Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə37/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   33   34   35   36   37   38   39   40   ...   61

rın bütün tədbirlərində fəal iştirak etməklə yanaşı, onların
həyata keçirdikləri bir sıra layihələrdə də yaxından iştirak
edir.  Belə  layihələrdən  Dünya  Elektron  Kitabxanasını,
Av ro pa  Elektron  Kitabxanasını,  "Europeana"  layihəsini,
"FUMAQABA" layihəsini, Türkdilli ölkələrin milli ki tab xa -
na larında  mühafizə  olunan  əlyazmaların  vahid  məlumat
bazasının yaradılması kimi irimiqyaslı layihələri misal gös -
tərmək olar [80]. Milli Kitabxananın xüsusən Avropa Milli
Kitab xanaları Konfransı təşkilatı ilə əlaqələrini yüksək qiy -
mət ləndirmək lazımdır. 
Təsadüfi deyil ki, Azərbaycanda kitabxana işi tarixində
ilk dəfə olaraq məhz Milli Kitabxananın 90 illik yubileyinə
45-dən artıq xarici ölkənin 60 nümayəndəsi, o cümlədən 4
beynəlxalq kitabxana təşkilatının prezidenti və üzvləri (Av -
ropa Milli Kitabxanalar Konfransı (CENL), Avrasiya Kitabx-
analar Assambleyası (BAE), Avropa kitabxanası və Avrasiya
Kitabxanaçılar  Birliyi)  iştirak  etmiş,  yubiley  tədbirləri
çərçivəsində III Beynəlxalq Bakı Sərgi yarmarkası, Avropa
Milli Kitabxanaları Konfransının (CENL) 27-ci illik görüşü,
Avrasiya Kitabxanalar Assambleyasının (BAE) XV ümumi
iclası keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev Avropa Milli Kitabxanaları Konfransının
(CENL) prezidenti Bruno Rasinini, vitse-prezidentlər Kris -
tina Mari Doffi və Yanna Andressonu, Avrasiya Kitabxanalar
Assambleyasının vitse-prezidenti Qulisa Balabekovanı qəbul
etmiş  və  onlarla  Azərbaycan  kitabxanalarının  beynəlxalq
aləmdəki mövqeyi barədə söhbət etmişdir.
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
146


Qeyd edildiyi kimi, son illərdə Prezident Kitabxana -
sının da beynəlxalq əlaqələri artan xətt üzrə inkişaf etmişdir.
Ayrı-ayrı vaxtlarda IFLA-nın prezidenti xanım Ellen
Tise,  Çexiya  Milli  Kitabxanasının  baş  direktoru  Tomaş
Böhm,  Çexiya  Milli  Muzeyinin  direktoru  Mixail  Lukeş,
OCLC (Onlayn Kompyuter Kitabxana Mərkəzi) təşkilatının
MDB  ölkələri  üzrə  əlaqələndiricisi  Reyn  van  Haldropi,
Rusiya Dövlət Kitabxanasının baş direktoru Aleksandr Vis -
lıy, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədə -
biy yat Kitabxanasının baş direktoru Yekaterina Geniyeva,
Yunanıstan Milli Kitabxanasının direktor müavini Antonia
Ara hova, Avrasiya Kitabxanaçılar Birliyinin başqanı Suna
Gercik və başqan yardımçısı Ekrem İşıq, Boris Yeltsin adına
Ru siya Federasiyası Prezident Kitabxanasının baş direktoru
Aleksandr Verşinin, Litva Respublikasının Martinas Majvi-
das adına Milli Kitabxanasının baş direktoru Renaldas Qu -
daus kas,  “Amerika  kitabxanaları”  jurnalının  keçmiş  baş
redak toru Leonard Kriffel və başqaları Prezident Kitab xa -
nasında olmuşlar.
Bir  qədər  irəli  gedərək,  Mərkəzi  Elmi  Kitabxana  ilə
bərabər beynəlxalq səviyyədə əlaqələr quran kitabxana la -
rımızın fəaliyyətini barədə məlumat verməkdə məqsədimiz
1990-cı illərdən bəri müvafiq sahədə görülən işlərə qısaca da
olsa nəzər salmaq idi. 
Mərkəzi Elmi Kitabxananın beynəlxalq əlaqələrinin ta -
rixi  araşdırmağa  davam  edərkən,  qeyd  olunmalıdır  ki,
1995-1996-cı illərdə bu sahədə görülən işlər əvvəlki illərlə
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
147


müqayisədə xeyli artmışdı. Xüsusən, Avropa ölkələrinin elm
və təhsil müəssisələri ilə əlaqələr bərpa olunmağa başlamışdı.
Hələ 1990-cı illərin əvvəllərində Azərbaycanda olduğu
kimi, bir çox kapitalist ölkələrində də maliyyə çətinlikləri
vardı. 1990-cı illərdən Şərqi Avropa ölkələrindən mübadilə
üzrə daxilolmaların sürətli azalma dövrü başlamışdı ki, bu
da həmin ölkələrdəki siyasi vəziyyətin dəyişməsi ilə bağlı idi. 
Bu ölkələr qrupunda qabaqcıl mövqe həmişə Polşaya
məxsus olmuşdur. 1991-ci ildə Polşa EA-nın yenidən təşkil
edilməsi nəticəsində bu təşkilatdan alınan sənədlərin sayı
kəskin  azalmışdı.  1980-ci  illərin  sonunda  Polşa  EA  Elmi
Nəşrlərin Yayım Mərkəzindən Mərkəzi Elmi Kitabxanaya
980 nüsxə kitab və jurnal daxil olduğu halda, 1990-cı illərin
əvvəllərində 50-dən də az nüsxə daxil olmuşdu. 
O dövrdə beynəlxalq kitab mübadiləsi üzrə ədəbiyyat
da xilolmalarının sürətlə azalmasına imkan verməmək üçün
köhnə müqavilələrin bərpası və kitab mübadiləsi üzrə yeni
potensial partnyorların axtarış imkanları tədqiq edilirdi. 
1990-1995-ci illər ərzində Respublikada kitab, xüsusilə
də elmi nəşrlərin buraxılışı kifayət qədər azalmışdı. Aka de -
mik jurnalların buraxılışındakı gecikmələr xarıci partnyorlar dan
gələn  reklamasiyaların  sayının  artmasına  gətirib  çı   xarmış,
sifarişlərin yerinə yetirilməsini və ekvivalent mü ba dilə pros-
esini xeyli ləngitmişdi. 1996-cı ildən etibarən AMEA Elmi
tədqiqat institutlarının maddi-texniki təmina tın da yaranan
dəyişikliklər, həmçinin ölkəyə qabaqcıl çap tex nologi yala rı -
nın gətirilməsi nəticəsində, tədricən respublikada çap məh -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
148


su lunun həcmi, o cümlədən elmi nəşrlərin sayı artmağa baş -
ladı. Bu da öz növbəsində xaricə ədəbiyyat göndərişlərinin
səviyyəsinin nisbətən yüksəlməsinə səbəb oldu. 
1996-cı ildə 43 ölkənin 632 elmi təşkilatı ilə əmək daş -
lıq edən Mərkəzi Elmi Kitabxana həmin il 3 yeni partnyorla-
Pe kin Təbiət Elmləri İnstitutu, İran Milli Kitabxanası, Ayə -
tul lah  əl-Maraşi-əl-Nəcəf  Kütləvi  Kitabxanası  (Qum)  ilə
əmək daşlıq əlaqələri quruldu. Kitabxana Elmlər Akade mi -
ya larının Beynəlxalq Assosiasiyası nəzdində yaradılmış “El -
mi  kitabxanalar  və  informasiya  mərkəzlərinin  direktorlar
Şu rası”na üzv seçildi.
Həmin il Almaniyanın ölkəmizdəki səfiri Mərkəzi Elmi
Kitabxanada olmuş, kitabxana rəhbərliyi ilə alman ədəbiy -
ya tından  istifadə  məsələlərini  müzakirə  etmiş  və  kitab -
xananın əməkdaşlarını Almaniya kitabxanalarının fəaliyyəti
ilə tanış olmaq üçün ölkəsinə dəvət etmişdi. 1996-cı ildə Ki -
tab xananı Yaponiyadan gələn böyük elmi qrup da ziyarət et -
miş di.
O illərdə Kitabxananın “Şərq ədəbiyyatı” fondu da xey -
li genişlənmişdi. Türkiyə, İran, Misir, İordaniya, Küveyt və
di gər  müsəlman  ölkələri  ilə  beynəlxalq  kitab  mübadiləsi
sayəsində Şərq dillərində ədəbiyyat xarici nəşrlər fondunun
35%-ni təşkil edirdi. Yerli və xaricdə yaşayan ayrı-ayrı alim -
lə rin də bu sahədə fəaliyyətini unutmaq olmaz. Vaşinq ton -
dan  Tariyel  Vəli,  Bonndan  Nurəddin  Qərəvi,  İstanbul  və
Ankaradan Ali Yavuz Akpınar, Ömər Özcan və başqaları da -
im Kitabxanaya yeni nəşrlər göndərirdilər. Mərhum aka de -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
149


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə