  və  dişi  cinsli 
hüceyrələr bir bitkidə olduğundan erkək və dişilərdə rast 
gələn  poliploid  təbiətli  cinsi  hüceyrələrin  görüşüb 
mayalanması  və  nəsil  yaratması  ehtimalı  çoxdur.  Odur 
ki,  elə  bu  səbəbdən  də  bitkilərdə  poliploidlik  nisbətən 
çox  rast  gəlinir.  Bitkilərdə  endomitoz  hüceyrələrin 
fəaliyyətinin  fasiləsizliyini  təmin  edən  müəyyən 
funksiyonal  əhəmiyyət  kəsb  edir.  Məs:  kartofun  kiçik 
yumurularının  hüceyrələri  mitotik  yolla  bölünürlər. 
Lakin  cavan  təxminən  qoz  boyda  kartof  yumrularının 
hüceyrələrində  endomitozun  müxtəlif  mərhələlərində 
olan  hüceyrələrə  rast  gəlinir.  Bu  hüceyrələrin  mitozdan 
endomitoza  keçməsi  dövrü,  onlarda  nişastanın  əmələ 
gəlməsi dövrünə müvafiq gəlir. Bitkilər  aləmində növ 
əmələ  gəlməsinin  bir  şərti  görünür  təkamül  prosesində 
poliploidliklə əlaqədar olmuşdur. Eyni cinsə daxil olan 
növlərdə  poliploid  cərgələrin  olması  buna  sübutdur. 
Məs: taxıllar cinsindən olan müxtəlif buğda növlərinin 
xromosom  dəstinə  nəzər  salsaq  belə  qanunauyğunluq 
olduğunu  görə  bilərik.  Taxıllar  cinsinə  aid  olan 
triticum monococcum-da 2n=14, Triticum diococcum-
da, Tr. Turdiduğum-da, Tr. Durum-da və s. 2n=28, Tr. 
Jompactum,  Tr.  Aestium-da  2n=42  xromosom  vardır. 
Bu  növlərin  əsas  xromosom  dəstində  7  xromosom 


 
264 
olduğunu  nəzərə  alsaq,  onun  2,3  və  s.  dəfə  artaraq 
təkamül  prosesində  yeni  növlərə  başlanğıc  verdiyini 
mülahizə  etmək  olar.  Elecə  də  Rosa  cinsində  14,  21, 
35,  42,  56  xromosomlu  növlərin  olması,  solanum 
cinsində  12,  24,  36,  48,  60,  72  və  s.  xromosomlu 
növlərin rast  gəlməsi deyilənləri sübut etməyə imkan 
verir.  
Təbiətdə  poliploidlərin  yaranması  mexanizmini 
öyrənməklə  hazırda  müxtəlif  kimyəvi  maddələrin 
təsirindən  (məs:  kolxitsin)  süni  surətdə  bitkilərdə 
poliploidlik  yaratmaq  mümkün  olmuşdur.  Keçmiş 
SSRİ-də  şəkər  çuğunduru,  qarabaşaq,  buğda,  çovdar, 
tut  və  s.  bitkilərinin  poliploid  formaları  alınmış  və 
onlar  üzərində  aparılan  seleksiya  işi  nəticəsində 
məhsuldarlığın xeyli artırılmasına nail olmuşlar.  
Endomitozun  bir  növü  də  iki  və  çox  nüvəliliyin 
yaranmasıdır. Bu zaman hüceyrədə və xromosomlarda 
mitozla  əlaqədar  olan  bütün  ardıcıl  və  qanunauyğun 
dəyişikliklər baş verir, hər qütbdə nüvə əmələ gəlməsi 
prosesi  normal  gedir.  Lakin  sitotomiya  prosesi  (və  ya 
sitokinez)  gecikdiyindən  sitoplazma  nüvələr  ətrafında 
bölünmür və bir hüceyrədə iki nüvə əmələ gəlir. Əgər 
bu  proses  bir  neçə  dəfə  təkrar  olsa  hüceyrədə  çox 
nüvəlilik  yaranır.  Belə  hadisəyə  qaraciyərin  bəzi 
parenxim  hüceyrələrində,  qığırdaq  hüceyrələrində  və 
s. rast gəlinir.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə