Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/69
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21545
1   ...   61   62   63   64   65   66   67   68   69

 
294 
bu effekt izah edir. Xərçəng hüceyrələrində isə bu effekt 
yoxdur,  onlar  qaydasız  böyüyərək  bir  qatı  pozurlar. 
Orqanizmdə onlar özünü eyni cür aparırlar.  
b)  Keylon  tənzimi.  Keylonlar  –  zülal  təbiətli 
maddələrdir. 
Onlar 
differensiasiya 
olunmuş 
hüceyrələrdə  yaranır,  lakin  gövdə  hüceyrələrinə  təsir 
edə  bilir  və  mitozu  ləngidir.  Keylonlardan  başqa 
hüceyrələr  xüsusi  böyümə  faktorları  induktorlar  sintez 
edir,  onlar  mitozu  stimullaşdırır.  Keylonların  və 
induktorların  sayəsində  toxumanın  hüceyrə  tərkibi 
tənzimlənir.  
3.  Orqanizm  səviyyəsində  tənzimlənmə,  sinir, 
endokrin və immun sistemləri sayəsində baş verir. Sinir 
sistemi  hədəf  toxumalarda  hüceyrələrin  bölünməsini 
həm  stimullaşdıra,  həm  də  ləngidə  bilir.  Endokrin  və 
immun sistemlərinin hüceyrələrində çox sayda böyümə 
faktorları  yaranır,  bunlar  hüceyrə  bölünməsini 
stimullaşdırır.  Bunlara  epidermal,  trombositar  böyümə 
faktorları,  sinirlərin,  fibroblastların  böyümə  faktorları, 
aiddir.  İnsulinəbənzər  faktorlar  və  bəzi  hormonlar 
bölünməni fəallaşdırır, bəzilər isə ləngidir. Fəallaşdıran 
hormonlara  böyümə  hormonu  insulin,  tiroidin  və  s. 
aiddir,  ləngidən  hormonlara  isə  qlikokortikoidlər 
(böyrəküstü vəzilərin qabığının hormonları) və s. aiddir. 
Eyni  hormon  miqdarından  asılı  olaraq  hüceyrəyə 
müxtəlif  təsir  göstərə  bilir.  Məsələn,  cinsiyyət 
hormonları 
cinsiyyət 
orqanlarında 
hüceyrələrin 
bölünməsini  fəallaşdırır,  amma  sümüklərin  böyümə 
zonalarında bölünməni ləngidir. Qlikokortikoidlər əksər 
orqanlarda  hüceyrə  bölünməsini  dayandırır,  lakin 


 
295 
qaraciyrdə  bölünməni  stimullaşdıra  bilər.  Mitoz 
bölünmə  mühitin  zərərli  təsirlərinə  qarşı  çox  həssas 
prosesdir.  O  müxtəlif  tərkibli  kimyəvi  müxtəlif 
maddələrin,  o  cümlədən dərmanların  təsirindən ləngiyə 
bilər. 
Bölünmə 
vətərlərinin 
mikroborucuqlarını 
zədələyən maddələr (məs: kolxitsin) mitozu metafazada 
dayandırır.  Bunu  metafaza  xromosomları  preparatını 
almaq 
üçün 
istifadə 
edilir. 
Bu 
preparatlar 
xromosomların  quruluşunu  öyrənmək  üçün  istifadə 
olunur.  Radiasiya  mitoza  mənfi  təsir  edir.  Mitotik 
xromosomlar formasını dəyişir, onlarda parçalanma baş 
verir,  sonradan  fraqmentlərın  düzgün  birləşməsi 
pozulur.  Bəzən  ayrı-ayrı  xromosomlar  tamamilə  yox 
olur. Bölünmə vətərlərinin anomaliyalarına rast gəlinir. 
Digər  hallarda  xromosomlar  bölünür,  nüvə  isə 
bölünmür,  nəticədə  poliploid  xromosom  dəstinə  malik 
böyük  nüvələr  əmələ  gəlir.  Əgər  radiasiyanın  təsiri 
güclüdürsə hüceyrələr bölünmə qabiliyyətini itirirlər.  
Hüeyrə 
regenerasiyasının 
mexanizmləri. 
Hüceyrənin  və  ya  toxumanın  itirilmiş  hissələrini  bərpa 
etmək 
qabiliyyətinə 
regenerasiya 
deyilir. 
Regenerasiyanın  realizə  səviyyəsindən  asılı  olaraq  onu 
hüceyrədaxili  regenerasiyaya  və  hüceyrə  səviyyəsində 
regenerasiyaya bölürlər. Hüceyrədaxili regenerasiyaya – 
qoca  dağılmış  hüceyrə  orqanoidlərinin  məsələn, 
mitoxondrilərin    və  zədələnmiş  hüceyrə  hissələrinin 
bərpasına  aid  etmək  olar.  Regenerasiya  prosesinin 
təyinatından  asılı  olaraq  onu  iki  yerə  ayırmaq  olar: 
Fizioloji  və  reparativ  (posttravmatik)  regenerasiya. 
Fizioloji regenerasiya – qocalmış, dəyişməsi lazım olan 


 
296 
hüceyrə komponentlərinin və yaxud bütöv hüceyrələrin 
bərpasıdır.  Reparativ  regenerasiya  –  hüceyrələrin 
zədələnmədən  sonra  bərpasıdır.  Zədələnmədən  sonra 
regenerasiya  ilə  bərabər  hüceyrədə  kompensator, 
adaptiv  dəyişikliklər  də  gedir.  Bunlar  mümkün  olan 
təkrar zədələnmələrin təsirinin azalmasına yönəlir. Əgər 
nəticədə  orqanoidlərin  sayı  artarsa  bu  hal  hipertrofiya 
adlanır.  Əgər  bu  hal  orqanoidlərin  hiperplaziasıyası 
adlanır.  Bu  dəyişikliklər  nəticəsində  hüceyrələrin 
ölçüləri  artır  və  onun  zərərli  faktorlara  qarşı  həssaslığı 
azalır.  
Nekroz.  Xarici  amillərin  təsirindən  hüceyrənin 
strukturunun  və  funksiyasının  dəyişməsinə  hüceyrənin 
reaktiv  dəyişməsi  deyilir.  Əgər  xarici  amil  hüceyrəni 
məhv  etmirsə,  burada  kompensator  dəyişikliklər  baş 
verir.  Bu  dəyişikliklər  zərərli  təsirin  minimuma 
endirilməsinə yönəlir.  
Belə dəyişikliklər bir neçə cür olur.  
1. Xarici amil hüceyrənin bölünməsini fəallaşdırır. 
Bu zaman hüceyrələrin sayı artır. Nəticədə zərərli təsir 
daha  çox  sayda  hüceyrələr  arasında  bölündüyü  üçün 
onun effekti zəifləyir.  
2.  Xarici  amil  bölünə  bilməyən  hüceyrəyə  təsir 
edir.  Hüceyrədə  zülalların,  orqanoidlərin  sintezi 
fəallaşır. Nəticədə hiperplaziya və hipertrofiya baş verir. 
Hüceyrələrin  ölçüsü  artır  və  təsirə  daha  dözümlü  olur. 
Birinci  hal  –  hüceyrənin  hiperplaziyası,  ikinci  hal  – 
hüceyrənin hipertrofiyası adlanır.  


 
297 
3.  Xarici  təsir  poliploid  və  ya  irinüvəli 
hüceyrələrin  əmələ  gəlməsinə  səbəb  olur.  Belə 
hücceyrələrin  ölçüsü  daha  böyük  olur,  funksional 
cəhətdən  daha  fəal  olub  zədələyici  faktorlara  qarşı 
dözümlü olurlar.  
4.  Xarici  təsir  metobolizmi  və  funksional  fəallığı 
artıra bilər. Bu xarici təsirə qarşı hüceyrə reaksiyalarının 
bir  variantıdır.  Hüceyrənin  səthinin  artması  və 
quruluşunun  mürəkkəbləşməsi  baş  verir,  bu  da  səthin 
vahidə  düşən  təsir  intensivliyini  azaldır.  Xarici  təsirə 
cavab olaraq əsas funksiyası faqositoz olan hüceyrələrdə 
fəallıq  arta  bilər.  Əzələ  hüceyrələri  stimulyasiya 
yığılmaqla,  sinir  hüceyrələri-sinir  impulsu  ilə,  sekretor 
hüceyrələr  maddələrin  ifrazının  artması  ilə  cavab 
verəcəklər.  
5. İstənilən güclü təsir hüceyrədə stressor reaksiya 
yaradır.  Bu  zaman  xüsusi  qoruyucu  zülalların  sintezini 
təmin  edən  müəyyən  genlər  fəallaşır,  digər  sintez 
prosesləri  isə  ləngiyir.  Bu  zülallar  ilk  dəfə  hüceyrəyə 
yüksək  temperaturla  təsir  olunan  zaman  müəyyən 
edildiyi  üçün  istilik  şoku  zülalları  adlandırılıb.  Onlar 
universal  xüsusiyyət  daşıyır,  yüksək  düzümlüklə 
bərabər,  digər  zülalları  zədələnməyə  (aqreqasiya, 
koaqulyasiya)  qoymur  və  yaranmış  patoloji  zülal 
birləşmələrinin parçalanmasına kömək edir.  
6.  həddindən  artıq  güclü  faktorların  təsirindən 
hüceyrədə parçalanma-nekroz baş verir. Adətən nekroz 
müəyyən  hüceyrə  qruplarını  əhatə  edir.  Morfoloji 
dəyişikliklər  həm  nüvədə,  həm  də  sitoplazmada 
müşahidə olunur. Nüvədə bu kimi dəyişikliklər baş verə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə