Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə47/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   43   44   45   46   47   48   49   50   ...   61

vafiq sahədəki beynəlxalq standartları milli standartlarla uy -
ğunlaşdırmaqdan,  eyni  zamanda,  beynəlxalq  standartları
kitabxana xidmətlərinə birbaşa tətbiq etməkdən, bir çox hal-
larda isə mövcud idari-texniki vərdişləri, prosesləri bey nəl -
xalq,  regional  və  milli  etalonlarla  qiymətləndirməkdən
ibarətdir.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respub lika -
sın da standartlaşdırma proseslərinin əsası 1906-cı ildə qo -
yulmuş, 1926-cı ildə SSRİ Əmək və Müdafiə Şurası yanında
Standartlaşdırma Komitəsinin yaranması ilə qəbul olunan
OST-1 standartı ölkəmizdə də tətbiq olunmağa başlamışdır.
1940-cı ildə SSRİ-də QOST (ГОСТ) dövlət standartı ya ra -
dılmış, sovet hakimiyyəti illərində bütün fəaliyyət sa hələrini,
o cümlədən kitabxana işi sahəsini əhatə etmiş, Sovet İtti fa -
qının dağılmasından sonra isə dövlətlərarası standart olaraq
qəbul edilmişdir. 
2001-ci  il  dekabrın  27-də  tarixli  Ümummilli  lider
Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının
Stan  dartlaşdırma,  Metrologiya  və  Patent  üzrə  Dövlət
 Agent  liyi təsis edilmiş və Azərbaycan Respublikası Preziden -
ti cənab İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli Sə rən -
camı ilə Agentliyin bazasında Standartlaşdırma, Metrologiya
və Patent üzrə Dövlət Komitəsi yaradılmışdır.
2013-cü ilin göstəricilərinə görə Azərbaycanda 750-
dən  artıq  milli  standart  və  20900  dövlətlərarası  standart
(QOST) qüvvədədir.
Dövlət  Komitəsi  2010-cu  ildə  biblioqrafik  yazının
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
187


başlığına verilən ümumi tələbləri, onun tərtibi qaydalarını,
məlumatlar toplusunu, məlumatların verilmə ardıcıllığını və
s. müəyyən edən AZS ГОСТ 7.0-2010. “Biblioqrafik yazı.
Başlıq. Ümumi tələblər və tərtib qaydaları” və 2013-cü il
noyabr ayının 25-də "İnformasiya, kitabxana və nəşriyyat işi
üzrə standartlar sistemi. Biblioqrafik yazı. Biblioqrafik təsvir.
Ümumi tələblər və tərtib qaydaları” dövlət standartlarını
təsdiq etmişdir. AZS 754-2013 “İnformasiya, kitabxana və
nəşriyyat işi üzrə standartlar sistemi. Biblioqrafik yazı. Bib-
lioqrafik təsvir. Ümumi tələblər və tərtib qaydaları” dövlət
standartı sənədin, onun bir hissəsinin və ya sənədlər toplusu-
nun  biblioqrafik  təsvirinin  tərtibi  qaydası  (biblioqrafik
təsvirin ünsürləri və sahələrin məcmusu, onların ardıcıllıqla
verilməsi, ünsürlərin düzgün təqdim edilməsi, ixtisarların
düzgün verilməsi) və ümumi tələbləri müəyyən edir. Stan-
dart kitabxanalar, elmi-texniki informasiya orqanları, dövlət
biblioqrafiya orqanları, naşirlər, biblioqrafik fəaliyyəti həyata
keçirən digər təşkilatlar tərəfindən tərtib edilən sənədlərin
təsvirində tətbiq edilir [202]. 
İlk dəfə tətbiq edilən bu Standart Rusiya Federasiya sı -
nın Mətbuat üzrə Komitəsinin Rusiya Kitab Palatası, Rusiya
Dövlət Kitabxanası, Standartlaşma üzrə “Elmi-texniki infor-
masiya, kitabxana və nəşriyyat işi” TK191 Texniki Komitəsi
tərəfindən  hazırlanmış  dövlətlərarası  standartın  autentik
tərcüməsidir. Standartın ilk yoxlama müddəti 2018-ci il, yox -
lama dövrü isə 5 ildir.
Milli standartın beynəlxalq normativ istinad mən bə -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
188


yini nəzərdən keçirək:
-  ГОСT  7.0-99  İnformasiya,  kitabxana  və  nəşriyyat
işləri üzrə standartlar sistemi. Kitabxana-informasiya fəaliy -
yəti, biblioqrafiya. Terminlər və onların təyinatı.
-  ГОСT  7.4-95  İnformasiya,  kitabxana  və  nəşriyyat
işləri üzrə standartlar sistemi. Nəşr. Buraxılış məlumatları.
-  ГОСT  7.5-98  İnformasiya,  kitabxana  və  nəşriyyat
işləri üzrə standartlar sistemi. Jurnallar, məcmuələr, infor-
masiya nəşrləri. Çap edilmiş materialların nəşriyyat tərtibatı.
- ГОСT 7.11-78 İnformasiya, kitabxana və nəşriyyat
işləri üzrə standartlar sistemi. Biblioqrafik təsvirdə Avropa
dillərində söz və söz birləşmələrinin ixtisarı.
- ГОСT 7.12-93 İnformasiya, kitabxana və nəşriyyat
işləri üzrə standartlar sistemi. Biblioqrafik yazı. Rus dilində
sözlərin ixtisarı. Ümumi qaydalar və tələblər.
- ГОСT 7.59-2003 İnformasiya, kitabxana və nəşriyyat
işləri üzrə standartlar sistemi. Sənədlərin indeksləşdirilməsi.
Sistemləşdirmə və predmetləşməyə ümumi tələblər.
- ГОСT 7.76-96 İnformasiya, kitabxana və nəşriyyat
işləri üzrə standartlar sistemi. Sənəd fondunun kom plekt ləş -
dirilməsi. Biblioqrafiyalaşdırma. Kataloqlaş dırma. Terminlər
və təriflər.
- ГОСT 7.80-2000 İnformasiya, kitabxana və nəşriyyat
işləri  üzrə  standartlar  sistemi.  Biblioqrafik  yazı.  Başlıq.
Ümumi tələblər və tərtibi qaydaları.
- ГОСT 7.82-2001 İnformasiya, kitabxana və nəşriyyat
işləri  üzrə  standartlar  sistemi.  Biblioqrafik  yazı.  Elektron
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
189


resursların  biblioqrafik  təsviri.  Ümumi  tələblər  və  tərtibi
qaydaları
Müvafiq sahədəki hər iki standart digər regional stan -
dartın (ГОСТ) eynilə tərcüməsidir. Artıq qeyd olun duğu
kimi, standartlaşdırma məsələlərində prosesə bu cür autentik
ya naşma normaldır və qəbulolunandır. Lakin milli stan dar -
tın bir qədər sonra haqqında məlumat verəcəyimiz bey nəl -
xalq  ISO  standartları  əsasında  deyil,  məhz  Rusiya  və
MDB-də qəbul olunan dövlətlərarası ГОСТ standartına uy -
ğunlaşdırılmasının  istər  müsbət,  istərsə  də  mənfi  şərhə
ehtiyacı var. Azərbaycan Respublikasının informasiya, kitab -
xana və nəşriyyat işi üzrə milli standartlar sisteminin məhz
ГОСТ standartına uyğunlaşdırılması aşağıdakı səbəblərdən
doğur:
1. Azərbaycan kitabxana və nəşriyyatları SSRİ infor-
masiya mühitinin ayrılmaz tərkib hissəsi kimi 70 ilə yaxın
müddətdə məhz ГОСТ standartlarından istifadə ediblər.
Buna görə də standartın tətbiqində heç bir maneə yoxdur.
2. ГОСТ MDB coğrafiyasında dövlətlərarası standart
kimi qəbul olunan yeganə normativdir. 
3. Standartın strukturu kifayət qədər genişdir və kitabx-
ana işi sahəsində demək olar ki, bütün fəaliyyət növlərinə
tətbiq olunur.
Milli standartın ГОСТ-а uyğunlaşdırılmasının bir sıra
mənfi tərəfləri də mövcuddur:
1. ГОСТ standartı beynəlxalq deyil, regional xarakter
daşıyır. 
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
190


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə