Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə42/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   38   39   40   41   42   43   44   45   ...   61

-  Ölkəşünaslığa  (Azərbaycanşünaslığa)  dair  Rusiya
Döv lət Kitabxanasında, Rusiya Milli Kitabxanasında, Kazan,
Tbi lisi şəhər və digər milli kitabxanalarda saxlanılan ədəbiy -
ya tın (o cümlədən dövrü mətbuatın) müəyyənləşdirilməsi
və onların çatışmayan nüsxələrinin Azərbaycan Respub li ka -
sına gətirilməsi məqsədi ilə layihələrin həyata keçirilməsi; 
-Azərbaycanın  kitab  mədəniyyətinin  qorunması  və
dün yaya tanıdılması məqsədi ilə layihələrin həyata keçiril -
mə si;
- Azərbaycanın elektron kitabxanaları üçün Rusiyanın
LİBNET Mərkəzindən rus və digər xarici dillərdə olan yeni
ədəbiyyatların biblioqrafik təsvirlərinin alınması;
-  Azərbaycan  kitabxanalarının  dünyanın  ən  böyük
kitabxanalarının  məlumat  bazalarına  daxil  olmasının  və
onların resurslarından istifadənin təmin edilməsi;
- Dünyanın böyük kitabxana mərkəzlərində saxlanılan
diyarşünaslıq  (ölkəşünaslıq)  xarakterli  qiymətli  və  nadir
kitabların (əsli, yaxud surəti və elektron variantı) “Heydər
Əli yev Mərkəzi”ndə toplanması ilə bağlı zəruri tədbirlərin
təşkili;
- İslam Konfransı Təşkilatı dövlətlərinin kitabxanaları
ilə informasiya mübadiləsinin həyata keçirilməsi;
- YUNESKO-nun “İnformasiya hamı üçün” Proq ra -
mının Azərbaycan komitəsinin təşkili;
-  Ümummilli lider Heydər Əliyevin anadan olmasının
90 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev Mərkəzi-Milli
yad daşımızın Mərkəzidir” mövzusunda Bakıda kitab xa na çı -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
166


la rın beynəlxalq simpoziumunun təşkili və həyata keçirilmiş
bu kimi sair fəaliyyətlər beynəlxalq əməkdaşlıq imkanlarının
genişlənməsinə, təcrübə mübadiləsinə öz töhfəsini vermişdir.
Göründüyü kimi, sadalanan məsələlər arasında Azər -
bay canın kitab mədəniyyətinin qorunması və dünyaya ta nı -
dılması  məqsədi  ilə  layihələrin  həyata  keçirilməsi  də  yer
al mışdır. Milli kitab mədəniyyətinin təbliği, milli çap məh -
sulunun xarici bazarlara çıxarılması və üçün kitabxana və
nəşriyyat fəaliyyətinin ayrılmaz tərkib hissələrindən olan
sərgi-konfrans tədbirləri xüsusi əhəmiyyət kəsb edir. 
Monoqrafiyanın növbəti bölmələrində bu xüsusatlar
təh lil edilir, Azərbaycan ki tab xanalarının, o cümlədən Mər -
kəzi Elmi Kitabxananın müvafiq sahədə əldə etdiyi təc rü bə -
lər müəyyənləşdirilir.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
167


ELMİ-MƏDƏNİ İNTEQRASİYA: 
TARİXİ VƏ ELMİ-TƏŞKİLATİ ASPEKT
II
Dünya müharibəsindən sonra dövlətlər arasında
inteqrasiya,  qloballaşma  meylləri  güclənməyə
baş lasa da, milli identiklik ümumun içində itib-batmadı, ək -
si nə,  milli-mədəni  irsin  qarşılıqlı  təqdimatı,  elmi-mədəni
resursların sivil cəmiyyətə məxsus ali dəyər kimi təbliği, məq -
sədli nümayişi öz aktuallığını, ideoloji missiyasını qoruyub
sax ladı. Bu baxımdan, kitab-tarixin bütün dövr lə rin də top -
lanması, mühafizəsi, ötürülməsi mümkün olmuş informasiya
yükünün daşıyıcısı kimi milli irsin, milli yaddaşın müxtəlif
xalqlar, millətlər arasında yayılması üçün ən uzunömürlü və
etibarlı təbliğat vasitəsidir.
Milli-mədəni irsin informasiya daşıyıcısı rolunda çıxış
edən  kitabların  başlıca  təbliğat  arealı  isə  kitabın  satış  və
yaxud sadəcə nümayiş üçün sərgiləndiyi məkanlardır. Əl-bət -
tə, terminoloji təhlilə varmasaq, istər kitab sərgiləri, istərsə
də kitab bazarları, kitab yarmarkaları, kitab salonları, kitab
pasajları mahiyyət etibarilə, kitabın təbliği üçün düşünülmüş
vasitələrdir.  Sadəcə,  kitab  sərgiləri  istisna  olmaqla,  digər
vasitələrin kitab satışının aktivləşməsinə, başqa sözlə, iqtisadi
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
168


maraqların  təmin  olunmasına  xidmət  etməsi,  hələ  onları
bizim maraq və tədqiqat çevrəmizdən çıxarmır. Və hələlik
kitab sərgiləri kitab əmtəəşünaslığının predmeti olan həmin
mexanizmlərdən fərqli olaraq, eyni zamanda, mədəni və tex -
niki tərəqqinin təcəssüm olunduğu yeganə informasiya mü -
badiləsi məkanı olaraq qalır. Beynəlxalq kitab sərgiləri isə
həm beynəlxalq elmi-mədəni əlaqələrin inki şa fı nı təmin et -
mək, həm kitab çapı sahəsində baş verən də yi şik likləri iz -
ləmək, həm də, ən başlıcası ayrı-ayrı milli mə dəniyyətləri,
milli elmi-texniki uğurları təbliğ etmək üçün çox vacib sosial
forumlardan biridir. Təsadüfi deyil ki, bugün dünyada 300-
dən artıq daimi beynəlxalq kitab sərgisi keçirilir. 
Mədəni əməkdaşlığın geniş yayılmış formalarından biri
kimi kitab sərgi və yarmarkalarının tarixi qədimdir. Qutten-
berqin kitab çapını ixtira etməsi nəticəsində, XV əsrin ikinci
ya rısında Almaniyanın Frankfurt şəhəri və ona yaxın əra zi -
lər də və Leypsiq kimi başqa iri şəhərlərdə kitab yar mar ka la -
rının keçirilməsi məsələsi aktuallaşmağa başladı. Və dünyada
ilk dəfə 1473-cü ildə, Frankfurtda bir neçə dövlətin kitab
əmtəəşünaslarının təşəbbüsü ilə yarmarka təşkil olundu. 
Kitab sərgi və yarmarkalarının keçirilməsi sahəsində 5-
6  əsrlik  tarixi  təcrübəyə  malik  olan  Avropa  ölkələrindən
fərqli olaraq Azərbaycan, bu sahədə fəaliyyətə ötən əsrin 60-
cı illərindən qoşulub. 
Tarixçi alim M.Qasımlı qeyd edir ki [59-60], o dövrdə
şəxsiyyətə  pərəstiş  sisteminin  tam  hökmranlığı  SSRİ-ni
demək olar ki, qapalı cəmiyyətə çevirmişdi. Bu vəziyyət 60-
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
169


cı  illərin  ortalarına  kimi  davam  etdi.  60-cı  illərin  ikinci
yarısından etibarən mədəniyyət günlərinin, dekadalarının
(ongünlüklər), aylıqlarının keçirilməsi ilə əlaqədar olaraq
kitab sərgi və yarmarkaları təşkil edilməyə başlandı. Azər -
bay canda əsasən, bədii və elmi ədəbiyyat, xaricdə isə–belə
kitablarla yanaşı təbliğat ədəbiyyatı da nümayiş etdirilirdi. 
Alimin Dövlət Arxiv idarəsində, Mədəniyyət Nazir-
liyinin arxivində apardığı araşdırmalardan məlum olur ki,
hələ 1967-ci ildə Havana və Ulan-Batorda təşkil olunmuş
kitab sərgilərində Azərbaycan nəşriyyatları tərəfindən bura -
xılan 700-dən artıq kitab nümayiş etdirilmişdir. 1969-cu ildə
Varşavada  Sovet  Mədəniyyəti  Evində  Azərbaycana  həsr
edilmiş illüstrasiyalı kitab sərgisi açılmışdı. 
Faktlar  təkcə  bununla  bitmir.  Professor  M.Qasımlı
Azərbaycan naşirlərinin beynəlxalq kitab sərgi və yarmar ka -
larında iştirakı ilə bağlı xeyli sayda məlumat toplamış və on-
lardan vahid mənbədən bəhrələnməyimiz üçün yaxşı imkan
yaratmışdır. Həmin məlumatları davam etdirərək qeyd edək
ki, 1975-ci ildə Moskvada Mərkəzi Elmi Kitabxananın da
iştirak etdiyi Beynəlxalq kitab sərgisi keçirilmişdir. 1976-cı
ildə Monqolustan Mədəniyyət günləri zamanı Bakıda MXR-
in kitab sərgisi təşkil olunmuşdur. 1977-ci ildə Avstriyada
Azərbaycanın kitab sərgisi açılmışdır. 1978-ci ildə Yapon-
Sovet dostluq aylığı çərçivəsində Yaponiyada Azərbaycan
Respublikasına həsr olunmuş səyyar sərgi təşkil edilmişdir.
1981-ci ildə Leypsiq Beynəlxalq Yarmarkasında “Beynəlxalq
kitab” vasitəsilə Azərbaycanda nəşr edilmiş 25 ən yaxşı kitab
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
170


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə