Бағышлајан Рәһм едән Аллаһын ады илә



Yüklə 2,7 Mb.
səhifə29/32
tarix01.08.2018
ölçüsü2,7 Mb.
#60465
1   ...   24   25   26   27   28   29   30   31   32

«Altmış Altıncı Görüş»


Hillədə Cəmaləddin Zuhdəri adında bir şəxs iflic olur. Qohum-əqrəbaları onu bir çox həkimlərə göstərsələr də, heç bir nəticə əldə edilmir. Müalicələr bir nəticə vermədikdə və hamı mə`yus olduqda, qərara gəlirlər ki, onu Hillədəki “İmam Zaman məqamı”na aparsınlar. Onlar belə də edirlər və İmam Zaman (ə) onun qarşısında zahir olub Allahın izni ilə ona şəfa verir. Mərhum Məclisi Əbdürrəhman Ommanidən nəql edərək deyir:

Bu əhvalat camaat arasında yayıldıqda, mənimlə Cəmaləddin arasında sıx dostluq münasibətlərimiz olduğundan onun evinə gedib baş verənləri onun öz dilindən eşitdim. O, baş verənləri belə xatırladı:

Mə`lum olduğu kimi, mənim iflic olduğumdan siz də xəbərsiz deyilsiniz. Nəhayət, qohum-əqrəbam məni İmam Zaman (ə)-ın məqamına apardılar. O gecə çox keçmədi ki, bir də gördüm Həzrət məqamın qapısından daxil oldu. Mən ona salam verdim. O da məhəbbətlə salamımın cavabını verib buyurdu: Qalx ayağa! Dedim: Ağa, bir ildir ki, yerimdən ayağa dura bilmirəm. Yenə buyurdu: Allahın iznilə qalx ayağa! Sonra qolumun altına girib mənə ayağa qalxmağa kömək etdi. Mən də, sanki heç bir xəstəlik yoxmuş kimi ayağa qalxdım. Elə bil ki, heç iflicə düçar olmamışdım. Bundan sona İmam Zaman (ə) bir göz qırpımında qeybə çəkildi. Camaat bu hadisədən xəbərdar olub başıma toplaşdılar və hərə bir tərəfdən təbərrük olaraq əyinimdəki paltarlarımı parça-parça edib apardılar.1



«Altmış Yeddinci Görüş»


Müəmmər ibn Şəmsin “Bürş” adlı bir kəndi var idi ki, onu seyyid və ələvilərə vəqf etmişdi. Onun orada İbn Xətib adlı şiə olan təqvalı vəkil və naibi, bir də Osman adlı təəssübkeş sünni qulluqçusu var idi. Bu iki nəfər Müəmmər ibn Şəms tərəfindən kəndin işləri ilə əlaqədar onlara tapşırılan vəzifələri yerinə yetirirdilər. Amma daim bu iki nəfərin arasında məzhəb məsələləri ilə bağlı çəkişmələr müşahidə olunurdı.

Bir gün onlar yenə camaat arasında bir məsələ ətrafında mübahisə edirlər. İbn Xətib Osmana deyir: İndi ki, həqiqət mə`lum oldu və bu həqiqəti qəbul etmək istəmirsənsə, gəl belə bir iş görək, mən öz əlimə Həzrət Əlinin (ə), oğulları Həsən (ə) və Hüseynin (ə) və zövcəsi həzrət Zəhranın (ə) adlarını yazacağam, sən də öz əlinə Əbu Bəkrin, Ömərin və Osmanın adlarını yaz. Sonra camaat əllərimizi biri-birinə bağlayıb alovun içinə tutsunlar. Kimin əli yansa, haqsız, kiminki yanmasa, haqlıdır.

Osman isə buna razı olmur. Camaat da Osmana gülərək onu masqara edirlər. Pəncərədən baş verənləri izləyən Osmanın anası bərk narahat olur və bacardığı qədər oradakı şiələri söyməyə, lə`nətləməyə və acı sözlər deməyə başlayır. O, bərk hiddətlənərək, elə hey onlara nalayiq sözlər deyirdi ki, birdən gözlərindən bərk ağrı tutur və hər ikisi kor olur. Onu müalicə üçün Hilləyə aparırlar. Həkimlər əllərindən gələni etsələr də, heç bir faydası olmur və daha kimsə onun gözlərinin açılacağına ümid etmir.

Bir dəfə neçə nəfər şiə qadın onu yoluxmağa gedir və ona deyirlər: Sən şiələrə hörmətsizlik etdiyin üçün İmam Zaman (ə)-ın qəzəbinə gəlmisən. Bil ki, şiə olmayana qədər bu bəladan nicat tapmayacaqsan. Əgər şiə olsan, Allahın hökmən sənə şəfa verəcəyinə zaminik.

O, şiələrə hörmətsizlik etdiyindən bərk peşman olur və şiəliyi qəbul edir. Hillənin təqvalı və pak qadınları cümə axşamı onu “İmam Zaman (ə)-ın məqamı”na aparırlar və özləri onu bayırda gözləyirlər. Gecənin bir aləmində, birdən onun fəryad səsləri eşidilir və görürlər ki, o qadın ağlaya-ağlaya çölə çıxıb belə deyir: Sahibəzzəman (ə) mənə mərhəmət göstərdi, şəfa tapdım!

Artıq o, hər şeyi görürdü. Qadınlar sevincək, ondan İmam Zamanla (ə) necə görüşdüyünü soruşurlar. O, deyir: Siz məni “İmam Zaman (ə)-ın məqamı”na gətirdikdən sonra mən Həzrətdən imdad dilədim. Bir vaxt eşitdim ki, kimsə mənə deyir: Allah sənə şəfa verdi, qalx məqamdan çölə çıx və bu xoş xəbəri səni gözləyən qadınlara de. O an artıq hiss etdim ki, mən daha görürəm. Məqam nura qərq oldu və bir nəfərin qarşımda durduğunu gördüm. Ondan kim olduğunu soruşduqda, buyurdu: “Mən Sahibəzzəman Höccət ibn Həsənəm!” Yerimdən qalxıb ətəyindən yapışmaq istədikdə, bir göz qırpımında qeyb oldu.

Bu əhvalat Hillə şəhərində baş verir və sonralar dillər əzbərinə çevrilir. O qadının oğlu Osman da bu əhvalatdan sonra şiə olur.



«Altmış Səkkizinci Görüş»


Əllamə Hillinin (Allah ondan razı olsun) zamanında bir sünni alim şiə məzhəbinin əleyhinə kitab yazaraq təşkil etdiyi ümumi və xüsusi məclislərdə onun vasitəsilə bir çoxlarını şiə məzhəbinə qarşı bədbin edir. Eləcə də bu kitabı kimsənin ixtiyarında qoymur ki, onun şübhələrinə cavab verə bilsinlər. Əllamə Hilli kimi böyük şəxsiyyət bir yolla həmin kitabı əldə etmək üçün bir şagird tək o şəxsin dərsində iştirak etməyi özünə vacib edir və beləcə onun e`timadını qazanır. O, Əllamə Hillinin kitaba belə böyük marağından çox sevinir və ona rədd cavabı verə bilməyib deyir: Mən kitabı yazarkən nəzr etmişəm ki, bir gecədən artıq onu kimsəyə verməyim.

Əllamə Hilli çarəsiz qalıb bir gecəlik də olsa kitabdan istifadə etməyə razılığını bildirir və həmin gecə böyük həvəs və sevinclə kitabı üzündən köçürməyə başlayır. O istəyirdi ki, həmin gecə kitabdan mümkün qədər köçürüb fürsət yarandıqda, onlara cavab versin. Lakin gecə yarısı onu yuxu tutur. Elə həmin an möhtərəm bir qonaq onun otağına daxil olur və onunla söhbətə başlayır. Sonra ona deyir: Əllamə, sən yat, kitabın köçürülməsini mənə həvalə elə.

Əllamə bir söz demədən itaət edir və dərin yuxuya dalır. Yuxudan oyandıqda, nurani qonağından əsər-əlamət görmür. Kitaba nəzər saldıqda isə onun başdan-ayağa köçürüldüyünü və sonda imza olaraq belə bir yazı görür: Kətəbəhul-Huccə.” (Yazdı Allahın höccəti.)



«Altmış Doqquzuncu Görüş»


İmam Zamanla (ə) görüşləri nəql edən kitablarda Əli ibn Məhziyarın əhvalatı xüsusi diqqət mərkəzində olmuşdur. Əli ibn Məhziyarın qəbri Əhvaz şəhərindədir. Üzərində böyük günbəz olan bu məqbərə böyük ziyarətgaha çevrilmişdir. O özü həmin əhvalatı belə nəql edir:

İmam Zaman (ə)-ın görüşünə nail olmaq üçün hər il həcc mövsümü Məkkəyə gedərdim. Beləliklə, on doqquz dəfə Məkkəyə Kə`bə evinin ziyarətinə getdim. Hər dəfə nə qədər çalışsam da, Həzrətdən bir əsər-əlamət əldə edə bilmədim. Nəhayət, mə`yus olub bir daha Məkkəyə getməmək qərarına gəldim. Növbəti il dostlarım Məkkəyə həcc ziyarətinə getdikləri zaman mənə də səfərə hazırlaşmağı təklif etdilər. Onlara dedim: Bu il mənim bir sıra çətinliklərim var və daha getmək fikrim yoxdur. Həmin günün axşamı yuxuda kimsə mənə dedi: Bu il həcc ziyarətini tə`xirə salma, gəl. Allahın izni ilə məqsədinə çatacaqsan.

Səhər yuxudan oyanıb ümidlə səfərə hazırlaşmağa başladım. Dostlarım məni gördükdə təəccüblənsələr də, onlara heç bir şey demədim. Nəhayət, gəlib Məkkəyə çatdıq. Həccin əməllərini tamamilə başa vurduq, amma bir xəbər çıxmadı. Bütün bu müddət ərzində hər dəfə Məscidül-Həramın bir guşəsinə çəkilib, elə hey fikirləşirdim. Hərdən öz-özümə deyirdim: Görəsən, yuxum doğru idi, yoxsa sadəcə olaraq xəyallara qapılmışdım?

Bir gün yenə başımı aşağı salıb fikirlərə dalmışdım. Birdən bir nəfər əlini çiynimə qoyub mənə salam verdi və sonra haralı olduğumu soruşdu. Qarabuğdayı bir şəxs idi. Dedim: Əhvazlıyam. Soruşdu: İbn Xəsibi tanıyırsanmı? Dedim: Allah ona rəhmət eləsin, artıq dünyasını dəyişmişdir. Dedi: Hamımız Allah tərəfindən gəlmişik və Ona tərəf də qayıdacağıq. Yaxşı insan idi, camaata xeyli ehsan edərdi. Allah onun günahlarından keçsin.

Sonra dedi: Əli ibn Məhziyarı tanıyırsanmı? Dedim: Bəli, özüməm. Dedi: Xoş gördük Məhziyar oğlu, sən çox zəhmət çəkmisən. Ağan İmam Zamanla (ə) görüşəcəyini sənə müjdə verirəm. Bu səfərində onun ziyarətinə nail olacaqsan. Get yoldaşlarınla vidalaş və sabah axşam da “Əbu Talib dərəsi”nə gəl. Mən orada səni gözləyəcəyəm və oradan səni İmam Zaman (ə)-ın yanına aparacağam.

Hədsiz sevinclə yoldaşlarımın yanına qayıtdım və yol ləvazimatımı bir yerə yığıb onlarla vidalaşdım. Nəhayət, həmin gecə “Əli Talib dərəsi”nə getdim və gördüm ki, o şəxs orada məni gözləyir. Salamlaşıb bir-birimizlə hal-əhval tutduq. Sonra dəvələrə minib Ərəfat və Minanın dağlarını keçib Taif dağlarına çatdıq. Ora çatdıqda, bələdçim mənə dedi: Düş, gecə namazını qılaq.

Mən dəvədən düşüb onunla birlikdə namaz qıldım və sonra yenə yolumuza davam etdik. Səhər açılana yaxın yenə dəvələrimizdən düşüb sübh namazını qıldıq. Artıq hava bir qədər işıqlanmışdı. O mənə dedi: O təpənin başında nə görürsən? Dedim: Bütün səhranı işıqlandıran bir xeymə görürəm. Dedi: Bəli, düzdür. Sənin arzu və istəyin oradadır. Sərvər və ağamızın yeri oradır.

Bir qədər dayanıb, sonra dedi: Gəl gedək. Dedim: Bəs, dəvələri nə edək? Dedi: Onları azad burax, bura əmin-amanlıqdır.

Onunla birlikdə xeyməyə tərəf getdim. Ora çatdıqda, mənə dedi: Sən hələ gözlə. Bunu deyib məndən əvvəl xeyməyə daxil oldu və bir neçə dəqiqədən sonra bayıra çıxıb dedi: Xoş halına! Həzrət sənə görüşə icazə verdi.

Mən xeyməyə daxil oldum və orada qəlbləri məftun edən gözəl bir cavan gördüm. Onun kaman kimi qaşları, düz burnu və sağ yanağında bir xalı var idi.

Məni görcək, böyük mehribanlıqla hal-əhval tutdu və sonra dedi: Atam mənimlə əhd-peyman bağlamışdır ki, şəhərlərdə mənzil qurmayam. Allah nə qədər istəsə, zalım və sitəmkarların şərindən qorunmaq üçün dağ və səhralarda məskən quracaq, onların hakimiyyətindən kənarda olacağam. Ta o vaxta qədər ki, Allah özü fərəc hasil etsin.

Mən neçə gün İmam Zaman (ə)-ın xeyməsində qonaq qaldım və bu müddət ərzində onun elm və nurundan kifayət qədər bəhrələnə bildim. Nəhayət, vətənimə qayıtmaq istədikdə, ixtiyarımda olan əlli min dirhəmi “imam səhmi” olaraq Həzrətə təqdim etmək istədim. Qəbul etməyib buyurdu: Bundan narahat olma. Çünki, qarşıda səni uzun yol gözləyir və yol xərcin üçün sənə lazım olacaq.

Bundan sonra İmam Zamanla (ə) vidalaşıb vətənə yola düşdüm.1


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə