Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə43/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   39   40   41   42   43   44   45   46   ...   61

reklam olunmuşdur.
1981-ci ilin sentyabrında 60-dan çox ölkə nümayən də -
lə rinin iştirak etdiyi Moskva Beynəlxalq kitab sərgi-yarmar -
ka sına Azərbaycan Respublikası da dəvət edilmişdir. Həmin
ilin iyul ayında Bakıda Polşa və ADR kitab dekadası ke çiril -
mişdir.
1983-cü ildə respublika naşirləri, şüarı “Sülh və tərəqqi
üçün kitab” olan dördüncü Moskva Beynəlxalq kitab sərgi-
yarmarkasının təşkilində iştirak etmişlər. Oktyabr ayında isə
respublikada alman nəşriyyatçıları tərəfindən nəşr olunmuş
600-ə yaxın müxtəlif kitabın təqdim olunduğu ADR-in kitab
dekadası keçirilmişdir.
1986-cı  ilin  sentyabrında  Frankfurt-Maynda  38-ci
Beynəlxalq  kitab  yarmarkasında  84  ölkənin,  o  cümlədən
Azərbaycanın  700-ə  yaxın  nəşriyyat  və  çap  şirkəti  iştirak
etmişdilər. Həmin ilin iyununda isə Bakıda ADR-in kitab
sərgisi keçirilmişdir. Həmin ildə ADR-in naşirləri tərəfindən
SSRİ-yə  gətirilən  ədəbiyyatın  dəyəri  1,6  milyon  rublu
keçirdi. Bu məbləğ isə ötən il keçirilən bu cür yarmarkanın
ticarət dövriyyəsindən xeyli çox idi.
Həmin il, ölkədə Polşa kitablarının yarmarkası da təşkil
edilmişdi. M.Qasımlı qeyd edir ki, İkinci Dünya müharibə -
sin dən  sonra  Polşada  Azərbaycan,  rus  və  digər  ölkələrin
müəlliflərinin 12 min müxtəlif adlı kitabları polyak dilinə
tərcümə edilmişdir. 1987-ci ilin aprelində Bakıda “Slove ni -
yanın çap və kağız sənayesində kitab nəşriyyatçılarının nailiy -
yətləri” adlı sərgi keçirilmişdir. 1987-ci ildə keçirilən Moskva
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
171


Beynəlxalq kitab sərgi-yarmarkasında Azərbaycan da iştirak
etmişdir. 1988-ci ilin mayında Bakıda Çexoslovakiya naşir -
lərinin kitab sərgisi keçirilmişdir. 1989-cu ildə Azərbaycanda
xarici ölkələrin bir neçə kitab sərgisi təşkil edilmişdir. 
O il, Azərbaycan Respublikası Dövlət Nəşriyyat Ko mi -
tə sinin Şərq salonunda Kuba inqilabının qələbəsinin 30 illi -
yinə həsr olunmuş Kuba kitab sərgisi keçirilmişdir. 
1989-cu ildə 41-ci Beynəlxalq Frankfurt kitab yarmar -
kası təşkil olunmuşdur. İlk dəfə olaraq müstəqil ekspozisiyası
ilə həmin beynəlxalq kitab sərgisində çıxış edən Azərbaycan
Respublikasının Dövlət Nəşriyyat Komitəsi özünü maraqlı
və faydalı partnyor kimi göstərmişdir. 
1990-cı ilin yanvarında Türkiyədə M.F.Axundov adına
respublika kitabxanası tərəfindən təşkil olunmuş Azərbaycan
kitablarının sərgisi keçirildi. Həmin ilin aprelində Bakıda
Macarıstan kitab dekadası keçirildi.
Bütün bu tarixi faktlar onu göstərir ki, 1960-1990-cı il -
lər də Azərbaycan kitabxana və nəşriyyatları beynəlxalq sərgi
və yarmarkaların işində fəal iştirak etmiş və müəyyən təcrübə
toplamışlar. Lakin o dövrdə Azərbaycanın Sovet İttifaqının
bir parçası kimi bu tədbirlərə qatılması əsasən, milli dəyərləri
deyil, artıq çoxdan makulaturaya çevrilmiş Sovet ideoloji
ədəbiyyatının təbliğini diqtə edirdi. Bu mənada, həmin sərgi
və  yarmarkalarda  iştirakı  zorən  təbliğat  kimi  də  qələmə
 ver mək olardı, amma nəzərə alanda ki, məhz bu kimi təd bir -
lərdə az-çox ölkəmizin, onun klassik ədəbiyyat nümu nələ -
rinin tanıdılması da mümkün olmuşdur, istər-istəməz bu 40
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
172


illik təcrübəni də qənimət olaraq qəbul etmək lazım gəlir.
Müstəqilliyin  ilk  illərində  Azərbaycan  kitabxanaları
nəinki beynəlxalq sərgi və konfranslarda iştirak etməkdə,
hətta normal fəaliyyət belə göstərməkdə çətinlik çəkirdilər.
Doğ rudur, Azərbaycan artıq BMT-nin üzvi idi, lakin mü  ha -
ribə baş verən bir ölkədə kitabxanaların beynəlxalq tədbir -
lər də  iştirak  etməsi  mümkün  deyildi.  Buna  nə  müstəqil
Azər baycanın beynəlxalq əlaqələrinin səviyyəsi, nə də elm
və təhsilə ayrılan vəsaitin həcmi imkan verirdi.
Bu sahədə canlanma yalnız 1999-cu ildə-Kitabxana işi
haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olun-
duqdan  sonra  (Qanunun  21-ci  maddəsində  beynəlxalq
kitabxana təşkilatları ilə əlaqə yaratmaq, kitabxana, biblio-
qrafiya və informasiya sahəsinə keçirilən tədbirlərdə iştirak
etmək  kitabxanaların  hüququ  kimi  təsbit  olunmuşdur)
müşahidə olunmağa başladı. 
Əlbəttə, uzun fasilədən sonra Azərbaycan kitabxanaları
və nəşriyyatları üçün birbaşa nüfuzlu beynəlxalq konfrans və
sərgilərə yol tapmaq bir qədər çətin idi. Bu problemlə, bütün
post-sovet ölkələri üzləşmişdilər. Buna görə də, 1999-cu il
aprel ayının 18-22-də Tiflisdə Cənubi Qafqaz regional ki tab -
xana  işçilərinin  konfransının  keçirilməsi  və  burada
Azərbaycan kitabxanaçılarının iştirakı (5 nəfərlə), təmsil et-
diyimiz  sahənin  peşəkarları  üçün  müstəqillik  dövrünün
demək olar ki, ilk beynəlxalq kitabxana konfranslarından biri
idi. 
Konfransın  keçirilməsində  başlıca  məqsəd  keçmiş
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
173


SSRİ-də, xüsusilə Cənubi Qafqazda kitabxana işinin yeni
inkişaf  xəttini  araşdırmaq  və  dünya  standartlarına  uyğun
olaraq yeni inkişaf istiqamətlərini müəyyənləşdirməkdən
ibarət idi. 
Bundan başqa, 2001-ci ilin avqustunda Azərbaycan ki -
tabxana  ictimaiyyətinin  nümayəndələri  ABŞ-ın  Boston
şəhərində İFLA-nın 67-ci konfransında iştirak etmiş və yeni
əlaqələr yaratmağa nail olmuşdular [49].
O dövrdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq
fakültəsinin əməkdaşları da beynəlxalq əlaqələrin qurulması,
kitabxana  işi  sahəsində  konfrans,  seminar,  ixtisasartırma
kurslarında iştirak baxımından kifayət qədər aktiv idilər. Belə
ki, pedaqoji kollektivin ayrı-ayrı üzvləri Avropa Şurasının
TASİS proqramı müvafiq olaraq həyata keçirilən "Universi -
tet lərin modernləşməsi" proqramı çərçivəsində 2001-ci ilin
iyulunda  Belçikanın  Namur  Universitetində,  2002-ci  ilin
noyabrında Lion Milli Ali Kitabxanaçılıq-İnformasiya mər -
 kəzində,  2003-cü  ilin  mayında  isə  Fransanın  və  ABŞ-ın
müxtəlif şəhərlərində yerləşən ali məktəblərdə olaraq orada
kitabxana işinin təşkili ilə yaxından tanış olmuşlar. 
2004-cü il noyabr ayının 4-dən 11-dək Mərkəzi Elmi
Ki tab xananın  əməkdaşı  C.Cəfərovun  da  iştirakı  ilə  Azər -
baycan nümayəndə heyəti Litvaya səfər etmiş, həmin ölkədə
kitab xanaçılıq  işi,  kitabxana-informasiya  təhsili,  peşə
təşkilatlarının fəaliyyəti ilə tanış olmuş, Vilnüs Universiteti,
Litva Kitabxana Konsorsiumu və Litva Elmlər Akade miya -
sının Elmi Kitabxanasının "Avtomatlaşdırma" və "İnforma -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
174


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə