Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə40/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   36   37   38   39   40   41   42   43   ...   61

ləd din Xaqaninin “Divan”ı, Şəhriyarın külliyyatı, Tərbiyətin
“Daneşməndane-Azərbaycan”, Xacə Nəsirəddin Tusinin ri -
salələri, Nizami Gəncəvinin “Xəmsə”si, o cümlədən bu əsərin
Bombey nüsxəsi, Hüseyn ibn Xələf Bürhan Təbrizinin 5 cild-
lik “Burhane qate”, Müdərrisin 8 cildlik “Reyanətül ədəb”,
Ələkbər  Dehxodanın  “Lüğətnamə”si,  Rəhim  Rəisniyanın
Ü.Ha cıbəyovun həyat və yaradıcılığından bəhs edən “Üzeyir
Hacıbəyov və iki inqilab”, Caminin “Divan”ı, Molla Fətullah
Kaşaninin Quranı təfsir edən 5 cildlik “Minhacül Sadiqin”
əsərləri kimi yüzlərlə qiymətli nəşri olan Şərq ədəbiyyatı
fondu bu kimi tədbirlər nəticəsində elmi tədqiqatların hər -
tə rəfli şəkildə aparılması üçün daha geniş imkanlar əldə etmiş
oldu.
2006-cı ildə Mərkəzi Elmi Kitabxana artıq 65 dövlətin
612 təşkilatı ilə əlaqə saxlayaraq ədəbiyyat və informasiya
mübadiləsi aparırdı. Həmin il beynəlxalq kitab mübadiləsi
vasitəsilə 4010 nüsxə ədəbiyyat alınmışdı. Eyni zamanda
Şərq  ölkələrinə  330  nüsxə,  Qərbi  Avropa  ölkələrinə  914
nüsxə, MDB ölkələrinə isə 1514 nüsxə ədəbiyyat gön də ril -
mişdi.
2007-ci ili digər Azərbaycan kitabxanaları kimi Mərkəzi
Elmi Kitabxananın da beynəlxalq əlaqələrində inkişaf dövrü
kimi səciyyələndirmək olar. Belə ki, həmin il Kitabxananın
beynəlxalq səviyyədə gərgin fəaliyyəti nəticəsində 72 döv -
lətin  571  elm  və  təhsil  müəssisəsi  ilə  etibarlı  əməkdaşlıq
əlaqələri davam etdirilirdi. 2007-cı ildə Kitabxana Çin və
Norveç Milli Kitabxanaları ilə ilk dəfə kitab və informasiya
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
158


mübadiləsi  prosesinə  başladı.  İl  ərzində  fonda  daxil  olan
12040  nüsxə  xarici  ədəbiyyatın  4073  nüsxəsi  beynəlxalq
kitab mübadiləsi vasitəsilə əldə edilmişdi. Eyni zamanda,
Şərq ölkələrinə 666 nüsxə, Qərbi Avropa ölkələrinə 344 nüs -
xə, MDB ölkələrinə 724 nüsxə ədəbiyyat göndərilmişdi.
Beynəlxalq informasiya mühitinin aktorlarından biri
kimi Mərkəzi Elmi Kitabxananın daim diqqət yetirdiyi mə -
qam lardan biri də Azərbaycan alimlərinin xaricdə nəşr olun -
muş kitablarının əldə olunaraq oxuculara təqdim edilməsidir.
Məsələn, 2007-ci ildə Kitabxana akademik Tofiq Nağıyevin
Elsevier nəşriyyatında çap olunmuş “Coherent synchronized
oxidation reactions by hydrogen peroxide”, akademik Tel-
man Əliyevin Şpringer nəşriyyatından çap olunmuş “Robust
technology with analysis of interference in signal processing”
və “Digital noise monitoring of defect origin” adlı kitablarını
əldə etmişdi.
2008-ci ildə Kitabxana 77 dövlətin 595 təşkilatı ilə mü -
ba dilə  aparırdı.  Həmin  il  Almaniya  Xarici  İşlər  Nazirliyi,
Alman Tədqiqat Mərkəzi və Höte İnstitutunun “İnsanlar və
kitablar” adlı birgə layihəsi çərçivəsində Kitabxanaya ümu -
mi likdə, 15000 avro dəyərində ədəbiyyat hədiyyə olunmuş -
du.  O  dövrdə  Almaniyanın  Azərbaycandakı  səfiri  Pyer
Kris tofer Stankina və Kitabxananın direktoru filologiya üzrə
elmlər doktoru A.Əliyeva-Kəngərlinin imzaladığı niyyət pro-
tokoluna görə Kitabxana ilə səfirlik birgə, qarşılıqlı şəkildə
ədəbiyyat təbliği aparmaqla bağlı razılıq əldə ediblər. 
2009-cu  ildə  Mərkəzi  Elmi  Kitabxana  Hindistanın
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
159


Deh li şəhərində yerləşən Riyaziyyat Cəmiyyəti ilə əlaqə qur -
muş və kitab mübadiləsinə başlamışdır. 
O ildə də Kitabxana elmi ədəbiyyatın mübadiləsi ilə ya -
naşı, Azərbaycan həqiqətlərini xaricdə təbliğ etmək məq -
sədilə əməkdaşlıq etdiyi müəssisələrə davamlı şəkildə ingilis
di lində ədəbiyyat göndərmiş və xarici kitabxanaların fon-
dunda Azərbaycana aid ədəbiyyatın təkcə kəmiyyətcə deyil,
həm də daşıdığı informativ yük etibarilə artmasına nail ol -
muş dur. Xaricə göndərilən belə nəşrlər arasında Britaniyalı
jur nalist və yazıçı, Karneqi Beynəlxalq Sülh Fondunda təh -
lil çisi, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis
Tomas de Vaalın “Black garden: Armenia and Azerbaijan
through peace and war” (Qara Bağ: Ermənistan və Azər -
baycan sülh və savaş yollarında), Polyak mənşəli amerikalı
tarixçi-alim  Tadeuş  Svetoçovskinin  “Russian  Azerbaijan,
1905-1920. The shaping of national identity in a muslim
com munity” (Rusiya Azərbaycanı, 1905-1920. Müsəlman
cə miyyətində milli kimliyin identifikasiyası), “Historical dic-
tionary  of  Azerbaijan”  (Azərbaycanın  tarix  lüğəti),  ABŞ
Mon tana Dövlət Universitetinin (Bozeman şəhəri) Siyasi
Elmlər Departamentin professoru Tomas Qoltsun “Azerbai-
jan diary” (Azərbaycan gündəliyi) və s. kitablar var idi.
2010-cu ildə Mərkəzi Elmi Kitabxana beynəlxalq elmi
əla qələrini inkişaf etdirmiş, nəticədə 1 yeni təşkilatla-Alma -
ni yanın Mineralogiya Cəmiyyəti ilə əməkdaşlıq barədə mü -
qa vilə bağlanmışdır. Bundan başqa, həmin il Mərkəzi Elmi
Ki tabxana “Elektron Kitabxanalar və Yeni İnformasiya Tex -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
160


nologiyalarının İstehsalçıları və İstifadəçiləri” Beynəlxalq
Assosiasiyasının üzvü seçilmişdir.
Kitabxana beynəlxalq səviyyədə uğur əldə etməklə ya -
naşı, həmin il bir sıra problemlərlə də üzləşmişdir. Belə ki,
uzun illərdən bəri fəal şəkildə AMEA MEK ilə əməkdaşlıq
edən Los-Ancelesdəki Kalifor niya Uni versiteti birdən-birə
bey nəlxalq  kitab  və  informa si ya  mübadiləsi  normalarına
zidd  olaraq,  əlaqələri  da    yandırmış,  də fələrlə  onlara  gön -
dərilən reklamasiya və məktublara bax ma  yaraq, bir müddət
müvafiq öhdəlikləri yerinə  ye    tir  məkdən yayınmışdılar. Yal -
nız, həmin Universitetin Slav yan, Şərqi Avropa və Avrasiya
Araşdırmaları bölməsi üzrə mütəxəssisi Liladhar Pendsenin
Mərkəzi  Elmi  Kitabxananı  ziyarətindən  sonra  məlum
olmuşdur ki, Uni versitetdə “Er mə nistan tarixi və ədəbiyyatı”
bölməsi möv cuddur və böl məyə rəhbərlik edən erməni alim
Ki tabxananın Kaliforniya Uni versiteti ilə həyata keçirdiyi
mübadilə prosesinə hər  vəch lə maneçilik törədir. Həmin
vaxt Mərkəzi Elmi Kitab xa nanın bu barədə Kaliforniya Uni-
versitetinin  rəhbərliyini  məlumatlandırması  nəticəsində
bugün artıq ikitərəfli əmək daş lıq davam edir.
2011-ci ildə Mərkəzi Elmi Kitabxana Polşanın Arxeo -
logiya və Etnoqrafiya İnstitutu ilə beynəlxalq kitab və infor-
masiya mübadiləsi haqqında razılığa gəlmişdir. 
Miçiqan Universitetinin Kitabxanası, Kaliforniya Uni-
versiteti, İllinoys Universitetinin Kitabxanası və ABŞ-ın digər
elmi təşkilatlarından dəyərli nəşrlər əldə edilmişdir. Bununla
ya naşı, İngiltərənin London Coğrafiya İnstitutu, Asiya Cə -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
161


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə