Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə39/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   35   36   37   38   39   40   41   42   ...   61

2002-ci ildə ABŞ-ın Pensilvaniya ştatından olan antro -
po logiya üzrə professor Brus Qrant, Kaliforniya ştatı Los-
Anceles  Şəhər  Kitabxanasının  əməkdaşı,  şərqşünas  alim,
bib lioqraf, Kaliforniya kitabxanalararası Koordinasiya Mər -
kəzinin prezidenti David Hirş, Almaniyanın Martin Lüter
Universitetinin əməkdaşı doktor Adam Folker Kitabxananın
qonağı olmuşlar. 
Müəllif  təhsilinin  bir  hissəsini  Fransanın  Strasburq
şəhərində yerləşən Mark Blok Universitetində aldığı üçün
hələ 90-cı illərin sonlarından etibarən kitabxanaçılıq sahə -
sin də Fransa ilə Azərbaycan arasında elmi-mədəni əlaqələrin
qurul ması üçün müəyyən işlər görmüş, Fransa kitabxana la -
rını ziyarət edərək Mərkəzi Elmi Kitabxana ilə əməkdaşlıq
im kanlarını araşdırmış, dəfələrlə həmin kitabxanalara Azər -
bay can tarixinə, ədəbiyyatına aid nəşrlər hədiyyə etmişdir.
Təhsilini başa vurduqan sonra Fransanın ölkəmizdəki səfirli -
yi ilə sıx əməkdaşlıq etməyə başlamış və 2002-ci ildə Mərkəzi
Elmi  Kitabxanada  hazırda  rəhbəri  olduğu  “Azərbaycan-
Fransa elmi-mədəni əlaqələr” bölməsinin yaradılmasına nail
olmuşdur. 
Açılışında Fransanın Azərbaycandakı səfiri Şantal Pu -
a renin iştirak etdiyi bölmə Fransa səfirliyi tərəfində kom pyu -
ter, audiovizual materialların nümayişi texnologiyası təchiz
edil miş və fransız ədəbiyyatı ilə maraqlanan oxucuların isti -
fadəsinə verilmişdi. Hazırda Kitabxana Fransa, frankofon
ölkələr və Benelüks ilə məhz bu bölmə vasitəsilə beynəlxalq
əlaqələr qurur. 
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
154


2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında
keçirilən struktur dəyişiklikləri ilə əlaqədar olaraq Mərkəzi
Elmi Kitabxananın müdiriyyətinin qərarı ilə “Xarici ədə biy -
yatın komplektləşdirilməsi və beynəlxalq kitab mübadiləsi
şöbəsi”nin apardığı iş növləri genişləndirildi. Şöbənin adı
dəyişilərək  “Qərbi  Avropa  ədəbiyyatı  şöbəsi”  adlanmış,
şöbəyə əlavə olaraq Qərbi Avropa dillərində daxil olan ədə -
biyyatın elektron kataloqlaşdırılması işi əlavə olundu.
2003-cü ilin may ayında Mərkəzi Elmi Kitabxanada
Azərbaycan  Avropa  Ədəbi-Mədəni  Əlaqələr  Mərkəzi  ilə
birlikdə Respublika gününə həsr olunmuş “Azərbaycan ədə -
biy yatının Qərb əlaqələri” mövzusunda elmi-nəzəri konfrans
təş kil olundu. Həmin il 10 minə yaxın xarici ədəbiyyat əldə
edil mişdi ki, onun da 4228 nüsxəsi beynəlxalq kitab mü ba -
diləsi vasitəsilə daxil olmuşdu. Kitabxana Şərq ölkə lə rinə
697, qərbi Avropa ölkələrinə 1415, MDB ölkələrinə isə 238
nüsxə ədəbiyyat göndərmişdi. 2003-cü ildə Mərkəzi El mi
Kitabxananın xarici ədəbiyyat fondunun zənginləş diril mə si
baxımından əhəmiyyətli illərdən biri idi. Alman Təd qi qat
Cəmiyyəti uzun illərdən bəri mövcud olan əməkdaşlıq sayə -
sin də həmin il alman kimyaçısı Leopold Qmelinin (1788-
1853) 734 cildlik məşhur “Kimya məlumat kitabı” Mərkəzi
El mi  Kitabxanaya  hədiyyə  olunmuş  və  külliyyatın  geniş
sərgisi təşkil edilmişdi.
2003-cü ildə Mərkəzi Elmi Kitabxananın qonağı olan
Türkiyədən prof. A.Y.Akpinar, doktor Fatma Akpınar, dosent
Dilek Erenoğlu, Amerikadan antropologiya üzrə professor
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
155


Bryus Qrant və b. Kitabxanaya dəyərli kitablar hədiyyə et -
mişdilər.
Əvvəlki illərdə olduğu kimi, 2003-cü ildə də Kitabxana
Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlikləri - ABŞ,
Fransa, Almaniya, Türkiyə, İran, Misir və Səudiyyə Ərəbista -
nı Krallığının ölkəmizdəki təmsilçilikləri ilə işgüzar əlaqələr
yaratmış,  beynəlxalq  əməkdaşlıq  sahəsində  imkanlarını
 ge nişləndirməyə nail olmuşdu. Məsələn, ABŞ səfirliyinin
nəz dində fəaliyyət göstərən Təhsil Mərkəzi ilə yaranan sıx
əlaqələr sayəsində Kitabxanaya müxtəlif elm sahələrinə dair
kitablar hədiyyə edilmişdi.
2003-cü ildə Kitabxananı ziyarət edən əcnəbi alimlər -
dən biri də alman əsilli Fransa vətəndaşı Rolf Stürmer idi.
Tanınmış alimin ziyarət səbəbi Mərkəzi Elmi Kitabxanada
Azər baycan mühacir ədəbiyyatının görkəmli nümayəndəsi
Ümmülbanu Əsədullayevanın (Banin) həyat və yaradıcılığı -
na həsr olunmuş tədbirdə iştirak etmək idi. 
2004-cü ildə Kitabxana EİFL Beynəlxalq Birliyinin üz -
vü olan Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna
daxil oldu və EBSCO verilənlər bazasından istifadə hüququ
qazandı; İnternet vasitəsilə və informasiya daşıyıcılarında
7000 adda xarici tammətnli elmi jurnal oxucuların ixtiyarına
verildi.
2005-ci ildə Kitabxana beynəlxalq əlaqələrini genişlən -
dir mək və möhkəmləndirmək məqsədilə yeni partnyorlarla
əlaqə qurmuş, ədəbiyyat qıtlığı, nəşrlərin müntəzəm daxil
olmaması nəticəsində pozulmuş mübadilə əməliyyatlarının
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
156


bərpa edilməsinə nail ola bilmişdi. İl ərzində xarici 600-ə
yaxın xarici elm və təhsil müəssisəsinə əməkdaşlıq məktubu
göndərilmiş, ABŞ, İsveçrə, İtaliya, Yaponiya, Bolqarıstan, Al-
maniya,  Türkiyə,  İran,  Misir,  Suriya,  Küveyt,  Səudiyyə
Ərəbistan Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, MDB döv lət -
ləri və digər ölkələrin akademiyaları, elmi-tədqiqatlar ins ti -
tutları, kitabxana və informasiya təşkilatları, cəmiyyətləri və
assosiasiyaları, ali təhsil müəssisələri, nəşriyyat, redaksiya,
ayrı-ayrı elm və mədəniyyət xadimləri ilə yeni əlaqələr yara -
dılmış, ədəbiyyat və informasiya mübadiləsi aparılmışdı.
İl ərzində 61-ə yaxın dövlətin 622 təşkilatı ilə əlaqə sax -
layan Kitabxana 2005-ci ildə beynəlxalq kitab mübadiləsi
vasitəsilə 3111 nüsxə ədəbiyyat almış, Şərq ölkələrinə 307
nüsxə, Qərbi Avropa ölkələrinə 720 nüsxə, MDB ölkələrinə
isə 1178 nüsxə ədəbiyyat göndərmişdi. 
2000-ci illərdən etibarən Mərkəzi Elmi Kitabxananın
Şərq ölkələri ilə əməkdaşlıq əlaqələri nəzərəçarpacaq də rə -
cə də artmış və oxucuların şərq dillərində ədəbiyyatla tə mi -
natında ciddi irəliləyişlərə nail olunmuşdu. O cümlədən,
2005-ci ildə İranın ölkəmizdəki səfirliyinin yaxından iştirakı
ilə Kitabxanada “Azərbaycan -İran elmi-mədəni əlaqələr” zalı
açılmışdı. Məqsəd hər iki ölkənin alimləri arasında elmi-
mədəni əlaqələri daha da inkişaf etdirmək, əldə olunmuş
elmi nəticələri, nailiyyətləri bölüşmək və təbliğ etmək idi.
Zalın açılışı və bunun nəticəsində yeni ədəbiyyatın əldə
olunması, kitabxananın zəngin Şərq ədəbiyyatı fondunu bir
qədər də zənginləşdirdi. Məhsəti Gəncəvinin “Divan”ı, Əfzə -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
157


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə