Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/69
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21545
1   ...   58   59   60   61   62   63   64   65   ...   69

 
278 
dəyişkənliklərinə  rast    gəlinir.  Anormal  sürfələrdə 
nisbətən  ondan  az  xromosom  dəyişkənlikləri  müşahidə 
olunur.  Bu  cür  xromosom  dəyişkənlikləri  yəqin  ki, 
yumurta  hüceyrəsinin  ona  köçürülmüş  nüvəyə  olan 
təsirindən  yaranmışdır.  Lakin  bu  cür  dəyişkənlik 
yumurta  hüceyrəsinin  blastula  mərhələsinə  qədər 
inkişafına mane olmamışdır. 
Deməli  bütün  yuxarıda  deyilənlərdən  belə  nəticə 
çıxır ki, somatik hüceyrələrin nüvələri nəinki aid olduğu 
orqanizmin  bütün  genetik  informasiyasını  özündə 
saxlayır,  həmçinin  normal  fərdi  inkişafı  təmin  etmək 
potensial imkanına da malikdir. 
Ali  orqanizmlərin  orqan  və  toxumlarını  əmələ 
gətirən  hüceyrələr  sitoplazmanın  quruluşu  və  fizioloji 
xüsusiyyətləri  ilə  bir-birindən  fərqlənirlər.  Bəzi  epiteli 
hüceyrələrində  eləcə  də  birləşdirici  toxumanın  bəzi 
hüceyrələrində  sitoplazma  rüşeym  hüceyrələrinin 
xüsusiyyətlərini özündə saxlayır. Bu hüceyrələr rüşeym 
hüceyrələrindən  suyun  müəyyən  hissəsini  itirməsi  və 
yapışqanlığının  çoxalması  ilə  fərqlənirlər.  Başqa 
hüceyrələrin  differensiasiyası  zamanı  isə  sitoplazmada 
daha  dərin  kimyəvi  və  quruluş  dəyişiklikləri  müşahidə 
edilir.  Bu  dəyişikliklər  hüceyrənin  müəyyən  spesifik 
funksiyasına  uyğun  gəlir.  Adətən  onlar  daimi  olub 
hüceyrənin  bütün  həyat  fəaliyyəti  prosesində  mövcud 
olurlar  ki,  bununla  da  paraplazmadan  (törəmələrdən) 
fərqlənirlər.  Differensiasiyaya  uğramış  strukturları 
hüceyrənin 
əsas 
komponentlərinin 
məsələn: 
sitoplazmatik  membranının,  hüceyrə  matriksinin 
orqanoidlərinin 
spesifık 
adaptasiyası 
və 
ya 


 
279 
modifikasiyası  kimi  qəbul  etmək  olar.  Çox  halda 
differensiasiya  hüceyrə  matriksində  baş  verir.  Məs: 
əzələ  hüceyrələrində  miofibrillər  və  miofilomentlər, 
neyronlarda  neyrofibrillər  və  neyrofilomentlər,  epiteli 
hüceylərində  tonofibrillər  və  tonofilomentlər.  Misal 
olaraq  tonofibrillərin  differensiasiyasını  nəzərdən 
keçirək. Epiteli hüceyrələrində olan fibrilyar strukturlar 
hüceyrələrin  adqeziyası  (yapışması)  və  epiteli 
hüceyrələrinin mexaniki funksiyalarına uyğunlaşmışlar.  
Tonofibrillər  xüsusi  mexaniki  funksiya  daşıyan 
fibril-zülalı keratindən təşkil olmuşdur. Onlar epitelinin 
bəzi törəmələrinin (tük, dəri, dırnaq) əsas kütləsini təşkil 
edir. Belə epiteli hüceyrələrində sitoplazma matriksinin 
əsas 
hissəsi 
nazik 
sapvari 
komponent-keratin 
fibrillərindən əmələ gəlmişdir. Matriksin digər hissəsini 
isə  az  miqdar  endoplazmatik  tor  və  ribosomlar  təşkil 
edir.  Keratinləşmə  və  ya  buynuzlaşma  adlanan  bu  cür 
differensiasiya  prosesi  epiteli  toxumasının  dərin 
qatlarından  periferik  qat  hüceyrələri  istiqamətində  baş 
verib, fasiləsiz olaraq fəal sitoplazma həcminin azalması 
ilə  müşaiyət  olunur.  Belə  hüceyrələrdə  azacıq 
endoplazmatik tor sahəsi və bir neçə mitoxondri qalır. 
Keratin  fibrilləri  hüceyrənin  uzunu  boyu  xüsusi 
cərgələrlə  yerləşir,  hüceyrənin  mexaniki  qüvvələri  ilə 
müəyyənləşir  və  həmin  toxumaya  öz  təsirini  göstərir. 
Bu xüsusilə hüceyrənin bazal hissəsində desmosomlara 
bənzəyən xüsusi qalınlaşmalar şəklində gözə çarpır. Elə 
burada  hüceyrənin  bazal  hissəsində  keratin  fibrillər 
hüceyrənin  xarici  membaranını  qalınlaşdırır.  Bu 
strukturlar  epiteli  hüceyrəsinin  ona  yaxın  birləşdirici 


 
280 
toxumaya  adgeziyasını  təmin  edir.  Patoloji  proseslərdə 
və  ya  eksperimental  olaraq  adgeziya  kəskin  surətdə 
dəyişir. Məs: yaralanma zamanı qalınlaşmış sahələr itir, 
bununla  əlaqədar  olaraq  epiteli  hüceyrəsi  hərəkət 
qabiliyyəti  kəsb  edir.  Yara  sağalanda  qalınlaşmalar 
yenidən  bərpa  olunur.  Differensiasiyaya  təmiz  sitoloji 
cəhətdən 
yanaşsaq 

zaman 
differensiasiyaya 
hüceyrələrin  mövcud  və  potensial  funksiyalarının 
ixtisaslaşmasını  təmin  edən  proses  kimi  baxmaq 
lazımdır.  Hüceyrələr  differensiasiyaya  uğradıqca  hər 
hansı  spesifik  funksiyanın  yerinə  yetirilməsinə  adaptiv 
uyğunlaşırlar,  bu  halda  onlar  digər  vəzifələri  yerinə 
yetirmək  funksiyalarını  itirirlər.  Bəzi  hallarda 
differensiasiya  müvəqqəti  və  dönən  olur.  Belə 
differensiasiyaya modulyasiya deyilir. Digər halda isə o, 
sabit və dönməyən olur. Bir qayda olaraq differensiasiya 
interfaza  mərhələsində  və  ya  bölünmələr  arasındakı 
dövrdə  (sinir  hüceyrələrində)  yaxud  bölünmə  tamam 
dayanandan  sonra  baş  verir.  Rüşeymin  sinir  lövhəsinin 
differensiasiyaya  uğramış  hüceyrələrindən  yaranan 
neyroblastlar  differensasiyaya  uğradıqdan  sonra  nəinki 
yüksək  dərəcədə  ixtisaslaşırlar,  həm  də  bölünmə 
qabiliyyətini  itirirlər.  Lakin  yaşlı  orqanizmdə  elə 
hüceyrələr  var  ki,  nəinki  zəif  differensiasiyaya 
uğramışlar,  hətta  müəyyən  şəraitdə  başqa  tipli 
hüceyrələrə  də  çevrilə  bilirlər.  Məsələn:  qan  yaradıcı 
üzvlərin  retikulyar  hüceyrələri  qan  hüceyrələrinə  və 
birləşdirici toxumanın  müxtəlif hüceyrələrinə başlanğıc 
verirlər.  Buradan  məlum  olur  ki,  hüceyrələr 


 
281 
differensiasiyaya 
uğradıqda 
tədricən 
inkişaf 
potensiyalını itirə bilirlər. 
 

c
EYRƏLƏRİN  PATOLOGİYASI 
 
İstər  ayrı-ayrı  hüceyrələr,  istərsə  də  çox  hüceyrəli 
orqanizmlər  müxtəlif  amillərin  təsirinə  məruz  qaldıqda 
onlarda  struktur  funksional  dəyişkənliklər,  həyatı 
funksiyaların  dəyişkənlikləri  patologiya  baş  verir.  Tək 
hüceyrəli orqanizmlərin  patoloji  dəyişkənlikləri  zamanı 
hüceyrə  strukturlarının  zədələnməsi  dərəcəsindən  asılı 
olaraq ya hüceyrə (orqanizm) ölür və ya  da zədələnmə 
ilə  mübarizədə  həyatını  bərpa  edə  bilir.  Çoxhüceyrəli 
orqanizmdə  isə  bir  sıra  səbəblərdən  bir  qrup  hüceyrə 
zədələnir.  Həmin  hüceyrələrin  zədələnməsi  əlavə  bir 
sıra  digər  funksional  pozulmaların  yaranmasına  səbəb 
olur,  onlar  isə  öz  növbəsində  digər  hüceyrələrin 
zədələnməsinə  səbəb  olur  ki,  beləliklə  bütöv  orqanizm 
xəstələnir,  xeyli  hüceyrə  və  toxuma  sistem  halında 
patoloji  dəyişkənliyə  uğrayır.  Başqa  sözlə  desək 
çoxhüceyrəli  orqanizmin  patoloji  dəyişkənliyinin 
əsasında hüceyrə və ya bir qrup hüceyrənin zədələnməsi 
durur.  Bu  ideyanı  ilk  dəfə  R.Virxov  «hüceyrə 
patologiyası»  adlı  məhşur  kitabında  vermişdir. 
Doğrudan  də  əgər  biz  geniş  yayılmış  şəkər  diabeti 
xəstəliyinin  patogenezinə  nəzər  salsaq  o  zaman  həmin 
xəstəliyin  ilkin  hüceyrə  strukturlarının  pozulması  və 
ondan  irəli  gələn  hüceyrə  və  orqan  strukturlarının 
pozulmasının  nəticəsi  olduğunu  görərik.  Bu  xəstəlik 
hiperqlikemiya  qanda  şəkərin  miqdarının  artması  ilə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə