Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə46/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   42   43   44   45   46   47   48   49   ...   61

ədəbiyyat və incəsənət sahələrini əhatə edən 100-dən artıq
kitab oxucuların ixtiyarına verilmişdir.
Bundan başqa, Azərbaycan-Polşa diplomatik əlaqələri -
nin  qurulmasının  540  illiyi  münasibətilə  Polşa  Milli  Ki -
tabxanasında  və  Varşava  Universitetinin  Kitabxanasında
Mərkəzi Elmi Kitabxananın dəstəyi ilə Azərbaycan guşəsi
yaradılmış və lazımi ədəbiyyatla təmin olunmuşdur.
2013-2014-cü illərdə Mərkəzi Elmi Kitabxana Sofiya,
Budapeşt,  Bratislava,  Vyana,  Zaqreb  və  Romada  təşkil
olunmuş beynəlxalq kitab sərgisi və konfranslarda iştirak
etmiş, yeni beynəlxalq əlaqələrin qurulması istiqamətində
işlərini davam etdirmişdir.
Müəllif də Mərkəzi Elmi Kitabxananın əməkdaşı kimi
2005-ci  ildən  etibarən  dəfələrlə  Fransa,  İtaliya,  İspaniya,
Rusiya, Polşa və Türkiyədə təşkil olunan beynəlxalq kon-
frans və kitab sərgilərinin iştirakçısı olmuş, İFLA-nın Fran -
sanın  Lion  şəhərində  təşkil  olunan  80-ci  qurultayında
Azər baycanı təmsil etmişdir.
Azərbaycanın kitab və kitabxana işi sahəsində bey nəl -
xalq sərgi və konfranslardakı yarım əsrlik təmsilçilik tarixinə
nəzər saldıqda bir sıra ümumiləşdirmələr aparmaq müm kün -
dür:
1. Azərbaycan kitabxana və nəşriyyatları beynəlxalq
kitab və kitabxana tədbirlərində, o cümlədən konfrans, sərgi
və yarmarkalarda ilk illərdə Sovet ittifaqının tərkibində çıxış
etsələr də, yerli çap məhsulunun, xüsusilə bədii ədəbiyyatın
təbliğinə qismən nail olmuş, Azərbaycanın 60-cı illərdən
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
183


etibarən bütün sahələrdə əldə etdiyi uğurların beynəlxalq
arenaya çıxarılmasına çalışmışdır;
2. “Kitabxana işi haqqında” Qanununun qəbulundan
sonra Azərbaycan kitabxanalarının beynəlxalq konfrans və
sərgilərdə iştirakı genişlənmişdir; 
3. Azərbaycan kitabxanaları IFLA, CENL, LIBER və s.
kimi nüfuzlu kitabxana assosiasiyalarında təmsil olunur;
4. Azərbaycan kitabxanaçıları kitabxanaşünaslığın ak-
tual  problemlərinə  həsr  olunmuş  ənənəvi  konfranslarda
(Krım, Soçi, LİBKOM, Sudak, Minsk) təmsil olunurlar;
5. Əsasən Azərbaycan Milli Elmlər Akademiyası, Mə -
də niyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası
Prezidentinin işlər İdarəsinin tabeliyində olan kitabxanalar
beynəlxalq tədbirlərdə fəal iştirak edirlər;
6. Azərbaycan kitabxanalarının beynəlxalq tədbirlərdə
birgə iştirak təcrübəsi var. Belə ki, AMEA-nın Mərkəzi Elmi
Kitabxanası, Milli Kitabxana və Prezident kitabxanası bey -
nəl xalq kitab və kitabxana tədbirlərində birgə iştiraka üstün-
lük verirlər. Bununla belə, AMEA Mərkəzi Elmi Kitab xanası
əsasən beynəlxalq kitab sərgilərində, Milli Kitabxana bey -
nəlxalq konfranslarda, Prezident kitabxanası isə bey nəl xalq
təşkilatların illik yığıncaqlarında istirak üzrə ixtisaslaşıb.
Əldə olunan təcrübələrə baxmayaraq, Azərbaycan ki -
tabxanaçılarının və kitabxanalarının beynəlxalq konfrans və
kitab sərgilərində təmsilçiliyində və iştirakında hələ də bir
sıra problemlər mövcuddur ki, onlar da aşağıdakılardır:
1.  Azərbaycan  kitabxanaları  heç  də  bütün  müvafiq
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
184


beynəlxalq konfranslarda iştirak etmirlər, yaxud qeyri-ardıcıl
iş tirak  edirlər.  Misal  olaraq  LIBER,  EIFL  və  s.  kimi  təş -
kilatların illik konfranslarını göstərmək olar. Buna səbəb ki -
mi, müəyyən dil baryerini və maliyyə çatışmazlığını gös  tər  mək
olar;
2. Azərbaycan kitabxanaları Tokio, Cenevrə, Lon don,
Paris, Brüssel, Varşava, Dublin və s. şəhərlərdə hər il keçirilən
kitab sərgilərində təmsil olunmurlar. Səbəb kimi maliyyə
çatış mazlığını və maraq azlığını göstərmək olar;
3.  Beynəlxalq  sərgilərdə  iştirak  zamanı  Azərbaycan
Respublikasının xarici səfirlik və nümayəndəlikləri ilə birgə
fəaliyyətdə müəyyən loqistik problemlər baş verir. Xaricdəki
nümayəndəliklərimiz kitabxanaların beynəlxalq sərgilərdə
iştirakını heç də həmişə lazımi səviyyədə dəstəkləmirlər.
Təhlillər göstərir ki, mövcud problemlərin yaxın gə lə -
cəkdə  həlli  mümkündür  və  onlar  Azərbaycan  kitab xa na -
larının beynəlxalq məkandakı rolunu azaltmır. Çünki, mü asir
Azərbaycan kitabxanaları beynəlxalq informasiya mühitinə
daha dərindən təmas etmək üçün təkcə konfrans və kitab
sərgilərində  iştirakla  kifayətlənmir,  oxuculara  göstərilən
xidmətləri, aparılan fəaliyyətləri dünya meyarlarına uyğun -
laşdırır, beynəlxalq standartları praktikada uğurla tətbiq edir.
Monoqrafiyanın növbəti hissəsi məhz bu məsələlərə–Azər -
baycan  kitab  və  kitabxana  işi  sahəsində  tətbiq  olunan
beynəlxalq standartlara və onların adaptasiya problemlərinə
həsr olunub.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
185


BEYNƏLXALQ STANDARTLAR VƏ 
ONLARIN İNFORMASİYA MÜBADİLƏSİ 
PROSESİNDƏ TƏTBİQİ
İ
nsan fəaliyyətinin bütün sahələrində müəyyən ölçü
və nor maların tətbiqi, xidmət sferasında, istehsa lat -
da, qiymətləndirmə və proqnozlaşdır ma da, təsnifatlaşdırma
və kodlaşdırmada əsaslı və davamlı nə ticələrin əldə olun -
masına kömək edir. Başqa sözlə, istənilən fəaliyyət növünün,
əməyin normalaşdırılmasına, standartlaşdırılmasına ehtiyac
var. 
Terminoloji anlamda, standartlaşdırma-eynilik və ya -
xud oxşarlıq təşkil edən fəaliyyət sahələri üçün vahid nor -
maların müəyyənləşdirilməsidir. Buradan çıxış edərək qeyd
etməliyik ki, öz növbəsində beynəlxalq standart laş dırma da
keyfiyyət sistemlərinin (göstəricilərinin) inkişaf etdirilməsi,
sertifikatlaşdırılması və yenilərinin yaradılması üçün bey nəl -
xalq miqyasda vahid metodik əsasın yaradılmasıdır. 
Bu sahədə aparılan elmi-texniki fəaliyyətlər əsasən milli
standartlaşdırma sistemi ilə regional və beynəlxalq stan dart -
laşdırma sistemlərini uyğunlaşdırmaq məqsədi da şıyır. Bu
mə nada, kitabxana fəaliyyətinin stan dart laşdırılması- mü-
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
186


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə