Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/69
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21545
1   ...   61   62   63   64   65   66   67   68   69

 
302 
sala  bilir.  Bu  cür  rolu  uşaqlıq  borularının  çoxqatlı 
epitelinin  langerhans  hüceyrələri  üçün  də  müəyyən 
etmişlər.  Apoptozu  eyni  zamanda  limfositlər,  həm  də 
ola bilsin başqa hüceyrə qrupu induksiya edə bilsin.  
3. Orqanizm səviyyəsində  
a)  İmmun  tənzimlənmə.  Apoptozu  immun 
sisteminin  müxtəlif  hüceyrələri  və  immun  mediatorlar 
induksiya  edə  bilər.  Antitellər  vasitəsilə  baş  verən 
apoptoz  sübut  olunub.  O  antitellərin  hüceyrə 
reseptorlarına təsirindən başlayır. 
b) 
Hormonal  tənzim.  Steroid  hormonlar 
apoptozun  indikatorlarından  biri  hesab  olunur. 
Steroidlərə həssas reseptorları olmayan hüceyrələr aktiv 
ölümə məruz qalmırlar. Məsələn: leykoz hüceyrələrində 
bunu  müşahidə  etmək  olar.  Qlikortikoidlərin  apoptoza 
təsiri nukleazalar vasitəsi ilə DNT-nin  nükleosomarası 
fraqmentlənməsinin stimullaşmasına əsalanır. Apoptozu 
induksiya  etmək  xüsusiyyətlərinə  görə  steroidlər 
bədxassəli şişlərin müalicəsi zamanı istifadə olunur. 
Bəzi  hallarda  apoptoz,  hormonun  artığı  ilə  yox, 
çatışmazlığı  ilə  induksiya  olunur.  Belə  ki,  qanda 
testesteronun 
və 
adernokortikotrop 
hormonunun 
çatışmaması  zamanı  prostat  və  böyrəküstü  vəzinin 
qabığının  hüceyrələrinin  apoptozu  güclənir.  Prostatın 
xərçəngi 
zamanı  kastrasiya  effekti  yəqin  ki, 
androgenlərin  çatışmazlığından  yaranan  xərçəng 
hüceyrələrinin  apoptozunun  fəallaşmasına  əsaslanır. 
Digər  tərəfdən,  qadın  cinsiyyət  hormonları  və  onların 
sintetik  analoqları  həmçinin  prostat  vəzidə  apoptozu 
fəallaşdırır. 


 
303 
Sinir  tənzimi.  Sinir  sistemi  də  apoptozun 
tənzimlənməsində  iştirak  edir.  Müəyyən  olunub  ki, 
hüceyrələrin apoptozunu orqanın degenerasiyası yolu ilə 
induksiya etmək olar. 
Aşağıda  apoptozun  indikator  və  ingibitor 
maddələri və faktorları göstərilib. 
 
İndikatorlar 
İngibitorlar 
Şişlərin nekrozu 
faktorları 
Böyümə faktorları 
Böyümə faktorlarının 
kənarlaşdırılması 
Hüceyrəkənarı matriks 
Kalsium 
2, 3, 4, 10 interleykinləri 
Hüceyrəkənarı matrikslə 
kontaltın itirilməsi 
Androgenlər, estrogenlər 
İnterleykin-1 

- interferon  
qlikokortikoidlər 
Şiş indikatorları 
γ-interferon 
Sink  
 
Apoptoz  yüksək  və  alçaq  temperaturun,  virus 
infeksiyasının,  bakterial  toksinlərin,  rentgen  və 
ultrabənövşəyi şüalanmanın və digər fiziki, kimyəvi və 
bioloci amillərin təsirindən induksiyalana bilər.  
Apoptozun ümümi bioloji və tibbi əhəmiyyəti 
1.  Embriogenezdə  apoptoz.  Bu  zaman  böyümə  ilə 
bərabər 
embrional 
cisimciklərin, 
toxumaların, 
orqanların  reqressiyası  da  baş  verir.  Embrional  inkişaf  
çoxlu  sayda  hüceyrə  artığının  yaranması  ilə  müşayiət
 
olunur,  bunlar  vaxtı  gəldikdə  apoptoza  uğrayır.  Bu 


 
304 
toxuma ehtiyatının yaranmasına və mərhələli inkişafına 
imkan verir. 
2.  Yaşlı  orqanizmin  toxumalarında  qocalan 
hüceyrələrin  apoptozu.  Apoptozun  köməyi  ilə  qoca 
hüceyrələr  məhv  olur  və  gövdə  hüceyrələrinin 
bölünməsi  nəticəsində  yaranan  yeni  hüceyrələrlə  əvəz 
olunur  (yeniləşən  və  böyüyən  toxumalar).  Statik 
toxumalarda  daimi  apoptozun  nəticəsində  toxuma 
populyasiyalarının sayı yaşlaşdıqca azalır. 
3.  Yetişmiş  toxumaların  involyusiyası  zamanı 
apoptoz.  İnsan  qocaldıqda  cinsiyyət  orqanlarında, 
uşaqlıqda  və  süd  vəzilərində  doğuşdan  və  süd 
əmizdirmədən sonra baş verir.  
4.  İmmun  sistemin  hüceyrələrində  apoptoz. 
Timusun  involyusiyası  zamanı,  periferik  immun 
orqanlarda immun reaksiyalardan sonra baş verir.  
5.  Apoptoz  zəif  zədələrə,  zəif  ekstremal  xarici 
amillərə cavab ola bilər. 
6.  Atrofil,  degenerativ,  infeksion,  onkoloji 
xəstəlillər  zamanı  apoptoz  baş  verir.  Apoptozun 
induksiyası  və  zəifləşməsi  ilə  bağlı  xəstəlikər 
mövcuddur. Aşağıda bəzi xəstəliklər göstərilir. 
 
 
 
Apoptozun zəifləməsi ilə 
bağlı olan xəstəlillər 
Apoptozun 
fəallaşması ilə bağlı 
olan xəstəlillər 
Bronxial astma 
Spid 


 
305 
Atropik dermatit 
Autoimmun xəstəliklər 
Qlomerulonefrit 
Şizofereniya 
Onkoloji xəstəliklər 
Anemiya 
Miokard infarktı 
İnsult 
 
7. Yeniləşən populyasiyalarda apoptoz. Normada 
belə  toxuma  populyasiyalarında  bölünmə  nəticəsində 
lazım  olandan  çox  hüceyrə  əmələ  gəlir.  Bu  zaman 
homoestazın  tənzimlənməsi  üçün,  yeni  yaranan 
hüceyrələrin  artığı  o  saat  apoptoza  məruz  qalır,  lazım 
olan  hüceyrələr  isə  diferensiasiya  edir.  Bu  proses 
toxumanın  qəflətən  baş  verən  təzyiqə  adaptasiya 
proseslərinin  əsasını  təşkil  edir.  Belə  təzyiq  olarsa 
«artıq»  hüceyrələrdə  apoptoz  sonrakı  diferensiasiya 
proqramı ilə əvəz olunur və funksional hüceyrələrin sayı 
artır 
8.  Mutasiyaya  uğramış,  virusla  zədələnmiş 
hüceyrələrin  apoptozu.  Bu  orqanizmin  zədələnmiş 
hüceyrələrin  apoptozu,  orqanizmin  zədəli  o  cümlədən 
şiş  hüceyrələrindən  azad  olunmasına  komək  edir. 
Onkoloji  xəstəliklər  zamanı  hüceyrə  apoptozunun 
induksiya  amilləri  zəifləyir.  Belə  hüceyrələr  məhv 
olmur  və  bölünməyə  məcburdur,  bu  da  şişlərin  əmələ 
gəlməsinə şərait yaradır. Apoptozun induklsiya edilməsi 
bu  xəstəlikdə  müalicənin  əsasını  təşkil  edir.  Digər 
tərəfdən  immun  sistemin  hüceyrələri  orqanizmi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə