Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/69
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21545
1   ...   52   53   54   55   56   57   58   59   ...   69

 
252 
qabiliyyətli  hissələr,  elementlər  vardır  ki,  onlar 
hüceyrənin  ekvatoruna  yönəlmiş  vəziyyətdə  olurlar. 
Bunlara  yığılma  həlqələri  deyilir.  Belə  həlqələrin 
yığılması,  qısalması  nəticəsində  hüceyrə  ortadan 
büzülür  və  ən  nazik  yerdən  ayrılaraq  iki  hüceyrə 
yaranmasına səbəb olur. Beləliklə, yığılma həlqələrinin 
iş mexanizmi əzələ fibrilərinin iş mexanizminə oxşayır. 
Maraqlı  cəhətdir  ki,  hüceyrədə  bu  cür  arakəsmənin 
yaranması mühitdə ATF-in olması ilə sıx əlaqədardır.  
Beləliklə,  mitoz  prosesində  əsas  rol  oynayan, 
dəyişikliyə  uğrayan  nüvə  və  nüvə  komponentləri,  iy 
telləri və plazmatik membrandır. Lakin bu proses bütün 
hüceyrəyə  xas  olan  proses  olduğu  üçün  burada 
sitoplazma komponentləri də iştirak edir və bu prosesdə 
müəyyən dəyişikliyə uğrayırlar.  
Belə ki, sitoplazmatik şəbəkənin çənlər və kanallar 
sistemi kəskin reduksiyaya uğrayır, vakuollara və kiçik 
hissələrə  parçalanır.  Mitotik  aparatın  inkişafı  ilə 
əlaqədar  olaraq  sitoplazmanın  membran  elementləri  və 
orqanoidləri 
hüceyrənin 
kənarlarına 
sıxışdırılır. 
Metafaza  mərhələsində  mitoxondrilər,  prastidlər, 
lizosomlar  və  digər  orqanoidlər  ya  hüceyrəni  qütb 
zonalarına  sıxışdırır  və  iy  tellərini  əhatə  edirlər. 
Hüceyrələr  bölünəndə  orqanoidlər  qız  hüceyrələrində 
bərabər paylanırlar. 
 
 
  
 


 
253 
MİTOZUN TİPLƏRİ 
 
Ana  hüceyrənin  bölünməsindən  alınan  qız 
hüceyrələrinin sonrakı taleyinə görə üç  cür mitoz ayırd 
edirlər
:
 
-
 
Simmetrik 
-
 
Assimetrik 
-
 
Transformasiyalaşdırıcı mitoz 
Simmetrik  mitoz  hüceyrələrin  mitoz  yolla  elə 
bölünməsinə  deyilir  ki,  bu  zaman  əmələ  gələn  hər  iki 
qız  hüceyrə  həm  həcmcə  bərabər  olur,  həm  də  ana 
hüceyrədən onun genetik materialını tam bərabər olaraq 
almış  olur.  Belə  hüceyrələr  qısa  müddət  interfaza 
mərhələsini keçməklə yenidən hər bir hüceyrə bölünmə 
qabiliyyətinə  malik  olur  və  özünə  oxşar  hüceyrələr 
yaradırlar.  Məs:  qan  hüceyrələri,  bağırsaq  epitelisi 
hüceyrələri və s.  
Assimetrik  mitoz  nəticəsində  hüceyrənin  genetik 
materialı  tam  bölünsə  də  sitoplazmanın  qeyri-tam 
bölünməsi  nəticəsində  həcmcə    iki  müxtəlif  hüceyrə 
alınır.  Onlardan  iri  hüceyrə  sonradan  bölünmə 
qabiliyyətinə malik olur, kiçik hüceyrə isə ya tamamilə, 
ya da bir neçə bölünmədən sonra bölünmə qabiliyyətini 
itirir. 
Məs: 
bir 
sıra 
orqanizmlərin 
yumurta 
hüceyrələrinin  spiral  paralanması  zamanı  əmələ  gələn 
makromer  və  mikromer  hüceyrələri.  Makromerlər 
bölünməni  davam  etdirir,  mikromer  hüceyrələr  isə  bir 
neçə bölünmədən sonra bölünmə qabiliyyətini itirirlər.  
Transformasiyalaşdırıcı  mitoz  zamanı  əmələ 
gələn qız hüceyrədə elə maddələr sintez olunur ki, onlar 


 
254 
hüceyrədə geri dönməz dəyişikliklər yaranmasına səbəb 
olurlar,  belə  dəyişikliklər  isə  hüceyrənin  məhvinə 
gətirib  çıxarır.  Məs:  dərinin  epiteli  hüceyrələrinin 
sitoplazmasında  elə  buynuzvari  maddələr  sintez  edilir 
ki, onlar bölünmə qabiliyyətinin itməsinə səbəb olurlar. 
Assimetrik 
və 
transformasiyalaşdırıcı 
mitozun 
yaranmasına  səbəb  olan  faktorların  mexanizmi  hələlik 
tam  məlum  deyil,  lakin  bəzi  hallarda  qız  hüceyrələrdə 
həcmcə    müxtəlifliyin  əmələ  gəlməsini  onunla  izah 
edirlər  ki,  iki  qrup  anafaz  xromosomlar  sitoplazmanın 
müxtəlif keyfiyyətli sahələrinə düşürlər.  
Mitotik  aktivliyin  requlə  edilməsi.  Hüceyrələrin 
interfaza  və  mitotik  rejiminin  öyrənilməsi  ümumi  bir 
qanunauyğunluq  yaranmasına  gətirib  çıxarır.  Bu 
qanunauyğunluq  ondan  ibarətdir  ki,  orqanizmdə 
bölünmə  yolu  ilə  çoxalan  hüceyrələrin  miqdarı,  ölən, 
məhv  olan  hüceyrələrin  miqdarına  bərabərdir.  Deməli 
toxumanı  təşkil  edən  hüceyrə  populyasiyası  öz-özünü 
tənzim edən sistemdir. 
D.Meziyaya görə hər bir normal hüceyrə bölünmə 
qabiliyyətinə  malikdir,  ancaq  bəzi  halda  o  ya 
tormozlanır  ya  da  ləngiyir.  Tormozlanma  müxtəlif 
dərəcədə  ola  bilər.  Bəzən  tormozlanma  elə  dərin  ola 
bilər ki, o geri dönməyə bilər.  
Tormozlanma  haqqında  təsəvvürlər  orqanizmdəki 
hüceyrələrin fəallığının requlə edilməsi ilə yaxşı uzlaşır. 
Belə  ki,  mitotik  aktivlik  və  ya  müəyyən  vaxt  ərzində 
bölünən  hüceyrələrin  miqdarı  dəyişkən  ola  bilər. 
Müxtəlif  orqanların  hüceyrələrində  sutkalıq  ritm 
müəyyənləşmişdir.  Orqanizmin  sakitlik  dövründə 


 
255 
hüceyrələr  daha  çox  bölünürlər.  Orqanının  şiddətli 
funksiyası  zamanı  isə  mitoz  zəifləyir.  Çox  hallarda  bu 
orqanizmin  hormonal  fəaliyyəti  ilə  əlaqədar  olur. 
Məsələn:  Ağrı  hissəsindən  və  ya  digər  qıcıqlanmadan 
mitozun  azalması  bu  zaman  çox  miqdar  adrenalin 
ayrılması  ilə  əlaqədar  olur.  Bölünən  hüceyrələrin 
miqdarının  dəyişməsi  bir  qayda  olaraq  mitoza  sərf 
olunan vaxtın dəyişməsi ilə deyil, interfazanın müxtəlif 
mərhələlərinə  sərf  olunan  vaxtın  dəyişməsi  ilə 
əlaqədardır.  Belə  ki,  müxtəlif  amillərin  təsirinə 
interfazanın  G
1
  dövrü  (DNT  repliksiyasına  hazırlıq 
dövrü)  və  G
2
  dövrü  çox  həssasdır.  Hüceyrələrin  bu 
dövrdə  gecikməsi  interfazanın  uzanmasına  və  beləliklə 
ümumi  bölünən  hüceyrənin  miqdarının  azalmasına 
səbəb  olur.  Lakin  gün  ərzində  və  ya  günün  müxtəlif 
dövrlərində  mitotik  aktivlik  bir  neçə  dəfə  dəyişirsə  də 
bölünən  hüceyrələrin  sayı  gün  ərzində  hər  bir  orqan  
üçün  daimi  qalır.  Bu  hal  belə  mülahizə  etməyə  imkan 
verir  ki,  orqanizmdə  mitotik  tsiklin  dövrünü, 
hüceyrələrin  bərpasını  requlə  edən  ümumi  mexanizm  
mövcuddur. 
 
HÜCEYRƏ POPULYASİYASININ TƏSNİFATI 
 
Bölünən  hüceyrələrin  yaşama  müddəti  bir 
bölünmədən  digər  bölünməyə  sərf  olunan  dövr  kimi 
qiymətləndirmək  mümkündür,  lakin  yuxarıda  qeyd 
etdiyimiz  kimi  orqanizmdə  çox  miqdar  hüceyrələr  var 
ki,  onlar  artıq  bölünmürlər,  anjaq  öz  funksiyalarını 
yerinə  yetirirlər.  Bu  cür  hüceyrələrin  yaşama  müddəti 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə