Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə13/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   9   10   11   12   13   14   15   16   ...   61

daşlıq Federal Agentliyi-Rossotrudniçestvo”dur). 
“Xariclə mədəni əlaqələr üzrə Ümumittifaq Cəmiy yə -
ti”nin yaradılmasından sonra 20-30-cı illərdən etibarən müt -
təfiq ölkələrdə olduğu kimi Azərbaycanda da buna bənzər
cəmiyyətlər,  birliklər  qurulmağa  başlandı.  İlk  növbədə
Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr
Cəmiyyəti-“Vətən” cəmiyyəti yaradıldı, “Azərnəşr”, “Azərki -
tab” Kitab-Ticarət Birliyi və 26 Bakı komissarı adına “Bakı
fəh ləsi”  mətbəəsinin  birgə  “Azqiz”  nəşriyyat  birliyi  təsis
edildi. Yarandığı ilk illərdə əsasən bədii və uşaq ədəbiyyatı
nəşr edən “Azərnəşr”dən fərqli olaraq “Azqiz” həm də elmi
və elmi-kütləvi ədəbiyyatın çapına diqqət ayırırdı. Bu da öz
növ bəsində, Birliklə Mərkəzi Elmi Kitabxananın 1930-cu
ildə yaradılmış Komplektləşdirmə şöbəsinin əməkdaşlığını
genişləndirirdi. 
1926-cı ildə Berlin universitetinin professoru O.Hetç
Moskvaya gələrək İttifaq ölkələrinin kitabxanaları ilə kitab
mübadiləsi  aparmaq  barədə  danışıqlara  başladı.  Bunun
nəticəsində,  həmin  ilin  sentyabr  ayında  “Alman  Elminin
Təbliği Cəmiyyəti” ilə SSRİ Kitab palatası arasında müqavilə
imzalandı [117, s. 9]. Bu müqavilə nəticəsində, 1929-cu ildə
Mərkəzi Elmi Kitabxanaya Moskvadan ilk dəfə olaraq xarici
ədəbiyyat  partiyası  göndərildi  (məsələn,  alman  dilində
“Brokhauz və Efronun ensiklopedik lüğəti” ). Araşdırmalar
göstərir  ki,  Mərkəzi  Elmi  Kitabxana  kimi  digər  İttifaq
kitabxanalarına da həmin dövrdə əsasən almandilli ədəbiyyat
göndərilib  (lakin  bu  proses  çox  uzun  sürməyib.  Belə  ki,
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
49


tezliklə Almaniyadan SSRİ-yə göndərilən kitablarda “alman
ideyası” və sosializmi tənqid edən materiallar yer almağa
başlayıb). Bunu “Xariclə mədəni əlaqələr üzrə Ümumittifaq
Cəmiyyəti”nin 1929-cu il üçün informasiya bülletenindən
də görmək olar:
1929-cu il üzrə beynəlxalq kitab mübadiləsi statistikası:
Ölkə
Daxil olan kitablar Göndərilən kitablar
Almaniya                              11314 
8736 
Fransa
2527 
3166 
İngiltərə
1058 
2983 
Digər Avropa ölkələri       32084 
29328 
Sirr deyil ki, SSRİ ideoloji aparatı xaricə əsasən sosial-
izmi,  kollektiv  əməyi,  sovet  psixologiyasını  təbliğ  edən,
şəxsiyyətə pərəstiş elementlərini özündə əks etdirən ədəbiy -
ya tın göndərilməsində maraqlı idi. Və həmin dövrün beynəl -
xalq  kitab  mübadiləsi  prosesində  mövzu  ekvivalentliyi
göz  lənilmirdi. Məsələn, Avropa və ya ABŞ-dan alınmış elmi
ədə biyyat  əvəzinə  xaricə  qeyd  etdiyimiz  məzmunda  ədə -
biyyat yola salınırdı. Tezliklə SSRİ-nin kitab mübadiləsi üzrə
xarici partnyorları buna adekvat addımlar atmağa başladılar.
Almaniya ilə kitab mübadiləsi buna real nümunədir. 
Bütün bunlara baxmayaraq, 1930-cu illərin əvvəllə rin -
də SSRİ ən çox ABŞ (357437 nüsxə ədəbiyyat) və Almaniya
(133271 nüsxə ədəbiyyat) ilə kitab mübadiləsi həyata ke çi -
rir di [121, s.72].
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
50


1932-cü ildə Azərbaycan Dövlət Elmi Tədqiqat İnsti-
tutunun əsasında SSRİ EA Zaqafqaziya filialının Azərbaycan
şöbəsinin  yaradılması  haqqında  qərar  qəbul  edildi  və
1933-cü il yanvar ayının 1-dən etibarən Azərbaycan DETİ-
nin  Kitab xanası  “Mərkəzi  Elmi  Kitabxana”  adlanmağa
başladı. 
Həmin  dövrə  qədər  yalnız  Azərbaycan  DETİ-nin
əməkdaşlarına və institutla bağlılığı olan şəxslərə (onların
ara sında aspirantlar da, İ.Qubkin, A.Derjavin, A.Qros sheym,
F.Levinson-Lessinq, İ.Yesman, İ.Meşşanov, N.Marr və ilk
Azərbaycan alimləri-S.Mümtaz, V.Xuluflu, A.Tağızadə, B.Ço -
ban zadə, M.Əfəndiyev, A.S.Məmmədov və b. da vardı) xid -
mət göstərən Kitabxana 1933-cü ildən etibarən respublikada
fə aliyyət göstərən 30 elmi müəssisə və 10-dan çox ali mək -
tə bin 800 elmi işçinə, o cümlədən 87 professor və 138 do -
sen tə xidmət göstərməyə başladı.
Elmi müəssisələrin və ali məktəblərin artan tələbləri fo-
nunda Mərkəzi Elmi Kitabxana öz fondunu profilinə uyğun
ədəbiyyatla daha sürətlə komplektləşdirməyə başladı. Nə ti -
cə də, 1933-cü ilin sentyabr ayında Mərkəzi Elmi Kitabxa -
nada  Mübadilə  fondu  yaradıldı.  Bu  isə  Mərkəzi  Elmi
Kitabxanaya həm yerli, həm də xarici kitabxanalarla kitab
mübadiləsi işini sürətləndirməyə imkan verdi.
1934-cü ildə Mərkəzi Elmi Kitabxana SSRİ-də yerləşən
110 müəssisə və Ümumittifaq Kitab Palatası yanında Bey -
nəlxalq  Mübadilə  Bürosu  vasitəsilə  ABŞ,  Fransa,  İsveç,
İngiltərə və s. xarici ölkələrin kitabxanaları, ali təhsil ocaqları
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
51


ilə mübadilə əlaqələri yarada bilmişdi [102, s.9].
1935-ci ilin oktyabrında SSRİ EA Zaqafqaziya filialının
Azərbaycan şöbəsinin SSRİ EA Azərbaycan Filialına çev ril -
məsi nəticəsində filialın yanında mövcud bölmələr əsasında
Kim ya, Zoologiya, Botanika, Tarix, Etnoqrafiya və Arxeo -
logiya, Dil və Ədəbiyyat Elmi-Tədqiqat institutları, həmçinin
Geologiya,  Energetika,  Torpaqşünaslıq,  Fizika  sektorları
yaradıldı, elmi-tədqiqat istiqamətləri və tədqiqatların sayı bir
neçə dəfə artırıldı. 1935-1944-cü illər ərzində Mərkəzi Elmi
Kitabxananın  təşəbbüsü  ilə  bu  müəssisələrdə  18  sahəvi
kitabxana yaradıldı. Bu da öz növbəsində, həm elmi nəşr lə -
rin, çap məhsullarının çoxalmasına, başqa sözlə, xarici ölkə -
lə  rin  marağına  səbəb  olan  informasiya  massivlərinin
art  masına, həm də Mərkəzi Elmi Kitabxananın fondlarının
xa rici elmi ədəbiyyatla daha da zənginləşdirilməsinə olan
tələbatın yüksəlməsinə səbəb oldu.
1935-сi ildə Mərkəzi Elmi Kitabxana ABŞ, Portuqaliya,
Finlandiya,  İngiltərə,  Türkiyə,  İran,  Danimarka,  İsveç  və
Fran sanın 150 elm və təhsil müəssisəsi, kitabxanası ilə kitab
mübadiləsini  həyata  keçirirdi.  25  dildə  xarici  ədəbiyyat
müntəzəm şəkildə fonda daxil olurdu [118].
Ümumiyyətlə, 1920-1930-cu illərdə, xüsusilə, kapitalist
ölkələri ilə dostluq münasibətlərinin yaradılmasını zəruri
hesab edən Sovet hakimiyyəti, fəaliyyətinin ilk çağlarında
tanışlıq görüşləri, səfərləri və bunların içərisində mədəni
əlaqələrin formalaşdırılmasına mühüm yer verirdi. Həmin
illərdə Sovet İttifaqının dəvəti ilə İtaliya elm və mədəniyyət
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
52


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə