Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/69
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21545
1   ...   61   62   63   64   65   66   67   68   69

 
290 
destruksiya  (strukturun  pozulması),  hüceyrələrin 
dağılması  ilə  əlaqədar  olan  hadisələr  deyil.  Hüceyrə 
patologiyasının 
digər 
səviyyəsi 
tənzimlənmə 
proseslərinin  dəyişilməsi,  mübadilə  proseslərinin 
tənziminin  pozulması  nəticəsi  olaraq  müxtəlif 
maddələrin  hüceyrədə  toplanması  nəticəsi  olaraq 
yaranır.  Yağ  mübadiləsinin  pozulması  nəticəsində 
sitoplazmada  yağ  törəmələri  toplanır.  Yağın  patoloji 
toplanmasının bir foması da yağ infiltirasiyasıdır ki, bu 
zaman hüceyrə yağı xarici mühitdən mənimsəyir, lakin 
ixrac  etmək  funksiyası  pozulur,  odur  ki,  yağ  damlaları 
sitoplazmaya  toplanır.  Çox  vaxt  patoloji  dəyişilmiş 
hüceyrələrin  sitoplazmasında  lipoproteid  təbiətli 
komplekslər  toplusu  yığılır  ki,  bu  da  ya  konsentrik 
dairələr  formalı  və  ya  da  bir-birinin  üstünə  yığılmış 
halda  (qatlı  formada)  müşahidə  olunur.  Tənzimləmə 
proseslərinin  pozulması  nəticəsi  olaraq  qlikogenin 
hüceyrədə  toplanmasını  göstərmək  olar  ki,  bu  da  çox 
vaxt  qlükoza-6  fosfatın  çatışmaması  ilə  əlaqədardır. 
Həmçinin  patoloji  dəyişilmiş  hüceyrələrdə  piqment 
qalıqları  toplanması  da  müşahidə  edilir.  Tənzimlənmə 
proseslərinin  pozulması  nəticəsi  olaraq  hüceyrələrin 
differensiasiyası pozula bilər ki, bu da öz növbəsində şiş 
hüceyrələrinin  əmələ  gəlməsinə  səbəb  olur.  Şiş 
hüceyrələri  qeyri  məhdud  miqdarda  çoxalmaqla, 
differensiasiya  səviyyəsinin  pozulması  ilə  hüceyrələrin 
morfoloji 
cəhətdən 
dəyişməsilə, 
nizamlayıcı 
proseslərdən nisbi müxtariyyət qabiliyyəti qazanması ilə 
və metastaz verməsi ilə xarakterizə olunurlar.  


 
291 
Şiş  hüceyrələrinin  ən  xarakter  əlaməti  odur  ki, 
onlarda 
bölünməyə 
məhdudiyyət 
olmur. 
Şiş 
hüceyrələrinin  bölünmə  sürəti  normal  hüceyrələrin 
bölünmə  sürətindən  kənara  çıxmır.  Lakin  bir  qayda 
olaraq  differensiasiyası,  ixtisaslaşması  aşağı  səviyyəli 
olur.  Şiş  hüceyrələri  differensiasiyaya  uğramadan 
yüksək  proliferasiya  (çoxalan  və  yayılan)  qabiliyyətli 
hüceyrələr  olub,  inkişafın  müəyyən  mərhələsində 
dayanır, aid olduğu toxumanın spesifik xüsusiyyətlərini 
özündə saxlayır və müəyyən mərhələdə inkişafı dayanır. 
Şiş hüceyrələrinin bu cür zəif toxuma «yetkinliyi» eyni 
bir  orqanın  xərçəngində  çox  müxtəlif  ola  bilər.  Bu  cür 
vəziyyət 
xərçəng 
hüceyrələrinin 
müxtəlifliyini, 
polimorfluğunu təmin edir. Xərçəng şişi  hüceyrələrinin 
polimorfizmi  bir  də  onunla  əlaqədardır  ki,  xərçəng 
şişində  həm  bölünən  həm  də  degenerasiyaya  uğrayan 
hüceyrələr  olur.  Sağlam  orqanizmələrdə  tənzimləyici 
təsirlər  hüceyrəarası,  toxuma  arası,  hormonal,  sinir 
səviyyəsində  olur.  Şiş  hüceyrələri  nisbi  müxtariyyət 
kəsb  edirlər.  Bu  o  deməkdir  ki,  onlar  orqanizmin 
tənzimləyici  proseslərindən  asılı  olmurlar.  Şiş 
muxtariyyatı  müxtəlif  xərçənglər  üçün  müxtəlif  olur. 
Məs:  bəzi  xərçəng  şişləri  orqanizmin  endokrin 
sisteminin  nəzarətində  olursa,  digərləri  isə  ondan  asılı 
olmadan inkişaf edir. Xərçəng şişi hüceyrələrinin bu cür 
muxtariyyatı  onların  orqanizmin  müxtəlif  orqanlarında 
yaşamasına imkan verir. Bəzi şiş hüceyrələri isə qan və 
limfa  dövranı  vasitəsilə  orqanizmin  digər  sahələrinə 
ötürülür  və  orada  metastaza  verirlər.  Öz  əsas 
funksiyasının  yerinə  yetirilməsinə  daha  doğrusu 


 
292 
hüceyrənin  yaşamasını  təmin  edən  proseslərin 
getməsinə  görə  şiş  hüceyrələri  normal  hüceyrələrdən 
fərqlənmir.  Müxtəlif  sintetik  proseslərin  getməsinə, 
çoxalmasına  görə  də  şiş  hüceyrələrini  «xəstə» 
hüceyrələr  adlandırmaq  olmaz.  Onların  çatmamazlığı  -
ixtisaslaşma  xüsusiyyətinin  idarə  olunmaması  və 
məhdudluğundan  ibarətdir.  Bunlar  sanki  «idiot» 
hüceyrələrdir  ki,  çoxalmağa  qadirdirlər,  lakin  inkişafın 
«uşaq»  səviyyəsində  qalırlar.  Bütün  bu  xüsusiyyətləri 
xərçəng  şişi  hüceyrələri  nəsildən-nəslə  ötürür.  Deməli 
bədxassəlilik  şiş  hüceyrəsinin  irsi  xüsusiyyətləridir. 
Odur  ki,  xərçəng  şişi  hüceyrələrinin  çox  vaxt  genetik 
strukturu  dəyişilmiş  mutant    hüceyrələrlə  müqayisə 
edirlər. Xərçəng şişi mutasiyasının yaranmasını müxtəlif 
cür  izah  edirlər.  Bəziləri  belə  hesab  edir  ki,  hüceyrə 
maliqnizasiya  zamanı  differensiasiyanı  idarə  edən 
hansısa  bir  tənzimedici  geni  mutasiya  nəticəsi  olaraq 
itirir.  Bəzi  alimlər  isə  göstərir  ki,  həmin  amillər  itmir, 
lakin bir çox hüceyrə nəslində gizli qalan viruslar və ya 
müəyyən maddə təsirindən genin fəaliyyəti dayandırılır. 
Beləliklə  hüceyrə  genomuna  DNT-nin  tənzimedici 
funksiyasını  dəyişdirən  amillər  daxil  olur.  Beləliklə 
hüceyrənin bu və ya digər tənzimedici geni itirməsi və 
ya  həmin  genlərin  fəaliyyətinin  dayanması,  hüceyrənin 
virus  təbiətli  əlavə  genetik  informasiyanı  almasından 
asılı  olmayaraq  hüceyrə  üçün  nəticə  eyni  olur,  yəni 
bütün  bu  hallarda  hüceyrənin  genotipi  dəyişir,  somatik 
mutasiya  baş  verir  və  qız  hüceyrələrə  fasiləsiz  olaraq 
deffekti tənzimləmə məlumatı ötürülür. 
 


 
293 
HÜCEYRƏNİN  BÖLÜNMƏSİNİN  
HÜCEYRƏDAXIİLİ, HÜCEYRƏARASI,  
ORQANİZM  SƏVİYYƏSİNDƏ TƏNZİMİNİN  
MEXANİZMLƏRİ.  RADİASİYANIN 
HÜCEYRƏLƏRİN  BÖLÜNMƏSİNƏ  TƏSİRİ 
 
Hüceyrələrin  bölünməsi  müxtəlif  səviyyələrdə 
tənzimlənir.  
1.
 
Hüceyrədaxili səviyyə: 
a) Genom – nüvə səviyyəsi. Mitoza cavabdeh olan 
hüceyrələrin  təsiri  ilə  baş  verir.  Hüceyrə  genomunda 
«İlkin»  və  «sonrakı»  proliferativ  cavab  genləri  var. 
«İlkin» genlər fos və mus genləri, «sonralı» genlərə ras 
və  mub  genləri  aiddir.  Bu  genlərin  yaratdığı  zülallar 
hüceyrənin mitoza daxil olmasını stimullaşdırır və onun 
sürətini artırır.  
b)  Sitoplazma  nüvə  tərkibinə  həll  olmuş  müxtəlif 
faktorlarla  təsir  edə  bilir,  bunlar  triqqer  zülallarıdır. 
Mitozu zəiflədə və aktivləşdirə bilirlər.  
b)  Sitolemma  komponentləri  (zülallar  və 
qlikoproteidlər)  mitozun  aktivliyinə  tənzimləyici  təsir 
göstərə bilirlər. Onlar çoxalmanın kontakt tormozlanma 
fenomenində iştirak edir, lakin sərbəst tənzimləyici kimi 
də təsir göstərə bilirlər.  
2. Hüceyrəarası səviyyə: 
a) Çoxalmanın kontakt tormozlanması effekti. 
İki  hüceyrənin  sıx  kontaktı  zamanı  onların 
bölünməsi  dayanır.  Bu  təsir  plazmolemmadan, 
sitoskeletə sonra nüvəyə ötürülür. Hüceyrə kulturasında 
toxumanın yalnız bir qatlı vəziyyətdə böyüdüyünü məhz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə