Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə56/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   53   54   55   56   57   58   59   60   61

(TÜRKSOY) və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı
(İSESKO) ilə əlaqələrini genişləndirməli, bu təşkilatların
layihələrinə aktiv şəkildə qoşulmalıdırlar;
4. Sahə tədqiqatçıları ingilisdilli xarici elmi jurnallarda
Azərbaycan kitabxanalarının fəaliyyəti haqqında məqalələrin
dərcini artırmalıdırlar. Çünki, Azərbaycan kitabxanaşü nas -
la rının  məqalələrinin  ancaq  MDB-də  nəşr  olunan  elmi
jurnal larda, rus dilində dərc olunması beynəlxalq təcrübə
mü ba diləsi baxımından istənilən nəticəni vermir. 
2004-2014-cü illərdə Azərbaycan kitabxana şünas ları -
nın nüfuzlu beynəlxalq elmi jurnallarda ingilis dilində cəmi
3 məqaləsi dərc olunmuşdur ki, onlar da bunlardır:
Web of Science bazasına (ISI-Thomson Reuters) 
daxil edilmiş jurnallarda:
I) Jafarov, Javid. (2012). Next-generation catalogues and au-
tomated library-information systems in Azerbaijani libraries. Energy
education science and technology Part B-Social and Educational
Studies, Vol. 4. İss: 4, pp. 2457-2462. (Təsir əmsalı 9.4)
SCOPUS (Elsevier) bazasına daxil edilmiş jurnallarda:
II) Mammadov, Elchin. (2014) “Opportunities for using Wiki
technologies  in  building  digital  library  models”.  Library  Hi  Tech
News, Vol. 31 Iss: 2, pp.5 – 8
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
223


III) Nazarova, Muzghan. (2004). Librarianship in Azerbai-
jan: What can a leader do?. Science & Technology Libraries, Vol. 23.
Iss: 2-3, pp. 161-169.
Son 10 il ərzində nüfuzlu jurnallarda sahə üzrə cəmi 3
məqalənin dərci, olduqca aşağı göstəricidir və Azərbaycan
kitabxanalarının fəaliyyətini, inkişafını, əldə etdiyi təc rü bə -
ləri dünya kitabxanaşünaslarının diqqətinə çatdırmaq üçün
ki fayət etməz. Bundan öncə isə nüfuzlu xarici jurnallarda
Azər baycan kitabxanaşünaslarının məqalələrinə rast gəlin -
mir.
5. Beynəlxalq kitab mübadiləsi bilik, təhliletmə baca -
rığı, gərgin əmək və kollektiv iş tələb edir. Mübadiləçi ən azı
bir xarici dil bilməli və komplektləşdirdiyi kitabların ilk ox-
ucusu olmalıdır. Buna görə də, kitabxanalarımızın beynəlxalq
kitab mübadiləsi şöbələrinə əməkdaşların seçimi, onların
xarici dil biliklərinin səviyyəsinə uyğun aparılmalıdır. 
Yalnız bu kimi məsələlərin elmi-təşkilati və kompleks həlli,
kadr siyasətinin, informasiyanın seçilməsi prioritet lə rinin düzgün
müəyyənləşdirilməsi Azərbaycan kitab xa na la rı nın beynəlxalq
informasiya mühitindəki mövqeyini möh     kəmləndirməyə və
perspektivlərin açılmasına imkan verir. Çünki Azərbaycan
kitabxanaları  beynəlxalq  peşəkar  əmək daşlıq  sayəsində,
qlobal dəyərlərin mübadiləsi, mə dəniy yətlərarası dialoqun
qurulması və multikulturalizmin inkişafı fonunda qabaqcıl
təcrübədən  istifadə  edə,  öz  gələcək  strateji  orientirlərini
müəyyənləşdirə və dünya informasiya sisteminə tam inte-
qrasiya oluna bilər. 
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
224


NƏTİCƏ
A
zərbaycan kitabxanalarının beynəlxalq kitab və in-
formasiya  mübadiləsi  sahəsindəki  fəaliyyətinin
tarixi aspektdə öyrənilməsi və ilk dəfə kompleks şəkildə elmi
tədqiqata  cəlb  olunması  nəticəsində  məlum  olmuşdur  ki,
Azərbaycan ərazisində sənəd və kitab mübadiləsi orta əsr lər -
dən vüsət almış, XX əsrin 30-40-cı illərindən etibarən müx tə -
 lif kitabxanalar SSRİ-nin mərkəzi kitabxanalarının va  si təçiliyi
xarici  ölkələrin  elm  və  təhsil  müəssisələri  ilə  beynəlxalq
əmək daş lığa başlamış, 50-ci illərdən etibarən isə vasitəsiz
xarici elmi-mədəni əlaqələrin subyekti olmuşlar. 
80-ci  illərin  sonu,  90-cı  illərin  əvvəllərində  respub-
likada baş verən siyasi-iqtisadi böhran Azərbaycan kitab xa -
nalarının beynəlxalq fəaliyyətinə də təsirsiz ötüşməmiş, bir
sıra  çoxillik  əməkdaşlıq  əlaqələri  pozulmuş,  partnyorlara
göndərilən ədəbiyyatın sayı kəskin azalmış, oxucuların xarici
ədəbiyyatla informasiya təminatı xeyli zəifləmişdi. Ümum-
milli Lider Heydər Əliyevin Azərbaycana ikinci rəhbərliyi
dövründə beynəlxalq əlaqələr yenidən bərpa olunmuş və in -
kişaf etmişdir. Heydər Əliyevin layiqli davamçısı, Prezident
cə nab İlham Əliyevin hakimiyyəti dövründə bir sıra sahə lər -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
225


də  olduğu  kimi,  Azərbaycan  kitabxanalarının  beynəlxalq
əlaqələrində də ciddi inkişafa nail olunmuşdur. Prezidentin
bu sahəyə diqqət və qayğısı nəticəsində, Azərbaycan ki tab -
xanaları  modernləşdirilmiş,  onların  maddi-texniki  bazası
gücləndirilmiş, kitabxanalara, onların inki şafına və beynəl -
xalq aləmə inteqrasiyasına xüsusi diqqət yetirilmişdir. Bu da
öz növbəsində Azərbaycan kitabxanalarını beynəlxalq kitab -
xanalar sisteminin etibarlı üzvünə çevirmişdir.
Müvafiq sahədə aparılan islahatlar və uğurlu fəaliy yət -
lər  nəticəsində  bugün  Azərbaycan  kitabxanaları  IFLA,
LIBER, ALA və bir çox başqa beynəlxalq təşkilatların tam -
hü quqlu  üzvüdürlər.  Bu  üzvlük,  beynəlxalq  təcrübənin
öyrənilməsi  və  kitabxanaların  fəaliyyətində  tətbiqi,  milli-
maddi irsin təbliği, beynəlxalq kitabxanaçılıq standart ların -
dan istifadənin genişləndirilməsi baxımından Azərbaycan
kitabxanaları üçün faydalı olmuşdur. 
Beləliklə, nəticəyə gəlirik ki, Azərbaycan kitabxanaları
beynəlxalq əlaqələr sahəsində qabaqcıl təcrübəyə malikdir;
bu təcrübədən müasir dövrümüzdə uğurla istifadə olunur;
bu təcrübələr gələcəkdə də davamlı beynəlxalq kitab və in-
formasiya mübadiləsinin aparılmasına, informasiya təminatı
işinin yaxşılaşdırılmasına xidmət edəcəkdir. Bu dinamika və
məntiqi bağlılıq “Azərbaycan kitabxanaları beynəlxalq infor-
masiya  mühitində  (AMEA  Mərkəzi  Elmi  Kitabxanasının
təcrübəsi  əsasında)”  mövzulu  tədqiqat  işinin  aktuallığını
artırmış, əldə olunan elmi yeniliklərin və yeni metodların
tətbiq imkanlarını genişləndirmiş və ümumiləşdirirək təq -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
226


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə