56
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA» № 2, mart-aprel 2009
________________
Alətşünaslıq. Органология
Səadət ABDULLAYEVA
sənətşünaslıq doktoru, professor
ÇALĞI ALƏTLƏRİMİZ TƏSVİRİ SƏNƏTDƏ
Milli sərvət sayılan çalğı alətlərimiz zənginliyi və müxtəlif növlüyü ilə
seçilir. Qobustan qayaüstü rəsmlərinin yaxınlığında yerləşən və zərb aləti
kimi istifadə edilən “qavaldaş” xalqımızın yaşadığı ərazilərdə arxeoloji
qazıntılar zamanı aşkar olunan əşyaların, qəbir daşlarının və mis qələmdanın
üzərində müxtəlif çalğı alətlərinin həkk edilməsi, onların qədim tarixə malik
olmasını göstərir [1, 182, 2, 44; 3, 74]. Çalğı alətlərinin müəyyən hissəsi
təkmilləşərək dövrümüzə gəlib çatmışdır. Hər bir çalğı aləti ifaçının əlində
“xəzinə”dir, onu qoruyur, onunla fəxr edir. Onların xarici görünüşü, səs
imkanı və ifa tərzinə görə xalqın musiqi təfəkkürü, estetik zövqü haqqında
fikir söyləmək mümkündür. Çünki, hər bir çalğı aləti cəmiyyətin sosial,
mədəni və mənəvi tələbatından yaranmışdır.
Müasir təsnifatın əsaslandığı səs mənbəyinə görə, Azərbaycanda yayılan
çalğı alətlərindən 32-si simli (onlardan 26-sı mizrabla, 4-ü kamanla, 2-si
çubuqla çalınırdı), 23-ü nəfəs (9-u dodaqla çalınan, 7-si dilli, 7-si müştüklü),
16-sı zərb (1-i birüzlü, 6-sı ikiüzlü), 17-sı isə özüsəslənən (11-i vurulan, 5-i
silkələnən, 1-i dartılan) alətlər qrupuna aid idi [4, 122-125].
Göründüyü kimi, Azərbaycanda mizrabla çalınan simli alətlər daha geniş
yayılmışdı. Bu qrupa daxil olan alətlər tarixçilərin, səyyahların
məlumatlarına və Orta əsr rəssamlarının çəkdikləri miniatürlərə görə bir
vaxtlar əsasən kef məclislərində, şahların və zadəganların rəsmi qəbullarında
səslənirdi. Təəssüf ki, bu alətlərin əksəriyyəti zaman axarında unudularaq
tədricən sıradan çıxmışdır. Ona görə də bu alətlərin yenidən “həyata”
qaytarılması günün tələbi idi. Artıq bu yolda uğurlu addımlar atılmışdır.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət
göstərən “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi
laboratoriyası”nda (rəhbəri əməkdar artist, sənətşünaslıq namizədi Məcnun
Kərimovdur) unudulmuş alətlərdən rud, rübab, bərbət, çəng, qopuz, çoğur,
çəğanə, Şirvan tənburu, səntur və nüzhə bərpa edilmişdir. Onların əksəri yeni
təşkil olunmuş ansamblın tərkibinə daxil edilmişdir. Bu şərəfli işə
Azərbaycan
Milli
Konservatoriyasının
“Milli
musiqi
alətlərinin
təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının rəhbəri, sənətşünaslıq
namizədi Abbasqulu Nəcəfzadə də qoşulmuşdur. Şübhəsiz, yaxın gələcəkdə