Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə57/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   53   54   55   56   57   58   59   60   61

dim etdiyimiz aşağıdakı nəticələrin əldə olunmasına gətirib
çıxarmışdır:
- Monoqrafiyada “informasiya mühiti” və “bey nəlxalq
kitab mübadiləsi” anlayışlarının terminoloji şərhi verilmiş,
onların tarixin axarında fasiləsiz və ardıcıl şəkildə dəyişən bir
hadisə kimi xüsusiyyətləri, başqa sözlə pro sessuallığı öyrənil -
miş, beynəlxalq informasiya mühitinin formalaşması və kitab
mübadiləsinin təşəkkül və inkişaf tarixi umumiləş dirilərək
tədqiq  olunmuş,  dünya  informasiya  sistemində  Azər bay -
canın Şərqlə Qərb arasında tranzit informasiya dəhlizi kimi
çıxış  etməsi  kitabxanaşünaslıq  nöqteyi-nəzərindən  təhlil
edilmişdir;
- Tədqiqata cəlb olunmuş problemin nəzəri cəhətdən
öyrənilmə səviyyəsi müəyyənləşdirilmiş, müvafiq sahə üzrə
ədəbiyyatın  elmi-nəzəri  təhlili  aparılmış,  əldə  olunan
nəticələr həm rasional, həm də empirik baxışlar çərçivəsində
qiymətləndirilmişdir;
- İlk dəfə AMEA Mərkəzi Elmi Kitabxanasının nümu -
nəsində Azərbaycan kitabxanalarının beynəlxalq informasiya
mühitindəki yeri və rolu müəyyənləşdirilmiş, kitabxanaların
bu mühitlə qarşılıqlı təsir və əlaqə imkanları öyrənilmişdir;
- İlk dəfə AMEA Mərkəzi Elmi Kitabxanasının və digər
Azərbaycan kitabxanalarının beynəlxalq kitab və informasiya
mübadiləsi  fəaliyyətinin  tarixi  və  müasir  vəziyyəti  arxiv
materialları  əsasında  tarixşünaslıq  və  kitabxanaşünaslıq
aspektindən araşdırılmış və bu prosesin 3 əsas mərhələdə
həyata keçirildiyi müəyyən olunmuşdur: 1929-1955-ci illəri
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
227


əhatə edən birinci mərhələdə Mərkəzi Elmi Kitabxananın və
digər kitabxanaların beynəlxalq əlaqələri formalaşmağa baş -
lamış, kitabxanalar vasitəsilə ölkə ərazisinə xarici ədəbiyyatın
daxil  olması,  xaricə  kitab  və  jurnalların  göndərilməsi  işi
həyata keçirilmişdir. Bu mərhələdə Azərbaycan kitabxanaları
beynəlxalq kitab mübadiləsini Moskva və Sankt-Peterburqda
yerləşən iri Sovet kitabxanalarının vasitəçiliyi ilə aparmış və
müstəqil komplektləşdirmə siyasətinə malik olmamışlar. İk-
inci mərhələni (1956-1991-ci illər) Azərbaycan kitab xana -
larının beynəlxalq münasibətlər tarixində təbəddülatlı illər
kimi  səciyyələndirmək  olar.  Çünki,  məhz  bu  mərhələdə
kitabxanalar beynəlxalq fəaliyyətlərində əvvəlcə uğur əldə
etmiş, daha sonra isə bir sıra çətinliklərlə üzləşmişdilər. 
SSRİ KP MK Rəyasət Heyətinin 1955-cı ilin iyul tarixli
Qərarı (Qərarda xarici ölkələrin elmi-tədqiqat müəssisələri
ilə əlaqələrin genişləndirilməsi və elmi-texniki informasiya
mübadiləsinin aparılmasının zəruriliyi vurğulanırdı) Mər -
kəzi Elmi Kitabxananın beynəlxalq əlaqələr tarixində yeni
səhifə açmış, 1956-cı ildə Kitabxana müstəqil şəkildə xarici
münasibətlər qurmaq, kitab və elmi-texniki informasiya mü -
badiləsi aparmaq hüququ qazanmışdı. Kitabxana ayrıca bal-
ansa keçilmiş və geniş maliyyə imkanları əldə etmişdi. MEK
ilə yanaşı tədricən digər Azərbaycan kitabxanaları da mərkəzi
kitabxanalardan asılı olmadan beynəlxalq kitab mübadiləsi
aparmaq imkanı qazanmış, bu məqsədlə xarici valyuta ehti -
yatı ilə təmin olunmuşdular. Qeyd olunduğu kimi, Azər -
baycan kitabxanaları beynəlxalq kitab mübadiləsi sahəsində
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
228


ən böyük çətinliklərə də məhz bu mərhələdə məruz qal mış -
lar. Belə ki, 1988-ci ildən etibarən Ermənistanın Azərbaycan
əra zisinə təcavüzü, Dağlıq Qarabağ müharibəsinin başla ma -
sı, ölkədə baş alıb gedən siyasi hərc-mərclik, iqtisadi çətin -
liklər beynəlxalq elmi-mədəni əlaqələrin zəifləməsinə, xarici
ədəbiyyatın alınmasına mənfi təsir göstərmişdi. 
Kitab mübadiləsi sahəsində beynəlxalq fəaliyyətlər tar-
ixinin 1991-2014-cü illəri əhatə edən üçüncü mərhələsindən
bəhs  edən  hissədə  Azərbaycan  kitabxanalarının  xarici
əlaqələrinin müasir vəziyyətindən bəhs olunmuşdur. Müəy -
yən olunmuşdur ki, məhz bu mərhələdə Azərbaycan kitab -
xanaları müstəqil ölkənin elm, təhsil, mədəniyyət ocaqları
kimi  beynəlxalq  informasiya  mühitinə  tam  inteqrasiya
imkanları əldə etmiş, müstəqil və məqsədyönlü, elmi təd -
qiqat ların istiqamətlərinə tam uyğun, ideoloji cəhətdən yük -
lənməmiş, hərtərəfli komplektləşdirmə siyasəti yürütməyə
başlamışlar. Azərbaycan kitabxanalarının sahə üzrə ən nüfu-
zlu təşkilatlarla işbirliyinə başlaması da məhz bu mərhələyə
təsadüf edir. 
-  Müstəqillik  dövrü  informasiya  mühitinin  xüsusiy -
yətləri və tələbləri müəyyən olunmuş, beynəlxalq qurumlarla
əməkdaşlıq elmi-təşkilati aspektdən öyrənilmişdir;
- Kitabxanalar vasitəsilə beynəlxalq konfrans və kitab
sərgilərində milli elmi-mədəni irsin təbliği məsələləri araş -
dırılmış, bu fəaliyyətlərin genişləndirilməsi üçün praktiki
töv siyələr  verilmişdir.  Təsbit  olunmuşdur  ki,  beynəlxalq
kitab sərgiləri həm beynəlxalq elmi-mədəni əlaqələrin inkişa -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
229


fı nı təmin etmək, həm kitab çapı sahəsində baş verən dəyi -
şik lik ləri izləmək, həm də, ən başlıcası ayrı-ayrı milli mə də -
niyyətləri, milli elmi-texniki uğurları təbliğ etmək üçün çox
vacib sosial forumlardan biridir. Azərbaycan kitabxanaları
IFLA-nın konfranslarında, Krım konfransında, beynəlxalq
Frankfurt, İstanbul, Moskva kitab sərgilərində mütəmadi
iştirak  edirlər.  Lakin  bir  çox  kitab  sərgi  və  konfranslarda
(London, Pekin, Vaşinqton) kitabxanaların təmsil olunma -
ması onların beynəlxalq kommunkativliyini azaldır və yeni
partnyorların tapılmasına maneə yaradır. Bu problem bir sıra
obyektiv və subyektiv səbəblərdən doğur. 
Azərbaycan  kitabxanalarının  beynəlxalq  kitabxana
siste minə inteqrasiyasını əngəlləyən başlıca məsələlərdən biri
də, yerli kitabxanaşünas, biblioqrafiyaşünas və kitabşünas -
ların sahə ilə bağlı araşdırmalarını xarici elmi nəşrlərdə dərc
etdirməməsidir. Müvafiq sahə üzrə məqalələrin əsasən rus
dilində, Rusiyada nəşr olunan elmi nəşrlərdə dərc olunması
hərtərəfli dialoqa əngəl törədir. Çünki, artıq çoxdan sübut
olunub ki, kitabxana işi, kitab mübadiləsi sahəsində beynəl -
xalq münasibətlərin inkişafı üçün bu işin mütəxəssisləri elmi
nəşrlər vasitəsilə təcrübələrini paylaşmalıdırlar. Bu mənada,
Qərb kitabxanaşünasları Azərbaycan kitabxanaşünaslığının
aktual  problemləri  ilə  tanış  deyillər.  Son  15-20  ərzində
Thomson-Reuters bazasında indeksləşdirilən, impakt fak-
torlu elmi jurnallarda cəmi 1, SCOPUS jurnallarında isə 2
məqalənin dərci bu sahədə vəziyyətin qənaətbəxş olmadığını
göstərir.
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
230


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə