Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə20/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   16   17   18   19   20   21   22   23   ...   72

57
 
vaxtilə Azərbaycanda yayılan alətlərin çoxu xalq 
çalğı  alətləri  orkestr  və  ansambllarının  tərkibinə 
daxil  edilərək,  onların  səslənməsini  daha 
rəngarəng  və  möhtəşəm  edəcəkdir.  Bununla  da 
zəngin  musiqimizin  bütün  melodik  və  ritmik 
xüsusiyyətlərini, 
incəliklərini 
dinləyicilərə 
çatdırmaq mümkün olacaqdır. 
Üzeyir Hacıbəylinin “ən ziyadə istemal edilən 
alətin  birincisi”,  “Şərq  musiqi  təhsilini  genişlən-
dirə  bilən  alətdən  ən  qiymətlisi,  ən  mühümü” 
saydığı tar, “melodik alətlərdən ən gözəli” adlan-
dırdığı  kamança,  aşıqların  “həmdəmi”  sayılan 
saz, Məhəmməd Füzulinin “sirr sandığına” oxşat-
dığı  qanun,  vaxtilə  bütün  alətlərin  “şahı”  hesab 
edilən  ud  müasir  dövrümüzdə  Azərbaycan  xal-
qının ən geniş yayılan simli alətlərini təşkil edir.  
Simli  alətlərin  əksəriyyəti  Orta  əsr  miniatürlərində  çalğıçıların 
səsləndirdiyi vəziyyətdə təsvir edilmişdir. Müasir təsviri sənət ustalarımız da 
əsərlərini  yaradarkən  onlara  yer  vermişlər.  Çalğı  alətləri  natürmort, 
dekorativ-sənət  nümunələrində,  kitabların  bədii  tərtibatında  və  ekslibrisin 
tərtibində əsas obyekt kimi seçilmişdir.  
 
Tarın  şəkli  yalnız  XIX  əsrdə  çəkilmiş  boyakarlıq  əsərlərində  əks 
olunmuşdur. Buну da onun göstərilən dövrdən başlayaraq geniş yayılması ilə 
izah etmək olar. Müasir tar natürmortda təsvir edilmişdir. Görkəmli bəstəkar 
Arif  Məlikovun  Yevgeniya  Şalıginanın  tərtib  etdiyi  ekslibrisində  fortepiano 
və  balet  səhnəsi  ilə  yanaşı  xalq  musiqisi  ilə  bağlılığı  tarın  şəkli  ilə 
göstərilmişdir.   
Orta  əsr  miniatürlərində  təsvir  olunan  kamançanın  alt  qurtaracağı 
döşəməyə söykədilmişdir. Ölçüləri müasir növü ilə müqayisədə iridir. İndiki 
kimi  başlığı  –  taъı  fiqurludur.  Alətin  çanağı  kürə  şəklində  və  ya  yastıdır, 
müasir  növünə  görə  daha  uzun,  girdə  qola,  dayaq  rolunu  oynayan  fiqurlu 
“ayağa” malikdir və tük topasından hazırlanmış kamanla səsləndirilir. 
Qədim  sazın  kiçik  çanağı  və  iki-üç  simi  olmuşdur.  Sonralar  aşıq 
musiqisinin  inkişafı  ilə  əlaqədar  onun  ölçüləri  böyüdülmüş,  sim  və 
pərdələrinin  sayı  artırılmışdır.  Miniatürlərdə  saz  tipli  çalğı  alətlərinə  tez-tez 
rast  gəlinir.  Onlar  da  müasir  növü  kimi  (Mir  İsmayıl  Cəfərovun  “Saz  və 
narlar”  natürmortunda  verilmişdir)  uzun  qola,  nisbətən  kiçik  çanağa 
malikdirlər.  Miniatürlərdə  simlər  və  qola  sarınan  pərdələr  aydın  görünmür. 
Yalnız simlərin sayını qolun qurtaracağında yerləşən aşıqlara görə müəyyən 
etmək  mümkündür.  Bunu  nəzərə  alaraq,  гядим  sazların  4-9  simə  malik 
olmasını söyləmək olar. Alətə, indiki kimi, naxış vurulurdu. 


58
 
Orta  əsr  miniatürlərində  az  da  olsa  qanunun  şəklinə  rast  gəlирик. 
Gövdəsinin xarici görünüşü müasir növünkündən fərqlənir. 
 Ud  (“əl-ud”un  qısaldılmış  şəklidir)  səs  tembrinə  və  diapazonunun 
həcminə  görə,  simli  alətlərин  ən  mükəmməlи  idi.  X  əsrə  qədər  udun  dörd 
simi olub, sonralar ona beşinci sim əlavə edilmiş və səsin gur çıxması üçün 
hər sim qoşalaşdırılmışdır. Ярябляр тяряфиндян яvvəlcə Siciliya adasına və 
İspaniyaya  gətirilmiş  ud  artıq  Оrta  əsrlərdə  bütün  Avropada  “lyutnya”, 
“laot”, “lyuto”, “laud” adları ilə yayılmışdı. XVII - XVIII əsrlərdə ən yüksək 
inkişaf  mərhələsinə  çatmış  ud  burada  tədricən  sıradan  çıxır  və  onun  yerini 
skripka,  gitara  tutur.  O,  yalnız  Şərq  ölkələrində,  əvvəllərdə  olduğu  kimi, 
üstünlüyünü горуйуб saxlayır. 
Klassik şairlərimizin əsərlərinə çəkilmiş miniatürlərdə çalğı alətlərинdən 
ən çox ud təsvir edilmişdir. Bu da həmin alətin populyar olması ilə bağlıdır. 
Miniatürlərdə bir qayda olaraq ud armudabənzər çanaqla, qısa qolla və geriyə 
əyilmiş kəlləsi ilə seçilir. Başqa miniatürlərdə gövdə dairəvi şəkildədir və ya 
eni  uzunluğundan  böyükdür.  Bəzən  udun  üzü  ağac  lövhələrindən 
quraşdırılırdı. Bunu pərçim yerinin uzununa ensiz naxışla örtülməsi göstərir. 
Simlərin  sayını  kəllə  hissəsinin  hər  iki  yan  tərəfində  yerləşdirilən  aşıqlara 
görə  müəyyən  etmək  olar.  Onların  sayı  4,  8,  10  və  11-ə  çatırdı.  Sinə 
taxtasında kəsmə güllərlə bəzədilən rezonator dəliklər yerləşirdi. Udun qolu 
da  böyük  zövqlə  bəzədilmişdir.  Hal-hazırda  istifadə  olunan  ud  natürmort 
kompozisiyanın mərkəzində yer almışdır.  
Bərbət  uda  bənzəyirdi  və  ölçücə  ondan  bir  qədər  böyük  idi.  Miniatür-
lərdən göründüyü kimi, onun da iri gövdəsi, ud kimi qısa qolu, qövs şəklində 
geriyə əyilmiş kəlləsi vardır. Kəllənin yan tərəflərində simləri kökləyən üç və 
iki (üst tərəfdə) aşıq pərçim edilmişdir. 
Rud  haqqında  iki  fikir  mövcud  olmuşdur:  bəzilərin  fikrinə  görə  rud 
bərbətin başqa adıdır, digərləri (əksəriyyət) onların iki müxtəlif alət olduğunu 
qeyd  edirlər.  XVII  əsr  musiqişünası  Dərviş  Əlinin  risaləsində  göstərildiyi 
kimi  [5,  22],  bərbətlə  müqayisədə  rudun  qolu  onun  dörddə  biri  qədər  uzun 
idi.  Bağırsaqdan  hazırlanmış  dörd  simi  və  dəri  üzü  var  idi.  Onu  kamanla 
çalırdılar.  Amma  Firdovsinin  “Şahnamə”  və  Nizaminin  “Xəmsə”sində  rud 
mizrabla çalınan alət kimi təsvir olunur. Mükəmməl alət sayılan rudun kökü 
başqa alətlər kökləndikdə əsas götürülürdü.  
Miniatürlərdə  təsvir  olunan  çalğı  aləti  xarici  görünüşünə  görə 
Tacikistanda  yaşayan  şuqnanların  istifadə etdikləri  rübaba  oxşayır  [6,  172]. 
Amma, bununla belə, onun çanağının forması rübabın bu növündən fərqlənir: 
aşağı hissədə yumrudur və dəri membranla örtülmüşdür. Böyük üst hissənin 
yarısı  isə  bir  qədər  uzunsovdur  və  orta  hissədə  azca  genişlənir.  Daha  sonra 
çanaq  bir  bərabərdə  daralır  və  tədricən  uzun  qola  keçir.  Kəllə,  şuqnan 
rübabında olduğu kimi, qarmaq şəklində эерийя əyilib. Təsvir olunan alətin 
müasir  rübab  növlərindən  zahiri  cəhətcə  fərqlənməsini  nəzərə  alaraq,  bu 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə