Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə48/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   44   45   46   47   48   49   50   51   ...   61

2. Həm Rusiya Federasiyasında (Ümumrusiya Stan -
dartı-ÜS), həm də bir çox MDB ölkələrində tam şəkildə ISO
standartlarına  uyğunlaşdırılmış  milli  standartlar  mövcud
olduğundan dövlətlərarası ГОСТ standartlarının təkmil ləş -
dirilməsi arxa plana keçib. 
Buna baxmayaraq, son illərdə ГОСТ-un kitabxana və
nəşriyyat sahəsini əhatə edən bir sıra standartları tam olaraq
ISO standartlarına uyğunlaşdırılıb. Məsələn, ГОСТ 7.11-
2004 “Biblioqrafik yazı. Avropa dillərində söz və söz bir -
ləşmələrinin ixtisarı” ISO-832-1994 beynəlxalq standar tı nın
autentik  tərcüməsidir.  ISO-dan  eynilə  tərcümə  olun muş
digər ГОСТ standartları isə bunlardır:
- ГОСТ 7.14-98 (ISO 2709-96) “İnformasiya mü ba -
di ləsi formatı. Yazı strukturu”;
- ГОСТ 7.56-2002 (ISO 3297-98) “Nəşr. Seriya nəşr -
lə rin beynəlxalq standart nömərələnməsi”;
- ГОСТ 7.67-2003 (ISO 3166-1:1997) “Ölkə ad la -
rının kodları”;
- ГОСТ 7.69-95 (ISO 5127-11-83) “Audiovizual sə -
nədlər. Əsas termin və anlayışlar”;
- ГОСТ 7.9-95 (ISO 214-76) “Referat və xülasə. Əsas
tə ləblər”.
AZS 754-2013 “İnformasiya, kitabxana və nəşriyyat işi
üz rə standartlar sistemi. Biblioqrafik yazı. Biblioqrafik təsvir.
Ümumi tələblər və tərtib qaydaları” dövlət standartı yalnız
biblioqrafik təsvir qaydalarını müəyyənləşdirdiyindən digər
kitabxana xidməti növlərində sadaladığımız ГОСТ stan dart -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
191


la rın dan istifadə olunur. AZS 754-2013 standartının yaradıl -
ma sı  zamanı  müvafiq  ISO  standartlarının  bir  çoxundan
istifadə olunmaması, milli standartın əhatə çərçivəsini xeyli
daraldır. Standartın yaradılması zamanı bu cür nüansların
gözdən  qaçması  onun  2018-ci  ildə  (yoxlama  dövründən
sonra) təkmilləşdirilməsini və ISO standartlarına yaxın laş -
dırılmasını zəruri edir. 
Yeri gəlmişkən, ISO-Beynəlxalq Standartlaşdırma Təş -
kilatı (International Organization for Standardization, ISO)
standartların müəyyənləşdirilməsi üzrə ixtisaslaşmış bey nəl -
xalq  qurumdur.  ISO  1946-cı  ildə  25  dövlət,  o  cüm lədən
SSRİ-nin iştirakı ilə yaradılıb. Təşkilatın fəaliyyət sferasına
elektrotexnika və elektronika istisna olmaqla bütün sahələrin
standartlaşdırılması və sertifikatlaşdırılması daxildir. ISO-
nun başlıca qayəsi mal və xidmətlərin beynəlxalq müba dilə -
sini inkişaf etdirmək, intellektual, elmi-texniki və iqtisadi
əmək daşlığın səviyyəsini yüksəltmək üçün vahid standart -
ların yaradılmasından ibarətdir. Azərbaycan 1998-ci ildən
ISO-nun üzvüdür.
ISO kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və ki tab -
şünaslıq sahəsində dünyanın bir çox ölkələrində qəbul olu-
nan  standartlar  müəyyənləşdirmişdir.  Onların  bir  hissəsi
tərcümə edilərək ГОСТ standartları ailəsinə daxil olub. 
ISO-nun biblioqrafik istinadla bağlı müəyyən etdiyi so-
nuncu standart ISO 690:2010-dur. Bu standart 1987-ci ildə
ISO tərəfindən qəbul edilmiş ISO 690:1987 standartının
təkmilləşdirilmiş formasıdır. MDB ölkələrində, o cümlədən
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
192


Azərbaycanda bu sahədə tətbiq olunan həm dövlətlərarası
(ГОСТ), həm də milli standartlar ISO 690:2010-dan ta ma -
milə  fərqlənir.  Hazırda  ölkəmizdə  biblioqrafik  təsvirdən
fərqli olaraq, biblioqrafik istinadların verilməsi üçün vahid
standart müəyyənləşdirilmədiyindən müxtəlif standartlar-
dan istifadə olunur. Buna görə də, eyniadlı kitaba müxtəlif
nəşrlərdə (kitab, jurnal, elmi işlər, dissertasiya) müxtəlif cür
istinad verilir. Bir neçə variantı nəzərdən keçirək:
I variant
Salamov  O.F.  Beynəlxalq  münasibətlərdə  status-kvo
anlayışı. Bakı: Çaşıoğlu, 2004, 129 s. 
II variant
Salamov  O.F.  Beynəlxalq  münasibətlərdə  status-kvo
anlayışı. B., Çaşıoğlu, 2004. -129 s. 
Birinci variant nisbətən ISO 690 standartının ("Infor-
mation and documentation - Bibliographic references - Con-
tent,  form  and  structure")  1987-ci  il  nəşrindəki  təsviri
xa tırladır. Həmin standarta görə ədəbiyyat siyahısında kitaba
aşağıdakı kimi istinad olunmalıdır:
Nağıyeva, Şəhla. Bitkilərin təbiəti. Sumqayıt: SDU, 2008.
Azərbaycandan fərqli olaraq, məsələn Rusiyada 2008-
ci ildən məhz ISO 690 standartının 1987-ci il nəşrindən
bəhrələnən milli ГОСТ Р 7.0.5–2008 “İnformasiya, kitabx-
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
193


ana və nəşriyyat işi üzrə standartlar sistemi. Biblioqrafik isti-
nad.  Ümumi  tələblər  və  tərtib  qaydaları”  standartı  möv -
cuddur.  Lakin  həmin  standart  da  ISO  690-a  tam  uyğun
deyil. ГОСТ Р 7.0.5–2008-ə görə kitaba biblioqrafik isti na -
dın qaydası belədir:
Аристотель.  Афинская  полития.  Государственное
устройство афинян. М.: Флинта: МСПИ, 2007. 233 с.
Bütün bu standartlarda başqa, IFLA-nın qəbul etdiyi
Beynəlxalq Standart Biblioqrafik Təsvir qaydası (ISBD-In-
ternational Standard Bibliographic Description) də mövcud-
dur.  Həmin  standartın  bir  hissəsi  tərcümə  olunaraq
döv lətlərarası ГОСT 7.1-2003 “İnformasiya, kitabxana və
nəşriyyat işləri üzrə standartlar sistemi. Biblioqrafik yazı.
Biblioqrafik  təsvir.  Ümumi  tələblər  və  tərtib  qaydaları”
standartında öz əksini tapıb. Bəzi yerli nəşrlərdəki biblio-
qrafik  təsvirlərin  ISBD  üzrə  təsviri  xatırlatması  bununla
əlaqədardır. Lakin hər iki standartın preambulasında qeyd
olunur  ki,  standartlar  yalnız  biblioqrafik  təsvirlərə  şamil
edilir və onun biblioqrafik istinadlara tətbiqi mümkün deyil. 
Azərbaycan kitabxanaları başqa bir yolla da beynəlxalq
ISBD standartından istifadə edirlər. Belə ki, kitabxanalarda
istifadə olunan bütün Avtomatlaşdırılmış Kitabxana-İnfor-
masiya  Sistemlərinin  (AKİS)  biblioqrafik  təsvir  formatı
(MARC 21, UNIMARC, RUSMARC) ISBD-yə uyğun laş -
dırılıb.
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
194


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə